QəRİb məMMƏdov, mahmud xəLİlov


Torpaqşünaslıq və meliorasiya sahəsi



Yüklə 4,26 Mb.
səhifə24/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   706
 

Torpaqşünaslıq və meliorasiya sahəsi  

Ekologiyanın əsas qanadı olan torpaqşünaslıq elminin Azərbaycanda əsasını qoyan H.M.Zərdabi olmuşdur 

desək yanılmarıq. Hələ o, V.V.Dokuçayevdən 8 il əvvəl 1875-1876-cı illərdə torpağın  əmələ  gəlməsini izah 

etmiş  və bu prosesdə dörd amilin – ana süxurun, bitki və canlı orqanizmlərin, iqlimin və insanın təsərrüfat 

fəaliyyətinin rolunu göstərmişdir. H.M.Zərdabi həmin rolu V.V.Dokuçayev qədər  ətraflı göstərməsə  də ilkin 

qiymətli fikirlər söyləmişdir. O, 1873-1877-ci illərdə  rəhbərlik etdiyi «Əkinçi» qəzetində  və 1899-1903-cü 

illərdə yazdığı «Torpaq, su və hava» əsərində torpaqşünaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin 

artırılması və su təminatı haqqında qiymətli fikirlər irəli sürmüşdür. O, ensiklopedik alim olub biologiya, aqro-

kimya, baytarlıq, anatomiya, meyvəçilik, coğrafiya, astronomiya, iqtisadiyyat, tibb və başqa sahələrdə  nəinki 

respublikamızda, hətta dünya miqyasında tanınmışdır.  

Azərbaycanda torpaqların sonrakı elmi araşdırmaları haqqında 1869-1870-ci illərdə  İ.Y.Kovalevskinin, 

1890-cı ildə P.S.Kossoviçin, 1898-ci ildə Dokuçayevin, 1911-1914-cü illərdə Kamenskinin müəyyən fikirləri 

olmuşdur.  

V.V.Dokuçayev Cənubi Qafqazda olarkən Azərbaycanın bir sıra yerlərindən keçmiş  və Qafqazın, o 

cümlədən Azərbaycanın torpaqları haqqında bəzi ümumi məlumat vermiş, şaquli torpaq qurşaqlarının olmasını 

göstərmişdir. 1911-1914-cü illərdə S.A.Zaxarov, V.A.Romanov və V.A.Kamenski Mil və  Şirvan düzlərində 

relyef,  şorlaşma və hidrogeoloji şəraitlə bağlı torpaqların müxtəlifliyini müəyyənləşdirmişlər. Torpaqların 

şorlaşmasını öyrənmək və onların meliorasiyası  məqsədilə 1915-ci ildə Muğanda Cəfərxan təcrübə stansiyası 

təşkil olunmuşdur.  

1920-ci ildən sonra Azərbaycanda geniş torpaq tədqiqatlarına başlanmışdır. Bu dövrdə S.A.Zaxarovun 

rəhbərliyi ilə V.V.Akimtsev, S.İ.Tyuremnov, Z.İ.İmşenetski, N.A.Dimo, L.N.Nojin və başqaları  tərəfindən 



 

20

aparılmış torpaq tədqiqatlarının nəticələri  əsasında respublika ərazisi torpaq təşkili cəhətdən rayonlaşdırılmış, 



torpaq xəritələri tərtib edilmiş və ayrı-ayrı ərazilərin torpaqları haqqında oçerklər tərtib edilmişdir.  

1930-1931-ci illərdən başlayaraq Azərbaycan Elmi-Tədqiqat pambıqçılıq  İnstitutunun (V.V.Akimtsev, 

M.T.  Əsgərbəyli, N.E.Bekareviç, M.Y.Ağamirov, L.N.Qorodetski və b.) Azərbaycan Kimyalaşdırma 

Stansiyasının (K.Ə. Ələkbərov, M.E.Salayev, A.N.İzyumov, L.İ.Aleksandrovski, Ə.Q.Zeynalov, M.A.Şəfiyev, 

K.H.Teymurov və b.) və SSRİ EA Azərbaycan filialının torpaqşünaslıq bölməsinin (V.P. Smirnov – Loginov, 

B.A.Klopotovski, B.İ.Filosofov, A.S. Preobrajenski, V.R.Volobuyev, H.Ə.Əliyev, B.M.Ağayev, E.F.Şərifov, 

R.V.Kovalyev və b.) əməkdaşları respublikanın düzən və dağlıq rayonlarında böyük ərazilərdə torpaqların 

mənşəyini, coğrafi yayılmasını, münbitliyini, şorlaşma səbəblərini öyrənmiş  və onları keyfiyyətcə 

yaxşılaşdıraraq kənd təsərrüfatında səmərəli istifadə olunması ilə əlaqədar tədqiqat işləri aparmışlar (H.Aslanov, 

2004).  


1945-ci ildən sonrakı illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda respublikanın 

bütün rayonlarında torpaqların coğrafi yayılması, mənşəyi,  şoran və  şorakət torpaqların  əmələ  gəlməsi, 

meliorasiyası, torpaq kimyası və mikrobiologiyası, torpağın fiziki xassələri və digər məslələrlə əlaqədar geniş 

tədqiqatlar aparılmışdır. 1953-cü ildə ilk dəfə «Azərbaycan SSR torpaqları» haqqında monoqrafik əsər və 1958-

ci ildə respublikanın torpaq xəritəsi nəşr edilmişdir.  

Sonrakı illərdə respublika torpaqlarının münbitliyinin artırılması, yeni gübrə növlərinin tətbiqi, torpaqların 

xəritələşdirilməsi, onların ekoloji və energetika baxımından öyrənilməsi və bonitetləşdirilməsi işində 

H.Ə.Əliyev, M.E.Salayev, V.R.Volobuyev, C.M.Hüseynov, K.Ə.Ələkbərov, R.Q.Hüseynov, İ.S.İskəndərov, 

Q.Ş.Məmmədov, M.İ.Cəfərov, R.M. Məmmədov, MPBabayev, Z.R.Mövsümov, P.B.Zamanov, Ş.G. Həsənov, 

B.Q.Şəkuri, A.P.Gərayzadə, F.H.Axundov, Ə.R.Əhmədov, T.Ə.Əliyev, N.M.İsmayılov, Q.Z.Əzizov, V.H. Hə-

sənov, Q.Ş.Yaqubov və başqalarının xidmətləri olmuşdur.  

1944-cü ildə Azərbaycan ET Hidrotexnika və Meliorasiya İnstitutu yaradıldığı gündən A.A.Poladzadə, 

Ə.Q.Behbudov, V.R.Volobuyev, E.İ.Zdobnovun rəhbərliyi ilə respublikada şoran torpaqların meliorasiyası, hi-

drotexniki qurğuların tikilməsi və digər problemlərlə  əlaqədar geniş  tədqiqat işlərinə başlanmışdır. 

Hidromeliorasiyanın inkişafında Y.Ə.İbadzadə, B.İ. Filosofov, M.V.Baranovski, M.Y.Vahabov, 

S.X.Hüseynzadə, Q.Ş.Peşikov, F.S.Salahov, H.M.Hüseynov, A.Q.Axundov, K.H.Teymurov, Q.İ.Şpanin, S.M. 

Əmircanov, H.M.Cəfərov, A.Ə.Mustafayev, X.F. Cəfərov, M.K.Rəhimov,  Ə.K.Əlimov, T.A.Əbdülrəhimov, 

N.P. Bəşirov, Q.H.Rüstəmov, E.M.Eyvazov, P.S.Əlişzadə, O.A. Zeynalova, N.H.Nadirov, M.M.Seyidov, 

A.X.Babayev və başqalarının rolu böyük olmuşdur.  

Torpaqşünasılıq və meliorasiya elminin inkişafında respublikamızın digər təşkilatlarında çalışan 

alimlərindən B.H.Əliyev, N.A.Ağayev, H.Q.Aslanov, N.K.Mikayılovun xidmətləri az olmamışdır.  

Məlum olğudu kimi aqroekologiya tətbiqi ekologiyanın mühüm sahəsidir. Aqroekologiyanın ümumi məqsədi 

mədəni bitkilərin və təbii bitki örtüyünün məhsuldarlığını və keyfiyyətini yüksəltməkdir. Bu baxımdan, torpağın 

bonitirovkasının öyrənilməsi aqroekoloji tədqiqatlarının əsası hesab olunur. Belə ki, torpağın bonitirovkası  ən 

mühüm aqronomik xassələrinə görə torpaqların müqayisəli qiymətləndirilməsidir. Torpağın bonitirovkası onun 

münbitliyini, yəni keyfiyyətini ballarla ifadə edən kəmiyyət göstəricisidir. Torpaqdakı proseslər və keyfiyyət 

dəyişilməsi yalnız onun xassələrini dəqiq öyrənməklə müəyyən edilir. Torpağın bonitirovkası torpaqların iqtisa-

di və ekoloji qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, meliorasiya və s. üçün zəruridir.    

Torpaqların müqayisəli uçotu və onların keyfiyyətcə qiymətləndirilməsi bütün dünyada olduğu kimi 

Azərbaycanda da böyük maraq doğurmuşdur: Bu tədqiqatlarda V.R.Volobuyev (1963), Y.İ.Kostyuçenko (1962, 

1966), M.P.Babayev (1967, 1970, 1974), R.Q.Məmmədov (1969), R.Ə.Əliyeva (1969, 1971), Q.F.Əliyev 

(1973),  Ş.G.Həsənov (1972, 1973, 1974, 1978), M.E.Salayev, R.Ə.Əliyeva (1973, 1975), V.R.Volobuyev, 

M.E.Salayev, Ş.K.Həsənov, Y.İ.Kostyuçenko (1973), Q.Ş.Yaqubov (1975), Q.Ş.Məmmədov (1976, 1977, 1978, 

1979, 1990), D.R.Əhədov (1977, 1979), A.H.Vəliyev (1981), Ş.A.Bədəlov (1981), F.L.Piriyeva (1984), 

S.M.Hüseynov (1985), Ə.Ə.Mikayılov (1986), F.D.Ayvazov (1989), H.M.Hacıyev (1990), M.M.Əsgərova 

(1990), K.Ş.Allahverdiyev (1990), S.R.Tağıyev (1991) və başqa tədqiqatçıların böyük xidməti olmuşdur.  

Bu tədqiqatlar torpaqların bonitirovkasına dair qəbul olunmuş  əsasda (Sobolyev, 1958, 1963), lakin 

respublikanın torpaq örtüyünün aqroekoloji xüsusiyyətləri nəzərə alınmaqla, həm dağ  və dağətəyi, həm də 

düzənlik sahələrdə aparılmışdır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir göstərən torpağın aqroekoloji 

xüsusiyyətləri aşkar edilmiş, yerli şəraitdə torpaqların keyfiyyətcə qiymətləndirilməsinin metodikası  işlənmiş, 

əsas torpaqların qiymət şkalaları, torpaqların bonitet kartoqramları tərtib edilmişdir.  

Azərbaycanda torpaqların bonitirovkasının inkişafını üç mərhələyə bölmək mümkündür: 




 

21

I mərhələ 1965-ci ilə  qədərki dövr olub, akademik V.R.Volobuyevin (1961, 1963) tək-tək işləri nəzərə 



alınmasa, torpaqların bonitirovkasına dair iri həcmli tədqiqat işləri demək olar ki, aparılmamışdır 

(R.Q.Məmmədov, 1962; V.R.Volobuyev, M.E.Salayev, Y.İ.Kostyuçenko, 1967 və s.).  

II mərhələ (1966-1975) – bu dövrdə bir sıra tədqiqat işləri (Y.İ.Kostyuçenko, 1966; M.P.Babayev, 1967; 

R.Ə.Əliyeva, 1971; Ş.G.Həsənov, 1972; Q.F.Əliyev, 1973; Q.Ş.Yaqubov, 1975) aparılmış və ilk nəticələr əldə 

edilmişdir. Bu dövrdə torpaqların bonitirovkası sahəsində ilk dissertasiya işi Y.İ.Kostyuçenkoya (1966) məxsus 

olmuşdur. Müəllif tərəfindən ilk dəfə olaraq Arazboyu ərazinin dağ-şabalıdı  və boz-qəhvəyi torpaqlarında 

münbitlik amillərinin taxıl bitiklərinin məhsuldarlığına təsiri və onların korrelyativ əlaqəsi tədqiq edilmişdir.  

Özünün dissertasiya işində MPBabayev (1967) Qarabağ düzü torpaqlarının genetik xüsusiyyətləri ilə yanaşı, 

onların keyfiyyət səciyyəsini vermişdir. Tədqiqatçı  Ağdam rayonu torpaqlarının aqroistehsal qruplaşmasını 

aparmış, onların bonitet şkalasını və torpaqlarının bonitet kartoqramını tərtib etmişdir.  

İlk dəfə  R.H.Məmmədov (1969, 1981)  tərəfindən torpaqların aqrofiziki xassələrinə görə 

qiymətləndirilməsinin vahid metodikası təklif olunmuşdur. O, çoxsaylı riyazi hesablamalar nəticəsində torpağın 

kimyəvi, fiziki xassələri ilə  kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında qarşılıqlı  əlaqənin olduğunu 

müəyyən etmişdir.  

Azərbaycanın cənub-qərb bölgəsi torpaqlarının bonitirovkasının  əsas prinsipləri  Ş.G.Həsənov (1972) 

tərəfindən işlənmişdir. 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin