Qrup : 588 TƏLƏBƏnin adi: Yusifov Nurlan Fakultə: Beynəlxalq munasibətlər ve iqtisadiyyat Ixtisas: Dunya Iqtisadiyyati


Bazar iqtisadiyyatı şəraitində sövdələşmələrdə bir qayda ola­raq birjalar vasitəçilik edirlər. Birja bazarın xüsusi formasıdır və aşağı­dakı əsas növləri vardır



Yüklə 21,56 Kb.
səhifə4/4
tarix11.01.2022
ölçüsü21,56 Kb.
#51167
1   2   3   4
Belge (7)

Bazar iqtisadiyyatı şəraitində sövdələşmələrdə bir qayda ola­raq birjalar vasitəçilik edirlər. Birja bazarın xüsusi formasıdır və aşağı­dakı əsas növləri vardır:

  • 1) Əmtəə birjaları;

  • 2) Fond (qiymətli kağızlar) birjaları;

  • 3) Valyuta birjaları;

  • 4) Əmək birjaları.

  • Əmək və valyuta birjalarının ilk rüşeymləri XV-XVI əsrlərdə manufakturanın yarandığı və bu əsas üzərində xarici ticarətin geniş­lən­diyi dövrdə Italiyada (Venesiya, Genuya, Florensiya şəhərləri) meyda­na gəlmişdir.

  • Əmtəə birjaları topdansatış ticarətin başlıca forması-dır. Başqa sözlə, əmtəə birjaları elə bir xüsusi növ bazardır ki, burada yekcins əm­təələr (pambıq, kömür, taxıl, ağac ma-terialı, metal və i. a.) kütləvi surətdə nümunələr və stan-dartlar üzrə alınıb – satılır, həmin əmtəələrə tələb və təklif bütöv bir ölkələr qrupu, habelə dünya bazarı miqyasında cəmlənmiş olur. Birja sövdələşmələrində əmtəələr əldən-ələ keçmir. Bu­rada satıcı müəyyən olunmuş müddətdə alıcıya müəyyən miqdarda əm­təə verməyi öhdəsinə götürür. Əmtəə birjalarında alqı-satqı zamanı alıcı ilə satıcı arasındakı hesablaşmalar ya həmin vaxtda, yaxud da müəyyən müd-dətdən sonra aparıla bilər.

  • Əmtəə birjaları bəzi hallarda müstəqil, bəzi hallarda qiymətli kağızlar birjası ilə birlikdə, bəzi hallarda isə hətta ayrı-ayrı əmtəə qrup­ları üzrə fəaliyyət göstərir. Məsələn, Nyu-Yorkda dünyada ən qədim pambıq (1868-ci il) birjası, qəhvə və şəkər (1882-ci il), kakao (1925-ci il) birjaları vardır. 1933-cü ildə bir neçə birjanın (kauçuk, gön-dəri, ipək, əlvan metallar və s.) birləşməsi nəticəsində birləşmiş birja əmələ gəlmiş­dir. Bir sıra ərzaq məhsulları (məsələn, yağ, yumurta, buğda, çovdar, arpa, kartof və s.) ticarəti ilə məşğul olan birjalar, ticarət palataları da vardır.

  • Fond birjaları bazar iqtisadiyyatının barometri rolunu oyna­maq­la müəyyən dərəcədə mütəşəkkil bazardır. Bu birjanın üzvləri həm ayrı-ayrı qiymətli kağız sahibləri, həm də kredit-maliyyə təşkilatları ola bilərlər. Birja əməliy-yatlarının aparılması qaydasının müəyyən olunma­sı­na döv-lət tərəfindən nəzarət edilir. Hazırda dünyada 250-yə yaxın fond birjası fəaliyyət göstərir ki, bunların içərisində, aparı-lan əməliy­yat­ların miqyasına görə ən iriləri və məşhurları Nyu-York, London, Tokio, Frankfurt birjalarıdır. Böyük ölkələrdə bir neçə birja fəaliyyət göstərir. Məsələn, ABŞ-da belə birjaların sayı 11-ə, Yaponiyada 9-a, Kanadada 6-a, Fransada 7-ə, Almaniyada 8-ə bərabərdir. ABŞ-da fond bir-jaları xüsusi rol oynayır. Belə ki, ABŞ-ın fond birjalarında olan qiy­mət­li kağızların ümumi dəyəri, üst-üstə inkişaf etmiş bütün ölkələrdə olan qiymətli kağızlardan çoxdur. Fond birjalarında da qiymətlər tələb və təklif əsasında əmələ gəlir.

  • : Valyuta birjası hər hansı bir ölkənin milli valyutasını dönərli valyutaya və ya əksinə, dəyişdirmək üçün yaradılır. Fond birjaları mey­dana gəldikləri və fəaliyyət göstərdikləri ilk dövrlərdə onun tərkibində xarici valyutanın alınıb-satıldığı valyuta birjaları da təşkil olunurdu. Sonralar bu əməliyyatları iri banklar aparmağa başladılar. Hazırda xarici valyutaların alqı-satqısı əməliyyatlarını fond birjaları və banklar yerinə yetirirlər.

  • Valyuta birjalarının xüsusi orqanları – adətən qiy-mətqoyma komissiyası – xarici valyuta məzənnələrini müəy-yənləşdirir və onları xü­susi bülletenlərdə dərc etdirir. Bank-lar, sənaye və ticarət inhisarları, xa­rici valyutası olan ayrı-ayrı sahibkarlar bundan müxtəlif maliyyə əmə­liyyatlarında geniş istifadə edirlər. Xarici valyuta ilə qiymətqoy­ma­nın aşağıdakı iki növü vardır: 1) Birbaşa qiymətqoyma; 2) Vasitəli qiymətqoyma. Bir­ba­şa qiymətqoyma daha geniş yayılmışdır və bu zaman xarici val­yuta va­hidi milli valyuta ilə ifadə olunur. Vasitəli qiymətqoyma zamanı isə milli val-yuta vahidi xarici valyuta ilə ifadə edilir.

  • Əmək birjaları iş qüvvəsinin alınıb-satılması üçün sövdələşmə­lərdə işçilərlə sahibkarlar arasında vasitəçilik edən müəssisədir. Əmək birjası ilk dəfə XIX əsrin birinci yarısında meydana gəlmişdir. O, dövlət müəssisəsidir və bir qayda olaraq Əmək Nazirliyinə tabe olur. Dövlət, onun vasitəsilə əmək bazarına təsir göstərir. Əmək birjasının əsas və­zifələri bunlardır: 1) Işsizləri işə düzəltmək; 2) Arzu edənlərə iş yerinin dəyişdirilməsində kömək göstərmək; 3) Iş qüvvəsi bazarında vəziyyəti öyrənmək və onun haqqında informasiya vermək; 4) Gənclərə peşə yö­nümündə kömək etmək; 5) Bir sıra ölkələrdə (Böyük Britaniya, Italiya, Fransa və i. a.) işsizləri uçota almaq və onlara yardım etmək, müavinət vermək.

  • Dövlət strukturlarında olan əmək birjaları ilə yanaşı, müəyyən işçi qruplarına (kənd təsərrüfatı işçiləri, idarə işçiləri, müəllimlər və i. a.) xidmət edən xüsusi vasitəçilər, habelə həmkarlar, dini və gənclər təşkilatları nəzdində işədüzəltmə büroları da fəaliyyət göstərir.

    Yüklə 21,56 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin