Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix07.01.2017
ölçüsü1,92 Mb.
#4823
1   2   3   4   5   6   7   8   9   ...   14

: 
Hazırda fermentlər gündəlik həyatda tətbiq sahəsinə 
görə aminturşularından və antibiotiklərdən sonra üçüncü yeri tutur. 
Dünya  bazarında  istifadə  olunan  fermentlərin  60%-i  peptidhidrolazaların 
(sintetik yuyucu maddələrin istehsalında istifadə olunur), 30%-isə qlükozidazaların 
(qənnadı  sənayesində,  meyvə-tərəvəz  şirələrinin  hazırlanmasında  istifadə  olunur) 
payına  düşür.  Fermentlər  şərabçılıqda,  çörəkbişirmədə,  spirt,  pivə,  şirələrin 
istehsalında,  tütünçülükdə,  gön-dəri,  ət,  süd,  balıq,  konserv  sənayesində,  şirniyat 
emalında, məişətdə və başqa sahələrdə də  tətbiq olunur. 
Çörəkbişirmə  sənayesində  köbələkdən  alınmış  ferment  (əsasən  amilaza) 
preparatından  istifadə  xəmirin  tez  yetişməsini  (alınmasını,  şişməsini)  30%  artırır 
həmçinin  əla  növ  bulka  çörəyin  əldə  olunmasında  saxarozaya  2  dəfəyə  yaxın 
qənaət edir. 
Pivəbişirmədə,  spirt  istehsalında,  nişastadan  qlükoza  alınmasında  amilaza 
fermentindən  istifadə  edilir.  Peptidhidrolaza  fermenti-gön  dəri  istehsalında  ət 
yeməklərinin hazırlanmasında (onlara xüsusi dad verir) istifadə edilir. 
Fermentlər  təbabətdə  bir  sıra  xəstəliklərin  müalicəsində  istifadə  edilir: 
Proteolitik  fermentlərdən  pepsin,  tripsin  və  başqa  qarışıq  tərkibli  (betasid,  festal, 
abomin, panzinorm  və başqaları) olanlar - mədə bağırsaq yollarının müalicəsində, 
qan  dövranın  təmizlənməsində,  trombların  həll  edilməsində,  asparkinaza-xərçəng  
xəstəliklərinin bəzi növlərinin müalicəsində istifadə olunur. 
Son  zamanlar  bəzi  xəstəliklərin  diaqnozunda  və  proqnozunda  fermentlərin 
spesifik  xassələrinə  əsaslanaraq  enzimdiaqnostika  yaranmışdır.  Beləki,  qanda  və 
sidikdə fermentlərin miqdarına  əsaslanaraq bəzi diaqnozlar təyin edilir.  Məsələn: 
laktodehidroge-naza  (LDG),  aspartataminotransferaza  (AST)  və  aldolaza  miokard 
infarktın  diaqnostikasında;  LDG,  AST  və  alaninaminotransferaza  qaraciyər 
xəstəliklərinin  diaqnostikasında;  j-qlutamiltransferaza  orqanların  köçürülmə 
H
──
C COOH                        H
──
C COOH 
                                                                    

            ║
                                          
H
──
──
C COOH                HOOC C H     
    sis -malein                      trans-fumar 

69 
 
əməliyatında  onların  dəyişirikliyə  uğramasının  müəyyənləşdirilməsi  diaqnostika-
sında və s istifadə olunurlar.  
Biokimya  laboratoriyalarında  fermentlər  bəzi  göstəricilərin  (qlükoza,  süd 
turşusu,  piroüzüm  turşusu,  ATF,  ADF,  AMF  və  s)  bioloji  materiallarda  (qan, 
toxuma və s.) təyinində işlədilir. 
Mikrobiologiyanın  və  biotexnologiyanın  nəaliyyətləri  bakteriya  və  köbələk 
mənşəli  fermentlərdən  heyvanların  yemləri  mənimsənilməsini  artırmaq  məqsədilə 
istifadəsi  get-gedə  genişlənir.  Kompleks  ferment  preparatlarının  tətbiqi  yemlərdə 
selluloza  və  hemisellulozanın  da  heyvan  orqanizmində  mənimsənilməsinə  şərait 
yaradır. 
Ferment  preparatların  saxlanılması  nəticəsində  onların  istifadəsi  çətinləşir. 
Tətbiqi  enzimologiyanın  nəaliyyətləri  nəticəsində  immobilləşdirilmiş  fermentlər-
süni  ferment  qrupları  yaradılmışdır.  Bu  cür  immobilləşdirilmiş  fermentdə  hər  bir 
ferment  süni  surətdə  həll  olmayan  daşıyıcı  ilə  birləşir.  Daşıyıçı  kimi  üzvi 
(sellüloza,  dekstrin,  aqaroza,  xıtın,  keratin,  fibroin,  kollagen)  həm  də  qeyri-üzvi 
(şüşə, gil, keramika, silikogel, metal oksidləri və s) maddələrdən istifadə olunur. 
Son zamanlar biotexnoloji üsul ilə immobilləşdirilmiş fermentlər istehsalına 
başlanmışdır.  Bu  cür  immeilləşdirilmiş  fermentdə  hər  bir  ferment  öz  aktivliyini 
saxlayır. 
Gələcəkdə  fermentativ reaksiyaların  mexanizminin tam açılması reaksiyala-
rın  sürətlə  getməsini  100%  çıxıma  nail  olmasını,  canlı  orqanizmdə  bir  çox 
xəstəliklərin vaxtında diaqnostikasını və müalicəsini təmin edəcəkdir. 
 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
 
Qida kimyasından mühazirələr. 

70 
 
MƏRUZƏÇİ:dos.Həşimov Xalıq Məmməd oğlu 
MÖVZU 7. VİTAMİNLƏR VƏ KOFERMENTLƏR, TƏSNİFATI. YAĞDA VƏ  
                    SUDA HƏLL OLAN VİTAMİNLƏR. ANTİVİTAMİNLƏR 
 
 
P L A N  
 
 
1. Vitaminlər və kofermentlər haqqında ümumi məlumat 
2. Vitaminlərin təsnifatı və nomenklaturası, təyin edilmə üsulları 
3. Yağda həll olan (A, D, E, K, F, Q) vitaminlər, tərkibi, bioloji rolu 
4. Suda həll olan (B qrupu vitaminləri, C vitamini) vitaminlər, tərkibi, bioloji rolu 
5. Antivitaminlər, tərkibi, bioloji rolu 
 
 
 
 
 
1.  Vitaminlər  və  kofermentlər  haqqında  ümumi  məlumat:  Vitaminlər  
hüceyrənin normal həyat fəaliyyəti üçün lazım olan ən vacib bioüzvi maddələrdir. 
 
 

71 
 
Onlar  qidanın  əvəzolunmaz  komponentləridir.  Vitaminlərin  çoxusu  insan  və 
heyvan  orqanizmində  sintez  olunmurlar.  Bitkilərdə  və  mikroorqanizmlərdə  amin-
turşulardan  (triptofan,  β-alanin,  valin,  serin  və  s.),  karbohidratlardan  (qlükoza, 
qalaktoza  və  s.)  və  qeyri-üzvi  birləşmələrdən  sintez  olunurlar.  Vitaminlər  bir  çox 
fermentlərin  tərkibinə  daxildir,  bioloji  katalizdə  mühüm  rol  oynayır.  Onlar 
orqanizmdə  fermentlərin  zülal  olmayan  hissələrinin-koferment  və  prostetik 
qruplarının  qurulmasında  iştirak  edir.  Onlar  bitkilərin,  heyvanların  və  insanların 
boy və inkişafında da mühüm rol oynayır. 
 
Vitaminlərin  mübadiləsi  (biosintezi, parçalanması) bitkilərin  və  heyvanların 
orqanlarında  müxtəlif  intensivlikdə  getməklə  onların  yaşından,  xarici  mühit 
amillərindən  (günün  uzunluğu,  temperatur,  havanın  rütubəti,  təzyiq,  şüalanma  və 
s.) və onların orqanizmindən  də asılıdır.  
Viataminləri  öyrənən  elm  sahəsi  vitaminologiya  adlanır.  Hazırda  50-yə 
qədər  vitamin  müəyyən  edilmişdir.  Onların  əksəriyyəti  bitkilərdən  süni  surətdə 
sintez üsulu ilə alınmışdır.     
Struktur və funksyaları yaxşı öyrənilmiş vitaminlərdən əlavə vitaminəbənzər 
maddələr  də  mövcuddur.  Onların  bioloji  rolu  hələlik  yaxşı  tədqiq  edilməmişdir. 
Belə  maddələrə  xolin,  inozit,  linol  turşusu,  I-vitamini  (S-metilmetionin),  B
15
-
vitamini  (panqam  turşusu),  orot  turşusu,  ubixinon,  paraaminbenzoy  turşusu, 
karnitin,  linol,  linolein,  araxidon  turşuları  aiddir.  Müəyyən  edilmişdir  ki,  onların 
qidada çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına şərait yaradır. 
2.  Vitaminlərin  təsnifatı  və  nomenklaturası,  təyin  edilmə  üsulları
Vitaminlərin öyrənilməsi 1880-ci ildə N. İ. Lunin tərəfindən başlanmış və ilk dəfə 
1911-ci  ildə  K.  Funk  tərəfindən  düyünün  kəpəyində  müəyyən  edilmişdir.  Hələ 
qədim  zamanlarda  insanlar  arasında  bir  sıra  kütləvi  xəstəliklər  (sınqa,  beri-beri, 
pellaqra  və  s.)  yayılmışdır.  Beri-beri  xəstəliyi  haqqında  məlumatı  qədim  Çin, 
Yunan  və  Hind  həkimlərinin əsərlərində təsadüf olunur. 1912-ci  ildə polyak alimi 
K.  Funk  düyü  kəpəyindən  alınan  və  beri-beri  xəstəliyində  işlədilən  kristal 
maddənin  tərkibində  amin  (─NH
2
)  qrupunun  olmasını  müəyyən  etmişdir  və  bu 
maddəyə  vitamin (latınca  vita-həyat,  vitamin-həyat amili) adı  verməyi təklif etdi.. 
Sonralar  məlum  oldu  ki,  düyü  kəpəyindən  alınmış  kristal  maddə  də  müxtəlif 
birləşmələrin  qarışığından  ibarətdir.  Sonralar  qida  ilə  qəbul  edilən,  həyat  üçün 
zəruri olan və orqanizm tərəfindən energetik maddə kimi istifadə edilməyən bioloji 
aktiv  maddələr  vitaminlər  adı  altında  birləşdirildi.  Sonralar  aydın  olmuşdur  ki, 
tərkibində  amin  qrupu  olmayan  vitaminlər  də  (askorbin  turşusu,  tokoferol, 
pridoksin və s.) vardır.  
Vitaminlər latın hərfləri ilə adlandırılır. A, B, C, D, E, K vitaminləri və s.  

72 
 
Lakin  bunlar  təsirlərinə  görə  (antikseroftalmik,  antipellaqrik  vitaminlər  və  s.)  və 
kimyəvi  tərkiblərinə  görə  də  (tiamin,  askorbin  turşusu  və  s.)  adlandırılır.  Hazırda 
hər üç adlanmadan istifadə edilir.  
Vitaminlər  müxtəlif  qrup  üzvi  birləşmələrə  aid  olduğu  üçün  onların  həll 
olma qabiliyyətinə görə iki qrupa bölünür.  
1. Yağda həll olan vitaminlər – A, D, E, K, Q 
2. Suda həll olan vitaminlər – B qrupu (B
1
, B
2
, B
3
, B
5
, B
6
) vitaminləri, C, PP, 
fol, paraaminbenzoy turşusu və s.   
Yuxarıda  qeyd  edilən  vitaminlərin  bəziləri  bir  neçə  formada  olur.  Həmin 
formalar – vitamerlər adlandırılır. Məsələn, A
1
 və A
2
 vitaminləri A vitamininin, D
2
 
və D
3
 vitaminləri D vitamininin vitamerləridir.  
Vitaminlər  əvəzolunmaz  birləşmələrdir.  Onların  orqanizmdə  müxtəlif  
miqdarda  olmasından  asılı  olaraq  orqanizmin  avitaminoz  hipovitaminoz  və  hiper-
vitaminozluq halları yaranır. 
Avitaminozluq  –  qida  maddələrinin  tərkibində  vitaminlərin  tamamilə 
olmaması  halına  deyilir.  Bir  neçə  vitaminin  olmaması  poliavitaminoz  adlanır.  Bu 
hal müəyyən xəstəliklərə gətirib çıxarır və orqanizmin məhvi ilə nəticələnir.   
Hipovitaminozluq – qidada bu və ya digər vitaminin qismən çatışmamazlığı, 
yəni vitaminlərin səviyyəsinin normadan aşağı düşdüyü hallarda baş verir.  
Əmələ  gəlmə  səbəblərinə  görə  hipovitaminozları  iki  qrupa  bölmək  olar:  1) 
ekzogen hipovitaminozlar-qida maddələrinin keyfiyyətsizliyi nəticəsində baş verir. 
2)  endogen  hipovitaminozlar-orqanizmdə  baş  verən  patoloji  hallarla  əlaqədar 
meydana çıxır.  
Hipovitaminozluq  hallarında  –  orqanizmin  iş  fəaliyyəti  aşağı  düşür,  qaran-
lıqda  görmə  zəifləyir,  ümumiyyətlə  orqanizmin  xəstəliklərə  qarşı  müqaviməti 
zəifləyir.  
Hipervitaminozluq  –  vitaminlərin  uzun  müddət  həddindən  artıq  qəbul 
edilməsi nəticəsində baş verir. Bu hal bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb 
olur.  Belə  xəstələrə  hipervitaminozlar  deyilir.  Hipervitaminozluq  yağda  həll  olan 
vitaminlər (xüsusən A və D) üçün xarakterikdir. Bu hal insan orqanizmində bir sıra 
allergik xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.  
Vitaminlərlə  zəngin  bitki  və  heyvan  mənşəli  ərzaqlarla  qidalanma  orqanı-
zmdə fermentativ proseslərin normal getməsi üçün əsas amillərdən biridir.  
Qida məhsullarının tərkibində olan vitaminləri təyin etmək üçün iki üsuldan 
istifadə edilir: fiziki-kimyəvi və bioloji üsullardan. 
Fiziki-kimyəvi  üsul  müxtəlif  vitaminlərin  müəyyən  kimyəvi  reaktivlərlə 
rəngli reaksiyalar vermək qabiliyyətinə əsaslanır. Bioloji üsulun mahiyyəti bundan 
ibarətdir ki, heyvanlar müəyyən müddət ərzində (dəniz donuzu, siçovul və s.) süni, 
vitaminsiz  pəhrizlə  qidalandırırlar,  təcrübə  heyvanlarında  avitaminoz  əmələ 

73 
 
gəldikdən  sonra,  onları  tədqiq  olunan  qida  maddələri  ilə  yemləyirlər.  Qida 
maddəsinin  müəyyən vitaminin avitaminozunun qarşısını ala bilən miqdarını təyin 
etməklə, onun tərkibindəki vitaminin aktivliyini hesablayırlar. 
3.  Yağda  həll  olan  (A,  D,  E,  K,  F,  Q)  vitaminlər,  tərkibi,  bioloji  rolu:          
A  vitamini-  A  vitamini  (və  ya  retinal)  bitkilərdə  provitamin  formada  olur.  Onun 
provitamini  karotindir.  Onun  da  3  izomeri  vardır:  α-,  β─,  γ─karotin.  Karotinlərin 
qarışığında  β─karotin  çoxluğu  (təxminən  85%)  təşkil  edir.  Bunun  bioloji  fəallığı 
100  götrülərsə,  α─formanınkı  53  və  γ─formanınkı  isə  27-dir.  Karotinlər 
karbohidrogenlərə aid olub, emprik tərkibi 
56
40
H
C
 olur.  
A vitamini insan və heyvan orqanizmində karotindən əmələ gəlir. Bağırsağın 
selik  təbəqəsində  və  qaraciyərdə  karotinazanın  iştirakı  ilə  bir  molekul  β  – 
karotindən  hidrolitik  parçalanma  nəticəsində  2  molekul,  α─,  və  γ─karotindən  isə 
bir molekul A
1
 vitamini (və ya retinal) əmələ gəlir. 
 
 
 
 
 
A

vtamini  tsiklik  biratomlu  doymamış  spirtdir.  Oksigenli  mühitdə  tez 
pozulur. Təmiz halda açıq-sarı rəngli kristallik maddədir, 63
0
C-də əriyir. Suda həll 
olmur,  lakin  yağlarda,  efirdə,  xloroformda,  asetonda  və  s.  yağ  həlledicilərində 
yaxşı həll olur. Bunun izomerləri də vardır. A
2
 vitaminindən bunun fərqi nüvəsində 
əlavə (2-ci) ikiqat rabitənin olmasıdır.  
Şirin su hövzələrində yaşayan balıqların yağında bioloji təsirinə görə retinola 
oxşar  maddə  tapılmışdır.  Bu  maddənin  bioloji  təsiri  retinola  nisbətən  zəifdir.  O 
kimyəvi quruluşuna  görə retinoldan bir ədəd doymamış ikiqat rabitənin olması  ilə 
fərqlənir və bununla əlaqədar dehidroretinol adlanır. 
Balinaların  qaraciyərində  orqanizmə  A  vitamini  kimi  təsir  göstərən  bir 
maddə alınmışdır. Bu maddə A
3
 vitamini adlanır. 
A  qrupu  vitaminləri  zülalların,  nuklein  turşularının  mübadiləsində,  bəzi 
hormonların  (insulinin)  fəallaşmasında,  oksidləşmə-reduksiyalaşma  proseslərində 
iştirak edir.  
A vitamininin aldehid forması (sis izomeri) opsinlə birləşib rodopsin (görmə 
purpuru) əmələ gətirir. Bu görmə prosesini də başa çatdırır. Rodopsin işığın təsirilə 
opsinə  və  A  vitamininin  sis  –  formasına  ayrılır.  Sonuncu  isə  izomerləşərək  trans 
formaya  və  A  vitamininin  aldehid  forması  isə  reduksiyalaşaraq  spirt  forma-sına 
çevrilir. 
Qaranlıqda bu proseslər əksinə gedir. Bu çevrilmələri sxematik aşağıdakı 


 CH
3
 
CH
2
 
H
2

H
2

H
3

CH
3
 
CH
2
OH 
CH
3
 
CH
3
 
A
1

vitamini 

74 
 
kimi göstərmək olar:  
 
 
 
A  vitamini  çatışmadıqda  insan  və  heyvanlarda  görmə  prosesi  (keratomal-
yasiya  –  gözün  buynuz  təbəqəsinin  yumşalması,  kseroftalmiya-gözün  buynuz 
qişasının  quruması,  sinir  sisteminin  fəaliyyəti  və  epitel  örtüyü)  pozulur.  Toyuq 
korluğu və ya hemerlopiya – A hipovitaminoz əmələ gəlir. Bu zaman alaqaranlıqda 
və axşamüstü  görmə qabiliyyəti  itir,  lizosimin əmələ  gəlməsi dayanmır,  yoluxma-
ya həssaslıq artır. Belə xəstələr vərəmə tez tutulur.  
A  vitamini  ən  çox  yumurtanın  sarısında  (2─15  mq%),  qaraciyərdə  (25 
mq%), balıq yağında (27─400 mq%), süddə, kərə yağında və s. olur. 
D  vitamini-Buna  bir  neçə  formada  (D
2
─D
6
)  təsadüf  edilir.  Bunlardan 
faydalısı D
2
 və D
3
 vitaminləridir.  
D  vitamini  və  ya  kalsiferol  bitkilərdə  provitamin  formasındadır.  Bu  da 
sterinlərdəndir. Məsələn, erqosterin D
2
 vitamininin provitaminidir. İnsan və heyvan 
orqanizmində erqosterindən ultrabənövşəyi şüaların təsiri ilə D
2
 vitamini (erqokal-
siferol) əmələ gəlir. D
3
 vitamininin (və ya xolekalsiferol) biosintezində dəridə olan 
7─dehidroxolesterindən  istifadə  olunur.  D  qrupu  vitaminlərinin  tərkibində  tsiklo-
pentanonperhidrofenantren nüvəsi vardır və quruluşları aşağıdakı kimidir: 
 
 
 
D
2   
vitamini  rəngsiz  kristallardan  ibarət  4  ikiqat  rabitəli  siklik  doymamış 
spirtdir. Temperatura davamlıdır, 115-117
0
C-də əriyir.  
D  vitamini  mineral  maddələrdən  kalsium  və  fosfor  mübadiləsinin  nizam-
lanmasında  iştirak  edir.  Bu  vitamin  çatışmadıqda  körpələrdə  raxit  və  yaşlılarda 
osteomalyasiya xəstəliyi əmələ  gəlir. Raxit mineral mübadilənin pozulması nəticə- 
CH

HO 
HO 
CH

          CH
3
 
  CH
3
 

 
  
│─ ─
   CH CH 
                  ║ 
                  CH 
                  

 
                  CH

CH

                  

 
        H
3
C
─ ─
CH CH
3
 
D
2
-vitamini 
 
          CH
3
 
  CH
3
 

 
  
│─ ─
   CH CH

                  

 
                  CH

                  

 
                  CH

                  

 
        H
3
C
─ ─
CH CH
3
 
D
3
-vitamini 
 
 
qaranlqda                                         işıqda 
                         Rodopsin                                 orsin 
   orsin+ 
   sis


re nal                                      trans re nal 
   |
ℎ |                                          |
ℎ | 
       2H↑                                                    +2H↓ 
A vitamininin                                   A vitamininin 
  sis forması                                trans forması (spirt) 
                                                                  

75 
 
sində lülə sümüklərin yumşalması və əyilməsi ilə xarakterlənir.  
Bütün  orqan  və  toxumalarda  fosfor  və  kalsiumun  miqdarı  azalır.  Qanda 
kalsiumun  miqdarı  10  mq  %-dən  7  mq  %,  fosforunku  isə  5  mq  %-dən  2  mq  %-ə 
qədər azalır.  
D  vitamini  ən  çox  balıq  yağında,  süddə,  qaraciyərdə,  yumurtanın  sarısında, 
kərə yağında və qeyri məhsullarda olur.  
E  vitamini-Bu  vitamin  əmələgəlmə  (törəmə)  prosesini  nizamlamaqla, 
heyvanlarda  qısırlığın  qarşısını  alır.  Ona  görə  də  buna  t  ö  r  ə  m  ə  vitamini  və  ya 
tokoferol (nəsil gəzdirən deməkdir) da deyilir.  
Emprik formulu C
29
H
50
O
2
. Tokoferolun quruluşu belədir: 
 
 
 
 
E vitamini yağvari maye olub, spirt və efirdə yaxşı həll olur, asan oksidləşir, 
turşulara və temperatura davamlıdır. Qələvilərdə nisbətən tez həll olur.  
Tokoferol yağları oksidləşmədən qoruduğu üçün antioksidant adlanır.  
E vitamini həm sərbəst, həm də birləşmiş halda olur. Kələmdə E vitamini 
20% sərbəst və 80% zülalla birləşmiş haldadır (M. P. Zaxarovaya görə). 
E vitamini orqanizmdə oksidləşmə - reduksiya proseslərinin nizamlanmasına 
imkan yaradır. Ona görə bu vitaminin çatış-mazlığında əzələlərin oksigenə təlabatı 
çoxalaraq, onlar distrofiyalaşır.  
Müəyyən  olunmuşdur  ki,  E  vitamini  selenin  və  ubixinonun  metobolizminə 
təsir edir, həmçinin qocalmanı ləngidir.  
E avitaminozluğu zamanı heyvanlarda balasalma əmələ gəlir. Spermatozoid-
lərin, tənasül hormonlarının əmələ gəlməsi pozulur. Erkəklərin toxumaları degeni-
rasiyalaşır.  
K  vitamini-
 
Buna  a  n  t  i  h  e  m  o  r  r  o  k  i  k    vitamini  də  deyilir.  Bu  qanın 
laxtalanmasında iştirak etdiyindən onun çatışmamazlığında qan laxtalanma qabiliy-
yətini  itirir.  Bədənin  müxtəlif  hissələrində  (dəridə,  qarın  boşluğunda,  əzələlərdə) 
qan sızmaları müşahidə edilir, qan azlığı baş verir. Bu vitamin protrombinin əmələ 
gəlməsində iştirak edir, prokonvertini stabilləşdirir. 
K vitamini açıq-sarı rəngli kristallik maddə olub, 52
0
 C temperaturda əriyir. 
Reduksiya  etdikdə  rəngsizləşir,  oksidləşdikdə  isə  saralır.  Bu  vitamin  ultrabənöv-
şəyi  şüaların  və  qələvilərin  təsirindən  pozulur.  Lakin  havada  uzun  müddət,  hətta 
120
0
 C-yə kimi qızdırdıqda belə pozulmur. 

     O   
CH

     CH
3    
      CH
3                    
CH
3    
             CH
3
        
                     



                                         
C

 (CH
2
)
3
─ ─
CH (CH
2
)
3
─ ─
CH (CH
2
)
3

CH 
                                                                 

 
                                                                 CH

                   
CH

 
CH

H
3
C

 
HO

 

76 
 
K  vitaminləri  üzvi  həlledicilərdə  yaxşı  həll  olur.  O  bir  neçə  formada  olur. 
Onlardan K
1
 və K
2
 vitaminləri əsasdır. K
1
 vitamini-nə α─filloxinon, K
2
 vitamininə 
isə farnoxinon da deyilir. 
K
1
 vitamininin tərkibi aşağıdakı kimidir: 
 
 
 
Bunun  kimyəvi  adı  2-metil-3-fitil-1,4-naftoxinondur.  Bu  1940-cı  ildə 
sintetik yolla da alınmışdır. 
K vitamini naftaxinon qrupuna aiddir. Bunun bioloji fəallığında nüvəsi əsas 
rol oynayır, yan zəncir isə az əhəmiyyətlidir. 
K vitaminləri orqanizmdə parçalanaraq 2-metil-1,4-naftoinona da çevrilir ki, 
bu da zəif də olsa, fəallığa malikdir. Bu, K

vitamini də adlanır.
 
K  vitamininin  çatışmazlığına  quşlar,  xüsusən  cavanlar  çox  həssasdır.  O, 
bitgilərdə  ən  çox  qara  yoncada,  kələmdə,  ispanaqda,  yerkökündə,  gicitgəndə  və 
qarğıdalının saçağında olur. 
Təbabətdə  və  baytarlıqda  ən  çox  K  vitamininin  əvəzedicisi  olan  vikasol  və 
ya metilnaftoxinonun bisulfitli törəməsi işlənir. 
 
 
Bu maddə suda yaxşı həll olur, toksiki təsiri azdır və bilavasitə qana yeridilə 
bilər. 
Vikasoldan qanaxmalarını dayandırmaq üçün də istifadə edilir. 
F vitamini-
 
Linol,  linolen  və araxidon turşuları  F  vitamini  (fat  ingiliscə  yağ 
deməkdir) sayılır. Bunlardan ən fəalı araxidon turşusudur. Vitaminlər ən çox bitki 
yağlarında (qarğıdalı, günəbaxan) olur, insan və heyvanlarda sintez olunmur. Qeyd 
edilən turşular suda həll olmur, lakin üzvi həlledicilərdə yaxşı həll olur və yüksək 
bioloji  fəal  maddələrdir.  Plastik  funksiya  daşıyır.  Bu  turşuların  bəzilərindən  bir 
qrup prostaqlandinlər əmələ gəlir. 
F vitamininin çatışmazlığı siçovullarda tüklərin tökülməsinə, dermatitə, boy 
inkişafının  dayanmasına  səbəb  olur.  Ağır  formada  insanda  damarlarda  skleroz, 
hiperxolesterinemiya müşahidə edilir, yolxucu xəstəliklərə həssaslıq artır. 
K
3
-Vitamini 
Vikasol 
CO 
CO 
  ─
CH
3
 
  ─
CH
3
 
OH        SO
3
Na 
 
      C
 
CO 
                      CH
3
            CH
3                  
CH
3    
             CH
3
        
                      

                  

                  

                      

 

CH
2
─ ═
CH C─
(CH
2
)
3

C─
(CH
2
)
3
─ ─
CH (CH
2
)
3
─ ─
CH CH

                                                                  
O
 
 
CO 
  ─
CH
3
 

77 
 
Kənd  təsərrüfatı  heyvanlarında  F  vitamininin  çatışmazlığı  yaxşı  öyrənilmə-
mişdir, lakin müəyyən edilmişdir ki, süd məhsuldarlığı azalır, cavanların boy inki-
şafı dayanır, nəsl vermə pozulur. 
Q  vitamini-
 
Q  vitamini  yaxud  koferment  (K
o
Q)  adlanır.  Ubixinon  və  ya 
koenzim Q canlı aləmdə çox geniş yayılmış kofermentlərdən biridir. Ona canlıların 
toxuma  və  hüceyrələrində  təsadüf  edilir.  Koenzim  Q  əksəriyyət  etibarilə 
hüceyrələrin  mitoxondrilərində  olur.  O,  toxuma  tənəffüsü  (bioloji  oksidləşmə) 
prosesində  elektronların  membran  dehidrogenazalarından  sitoxrom  sisteminə 
keçirilməsində  iştirak  edir.  Lakin  ona  başqa  ferment  sistemlərində  də  (məsələn, 
qaraciyərin aldehidoksidazasının tərkibində) təsadüf olunur.  
Koenzim  Q-nün  kimyəvi  quruluşunun  əsasını  2,3-dimetoksi-5-metil-1,4-
benzoxinon təşkil edir. Onun yan zənciri müxtəlif miqdarda izoprenoid qalıqların-
dan ibarətdir. 
 
 
 
 
Ubixinon  suda  həll  olmayan  maddədir,  oksidləşmə-reduksiya  qabiliyyətinə 
malikdir.  Bu  vitamin  mitoxondriyaların  daxili  membranlarında  elektron  köçürücü 
zülalların  tərkibinə  daxildir.  Tənəffüs  prosesində  flavoproteidlərdən  (membran 
dehidrogenazalardan)  V  sitoxromdakı  dəmirə  elektronların  köçürülməsində  kofer-
ment  funksiyasını  yerinə  yetirir.  Bu  vitamin  heyvan  məhsullarında  sintez  olunur. 
Ubixinon  bitki  və  heyvan  məhsullarında  vardır.  Heyvan  orqanizmində  ən  çox 
qaraciyərdə olur. 
K
o
Q-əzələ  distfrosiyası  və  ürək  fəaliyyətinin  çatışmazlığı  hallarında  da 
şəfaverici təsir göstərir. 
4.  Suda  həll  olan  (B  qrupu  vitaminləri,  C  vitamini)  vitaminlər,  tərkibi, 
bioloji roluB
1
 vitamini (və ya tiamin) rəngsiz, acı kristalik maddədir, suda yaxşı 
həll olur, temperatur və turş mühitdə davamlıdır. Zəif qələvi mühitdə  tez pozulur. 
Tərkibində  həm  kükürd,  həm  də  amin  qrupu  olduğuna  görə  B
1
-vitamininə  tiamin 
də  deyilir.  Tiamin  (və  ya  anevrin)  primidin  nüvəsi  ilə  tiazol  halqasından  əmələ 
gəlmişdir.  Bu  vitaminin  kimyəvi  quruluşu  Vilyams  və  Vandaus  tərəfindən 
aydınlaşdırılmışdır. 
B
1
 vitamini tiaminxlorid formada turş mühitdə mövcuddur.  
Neytral  və  qələvi  mühitdə  bu  quruluş  dəyişir,  tiamin  molekulunda  sərbəst 
aldehid  və  sulfhidril  qrupları  yaranır.  Bu  vitamin  insan  və  heyvanların 
orqanizmində tiamin pirofosfst formasındadır, sərbəst şəkildə olmur. 
Ubixinon (koenzim Q) 


                      CH
3
 
                      │
 

(CH
2
─ ═ ─
CH C CH
2
)
n
 
  H
3
CO─
 
  H
3
CO─
 
  ─
CH
3
 

78 
 
B
1
  vitamini  lipotiamindifosfat  (LTDF)  formasında  piroüzüm,  quzuqulaq-
sirkə, alfa-ketoqlutar turşularının oksidləşməklə, dekarboksilləşməsini kataliz edən 
fermentlərin dehidrogenazaların tərkibinə daxil olur. 
İnsan  və  heyvanlarda  B
1
  vitamin  çatışmadıqda  beriberi  (sinqalezcə-
bacarmıram  deməkdir)  xəstəliyi  və  ya  polinevrit  əmələ  gəlir.  Bu  xəstəlik,  əsasən 
ürəyin və sinir sisteminin fəaliyyətinin pozulması ilə xarakterlənir. 
Xəstə  müvazinətini  itirir,  çox  arıqlayır.  Orqanizimdə  karboksilaza  azalır, 
toxumalarda piroüzümturşusunun  miqdarı çoxalır, oksidləşmə-reduksiya proseslə-
ri pozulur. Buna sinir toxuması çox həssasdır və polinevrit də bununla əlaqədardır. 
B
1
 vitaminin yemdə çatmazlığına at, donuz, it və adadovşanı daha çox həs-
sasdır. 
Gövşəyən  heyvanların  B
1
  vitamininə  təlabatı  azdır.  Çünki  olnların  mədə 
önlüklərindəki  mikroflora  bu  vitamini    sintez  edir.  Quşlarda  və  təkkameralı  hey-
vanlarda anevrin əsasən kor bağırsaqda sintez olunur.  
B
1
 vitamini müxtəlif bitkilərin ayrı-ayrı orqanlarında müxtəlif miqdardadır.  
Bitkidə  B
1
  vitamini  yetişmə  fazasında  yarpaq  və  gövdədən  toxuma  keçir. 
Buğdanın  dənini  yetişmə  dövründə  onda  2,4  mq/kq,  tam  yetişmədə  5,4  mq/kq 
tiamin  olur.  Tiamin  dənli-paxlalı  bitkilərin  (düyü,  noxud,  buğda,  vələmir  və  s.) 
qabığında daha çoxdur (0,02-0,06 mq %). Buğda dənində 1-1,5 mq % B
1
 vitamini 
var. 
B
1
 vitamini heyvan məhsullarından ən çox qaraciyərdə, böyrəklərdə, ürəkdə, 
daha çox isə pivəmayasında mövcuddur. 
B

vitamini-
 
B
2
  vitamini  və  ya  riboflavin  metilləşmiş  izoalloksazinlə  ribitol 
spirtindən əmələ gəlir. O, süni halda da sintez edilmişdir. 
Bu vitaminin kimyəvi adı 6,7 dimetil-9-ribitilizoalloksazindir. 
B
2
  vitamini  sarı  kristalik  maddə  olub,  suda  yaxşı  həll  olur,  2,92
0
C  tempe-
raturda  əriyir.  Temperatur  və  ultrabənövşəyi  şüaların  təsirinə  davamsızdır.  İşığın 
təsirilə ribitola və dimetilizoalloksazinə parçalanır. 
 
 
 
 
B
2
  vitamin  heyvan  orqanizmində  sərbəst  və  zülallarla  birləşmiş  formada-
kompleks şəklində olur. 
Riboflavin  asan  fosforlaşır.  Riboflavin  fosfat  efiri  formasında  aminturşuları 
oksidazasının, ksantinoksidazanın, müxtəlif dehidrogenazanın da tərkibinə daxil- 
CH
2
−(CHOH)
3
−CH
2
OH 

 






İzoalloksazin 
NH 
NH 
CO 
CO 
H
3
C─
 
H
3
C─
 
B
2
-Vitamini 
CO 
CO 

79 
 
dir. Sarı tənəffüs fermenti də riboflavinin fosfat efiri ilə zülaldan ibarətdir.  
B
2
  vitamini  çatışmadıqda  insan  və  heyvanlarda  hemoqlobinin,  oksireduk-
tazaların  sintezi,  boy  və  inkişafla  əlaqədar  olan  oksidləşmə  prosesləri  pozulur, 
dermatit  əmələ  gəlir,  boy  prosesi  və  qanın  regenerasiyası  ləngiyir,  gözlər 
xəstələnir, tüklər tökülür. 
Riboflavinin çatmazlığına donuz, it və quşlar daha həssasdır. B
2
 vitamininin 
sintezi  həm  işıqda,  həm  də  qaranlıqda  gedir.  Onun  miqdarı  toxum  cücərməyə  
başlayandan  çiçəkləmə  fazasına  qədər  artır.  Bu  vitamin  cavan  orqanlarda  daha 
çoxdur. 
Bitkilərdə  B
2
  vitamini  sintez  olunduqda  onların  azot  ehtiyatı  çoxalır.  B
2
 
vitamini  bitkinin  dənində,  xüsusən  kəpəyində  daha  çox  olur.  Buğdanın  qabığında 
0,5  mq  %  və  dənində  isə  0,1  mq  %  B
2
  vitamini  vardır.  Bu  vitaminin  miqdarı 
tərəvəz bitkilərində 0,03-0,1 mq % arasında dəyişir.  
Heyvan  məhsullarından  B
2
  vitamini  böyrəklərdə,  qaraciyərdə  (3,4  mq%), 
süddə  (0,03-0,3  mq%),  pendirdə,  ətdə  (0,3mq%)  və  yumurtada,  pivə  mayasında 
çoxdur. 
B
3
  vitamini-  Pantoten  turşusu  və  ya  B
3
  vitamini  aminsizləşmiş  valinin 
metillləşmiş  törəməsi  (yəni  dimetildioksiyağ  turşusu)  ilə  β-alanin-dən  ibarət  olub, 
tərkibi belədir. 
 
 
 
 
 
 
 
Pantoten  turşusu  (və  ya  pantoten)  açıq  sarı  yapışqanvarı  yağa  bənzər 
mayedir.  Suda  yaxşı  həll  olur.  Turşu  və  qələvilərin  istirakı  ilə  hidroliz  olunur, 
peptid  rabitəsi  pozulur.  Az  davamlıdır,  asan  oksidləşir.  Bu  vitamin  sintez 
edilmişdir.  İnsanın,  heyvanların  və  bitkilərin  həyatında  pantoten  turşusunun  rolu 
çox  böyükdür.  O,  koenzin  A-nın  tərkibinə  daxil  olmaqla,  mübadilədə  mühüm  rol 
oynayır. 
Karbon  turşularını  (sirkə  turşusu,  palmitin  turşusu  və  s.)  fəallaşdırmaqla, 
onların  oksidləşməsinə  şərait  yaradır,  zülalların  mübadiləsi  və  lipoidlərin 
sintezində iştirak edir.  
Pantoten  turşusunun  çatışmamazlığından  insan  və  heyvanlarda  dermatit  baş 
verir,  tüklər  piqmentasiyasını  itirir,  tökülür,  sinir  sisteminin,  böyrəküstü  vəzlərin 
və ürəyin fəaliyyətində pozğunluq əmələ gəlir. 
 
Pantoten  turşusu  gövşəyən  heyvanların  işkənbəsində,  təkdırnaqlıların  və 
quşların bağırsağında mikroorqanizmlər tərəfindən də sintez olunur. Lakin sonun- 
                  CH
3
 
                  

 
HO

CH
2
──
─ ─ ─
C CHOH CO NH CH
2

CH
2

COOH 
                  

 
                  CH


80 
 
cuların tələbi ödənilmir.  
Heyvan  toxumalarında  pantoten  turşusunu  parçalayan  fermentlərə  təsadüf 
edilməmişdir. O orqanizmdən sidiklə xaric olunur. 
Atın  yeminin  hər  kiloqramında  3,2  mq,  cücələrinkində  isə  9  mq  pantoten 
turşusu olduqda onların orqanizminin tələbi ödənilir.  
Pantoten turşusu ən çox bitkilərin yaşıl hissəsində, yarpaqlarda və mayalarda 
olur.  Bundan  başqa,  düyü  kəpəyində  (1,5  –  2  mq%),  buğdada  (1  mq%),  buğda 
kəpəyində (2,5  mq%), kartofda, kələmdə  (0,4  mq%), otda (1,2  mq%), dənli  bitki-
lərin qabığında mövcuddur. Bu vitaminə qaraciyərdə, ətdə, yumurtada və süddə də 
çox rast gəlinir.  
B
5
  vitamini  (və  ya  PP)-  Bu  vitamin  nikotin  turşusu  və  onun  amidindən 
ibarətdir.  
B
5
 vitamini, yaxud niasin, su və spirtdə yaxşı həll olan, zəif turş dada malik, 
temperatura davamlı, ağ kristallik maddədir.  
 
 
 
 
 
Nikotin  turşusu  236
0
C-də,  nikotinamid  isə  129
0
С-də  əriyir.  Bu  vitamin 
nikotinamid  formada  oksidoreduktaza  fermentlərində  koferment:  nikotinamidade-
nindinukleotid  (NAD)  və  nikiotinamid-adenindinukleotidfosfat  (NAOF)  funksya-
sını  yerinə  yetirir,  yəni  anaerob  dehidrogenazanın  tərkibində  olur,  bioloji 
oksidləşmə  reaksiyalarını  sürətləndirir,  karbohidratların  və  yağ  turşularının, 
fosfatidlərin parçalanmasında iştirak edir. PP vitamini donuzda, itdə, quşlarda və s. 
heyvanlarda  triptofandan  da  əmələ  gəlir.  Nikotin  turşusunun  biosintezi  kövşəyən 
heyvanların işkənbəsində və cücələrin bağırsağında daha intensiv gedir. 
B
5
  vitamini  çatışmadıqda  insanlarda  pellaqra  xəstəliyi  əmələ  gəlir.  Bu  da 
dərinin  açıq  yerlərində  (sifətdə,  əllərdə,  ayaqlarda)  simmetrik  yaraların  əmələ 
gəlməsi  və  sinir  pozğunluqları  (qısa  müddətli  huşsuzluq-demensiya)  ilə  xarakter-
lənir. Bu xəstəliyə körpə və yaşlı donuzlar, ev quşları daha çox həssasdır.  
Ərzaq məhsullarında nikotin turşusu olmadıqda toxuma tənəffüsündə iştirak 
edən  bir  sıra  fermentlərin  sintezi  pozulur.  Bu  vitamin  karbohidrat  mübadiləsində 
iştirak  edir.  Bundan  əlavə  nikotin  turşusu  azot  mübadiləsinə,  qanda  xolesterinin 
miqdarına,  yağ  turşularının  sintezinə  təsir  göstərir.  Bu  vitamin  qan  yaranmada 
iştirak edir.  
Bu  vitamin  dənli  bitkilərin  toxumunda,  qabıq  hissəsində  çoxdur.  Buğdanın 
qabığında 15-30 mq %dənində isə 5-7 mq %, noxudda 2 mq %, kartofda 1 mq % 
PP vitamini vardır. 


COOH 
Nikotinamid 
Nikotin turşusu 

CONH



81 
 
Bu vitamin yabanı bitkilərdən yemlikdə 3,1 mq %, yolotunun tərkibində isə 
1,4  mq  %  olur.  Heyvan  məhsullarından  PP  vitamini  qaraciyərdə,    böyrəklərdə  və 
ətdə də çoxdur. 
B
12 
vitamini-  B
12
  vitamini  və  ya  siankobalamin  porfirinə  yaxın  mürəkkəb 
maddə olub, tərkibində ribozanın qalığı, üzvi fosfor, sian (CN-) qrupu və metilləş-
miş  benzimidazol  halqası  vardır.  B
12
  vitamininin  tərkibində  kobalt  da  olur.  Onun 
tərkibi (C
63 
H
90 
N
14 
PCo
0
) və quruluşu tam öyrənilib sintez olunmuşdur. 
Gövşəyən  heyvanların  mədəsində  saprofit  halda  yaşayan  bəzi  bakteriyalar 
B
12
 vitaminini sintez edir. Belə heyvanların qidasında kifayət qədər kobalt olduqda 
onları  B
12
  vitamininə  qarşı  təlabatları  bakteriyaların  fəaliyyəti  sayəsində  ödənilir. 
Torpağında  kobalt  olmayan  otlaq  sahələrində  qidalanan  heyvanlarda  B
12
 
vitamininin  çatışmazlığı  hallarına  tez-tez  təsadüf  edilir.  Çünki  belə  heyvanlar  B
12
 
vitaminini  sintez  edən  bakteriyaların  fəaliyyəti  üçün  lazım  gələn  kobaltla  təmin 
edilmir.  İnsanların  bağırsaqlarında  B
12
  vitaminini  sintez  edən  bakteriyalara  rast 
gəlinir, ancaq onlar təlabatı ödəmir.  
Siankobalamin iynəvari-yaqutu-qırmızı rəngli, iysiz, dadsız kristal maddədir. 
Suda  məhlulu açıq-yasəmən  rəngdədir. Bu vitamin suda  yaxşı  həll olur, kristalları 
300
0
C-də  əriyir,  benzolda,  efirdə,  asetonda  və  xloroformda  həll  olmur.  İşıqda 
fəallığını  itirir,  amma  qaranlıqda  uzun  müddət  qalır.  Optik  fəaldır.  B
12
  –  vitami-
ninin  bəzi  törəmələri  bir  sıra  ferment  sistemlərinin  fəaliyyətində  koferment 
(kobamid kofermentləri) şəklində iştirak edir. 
C vitaminiC vitamini ilk dəfə İ. Drummod (1919) bitki şirəsindən almışdır. 
1923-cü  ildə  Sent-Dyerdi  və  S.  Zilve  C  vitamini  ilə  güclü  reduksiyaedici 
qabiliyyətinə  malik  olan  heksuron  turşularının  xassələri  arasında  ümumi  cəhətlər 
olduğunu  aşkara  çıxarmışdır.  1931-ci  ildə  N.  A.  Bessonov  kələm  şirəsində  C 
vitamininin  kristallik  preparatını  əldə  etmişdir.  1933-cü  ildə  A.  Reyx-şteyn  C 
vitaminini sintetik yolla əldə etmişdir.  
Aksorbin  turşusundan  bir  molekul  hidrogen  çıxarıldıqda  dehidroaskorbin 
turşusu  alınır.  Sonuncuya  hidrogen  birləşdikdə  isə  əksinə  askorbin  turşusuna 
çevrilir. Dehidroaskorbin turşusu diketoqulon turşusunun laktonudur. 
C  vitamini  suda  və  spirtdə  yaxşı  həllolan,  turş  dadlı,  rəngsiz,  davamsız 
kristal  birləşmədir.  192
0
C  temperaturda  əriyir,  oksidləşdiricilərin  təsirindən  tez 
pozulur, havada asan oksidləşir.  
Askorbin turşusu orqanizmdə əsasən oksidləşmiş, yaxud zülallarla birləşmiş 
formada askorbigen halında olur. 
 
 
 
C

CH
2
─ ─
O C
6
H
7
O

 
NH 
 

82 
 
C  vitamininin  əsas  funksiyalarından  biri  kallagenin  sintezində  iştirak 
etməsidir.  Kollagendə  damarların  endotelisinin,  birləşdirici  toxumanın,  qığırdaq-
ların, sümük toxumasının tərkib hissəsidir. 
Askorbin  turşusu  qaraciyərdə  toksinləri  (difteriya,  vərəm,  dizenteriya  və  s.) 
zərərsizləşdirir.    Nuklein  turşularının,  zülalların,  karbohidratların  mübadilsində 
iştirak  edir,  bağırsaqda  dəmirin  sorulmasına  şərait  yaradır,  yoluxucu  xəstəliklərə 
qarşı  orqanizmin  müqavimətini  artırır.  Bu  vitamin  bir  sıra  fermentlərin:  arginaza-
nın,  amilazanın,  katepsinlərin  fəallığını  yüksəldir,  kortikosteroidlərin  əmələ 
gəlməsində iştirak edir, piridin nukleotidlərinin (xüsusən HADF-n) sintezini artırır. 
Son zamanlar müəyyən edilmişdir ki, C vitamini bir sıra tioqlikozidlərin hidrolizini 
sürətləndirən fementlərin fəal qrupunu yaradır.  
C vitamini çatışmadıqda insanda, meymunlarda sınqa və ya skorbut xəstəliyi 
baş verir. Bu xəstəlik insanlara hələ XVI əsrdə bəlli idi. Lakin səbəbini bilmirdilər. 
Xəstəlik  ağız  boşluğunda  yaraların  əmələ  gəlməsi,  dişlərin  laxlayıb  tökülməsi, 
dərialtında  nöqtəvarı  qan  sağıntılarının  olması  ilə  xarekterlənir.  Ürək  sahəsində 
ağrılar olur, tənginəfəslik müşahidə edilir. 
Kənd  təsərrüfatı  heyvanları  karbohidratlardan  C  vitamini  sintez  etmək 
qabiliyyətinə malikdir və ona ehtiyacları postnatal dövrün ilk günlərində olur. 
C  vitamini  D-qlükuron  turşusunun  laktonundan  sintez  olunur.  Bu  prosesdə 
iştirak  edən  fermentlərdə  (qlükuronreduktaza,  qulonoksidaza  və  s.)  müəyyən 
edilmişdir. Onlar heyvanların qaraciyərində mikrosomlarda vardır.  
Kənd  təsərüfatı  heyvanlarının  orqanizmində  C  vitamini  ən  çox  böyrəküstü 
vəzlərdə, ağciyərdə, dalaqda, hipovizdə, qaraciyərdə  və s. olur. C  vitamini  ilə süd 
də  zəngindir,  lakin  əzələlərdə  azdır.  Bu  vitamin  bitkilərin  yaşıl  hissəsində, 
tərəvəzlərdə  də  çoxdur.  İtburnu  meyvəsində  100-400  mq%,  limonda  40-60  mq% 
askorbin  turşusu  vardır.  Bu  vitaminin  miqdarı  bəzi  yabanı  bitkilərdə  də  (ciriş  və 
pərpətöyündə290 mq%, gicirkəndə 178 mq%) çoxdur.  
5.  Antivitaminlər,  tərkibi,  bioloji  rolu:  Antivitaminlər  kimyəvi  tərkibinə 
görə vitaminlərə oxşayır, lakin vitamin xassəsinə malik olmayan birləşmələrdir. Bu 
birləşmələr  orqanizmin  vitaminlərə  qarşı  təlabatını  yüksəldir  və  avitaminoz 
əlamətlərinin  meydana  çıxmasına  səbəb  olurlar.  Bunlar  münasib  vitaminləri 
fermentin  tərkibində  əvəz  etdikdə,  ferment  fəallığını  itirir.  Orqanizmə  yüksək 
dozada  vitamin  daxil  edildikdə  antivitaminlərin  təsiri  aradan  qalxır.  Bir  sıra 
vitaminlərin antivitaminləri müəyyən edilmişdir. 
Paraaminbenzoy turşusunun antivitamini streptosiddir, nikotin turşusununku 
piridin-3-sulfoturşudur,  piridoksininki  etilpiridoksindir,  tiamininki  piritiamindir, 
pantoten turşusununku pantolitarindir, C vitamininki qlükoaskorbin turşusudur. 
 

83 
 
CH
2
OH 

 
HO─
 
HO─
 
H
3
C─
 
H
5
C
2

 
CH
2
OH 

 


CH
2
OH 
Etilpiridoksin 

CH
2
OH 

Piridoksin 
 
 
 
K  vitamininin  antoqonisti  olan  dikumarin  qanın  laxtalanma  qabiliyyətinin 
yüksəlməsi  ilə  əlaqədar  olan  xəstəliklərdə  müalicə  vasitəsi  kimi  tətbiq  edilir.  O, 
qanda olan protrombinin miqdarını azaldır.  
 
 
 
 
 
 
 
Riboflavin,  fol  turşusu,  biotin  və  s.  vitaminlərin  də  antoqonistləri  müəyyən 
edilmişdir.  Antivitaminlərdən  xəstəliktörədici  mikrobların  boy  və  inkişafını 
dayandırmaq üçün istifadə olunur.  
Hazırda bu istiqamətdə geniş tədqiqat işləri aparılır. 
 
Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin