QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə362/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   358   359   360   361   362   363   364   365   ...   706
Атмосфер

  

Ин-



сан  

 

Кимйя-



ви мящ-

суллар  

Щей

ван  

 

Бит-



ки

 

Торпаг  



Ба-

лыг-

лар

 

Су  




 

182


olunmuşdur. SSRİ  ərazisində istifadə edilən DDT-in miqdarı 1960-cı ildə 10,8 min ton, 1970-ci ildə 8,9 min 

ton, 1980-ci ildə 0,3 min ton təşkil etmişdir. 1971-ci ildə  kənd təsərrüafatında ziyanvericilərlə mübarizədə 

istifadə olunan kimyəvi vasitələrin siyahısından DDT çıxarıldı və ondan yalnız təbii-mənbə xəstəliklərinə qarşı 

mübarizədə istifadə edildi.  

İlk dəfə DDT 1874-cü ildə sintezləşdirildi, XX əsrin 30-cu illərinin sonunda İsveçrə kimyagəri Paul Müller 

ondan insektisid kimi istifadə olunması imkanını kəşf etdi. DDT-dən səhiyyədə və hərbi gigiyenada (əsasən bitə 

qarşı dezinsektant kimi) o qədər effektli oldu ki, 1948-ci ildə P.Müllerə tibb və fiziologiya sahəsində Nobel 

mükafatı  təqdim olundu. DDT malyariya və  səpkili tifion törədicilərinə qarşı  işlədilən  ən birinci və güclü 

insektisidlərdən biri hesab olundu. Onun istifadəsi bu xəstəliklərdən ölənlərin xeyli azalmasına imkan yaratdı. 

Belə ki, 1948-ci ildə malyariyadan 3 mln. adam ölmüşdür, 1965-ci ildə bu xəstəlikdən ölüm hadisəsi baş 

verməmişdir. 1938-ci ildə Yunanıstanda malyariya xəstəliyinə 1 mln., 1959-cu ildə  cəmi 1200 adam 

tutulmuşdur. 1945-ci ildə İtaliyanın Lasiya əyalətində bir ay ərzində malyariyadan 65-70 adam ölmüşdür, DDT-

dən istifadə edildikdən sonra isə bu səbəbdən ölənlərin sayı 1-2 nəfər olmuşdur. 1943-44-cü illərdə Neapolda 

səpkili tifin epidemiyası olmuş, sutka ərzində bu xəstəliyə 60 nəfər tutulmuşdur.  Əhali üçün sistemli olaraq 

DDT-dən istifadə olunduqdan sonra (yanvar, 1944) fevralın sonunda sutka ərzində bu xəstəliyə tutulanların sayı 

5 nəfərə kimi aşağı düşdü. DDT-dən bir çox ölkələrdə geniş istifadə olunmağa başlandı. Lakin onun geniş 

spektrli təsiri və olduqca davamlılığı hazırda ondan istifadədən imtina olunmasına gətirib çıxardı. Zərərli 

həşəratlarla yanaşı, həm də, faydalıları da məhv edildi, DDT-nin davamlılığı onun qida zəncirində toplanmasına 

səbəb oldu. Nəticədə quş, balıq və  məməli orqanizmlərdə onun konsentrasiyası yüksəldi. Qida zəncirinin hər 

həlqəsində DDT-nin miqdarı artdı: bitkilərdə (yosunlarda) -10 dəfə, xırda orqanizmlərdə (kiçik xərçəng) – 100 

dəfə, balıqlarda – 1000 dəfə, yırtıcı balıqlarda – 10000 dəfə (DDT-nin lildə olan miqdarına nisbətən).  

DDT-nin köməyi ilə insanlar öz həyat şəraitini yaxşılaşdırmağa ümid edirdi, lakin sonralar tədricən məlum 

oldu ki, belə tərəqqi onlara baha başa gəlir.  

Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin çökməsi üçün 4 il lazımdır. Tor-

paqda isə o, 20 ilə qədər qala bilər. DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda və 

lipidlərdə yaxşı həll olması ilə əlaqədardır.  

ABŞ-da qadağan olunan kimyəvi agentlər arasında DDT birincilər sırasındadır.  

DDT-nin ekosistemin vəziyyətinə  və  əhalinin sağlamlığına təsiri artıq uzun illərdir ki, öyrənilir. 

Pestisidlərin təsirinə onun istehsalı ilə  məşğul olan işçilər, həmçinin kənd təsərrüfatı aviasiyası personalı, 

fermerlər, aqronomlar və kənd təsərrüfatının digər mütəxəssisləri daha çox məruz qalır. Bu şəxslərdə xlorakne 

adlanan tipik xəstəlik qeydə alınır.  

Hazırda dünyanın  əksər ölkələrində DDT-dən istifadənin qadağan olunmasına və praktiki olaraq ondan 

istifadə olunmamasına baxmayaraq, onun insanların reproduktiv sağlamlığına və endokrin sisteminə sonrakı 

təsirinin nəticələri ciddi problem olaraq qalır.  

DDT konserogen təsirə malikdir, odur ki, bu maddə MAİR tərəifndən insan üçün konserogen qrupuna (2 B 

qrupu) aid edilmişdir. Son illərin tədqiqatları nəticəsində qadınların piy toxumasında DDT-nin miqdarı ilə süd 

vəzilərində xərçəng xəstəliyi (P.Cocco et al., 2000), DDT-nin peşə təsirilə mədəaltı vəzinin xərçəngi arasında 

bağlılıq aşkar edilmişdir. DDT-nin istifadəsi məhdudlaşdırıldığı ilə  əlaqədar ana südündə onun miqdarı xeyli 

azalmışdır (D.Smith, 1999). Lakin bu Avropa ölkələrinə, ABŞ-a və Kanadaya aiddir; Tacikistan və 

Qazaxıstanda isə ana südündə DDT-nin miqdarı əvvəllər olduğu kimi yenə də yüksək (2300-600 nq/q) olaraq 

qalır.  

DDT-yə  həmçinin digər DÜÇ-lərə  şimal Arktika regionlarının  ətraf mühitində  də rast gəlinir. Bunlar bu 

regionların azsaylı əhalisinə təhlükə yaradır. DDT qrupu pestisidlər Arktikanın yerli sakinlərinin qanında əsasən 

DDE halında olur, bu, həmin toksinlərin orqanizmə nisbətən çoxdan daxil olmasını təsdiq edir.  

M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda  ən böhranlı ekotoksikoloji şərait 

keçmiş pambıq və taxıl yetişdirilən rayonların ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır.  

Respublikamızda 1980-ci ilin ortalarına qədər pestisidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay 

və Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra 

əvvəllər pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti, pambıq sovkası, gənə, mənənə  və s. 

cücülərin çoxalması baş verdi. K.Edvardsa görə T

50

 DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən çox 



asılıdır. Belə ki, mülayim qurşaq rayonlarında o, 2,5 il, subtropik və tropik ölkələrin torpaqlarında isə cəmi 3-9 

ay qala bilir.  

Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək qalıq miqdarı ən çox gilli torpaq-

larda rast gəlinir. Bu torpaqlarda profil boyu dərinə getdikcə qalıq miqdarı azalır. Yüngül gillicəli və qumsal 




 

183


torpaqlarda isə bunun əksi müşahidə olunur (X.M.Qasımov, 2003).  

Pestisidlərdən istifadənin digər ciddi problemi ziyanvericilərin ona alışmasıdır, bu alışma sonrakı nəsillərə 

də keçərək pestisidlərin effektivliyini aşağı salır və yeni-yeni kimyəvi maddələrdən istifadəyə məcbur edir. Re-


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   358   359   360   361   362   363   364   365   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin