QƏrar azərbaycan respublikasi adindan



Yüklə 229,97 Kb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü229,97 Kb.
#6733



Surəti 

 

 



 

 

 



QƏRAR 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

 

26 oktyabr 2016-cı il                          İş №1(106)-490/2016                                 Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyası  hakimlər:  Camalov  Etibar  Əli  oğlu 



(sədrlik  edən,  məruzəçi  hakim),  Əkbərov  Kamran  Hüseyn  oğlu  və  Əhmədov  İsmayıl  Həmid 

oğlundan  ibarət  tərkibdə,  məhkəmə  iclası  katibi  Mustafayeva  Taclı  Əbdüləhəd  qızının,  dövlət 

ittihamçısı-Azərbaycan  Respublikası  Baş  Prokurorluğunun  Dövlət  İttihamının  Müdafiəsi  Üzrə 

İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlunun və məhkum edilmiş şəxs Hidayətli Nurlan Nuru 

oğlunun müdafiəçi Mirzəyev Ruslan Soltanağa oğlunun iştirakı ilə, Hidayətli Nurlan Nuru oğlunun 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  (bundan  sonra  CM-nin)  125,  156.1,  182.2.2  və 

182.2.4-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-

254/2016 №-li, 24 iyun 2016-cı il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Mirzəyev 

Ruslan Soltanağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, 

 

MÜƏYYƏN 



 

ETDİ: 


 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-254/2016  №-li,  24  iyun  2016-cı  il  tarixli 

hökmü ilə (Hakimlər: E.Əliyev (sədrlik edən), M.Abdullayev və C.Nəbiyev), Hidayətli Nurlan Nuru 

oğlu  CM-nin  125,  156.1,  182.2.2  və  182.2.4-cü  maddələri  ilə  təqsirli  bilinərək,  qəti  olaraq  08  il 

müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 

Məhkəmənin hökmü ilə Hidayətli Nurlan Nuru oğlu CM-nin 125, 156.1, 182.2.2 və 182.2.4-

cü maddələri ilə ona görə təqsirli bilinərək məhkum olunmuşdur ki, o, Masallı şəhəri Digah küçəsi 

ev  12  ünvanında  yerləşən  evindən  mobil  telefonu  vasitəsi  ilə  internet  şəbəkəsinə  daxil  olaraq, 

özünün yaratdığı, «Azad Azərbaycan»  Müstəqil Teleradio Kompaniyası ilə əlaqəsi olmayan və «Öz 

aramızda»  verilişinin  aparıcılarının  fotoşəkilləri  yerləşdirilmiş  «zaur_gunay  öz  aramızda» 

«İnstagram»  səhifəsinə  aldanaraq  müraciət  etmiş,  Cabbarova  Arzu  Etibar  qızına,  özünü  «Azad 

Azərbaycan»  Müstəqil  Teleradio  Kompanıyasının  montajçı-rejissoru  kimi  təqdim  edərək,  tamah 

məqsədi ilə, sonuncunun şəxsi həyatın sirri olan məlumatları, yəni alt paltarlı fotoşəkillərini və daha 

sonra paltarsız video görüntüsünü 2015-ci ilin fevral ayı ərzində aldatma yolu ilə qanunsuz toplayıb 

ələ  keçirərək  19  fevral  2015-ci  il  tarixdə  sonuncudan  şəxsi  həyatın  sirri  olan  rüsvayedici  şəkil  və 

videonu yayacağı hədəsi ilə, özgənin əmlakı hesab olan 100 (yüz) manat məbləğində pul tələb etmiş, 

bu  məqsədlə  özünə  məxsus  AZE  seriyalı  1467636  saylı  şəxsiyyət  vəsiqəsinin  fotoşəklini 

«Whatsapp»  proqramı  vasitəsi  ilə  Arzu  Cabbarovanın  mobil  telefona  göndərmiş,  pulu  ödəmək 

məcburiyyətində  qalan  Arzu  Cabbarova  Xankişiyevə  Ülkər  Qurban  qızının  vasitəsi  ilə  «Kapital 

Bank» ASC-nin Lökbatan filialından 25 fevral 2015-ci il tarixdə göndərdiyi və hədə-qorxu ilə tələb 

etdiyi 100 manat məbləğində  pulu «Kapital Bank» ASC-nin Masallı filialından götürmüşdür.  

Bundan başqa o, cinayət əməllərini davam etdirərək, 25 fevral 2015-ci il tarixdə «Whatsapp» 

proqramı  vasitəsi  ilə  səsli  və  yazılı  mesajlar  göndərməklə,  Arzu  Cabbarovanın  rüsvayedici 

məlumatlar  hesab  edilən  alt  paltarlı  şəkil  və  paltarsız  videosunu  yayacağı  hədəsi  ilə  sonuncudan 

təkrarən  hədə-qorxu  gəlməklə  300  (üç  yüz)  manat  məbləğində  pulun  bir  həftə  ərzində  ona 

göndərilməsini tələb etmiş, 01 aprel 2015-ci il tarixdə Arzu Cabbarovanın 0557647650 saylı mobil 

telefon nömrəsinə yenidən  göndərdiyi SMS-lərdə sonuncunun paltarsız videosunu yayacağı hədəsi 

ilə həmin gün saat 15-ə qədər özgənin əmlakı hesab olan 300 manat məbləğində pulun göndərməsini 



təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bununla yanaşı, o, Arzu Cabbarova ilə tanış olub, aralarında 

sevgi münasibətlərinin yaranması adı ilə, sonuncunun şəxsi həyatın sirri olan məlumatları,  yəni alt 

paltarlı fotoşəkillərini və daha sonra paltarsız video görüntüsünü aldatma yolu ilə qanunsuz toplayıb 

ələ  keçirdikdən  sonra,  sonuncunu  sair  cəhətdən  özündən  asılı  vəziyyətə  saldığına  əmin  olub, 

«Whatsapp»  proqramı  vasitəsi  ilə  mesajlar  göndərməklə  sonuncunun  ləyaqətini  mütəmadi  olaraq 

alçaltmaqla,  həmin  şəkil  və  videonu  yayacağı  ilə  mütəmadi  hədə-qorxu  gəlməklə,  həmçinin  25 

fevral  2015-ci  il  tarixdə  topladığı  şəxsi  sirr  olan  məlumatları  əks  etdirən  həmin  video  materialı 

«Whatsapp»  proqramı  vasitəsi  Arzu  Cabbarovanın  tanışı  Ağcabədi  rayonu  Hindarx  kənd  sakini 

Səbbaqi Sərvər Şaban oğluna göndərib yaymaqla şəxsi həyatın toxunulmazlığını pozduğundan, Arzu 

Cabbarovanı  özünü  öldürmə  həddinə  çatdırmış,  bunun  nəticəsində  sonuncu  Bakı  şəhəri,  Lökbatan 

qəsəbəsi, massiv 2, keçid 5, ev 14 ünvanında yerləşən yaşadığı evin əl damında boğazına keçirdiyi 

şərfi,  damın  tirinə  bərkitdiyi  məftilə  bağlamaqla,  25  fevral  2015-ci  il  tarixdə  özünü  asmaqla 

öldürməyə cəhd etmiş,  lakin boğazına  bağladığı  şərf  ilə  məftilin  bir-birindən  qırılması nəticəsində 

özündən asılı olmayan səbəbdən özünü öldürə bilməmişdir. 

Bundan başqa Nurlan Hidayətli, Qəbələ rayonu Nohurqışlaq kənd sakini, Musayeva Əfsanə 

Zeynal  qızına,  özünü  «Azad  Azərbaycan»  Müstəqil  Teleradio  Kompanıyasının  əməkdaşı  kimi 

təqdim edib  aldadaraq,  2015-ci  ilin  fevral-mart  ayları  ərzində,  sonuncuya  xəstəliyinin  müalicəsinə 

köməklik  göstərilməsi  məqsədilə həmin telekanalda  yayımlanan  «Öz aramızda» verilişinə  dəvətini 

təşkil  edəcəyini  vəd  edib,  Əfsanə  Musayevaya  guya  bunun  üçün  bir  neçə  üz  şəkillərinin  lazım 

olmasını  bildirib,  aldatma  yolu  üz  şəkillərini  ələ keçirərək,  həmin  şəkilləri  montaj  edib  internetdə 

yayıb,  rüsvay  edəcəyi  hədəsi  ilə,  sonuncunun  bədəninin  sinə  və  döş hissələrinin  lüt  fotoşəkillərini 

mobil  telefon  proqramları  vasitəsi  ilə  özünün  istifadəsində  olan  mobil  telefona  ötürülməsinə  nail 

olub,  şəxsi  həyatın  sirri  olan  məlumatları  tamah  niyyətilə  təkrarən  qanunsuz  toplamış,  həmin 

məlumatları  ələ  keçirməklə  əldə  edib  saxladığı  Əfsanə  Musayevanın  rüsvayedici  şəkillərini 

yayacağı,  zərərçəkmiş  şəxsin  və  əri  Şahin  Musayevin  üzərində  zor  tətbiq  edilməsi  üçün  15  nəfər 

dostunu  Qəbələ  rayonuna  göndərəcəyi  barədə  Masallıda  yerləşən  evindən  «Whatsapp»  proqramı 

vasitəsi  ilə  xəbərdarlıq  etməklə  və  hədələrini  reallaşdıracağına  inandırmaq  məqsədilə,  özündə 

saxladığı  şəxsi  həyatının  sirrini  təşkil  edən  bədən  hissələrinin  lüt  şəkillərini  Şahin  Musayevə 

göstərəcəyi  ilə  zərərçəkmiş şəxs Əfsanə  Musayevaya  yenidən hədə-qorxu  gəlmiş, cinayət  əməlləri 

barəsində Qəbələ rayon Polis şöbəsinə şikayət olunmasını bilib, cinayət əməllərini davam etdirərək 

barəsində  Qəbələ  rayon  Polis  şöbəsində  olan  şikayətin  geri  götürülməyəcəyi  halda  Əfsanə 

Musayevanın rüsvayedici şəkillərini yayacağı hədəsi ilə, İran İslam Respublikası ərazisindən 06-07 

aprel  2015-ci  il  tarixlərdə  xeyli  miqdar  hesab  edilən  özgəsinin  əmlakı  olan  1000  (min)  manat 

məbləğində  pulu,  Bakı  şəhəri,  Nəsimi  rayonu  ərazisində  yerləşən  Toksikoloji  Mərkəzdə  müalicə 

alan  sonuncudan  mobil  telefonun  «Whatsapp»  proqramı  vasitəsi  ilə,  təkrarən  hədə-qorxu  ilə  tələb 

edərək,  həmin pulu bank vasitəsi  ilə  ona  göndərilməsi üçün,  özünə məxsus  AZE  seriyalı 1467636 

saylı  şəxsiyyət  vəsiqəsinin  fotoşəklini  çəkərək  «Whatsapp»  proqramı  vasitəsi  ilə  Əfsanə 

Musayevanın  istifadəsində  olan  mobil  telefona  göndərməklə,  özgənin  xeyli  miqdarda  əmlakını 

təkrarən hədə-qorxu ilə tələb etmişdir. 

Bununla yanaşı o, Masallı şəhərində Digah küçəsi ev 12 ünvanında yerləşən evindən və İran 

İslam  Respublikası  ərazisindən  2015-ci  ilin  mart-aprel  ayları  ərzində  rüsvayedici  şəkillərini 

qanunsuz  toplamaqla  sair  cəhətdən  özündən  asılı  vəziyyətə  saldığı  Əfsanə  Musayevanı  özünün 

istifadəsində olan 051-707-24-77  nömrəli mobil  telefon nömrəsinin  «Whatsapp»  proqramı  vasitəsi 

ilə  əlində  saxladığı  rüsvayedici  şəkillərini  qanunsuz  olaraq  yayacağı,  özündə  saxladığı  şəxsi 

həyatının  sirrini  təşkil  edən  bədən  hissələrinin  lüt  şəkillərini  sonuncunun  əri  Şahin  Musayevə 

göstərəcəyi  və  Əfsanə  Musayevanın  və  onun  yaxın  qohumu  hesab  edilən  əri  Şahin  Musayevə zor 

tətbiq edəcəyi ilə Əfsanənin mobil telefonuna göndərdiyi çoxsaylı  mesajlarla hədə-qorxu gəlməsi, 

həmçinin onun ləyaqətini mütəmadi olaraq alçaltdığından və bu hərəkətləri ilə Əfsanə Musayevanı 

özünü  öldürmə  həddinə  çatdırdığından, sonuncu özünü  öldürmək qərarına gəlmişdir.  Bu  məqsədlə 



Əfsanə Musayeva 02 mart 2015-ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşadığı 

evdə  müalicəsi  üçün  istifadə  etdiyi  «finlepsin»,  «baralqin»,  sitramon  və  «parasetamol» 

dərmanlarından  bir  dəfəyə  25-30  ədəd  içərək  özünü  zəhərləmiş,  lakin  ona  vaxtında  Qəbələ  rayon 

Mərkəzi xəstəxanasında ixtisaslı təcili tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olunmuş, 27 

mart  2015-ci  il  tarixdə  Əfsanə  Musayeva  təkrarən,  özünün  öldürmək  məqsədilə  yaşadığı  Qəbələ 

rayonu  Nohurqışlaq  kəndində  müalicəsi  üçün  istifadə  etdiyi  «depakin»,  «ataraks»,  «qrandaksin», 

«eqonol», «seteriks» və «ketatifen» dərman preparatlarından evin hamamında qapını bağlayıb 50-60 

ədəd  həbləri  birdəfəyə  içərək,  özünü  zəhərləmiş,  lakin  Qəbələ  rayon  Mərkəzi  xəstəxanasında  ona 

vaxtında ixtisaslı təcili tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olunmuş və 05 aprel 2015-

ci il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən yaşadığı evində sirkə turşusu içib huşsuz 

vəziyyətdə  Qəbələ  rayon  Mərkəzi  xəstəxanasına  gətirilmiş,  daha  sonra  Bakı  şəhəri,  Nəsimi 

rayonunda  yerləşən  Toksikoloji  Mərkəzə  göndərilməklə  ona  vaxtında  ixtisaslı  təcili  tibbi  yardım 

göstərilməsi nəticəsində həyatı xilas olunmuşdur. 

Bundan başqa o, eyni xarakterli cinayət əməllərini davam etdirərək, Masallı şəhərində Digah 

küçəsi  ev  12  ünvanında  yerləşən  evindən  2015-ci  ilin  mart  ayında,  «Azad  Azərbaycan»  Müstəqil 

Teleradio  Kompanıyasının  «zaur_gunay  «İnstaqram»  səhifəsinə  ağır  xəstə  olan  anası  Mehriban 

Əşrəfovanın  müalicəsi  üçün  müraciət  etmiş  zərərçəkmiş  şəxs  Biləsuvar  rayonu,  Bəydili  kəndində 

qeydiyyatda  olmaqla,  Bakı  şəhəri,  Nərimanov rayonu  Böyükşor qəsəbəsi Daş  Karxanası  küçəsi ev 

81A  ünvanında  kirayədə  yaşayan  Əşrəfli  Türkanə  Rəfail  qızının  «İnstagram»  səhifəsinə 

“Whatsapp_0517072477”  adlı  «İnstagram»  səhifəsindən  yazaraq  özünü  «Öz  aramızda»  verilişinin 

operatoru kimi təqdim edib aldadaraq, guya verilişin aparıcısı Zaur Bəxşəliyevə təqdim etmək üçün 

ondan  üz  şəkillərini  göndərilməsini  zəruri  olduğunu  bildirmiş,  Türkanə  Əşrəfli  ona  4  ədəd  üz 

şəkillərini göndərdikdən sonra, o, həmin şəkilləri xüsusi kompyüter proqramından istifadə etməklə 

internetdən  götürdüyü  lüt  qadın  bədəninə  montaj  edib  rüsvayedici  şəkillərini  internetdə  yayacağı 

hədəsi  ilə,  «Whatsapp»  proqramından  istifadə  etməklə  mobil  telefonuna  mütəmadi  mesajlar 

göndərərək,  Əşrəfli  Türkanədən  İran  İslam  Respublikası  ərazisindən  06.04.2015-ci  il  tarixdə 

təkrarən hədə-qorxu ilə özgəsinin əmlakı hesab olan 150 manat, sonuncu həmin məbləğdə pulunun 

olmadığını bildirdikdən sonra, həmin gün güzəşt edib  İran İslam Respublikası ərazisindən özgənin 

əmlakı olan 70 manat pulu təkrarən hədə-qorxu ilə tələb etmiş və həmin pulu bank vasitəsi ilə ona 

göndərilməsi  üçün  özünə  məxsus  AZE  seriyalı  1467636  saylı  şəxsiyyət  vəsiqəsinin  fotoşəklini 

çəkərək «Whatsapp» proqramı vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş 

Karxanası küçəsi ev 81A ünvanında olan Türkanə Əşrəfliyə göndərməklə, təkrarən özgəsinin əmlakı 

olan pulu hədə-qorxu ilə tələb etmişdir. 

Məhkum  edilmiş  şəxsin  müdafiəçisi  Mirzəyev  Ruslan  Soltanağa  oğlu  apellyasiya  şikayəti 

verərək,  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  125,  156.1,  182.2.2  və  182.2.4-cü 

maddələri  ilə  təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər  Məhkəməsinin 24  iyun 2016-cı  il 

tarixli  hökmünün  ləğv  edilməsini,  cinayət  təqibinə  bəraətverici  əsaslarla  xitam  verilməsinə  dair 

qərar qəbul edilməsini xahiş etmişdir. 

Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  Penitensiar  Xidmətinin  Müalicə  Müəssisəsinin 

məhkəməyə ünvanlanmış 17/35-1386 №-li, 05 sentyabr 2016-cı il tarixli məktubu ilə bildirilmişdir 

ki, 13.08.2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasından etapla Müalicə Müəssisəsinin Cərrahiyyə 

Şöbəsinə 1996-cı il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 

orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, məhkum olunana qədər Masallı şəhəri, 

Digah  küçəsi,  ev  12-də  qeydiyyatda  olan  və  yaşayan,  Azərbaycan  Respublikası  Cinayət 

Məcəlləsinin  125,  156.1,  182.2.2  və  182.2.4-cü  maddələri  ilə  təqsirli  bilinərək,  qəti  olaraq  08  il 

müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edilmiş,  hazırda  Şırvan  Apellyasiya 

Məhkəməsinin  hesabında  olan  təqsirləndirilən  şəxs  Hidayətli  Nurlan  Nuru  oğlu  «Divararalığının 

onkoloji  xəstəliyə  görə  keçirilmiş  kimya  terapiya  müalicəsindən  sonrakı  vəziyyət,  Nefropatiya 

əlamətləri»  diaqnozu  ilə  daxil  olmuşdur.  Aparılan  bütün  müalicə  tədbirlərinə  baxmayaraq 



təqsirləndirilən  şəxs  Hidayətli  Nurlan  Nuru  oğlu  04.09.2016-cı  il  tarixdə  saat  təxminən  22:45 

radələrində  müəssisənin  Cərrahiyyə  şöbəsində  «Qəfləti  ölüm,  tromboemboliya»  diaqnozu  ilə 

ölmüşdür. 

Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  Penitensiar  Xidmətinin  Müalicə  Müəssisəsinin 

məhkəməyə ünvanlanmış 17/35-1386 №-li, 05 sentyabr 2016-cı il tarixli məktubu 09 sentyabr 2016-

cı  il  tarixdə  Şirvan  Apellyasiya  Məhkəməsinə  daxil  olmuş  və  4987  daxil  olma  nömrəsi  ilə 

qeydiyyata alınmışdır. 

Məhkəmə  kollegiyasının  iclasında  məhkum  edilmiş  şəxsin  müdafiəçisi  Mirzəyev  Ruslan 

Soltanağa  oğlu  hüquqlarını  müdafiə  etdiyi  məhkum  edilmiş  şəxs  Hidayətli  Nurlan  Nuru  oğlunun 

ölməsi  faktı  ilə  əlaqədar  CPM-nin  39.1.5-ci  maddəsinə  əsasən  cinayət  təqibinə  xitam  verilməsinə 

etirazının olmadığını bildirmişdir. 

Məhkəmə  kollegiyasının  iclasında  dövlət  ittihamçısı  Hüseynov  Elnar  Əli  oğlu  məhkum 

edilmiş şəxs Hidayətli Nurlan Nuru oğlunun ölməsi faktı ilə əlaqədar CPM-nin 39.1.5-ci maddəsinə 

əsasən cinayət təqibinə xitam verilməsini etiraz etmədiyini bildirmişdir. 

Məhkəmə kollegiyasının iclasının yeri  və vaxtı barədə  məlumat  verilmiş zərərçəkmiş şəxslər 

Musayeva Əfsanə Zeynal qızı, Əşrəfli Türkanə Rəfail qızı və Cabbarova Arzu Etibar qızı məhkəmə 

iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. 

Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxslər Musayeva Əfsanə Zeynal qızı, Əşrəfli Türkanə 

Rəfail qızı və Cabbarova Arzu Etibar qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 

Məhkəmə  kollegiyası  dövlət  ittihamçısının  və  məhkum  edilmiş  şəxsin  müdafiəçisinin 

çıxışlarını dinləyib  hesab edir  ki,  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-254/2016 №-li, 

24 iyun 2016-cı il tarixli hökmü ləğv edilməli, Hidayətli Nurlan Nuru oğlu barəsində CM-nin 125, 

156.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. 

Belə ki, CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli 

törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət 

təqibi  başlanıla  bilməz,  başlanmış  cinayət  təqibinə  isə  xitam  verilməlidir  (o  cümlədən  cinayət  işi 

başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 

Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq 

və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından 

biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs 

qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində 

tanınmaq  hüququ  vardır  və  bu  Məcəllənin  təqsirləndirilən  (şübhəli)  şəxsin  hüquqi  varisi  ilə  bağlı 

müddəaları onlara da şamil olunur. 

Həmin  Məcəllənin  106-1.3-cü  maddəsinə  əsasən  cinayət  prosesini  həyata  keçirən  orqan  bu 

Məcəllənin  106-1.1-ci  maddəsində  göstərilən  şəxsin  öldüyü  vaxtdan  3  (üç)  gün  müddətində  onun 

yaxın  qohumlarına  şəxsin  hüquqi  varisi  qismində  tanınmaq  istəyinin  olub-olmaması  barədə  yazılı 

bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu 

Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə 

müvafiq  izah  da  verilir.  Ölmüş  şəxsin  yaxın  qohumu  cinayət  təqibinə  xitam  verilənədək  və  ya  bu 

Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi 

varis qismində tanınması barədə qərar qəbul edilir. 

Həmin  Məcəllənin  106-1.4-cü  maddəsinə  əsasən  ölmüş  şəxs  barəsində  cinayət  təqibinə 

bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində 

nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. 

Ölmüş  şəxsin  yaxın  qohumu  bu  müddət  ərzində  onun  hüquqi  varis  qismində  tanınması  barədə 

müvafiq  istəyini  bildirmədikdə,  cinayət  təqibinə  bəraətverici  əsaslar  olmadan  xitam  verilməsi 

haqqında  qərarın  çıxarılması üçün müdafiəçinin  razılığı  tələb olunur. Cinayət  təqibinə  bəraətverici 

əsaslar  olmadan  xitam  verilməsi  haqqında  qərarın  surəti  bu  Məcəllənin  281-ci  maddəsinin 

tələblərinə  uyğun  olaraq,  cinayət  işinin  materialları  ilə  tanış  olmaq  hüququ  və  həmin  qərardan 



şikayət  etmək  qaydası  izah  edilməklə,  ölmüş  şəxsin  yaxın  qohumlarına  göndərilir  və  ya  təqdim 

edilir. 

Şirvan  Apellyasiya  Məhkəməsinin  1(106)490/2016  №-li,  21  sentyabr  2016-cı  il  tarixli 

məktubu  ilə,  təqsirləndirilən  şəxs,  mərhum  N.Hidayətlinin  Masallı  şəhəri,  Digah  küçəsi  12 

ünvanında  yaşayan  ailə  üzvlərinə  onun  04  sentyabr  2016-cı  il  tarixdə  müəssisənin  Cərrahiyyə 

şöbəsində  «Qəfləti  ölüm,  tromboemboliya»  diaqnozu  ilə  vəfat  etməsi  barədə,  habelə  Azərbaycan 

Rеspublikası  Cinayət  Prоsеssual  Məcəlləsinin  (bundan  sonra  CPM-nin)  106-1.3-cü  maddəsinə 

əsasən  məhkum  edilmiş  şəxsin  hüquqi  varisi  kimi  tanınıb-tanınmasına  dair  istəklərinin  olub-

olmaması ilə əlaqədar məhkəməyə müraciət etmələri xahiş olunmuş, məhkum edilmiş şəxsin hüquqi 

varisinin müəyyən edilməsi üçün məhkəmə iclası 21 sentyabr 2016-cı il tarixdən 26 oktyabr 2016-cı 

il tarixə təxirə salınmış (20 gündən çox müddətə), lakin məhkum edilmiş şəxsin hüquqi varisi kimi 

tanınmaq barədə onun yaxın qohumlarından məhkəməyə hər hansı müraciət daxil olmamışdır. 

Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, Lənkəran 

Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-254/2016  №-li,  24  iyun  2016-cı  il  tarixli  hökmü  ləğv 

edilməli,  CPM-nin  39.1.5-ci  maddəsinə  əsasən  Hidayətli  Nurlan  Nuru  oğlu  barəsində  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  125,  156.1,  182.2.2  və  182.2.4-cü  maddələri  ilə  başlanılmış 

cinayət işi üzrə icraata xitam verilməlidir. 

Belə  ki,  CPM-nin  43.3-1-ci  maddəsinə  əsasən  məhkəmə  baxışının  gedişində  cinayət  təqibinə, 

həmçinin  bu  Məcəllənin  39.1.5-ci  maddəsində  nəzərdə  tutulmuş  halda    xitam  verilməsinə    ölmüş 

şəxsin  hüquqi  varisinin,  hüquqi  varis  müəyyən  edilmədiyi,  o  cümlədən  bu  Məcəllənin  106-1.4-cü 

maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 

Həmin  Məcəllənin  398.1.3-cü  maddəsinə  əsasən    apellyasiya  şikayətinin  və  ya  apellyasiya 

protestinin  baxışı  nəticəsində  apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin 

hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və  ya xüsusi 

ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər. 

Qeyd olunanlara əsasən və CPM-nin 39.1.5, 43.3, 106-1.3, 106-1.4, 281, 397-399, 407-410 və 

412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, 

 

QƏRARA 


ALDI: 

 

Hidayətli  Nurlan  Nuru  oğlunun  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  125,  156.1, 



182.2.2  və  182.2.4-cü  maddələri  ilə  məhkum  olunmasına  dair  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin 1(089)-254/2016 №-li, 24 iyun 2016-cı il tarixli hökmü ləğv edilsin. 

Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən Hidayətli Nurlan Nuru oğlu 

barəsində Azərbaycan CM-nin 125, 156.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə başlanılmış cinayət 

işi üzrə icraata xitam verilsin. 

Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikası  CPM-nin  410-cu  maddəsində  göstərilən  müddətlərdə 

Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

 

 



 

  

Əsli ilə düzdür: 



 

 

Hakim: 



 

 

 

 

 

Etibar Camalov 

  

Yüklə 229,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin