Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1


) Mədə-bağirsaq fəaliyyətinin neyro-humoral tənzimi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə23/92
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#2790
1   ...   19   20   21   22   23   24   25   26   ...   92
10) Mədə-bağirsaq fəaliyyətinin neyro-humoral tənzimi 
Orqanizmin  bütün  üzvləri  və  üzvlər  sistemlərinin  funksiyaları  başlıca  olaraq 
sinir-humoral mexanizmi vasitəsilə tənzimlənilir. Verilmiş orqanın funksiyasının sinir 
tənzimlənməsi dedikdə, bu orqana əzələ hərəki sinirlərin onun fəaliyyətinə etdiyi müs-
bət (oyadıcı) və mənfı (ləngidici) və yaxud düzəlişverici, təhsisedici (korreksiyaedici) 
təsirlər nəzərdə tutulur. Bu təsirlərin oyadıcı və ya ləngidici xarakterdə olması hər bir 
verilmiş anda ətraf mühitin orqanizmə təsiri və orqanizmdə yaranan vəziyyətin tələb-
ləri, orqanın fəaliyyətinin artıb və ya azalmasının fızioloji (bioloji) məqsədəuyğunluğu 
ilə  sıx  əlaqədardır.  Humoral  tənzimləmə  dedikdə  isə  orqanizmdə  dövran  edən  daxili 
mayelərdə  -  qan,  limfa,  hüceyrələrarası  maye  və  ya  toxuma  mayesi,  beyin,  onurğa 
beynin mayesi (likvor) kimi mühitlərdə olan bəzi fızioloji fəal maddələrin, ilk növbə-
də hormonların orqanların  fəaliyyətinə olan  tənzimləyici təsirləri  nəzərdə tutulur.  Si-
nir-humoral  tənzimləməni  vahid  bir  mexanizmin  fəaliyyəti  kimi  də  başa  düşmək 
lazımdır.  Belə  ki,  sinir  sistemi  humoral  sferaya,  axırıncı  isə  sinir  sferasına  qarşılıqlı 
təsir göstərir. 
Mərkəzi  sinir  sistemi,  ilk  növbədə  baş  beyin,  ali  vegetativ  mərkəzi  olan 
hipotalamus və onun neyrosekretor funksiyası (burada hasil olan neyrohormonlar) baş 
endokrin  vəzi  olan  hipofızə,  bu  vəz  də,  öz  növbəsində,  periferik  endokrin  vəzilərə 
tənzimləyici  təsir  göstərir,  onlarda  hormonların  az  və  ya  çox  hasil  olmasına  nəzarət 
edir.  Hipotalamo-hipofızar  tənzimləmə  sistemi  sinir-humoral  tənzimləmədə  çox 
mühüm  rol  oynayır.  Daxili  üzvlərin  fəaliyyətinin  tənzimlənməsində  baş  və  onurğa 
beyinin müəyyən strukturları ilə bağlı olan simpatik və parasimpatik sinir şöbələri bir-
birinə  əks-antaqonist  təsirlərə  malikdir.  Əgər  simpatik  sinir  sistemi  verilmiş  orqanın 
fəaliyyətinə  müsbət  (oyadıcı)  təsir  edirsə,  parasimpatik  sinir  sistemi  ona  mənfı 
(ləngidici) təsir bağışlayır. Uzunsov beyinlə beyin körpüsü sərhədindən başlanğıc olan 
azan siniri daxili orqanları sinirləndirən əsas parasimpatik sinirlərə aiddir. Simpatik və 
parasimpatik  mexanizmlər,  müvafiq  olaraq  beyindaxili  adrenerqik  və  xolinerqik 
mexanizmlər  (noradrenalin  və  asetilxolin  kimi  neyromediatorlara-sinir  siqnallarının 


 
39 
 
neyrondan  neyrona  və  ya  işçi  üzvə  ötürülməsini  təmin  edən  maddələrə  həssas  olan 
neyron ansamblları) ilə sıx əlaqədardır və onların fəaliyyəti ilə tənzimlənilir. 
Həzm sisteminin  fəaliyyətinə  mərkəzi sinir sisteminin simpatik  və parasimpatik 
təsirləri çoxcəhətlidir və əsasən bir-birinə əks xarakter daşıyır. Bu təsirlər başlıca ola-
raq, ağız şirəsi vəziləri, mədə və bağırsaq vəziləri, mədəaltı vəzinin pankreas hissəsi-
nin  fəaliyyətinin,  mədə  və  bağırsaqların  motor  və  evakuator  funksiyalarının  tənzim-
lənməsinə  doğru  yönəlmişdir.  Parasimpatik  sinirlər  və  onların  postqanqlionar  (sinir 
düyünü  və sinir  kələfı arxası)  lifləri  bilavasitə qulaqyanı  və çənəaltı  həzm  vəzilərini, 
mədə, nazik bağırsaq, qaraciyər, mədəaltı vəzi və yoğun bağırsağı innervasiya edir və 
onların fəaliyyətinə stimuləedici təsir göstərir. Mədə və bağırsaqların divarını innerva-
siya edən simpatik liflər bu orqanların motor funksiyalarına ləngidici təsir edir, para-
simpatik liflər isə onların ritmik peristaltik hərəkətlərinin fəallığını artırırlar. 
Təcrübədə baş beyinin müxtəlif zonalarını qıcıqlandırdıqda, həzm sistemi orqan-
larının  fəaliyyətində baş  verən dəyişikliklərə nəzər saldıqda görmək olar ki, bu reak-
siyalar  qıcıqlandırılan  beyin  zonasından  və  həzm  orqanının  vəzifəsindən  asılı  olaraq 
müxtəlifdir.  Baş  beyin  qabığının  bəzi  ön  sahələrini  qıcıqlandırdıqda  mədə  cisminin 
hərəkətləri  sürətlənir,  onun  sekresiyası  artır,  mədə  və  bağırsağın  tonusu  zəifləyir, 
motor  və  premotor  sahələrini  qıcıqlandırdıqda  isə,  nazik  və  yoğun  bağırsağın 
peristallik  və  antiperistallik  hərəkətləri  artır,  pankreas  şirəsinin  və  ödün  ifrazı  azalır, 
ağız  suyunun  ifrazı  isə  artır.  Hipotalamusun  bəzi  nüvələrinin  qıcıqlandırılması  mədə 
və  bağırsaqların  motor  funksiyasına  ləngidici  təsir  göstərir,  həzm  şirələri  ifrazatını 
dəyişdirir,  nazik  bağırsağın  tonusunu  azaldır.  Orta  beynin  qıcıqlandırılması  nazik 
bağırsağın  peristaltik  hərəkətlərini  zəiflədir,  mədənin  motor  funksiyasının  oyanıb 
azalmasına  səbəb  olur,  onun  sekretor  fəaliyyətini  artırır.  Uzunsov  beyinin 
qıcıqlanması  mədə  və  bağırsağın  reaksiyalarını  əvvəl  sürətləndirir,  sonra  isə  aşağı 
salır.  Beləliklə,  bu  kimi  faktlar  bir  daha  sübut  edir  ki,  baş  beyinin  ən  müxtəlif 
törəmələri həzm orqanlarının fəaliyyətinin tənzimlənməsində geniş iştirak edirlər. 
 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin