QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə105/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   101   102   103   104   105   106   107   108   ...   1096
BİOGEOKİMYƏVİ DÖVRAN – bioloji dövranın bir hissəsi olub 

kimyəvi maddələrin mübadiləsi dövrəsini təşkil edir; canlı 

orqanizmlərin fəal iştirakı ilə təbiətdə kimyəvi elementlərin dövranı. 

BİOGEOKİMYƏVİ  ƏYALƏT  – biri digərindən torpaq, su, bitki 

və heyvanat aləminin miqdarı  və kimyəvi elementlərin, maddələrin 

tərkibi ilə seçilən Yer səthinin ayrıca sahəsi. Termin və konsepsiyanın 

əsaslandırılması A.P. Vinoqradova (1949) aiddir. 



BİOGEOKİMYƏVİ  XƏRİTƏLƏŞDİRMƏ  – biogeokimyəvi 

rayonlaşdırma xəritə  və  xəritə-sxemlərinin tərtibi. B.x. biosferin 

quruluşunu öyrənmək və biogeokimyəvi rayonlaşdırmada mühüm me-

tod sayılır. B.x. konsepsiyası V.V.Kovalski (1957) tərəfindən dəqiq 

işlənib hazırlanmışdır. 

BİOGEOKİMYƏVİ PROSESLƏR  – cansız və canlı sistemlərdə 

(biosenozlarda) və onların arasında gedən proseslər. 



BİOGEOKİMYƏVİ  SİKL  – kimyəvi maddələrin dövranı (qeyri-

üzvi mühitdən canlı orqanizmlər vasitəsilə yenidən qeyri-üzvi mühitə). 

B.s. günəş enerjisi, qismən kimyəvi reaksiyası enerjisindən istifadə 

etməklə başa çatır. B.s.-i konsepsiya aspektində ilk dəfə V.İ. Vernadski 

öyrənmişdir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin