Qrup: 2560a fənn: Mülki müdafiə Mövzu


Sistemin gündəlik idarəetmə orqanları



Yüklə 176,49 Kb.
səhifə2/6
tarix20.12.2022
ölçüsü176,49 Kb.
#76732
1   2   3   4   5   6
A.Kazım

Sistemin gündəlik idarəetmə orqanları
Sistemin gündəlik idarəetmə orqanları isə bütün səviyyədən olan ərazi fövqəladə hallar komissiyalarının növbətçi xidmətləri;
-nazirliklərin (dövlət komitələrinin, baş idarələri), təhlükə potensiallı təsərrüfat obyektlərinin növbətçi- dispetçer xidmətləri və bütün səviyyələrdən olan mülki müdafiə qərargahlarından ibarətdir.
Müxtəlif səviyyəli fövqəladə komissiyaların vəzifələri ancaq miqyasca fərqlənir. Öz səviyyələrində və səlahiyyət dairələrində bu komissiyaların əsas vəzifələri bunlardır:
-ətraf mühitə və təhlükə potensiallı obyektlərə daimi müşahidə və nəzarəti təşkil etmək;
-belə hallarda yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək; -fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktiki tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, zərər çəkmiş əhaliyə yrdım üçün lazımi maddi – texniki vəsait ehtiyatları yaratmaq;
-fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə (təşkilatlara, fəhlə və qulluqçulara) vaxtında çatdırılmasını təmin etmək;
-fövqəladə halların aradan qaldırılması işlərini təşkil etmək və ona rəhbərlik etmək.
Fövqəladə komissiyalar öz vəzifələrini yerinə yetirə bilsin deyə, onların heyətinə nazirliklər, dövlət komitələri, baş idarələr, şirkətlər, birliklər və s. təşkilatlar cəlb olunmuş, onların konkret vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının FHN MM üzrə əsas vəzifələri:
-əhalinin fövqəladə hallarda mühafizəyə və düzgün fəaliyyətə hazırlanmasını təşkil etmək və ona nəzarət etmək;
-təhkükə barədə əhali üçün xəbərdarlıq sisteminin daimi hazırlığını təmin etmək və onlara davranəş qaydaları haqqında göstəriş və məlumatları vaxtında çatdırmaq;
-fövqəladə hallarda fəaliyyət üçün nəzərdə tutulan qüvvələrin hazırlanmasına nəzarət etmək, onların işini planlaşdırmaq, xilasetmə işləri zamanı idarə olunmasını təşkil etmək;
Birinci rejim – gündəlik fəaliyyət respublikanın ərazisində, o cümlədən də rayonda (obyektdə) sənaye – istehsalat fəaliyyəti, radiasiya – kimyəvi şərait, həmçinin seysmik, hidrometroloji, sanitar – epidemik vəziyyət normal olan halda işləyə bilər. Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitə, potensiallı obyektlərdə daimi müşahidə aparılır, ehtimal edilə bilən fövqəladə halların qarşısını almaq, təsirini azaltmaq, nəticələrini aradan qaldırmaq məqsədilə əvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir. Qüvvə və vasitələrin ehtiyatları yaradılır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış, fəaliyyət qaydaları öyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq işləri görülür.

Yüklə 176,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin