QƏrar azərbaycan respublikasi adindan



Yüklə 239,62 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü239,62 Kb.
#7328

SURƏTI 

 

 



 

 

 



 

 

 



 

QƏRAR 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

 

02 noyabr 2016-cı il                            İş № 1(106)-497/2016                          Şirvan şəhəri 

 

Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər: Camalov Etibar Əli oğlu 



(sədrlik  edən  və  məruzəçi),  Əkbərov  Kamran  Hüseyn  oğlu  və  Əhmədov  İsmayıl  Həmid 

oğlundan  ibarət  tərkibdə,  məhkəmə  iclas  katibi  Mustafayeva  Taclı  Əbdüləhəd  qızının,  dövlət 

ittihamçısı:  Azərbaycan  Respublikası  Baş  prokurorluğunun  Dövlət  İttihamının  Müdafiəsi  üzrə 

İdarənin,  Apellyasiya  və  Kassasiya  instansiyası  məhkəmələrində  Dövlət  İttihamının  Müdafiəsi 

şöbəsinin  prokurorları  İsmayılov  Samir  Sabir  oğlu  və  Sadıqov  Siyavuş  Köçəri  oğlunun, 

zərərçəkmiş  şəxslər  İbrahimova  Kifayət  Qara  qızı,  Orucova  Könül  Zakir  qızı  və  Əliyev  Sakit 

Qəni  oğlunun,  məhkum  edilmiş  şəxs  Mirzəyev  Mürşüd  Məhəmmədəli  oğlu  və  müdafiəçisi 

Mirzəyev  Ruslan  Soltanağa  oğlunun  iştirakı  ilə,  Mirzəyev  Mürşüd  Məhəmmədəli  oğlunun 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  178.2.2  və  178.2.4-cü  maddələri  ilə  məhkum 

olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-168/2016 №-li, 17 iyun 2016-

cı il tarixli hökmündən məhkum edilmiş şəxs Mürşüd Mirzəyev və müdafiəçisi Atakişiyev Faiq 

Mehrəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında 

baxaraq, 

MÜƏYYƏN 


ETDI: 

 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-168/2016  №-li  17  iyun  2016-cı  il  tarixli 



hökmü ilə,( hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və 

Cəfərov Rafiq Musa oğlu) 

03  iyun  1972-ci  ildə  İmişli  rayonu  Ağcüyür  kəndində  anadan  olmuş,  Azərbaycan 

Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işsiz, məhkumluğu olmayan, İmişli rayonu, 

Ağcüyür  kəndində  qeydiyyatda  olan  və  yaşayan,  iş  üzrə  01  iyul  2015-ci  il  tarixdən 

həbsdə saxlanılan 



Mirzəyev  Mürşüd  Məhəmmədəli  oğlunun  CM-nin  178.2.2  və  178.2.4-cü  maddələri  ilə 

nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona 6 (altı) il müddətə azadlıqdan 

məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə  müəssisəsində çəkməsi, 

cəzaçəkmə  müddətinin  başlanğıcının  01  iyul  2015-ci  il  tarixdən  hesablanması,  hökm  qanuni 

qüvvəyə minənədək Mirzəyev Mürşüd Məhəmmədəli oğlunun barəsində seçilmiş həbs qətimkan 

tədbirinin dəyişdirilmədən saxlanılması, zərər çəkmiş şəxslər Orucova Könül Zakir qızının 1200 

manat,  Əliyev  Sakit  Qəni  oğlunun  5100  manat,  Abasov  Nemət  Usubəli  oğlunun  1800  manat, 

İbrəhimova  Kifayət  Qara  qızının  6136  manat,  Eyyubzadə  Tahir  Salam  oğlunun  951  manat, 

Xəlilov  Seymur  Həsrət  oğlunun  950  manat,  Zeynalov  İkram  Süleyman  oğlunun  1530  manat, 

Əliyev Səməd Əzizağa oğlunun 3750 manat maddi zərəri təqsirləndirilən şəxs Mirzəyev Mürşüd 

Məhəmmədəli  oğlundan  mülki  mühakimə  icraatı  qaydasında  tələb  etmək  hüquqlarının  izah 

olunması hökm edilmişdir. 

İŞİN 

HALLARI: 



 

Məhkəmənin hökmü ilə Mirzəyev Mürşüd Məhəmmədəli oğlu CM-nin 178.2.2 və 178.2.4-

cü  maddələri  ona  görə  təqsirli  bilinib  məhkum  edilmişdir  ki,  o,  Orucova  Könül  Zakir  qızına 

Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyində  işləyən  tanışları  vasitəsi  ilə  İmişli 

rayonu Yalavac kəndində yaşayış evi tikdirəcəyini əvvəlcədən vəd verib, etibarından sui-istifadə 

edərək aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə Könül Orucovadan 2011-ci ilin yanvar ayının 

ortalarında  İmişli  şəhəri  H.Əliyev  prospektində  yerləşən  «Nuray»  şadlıq  evində  1000  manat, 

2011-ci ilin yanvar ayının sonunda isə İmişli rayonu, Yalavac kəndində K.Orucovadan yaşadığı 

evin  həyətində  1000  manat,  cəmi  2000  manat  pul  alıb,  vədinə  əməl  etməyərək,  əmlakını  ələ 


keçirib dələduzluq etmişdir. 

Bundan  sonra  o,  təkrarən  Əliyev  Sakit  Qəni  oğluna  nümayəndəsi  olduğu  üçün  köməklik 

göstərib,  Məmmədzadə  Elvin  Fəxrəddin  oğlundan  5800  manat  pulunun  alınıb  qaytarılmasında 

köməklik göstərəcəyini vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə 

olunan qəsdlə Sakit Əliyevdən 2012-ci  ilin  iyun ayında İmişli  şəhər H.Aslanov küçəsində 1500 

manat,  bundan  3  gün  sonra  2012-ci  ilin  iyun  ayında  İmişli  şəhəri  H.Əliyev  prospektində 

Azərbaycan Beynəlxalq Bankın İmişli filalının yanında 200 manat, 5-6 gündən sonra 2012-ci ilin 

iyun ayında İmişli rayonu Məzrəli kəndində 500 manat, 2012-ci  ilin avqust ayında İmişli şəhər 

T.İsmayılov  küçəsində  600  manat,  2012-ci  noyabr  ayında  İmişli  şəhər  H.Əliyev  prospektində 

M.Ə.Sabir  adına  parkda  500  manat,  2013-ci  aprel-may  aylarında  dəqiq  tarixi  bilmədiyi  gündə 

İmişli rayon  Çahar kəndi ərazisində 800  manat, 2013-cü  ilin  noyabr-dekabr ayında dəqiq tarixi 

bilmədiyi vaxtda İmişli şəhər H.Əliyev prospektində İmişli Mədəniyyət Sarayının qarşısında 600 

manat,  2014-ci  ilin  aprel  ayında  Saatlı  rayonun  ərazisindən  keçən  “Mil-Muğan”  kollektorunun 

üstündə körpünün yanında 400 manat olmaqla, cəmi 5100 manat pul alıb, vədinə əməl etməyərək 

zərər  çəkmiş  şəxsə  xeyli  miqdarda  ziyan  vurmaqla  özgənin  əmlakını  ələ  keçirib  dələduzluq 

etmişdir. 

Bundan  sonra  o,  təkrarən  Abasov  Nemət  Usubəli  oğluna  Azərbaycan  Respublikası 

Fövqəladə Hallar Nazirliyində işləyən tanışları vasitəsi ilə İmişli şəhəri N.Nərimanov küçəsində 

yaşayış  evi  tikdirəcəyini  əvvəlcədən  vəd  verib,  etibarından  sui-istifadə  edərək  aldadıb,  Nemət 

Abasovdan 2012-ci ilin avqust ayının sonunda İmişli şəhəri, H.Aslanov küçəsində «Elçin» şadlıq 

sarayının  yanında  1800  manat  pulunu  alıb,  vədinə  əməl  etməyərək,  əmlakını  ələ  keçirib 

dələduzluq etmişdir. 

Bundan sonra o, təkrarən Seyfullayev Zahid Əziz oğluna Azərbaycan Respublikası Əmək 

və Əhalinin Sosial  Müdafiə Nazirliyinin tibbi sosial ekspert komisiyyasında  işləyən tanışlarının 

vasitəsi  ilə  əlillik  dərəcəsi  verilməsinə  köməklik  göstərəcəyini  vəd  edib,  aldadaraq  etibarından 

sui-istifadə  etməklə,  02  oktyabr  2012-ci  ildə  İmişli  şəhəri  H.Əliyev  prospektində  mədəniyyət 

evinin  qarşısında  Z.Ə.Seyfullayevdən  1250  manat  pul  alıb,  vədinə  əməl  etməyərək,  özgənin 

əmlakını ələ keçirib dələduzluq etmişdir.  

Bundan  sonra  o,  təkrarən  Əzizov  Vahid  Mirzalı  oğluna  Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyində  işləyən  tanışları  vasitəsi  ilə  sonuncunun  qızı  Gülnar  Əzizovanı  Mingəçevir  tibb 

texnikomuna  qəbul  elətdirəcəyini  vəd  edib,  aldadaraq  etibarından  sui-istifadə  etməklə  Vahid 

Əzizovdan  2014-cü  ilin  may  ayının  axırlarında  İmişli  şəhəri,  H.Əliyev  prospektində,  İmişli 

mədəniyyət sarayının qarşısında 6500 manat pul alıb, vədinə əməl etməyərək zərər çəkmiş şəxsə 

xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. 

Bundan  sonra  o,  təkrarən  İbrəhimova  Kifayət  Qara  qızına  özünü  vəkil  kimi  təqdim  edib 

sonuncunun  qardaşı,  Azərbaycan  Respublikası  CM-nin  126.1-cı  maddəsi  ilə  təqsirləndirilən 

İbrəhimov  Səfər  Qara  oğlu  barəsində  cinayət  işinə  Lənkəran  Ağır  Cinayətlər  məhkəməsində 

baxılarkən  onu  müdafiə  edib  azadlığa  buraxdıracağını  əvvəlcədən  vəd  verib  aldadaraq 

etibarından  sui-istifadə  etməklə,  16  sentyabr  2014-cü  il  tarixdə  Kifayət  İbrəhimovanın  yaşadığı 

İmişli  şəhəri  H.Əliyev  prospekti  222  nömrəli  evin  9  nömrəli  mənzilinə  gələrək  sonuncunun 

bacısı  İbrəhimova  Əzizbəyim  Qara  qızından  300 ABŞ  dollar,  yəni  milli  valyuta  ilə  236  manat, 

17 sentyabr 2014-cü ildə Kifayət İbrəhimovadan yaşadığı evdə 2500 manat, 22 sentyabr 2014-cü 

il  tarixdə  yenə  həmin  ünvanda  K.İbrəhimovadan  500  manat,  29  sentyabr  2014-cü  il  tarixdə 

yenidən  həmin  ünvanda  1500  manat,  17  noyabr  2014-cü  il  tarixdə  yenə  həmin  ünvanda  K. 

İbrəhimovadan 2000 manat məbləğində, sonuncunun qardaşı İbrəhimov Əbilfəz Qara oğluna da 

vahid  niyyətlə,  yəni  qardaşı  İbrəhimov  Səfər  Qara  oğlunun  barəsində  cinayət  işinə  Lənkəran 

Ağır  Cinayətlər  məhkəməsində  baxılarkən  onu  müdafiə  edib  azadlığa  buraxdıracağını 

əvvəlcədən  vəd  verib  aldadaraq  etibarından  sui-istifadə  etməklə,  həmin  vaxt  Ə.İbrəhimovun 

Rusiya  Federasiyasının  Kazan  şəhərindən  bank  vasitəsi  ilə  ona  göndərmiş  olduğu  25  000  rus 

rublun,  yəni  milli  valyuta ilə 475  manat pulu 03 oktyabr 2014-ci  il tarixdə  “Zaminbank”  ASC-

nin  Cəlilabad  rayon  filalından,  bundan  sonra  Ə.İbrəhimovun  ona  bank  vasitəsi  ilə  göndərmiş 

olduğu  15  000  rus  rublun,  yəni  milli  valyuta  ilə  240  manat  pulu  22  oktyabr  2014-cü  il  tarixdə 

“Zaminbank”  ASC-nin  İmişli  rayon  filalından,  bundan  sonra  Ə.İbrəhimovun  bank  vasitəsi  ilə 

ona göndərmiş olduğu 21 000 rus rublun, yəni milli valyuta ilə 435 manat pulu 15 noyabr 2014-

cü il tarixdə  “Zaminbank” ASC-nin İmişli rayon  filalından almaqla, ümumilikdə  vahid niyyətlə 

əhatə olunan qəsdlə hər iki şəxsdən 7886 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib, 


zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 

Bundan  sonra,  o  təkrarən  Eyyubov  Xəyal  Tahir  oğlunu  Azərbaycan  Respublikası  Silahlı 

qüvvələrində işləyən tanışları vasitəsi ilə İmişli şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq 

hərbi  qulluqçu  vəzifəsinə  işə  düzəldəcəyin  vəd  edib  etibarından  sui-istifadə  etməklə  aldadaraq 

vahid  niyyətlə  əhatə  olunan  qəsdlə  Xəyal  Eyyubovdan  və  atası  Tahir  Eyyubovdan  02  dekabr 

2014-cü  il  tarixdə  İmişli  şəhəri,  H.Əliyev  prospektində  500  manat,  bundan  sonra  09  dekabr 

2014-cü  il  tarixdə  İmişli  rayon  Cavadxanlı  kəndində  200  manat,  bundan  sonra  2015-ci  ilin 

yanvar ayının əvvəllərində İmişli rayon Cavadxanlı kəndində 156 manat, bundan sonra 2015-ci 

ilin yanvar ayının sonunda İmişli rayon Cavadxanlı kəndində 45 manat, 2015-ci ilin aprel ayında 

isə İmişli rayon Cavadxanlı kəndində 50 manat olmaqla, cəmi 951 manat pulu alıb, vədinə əməl 

etməyərək, özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. 

Bundan sonra, o, təkrarən Xəlilov Seymur Həsrət oğlunu Azərbaycan Respublikası Silahlı 

qüvvələrində işləyən tanışları vasitəsi ilə İmişli şəhərində yerləşən hərbi hissəyə müddətdən artıq 

hərbi  qulluqçu  vəzifəsinə  işə  düzəldəcəyin  əvvəlcədən  vəd  edib  aldadaraq  etibarından  sui-

istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Seymur Xəlilovdan 2015-ci il yanvar ayında 

əvvəlcə  İmişli  şəhəri  Gənclər  Mərkəzinin  yanında  700  manat,  bundan  sonra  2015-ci  ilin  fevral 

ayında İmişli rayon Cavadxanlı kəndində 45 manat, bundan sonra 2015-ci ilin mart ayında İmişli 

rayon  Cavadxanlı  kəndində  156  manat,  bundan  sonra  2015-ci  ilin  mart  ayında  isə  İmişli  rayon 

Cavadxanlı  kəndində  40  manat  olmaqla,  cəmi  941  manat  pulu  alıb,  vədinə  əməl  etməyərək, 

özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. 

Bundan sonra o, təkrarən Zeynalov İkram Süleyman oğlunu İmişli Meliorasiya İdarəsində 

işə  düzəldəcəyini  vəd  verib  aldadaraq  etibarından  sui-istifadə  etməklə  vahid  niyyətlə  əhatə 

olunan  qəsdlə  2015-ci  ilin  mart  ayının  əvvəllərində  İ.S.Zeynalovdan  İmişli  şəhəri,  H.Əliyev 

prospektində, Mədəniyyət evinin qarşısında 1000 manat, bundan bir neçə gün sonra 2015-ci ilin 

mart  ayında  İmişli  şəhəri,  H.Əliyev  prospektində,  Mədəniyyət  evinin  qarşısında  200  manat, 

bundan  bir  neçə  gün  keçdikdən  sonra  2015-ci  ilin  mart  ayında  İmişli  şəhəri,  H.Əliyev 

prospektində,  Mədəniyyət  evinin  qarşısında  200  manat  və  2015-ci  ilin  mart  ayının  axırlarında 

İ.Zeynalovun  qaynı  Orucov  Hadi  Barat  oğlundan  aldığı  130  manat  dəyərində  bir  ədəd  quzunu 

Hadi  Orucovdan  İmişli  şəhəri  kolxoz  bazarda  təhvil  almaqla,  cəmi  1530  manat  dəyərində 

əmlakını alıb, vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir.  

Bundan  sonra  o,  təkrarən  Orucova  Könül  Zakir  qızına  İmişli  rayon  sosial  müdafiə 

mərkəzində  işləyən  tanışları  vasitəsi  ilə  sosial  müavinət  almasına  köməklik  göstərəcəyini  vəd 

edib aldadaraq etibarından sui-istifadə etməklə 2015-ci  ilin aprel ayında İmişli rayonu, Yalavac 

kəndində K.Orucovadan 200 manat pul alıb, vədinə əməl etməyərək özgənin əmlakını ələ keçirib 

dələduzluq etmişdir. 

Bundan sonra o, təkrarən Əliyev Səməd Əzizağa oğluna Azərbaycan Respublikası Dövlət 

Kommersiya  Sığorta  Şirkətində  işləyən  tanışları  vasitəsi  ilə  S.Əliyevin  oğlu  Əliyev  Kənan 

Səməd oğluna sığorta pulu almasına köməklik göstərəcəyini vəd edib aldadaraq etibarından sui-

istifadə  etməklə  vahid  niyyətlə  əhatə  olunan  qəsdlə  S.Ə.Əliyevin  göndərmiş  olduğu  500  manat 

pulu  atası  Əliyev  Əzizağa  Səməd  oğlundan  İmişli  şəhəri  H.Əliyev  prospektində  mədəniyyət 

evinin  qarşısında  2015-ci  ilin  aprel  ayında  almış,  bundan  sonra  S.Əliyevdən  2015-ci  ilin  may 

ayında İmişli şəhər H.Əliyev prospektində, Mədəniyyət evinin qarşısında çayxanada 200 manat 

almaqla,  cəmi  700  manat  pulun  alıb,  vədinə  əməl  etməyərək  özgənin  əmlakını  ələ  keçirib 

dələduzluq etmişdir. 

Bundan  sonra  o, təkrarən  Əliyev  Səməd  Əzizağa  oğluna  Azərbaycan  Respublikası  Əmək 

və Əhalinin Sosial  Müdafiə Nazirliyinin tibbi sosial ekspert komisiyyasında  işləyən tanışlarının 

vasitəsi  ilə  S.Əliyevin  oğlu  Kənan  Əliyevə  əlillik  dərəcəsi  verilməsinə  köməklik  göstərəcəyini 

vəd edib, qəsdən aldadaraq etibarından  sui-istifadə etməklə,  vahid  niyyətlə əhatə olunan qəsdlə 

İmişli  şəhəri  H.Əliyev  prospektində  Mədəniyyət evinin  qarşısında  2015-ci  ilin  may  ayında  300 

manat, bundan bir həftə sonra yenə həmin ünvanda 300 manat, 2015-ci ilin iyun ayının əvvəlində 

yenə  həmin  ünvanda  1000  manat,  bir  həftə  sonra  yenə  həmin  ünvanda  600  manat,  bundan  bir 

həftə sonra İmişli şəhəri H.Aslanov küçəsində qonaq evinin yanında 450, 2015-ci ilin iyun ayının 

axırlarında  isə  İmişli  şəhərində  Mədəniyyət  evinin  qarşısında  400  manat  olmaqla,  cəmi  3050 

manat  pul  alıb,  vədinə  əməl  etməyərək  zərərçəkmiş  şəxsə  xeyli  miqdarda  ziyan  vurmaqla 

özgənin əmlakın ələ keçirib dələduzluq etmişdir. 

 


APELLYASİYA 

ŞİKAYƏTLƏRİNİN  

DƏLİLLƏRİ: 

 

Məhkum  olunmuş  şəxsin  müdafiəçisi  Atakişiyev  Faiq  Mehrəli  oğlu  apellyasiya  şikayəti 



verərək,  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  17  iyun  2016-cı  il  tarixli  hökmünü  təyin 

edilmiş cəzanın ağırlığına  və  məhkumun şəxsiyyətinə uyğun olmadığından dəyişdirib  barəsində 

CM-nin 70-ci maddəsini tətbiq etməklə azadlıqdan şərti məhkum edilməsini xahiş etmişdir. 

Müdafiəçi  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  məhkəmə  tərəfindən  təyin 

edilmiş cəza ağır olmaqla  məhkumun şəxsiyyətinə uyğun deyildir. Belə ki, M.Mirzəyevin uzun 

müddətə azadlıqdan məhrum edilməsi onun ailə üzvlərinə əlavə məhrumiyyətlər gətirir ki, bu da 

cəzanın məqsədinə müvafiq deyildir. Məhkum M.Mirzəyev yaşayış yeri üzrə müsbət xarakterizə 

olunur,  əməlindən  səmimi  peşimandır,  cinayət  əməlini  səmimi  etiraf  edir,  zərərçəkmiş  şəxslərə 

vurduğu ziyanın bir qismini ödəmişdir, ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmə hökmdə 

M.Mirzəyevə  cəza  təyin  edərkən  onun  yaşayış  yeri  üzrə  müsbət  xarakterizə  olunmasını  və 

zərərçəkmiş  şəxslərə  vurduğu  ziyanın  bir  qismini ödəməsini  onun  məsuliyyətini  yüngülləşdirən 

hallar kimi hesab etsə də, faktiki olaraq cəza təyin edərkən həmin xüsusatlar kifayət qədər nəzərə 

alınmamışdır.  Məhkəmə  araşdırması  zamanı  M.Mirzəyevin  məsuliyyətini  ağırlaşdıran  hallar 

müəyyən olunmamışdır. 

Məhkum  olunmuş  şəxs  Mürşüd  Mirzəyev  apellyasiya  şikayəti  verərək,  Lənkəran  Ağır 

Cinayətlər  Məhkəməsinin  17  iyun  2016-cı  il  tarixli  hökmünü  ləğv  edilməsi,  ona  daha  yüngül 

cəza təyin etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş 

etmişdir. 

Məhkum  olunmuş  şəxs  M.Mirzəyev  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki, 

ibtidai istintaq zamanı vəsatətlər və etirazlar verərək ona qarşı irəli sürülən cinayət işinin əsassız 

və prosessual qanun pozuntuları  ilə əks olunması  barəsində  yazılı qaydada vəsatətlər vermişdir. 

Ondan  şikayətçi  olan  Əbülfəz  İbrahimov  ona  1150  manatı  dörd  dəfəyə  vermişdir.  Yeddi  aylıq 

istintaq  araşdırmasından  sonra  yaxın  qohumu  Kifayət  adlı  şəxs  ərizə  verərək  guya  ondan  6500 

manat pul verdiyini  iddia edərək  istintaqa  müraciət etdiyindən İmişli rayon  məhkəməsinə  baxış 

üçün  göndərilən  cinayət  işi  məhkəmə  iclasına  çıxarılmadan  təkrar  istintaqa  qaytarılmışdır. 

Prokuror P.Abbasov verdiyi protestində göstərmişdir ki, Ali Məhkəmənin Plenumunun müvafiq 

qərarına  əsasən  vahid  niyyətlə  edilən  dələduzluq  hərəkətində  şikayətçiyə  vurulmuş  ziyan  7000 

manatdan  çox  olduğundan  iş  təkrar  istintaqa  qaytarılmalı  və  CM-nin  178.3.2-ci  maddəsi  ilə 

cinayət  işi  davam  etdirilməli  və  baxılması  üçün  Ağır  Cinayətlər  məhkəməsinə  göndərilməsi 

tövsiyyə olunmuşdur. Lənkəran Ağır Cinayətlər məhkəməsi 17  mart 2016-cı  il tarixdən cinayət 

işini  məhkəmə  baxışına  çıxarmış,  lakın  onun  qeyd  etdiklərini,  Azercell  Telekomdan  çıxarılan 

zəng  və  mesajlar  barədə  sübutlar  əsas  götürülməmiş  bundan  başqa  əlində  olan  kifayət  qədər 

sübutların  olmasına  baxmayaraq  məhkəmə  araşdırmaya  düzgün  qiymət  verməmişdir. 

Məhkəməyə  təqdim  etdiyi  vəsatətlər  məhkəmə  tərəfindən  qəbul  edilməmiş,  onun  ifadələri  və 

sübutları  məhkəmə  istintaqında  və  məhkəmə  iclası  protokolunda  qeyd  edilməmişdir.  Məhkəmə 

tərəfindən  CPM-nin  246,  247,  248  və  249-cu  maddələri  kobudcasına  pozulmuşdur.  Belə  ki, 

sübutların toplanması, sübutların kifayət etməsi, sübutetmə anlayışı barədə maddələr və onlardan 

irəli gələn müddəalar pozulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi və 15 

iyu  2016-cı  il  tarixdə  qüvvədə  olan  qanunvericilik  aktın  uyğun  olaraq  10  min  manatdan  aşağı 

olan  cinayətlərdə  xeyli  miqdarda  əvəz  edilməsi  anlayışı  öz  əksini  tapmışdır.  O  istintaqda  və 

məhkəmədə göstərmişdir ki, Kifayət adlı şəxsdən heç bir məbləğdə pul almamışdır və ona qarşı 

yönəldilmiş  böhtan  kimi  onların  hərəkətlərinə  hüquqi  qiymət  verilməsini  xahiş  etmişdir.  Hətta 

onun  Kifayət  adlı  şəxsdən  6500  manat  pul  alması  təsdiq  olunsa  belə  Milli  Məclisin  yuxarıda 

qeyd etdiyi qanunvericilik aktlarına uyğun olaraq cinayət işi Ağır Cinayətlər Məhkəməsinə deyil, 

İmişli rayon məhkəməsinə göndərilməli idi. Cinayət işi üzrə qondarma zərərçəkən şəxslərə zərər 

vurmadığı  halda  hökmdə  qeyd  olunmuşdur  ki,  guya  maddi  ziyanı  ödəmişdir.  Lakin  məhkəmə 

tərəfindən  bütün  bu  sadaladıqları  sübut  və  dəlillər  kimi  qəbul  edilməmiş,  azyaşlı  uşağının 

olmasını,  ali  təhsilli  olmasını,  ilk  dəfə  cinayət  törətməsini,  ictimai  mövqeyini,  cinayətə  meylli 

olmadığını, şəxsiyyətini məhkəmə nəzərə almamışdır.  

 

PROSES 



İŞTİRAKÇILARININ 

ÇIXIŞLARI: 

 

Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı S.İsmayılov və S.Sadıqov apellyasiya 



şikayətinin  dəlillərinin  əsassız  olduğunu,  təqsirləndirilən  şəxsin  ittiham  olunan  əməlləri 

törətməsinin  iş  materiallarında olan  sübutlarla tam təsdiq olunduğu,  ibtidai araşdırma orqanı  və 

birinci  instansiya  məhkəməsinin  CPM-nin  143-146-cı  maddələrinin  tələblərinə  əməl  edərək 

məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə 

gəlmək  üçün  kifayət  qədər  sübutlar  toplaması  və  bu  sübutların  hər  birinin  mənsubiyyəti, 

mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə 

qərarı qəbul edilməsini, M.Mirzəyevin əməllərinin CM-nin 178.2.2 və 178.2.4-cü maddələri  ilə 

düzgün tövsif olumasını, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı 

ağırlaşdıran və yüngülləşdirən hallar, şəxsiyyəti, təyin olunan cəzanın islah olmasına və ailəsinin 

həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi  hallar nəzərə alınmaqla təqsirləndirilən 

şəxsə  kifayət  qədər  ədalətli  cəza  təyin  olunduğunu  göstərərək,  apellyasiya  şikayətinin  təmin 

olunmamasını xahiş etmişlər. 

Məhkəmə  kollegiyasının  iclasında  zərərçəkmiş  şəxslər  İbrahimova  Kifayət  Qara  qızı, 

Orucova  Könül  Zakir  qızı  və  Əliyev  Sakit  Qəni  oğlu  apellyasiya  şikayətlərini  qəbul  etməyib 

göstərmişlər ki, məhkum olunmuş şəxs tərəfindən onlara vurulmuş maddi ziyan ödənilməmişdir, 

məhkum  olunmuş  şəxsin  cəzasının  azaldılmasına  etiraz  edirlər  və  ona  görə  də  xahiş  edirlər 

birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılsın. 

Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Mirzəyev Mürşüd Məhəmmədəli 

oğlu  və  müdafiəçisi  Mirzəyev  Ruslan  Soltanağa  oğlu  apellyasiya  şikayətlərini  müdafiə  edib 

apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış etmişlər. 

Məhkəmə  kollegiyasının  iclasının  vaxti  və  yeri  barədə  məlumat  verilmiş  zərərçəkmiş 

şəxslər  İbrəhimov  Əbülfəz  Qara  oğlu,  Abbasov  Nemət  Usubəli  oğlu,  Əliyev  Səməd  Əzizağa 

oğlu, Eyyubzadə Tahir Salam oğlu, Zeynalov İkram Süleyman oğlu, Əzizov Vahid Mirzalı oğlu, 

Seyfullayev  Zahid  Əziz  oğlu  və  Xəlilov  Seymur  Həsrət  oğlu  məhkəmə  iclasına  gəlməmiş  və 

gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.  

Məhkəmə  kollegiyası  işə  yuxarıda  adları  çəkilən  zərərçəkmiş  şəxslərin  iştirakı  olmadan 

baxılmasını mümkün saymışdır. 

HÜQUQİ 


MƏSƏLƏLƏR: 

 

Azərbaycan  Respublikasınin  Cinayət  Prosessual  Məcəlləsinin  (bundan  sonra  CPM-nin) 



397.1-ci  maddəsinə  görə  apellyasiya  instansiya  məhkəməsi  birinci  instansiya  məhkəməsi 

tərəfindən  işin  faktiki  hallarının  müəyyən  edilməsinin,  habelə  cinayət  qanununun  və  CPM-nin 

normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.  

Həmin  Məcəllənin  397.2-ci  maddəsinə  görə  birinci  instansiya  məhkəməsi  tərəfindən 

müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya 

şikayətinin  və  ya  apellyasiya  protestinin  hüdudlarında  yoxlanılır.  Birinci  instansiya  məhkəməsi 

tərəfindən  cinayət  qanununa  və  bu  Məcəllənin  normalarına  riayət  edilməsi  apellyasiya 

instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən 

asılı olmayaraq yoxlanılır. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  apellyasiya  şikayətlərində  məhkum  olunmuş  şəxsə 

təyin  olunmuş  cəzanın  şərti  tətbiq  edilməsinin  xahiş  olunmasını,  yəni  işin  faktiki  halları  və 

əməlin  hüquqi  tövsifi  mübahisələndirilməməsə  adə  CPM-nin  397.2-ci  maddəsinin  birinci 

instansiya  məhkəməsi  tərəfindən  cinayət  qanununa  və  bu  Məcəllənin  normalarına  riayət 

edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya 

protestinin  dəlillərindən  asılı  olmayaraq  yoxlanılmasına  dair  tələblərinə  müvafiq  olaraq  ilk 

növbədə  birinci  instansiya  məhkəməsi  tərəfindən  cinayət  və  cinayət-prosessual  hüquq 

normalarının  düzgün  tətbiq  edilib-edilməməsinə,  məhkum  olunmuş  şəxs  Mirzəyev  Mürşüd 

Məhəmmədəli  oğlunun  törətmiş  olduğu  əməlin  hüquqi  tövsifinə  və  daha  sonra  isə  apellyasiya 

şikayətlərinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət verilməlidir. 

Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, 

apellyasiya  şikayətlərinin  dəlillərini  müzakirə  edərək,  dövlət  ittihamçısının,  zərərçəkmiş 

şəxslərin,  məhkum  edilmiş  şəxs  və  müdafiəçinin  çıxışını  dinləyərək  hesab  edir  ki,  aşağıdakı 

əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 

17 iyun 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. 

Belə  ki,  birinci  instansiya  məhkəməsinin  mübahisə  olunan  hökmündən  görünür  ki, 

məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq 

olunmuş sübutlarla,  yəni zərərçəkmiş şəxslər İbrəhimova  Kifayət Qara qızı, İbrəhimov Əbülfəz 


Qara  oğlu,  Orucova  Könül  Zakir  qızı,  Abbasov  Nemət  Usubəli  oğlu,  Əliyev  Səməd  Əzizağa 

oğlu,  Eyyubzadə  Tahir  Salam  oğlu,  Zeynalov  İkram  Süleyman  oğlu,  Əliyev  Sakit  Qəni  oğlu, 

Əzizov Vahid Mirzalı oğlu, Seyfullayev Zahid Əziz oğlu və Xəlilov Seymur Həsrət oğlunun və 

şahidlərin  ifadələri  və  iş  materiallarında  olan  istintaq  hərəkətlərinə  dair  digər  protokollar  və 

sənədlərlə  M.Mirzəyevin  CM-nin  178.2.2  və  178.2.4-cü  maddələri  nəzərdə  tutulmuş  cinayət 

əməllərini törətməsi, törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin 

onun tərəfindən törədilməsi  və təqsirliliyinin tam sübuta  yetirilməsinə, həmin əməllərin cinayət 

olmasını  aradan  qaldıran  halların,  həmçinin  M.Mirzəyevin  cinayət  məsuliyyətindən  azad 

edilməsi  üçün  əsasların  olmamasına  görə,  sonuncunun  həmin  maddələrlə  təqsirili  bilinib 

cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  təqsirləndirilən  şəxs 

M.Mirzəyevin qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai 

istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara 

düzgün  istinad  etmiş,  təqdim  olunan  sübutlar  tədqiq  edilmiş,  onlara  hüquqi  qiymət  verilmişdir. 

Bu  səbəbdən  də  məhkəmə  kollegiyası  həmin  sübutları  hazırki  qərarda  təkrarlamağa  zərurət 

görmür. 

Apellyasiya  instansiya  məhkəməsində  məhkəmə  baxışı  zamanı  məhkəmə  kollegiyası 

cinayət  işinin  materiallarını  bir daha təhlil edərək belə nəticəyə gəlir ki,  məhkum olunmuş şəxs 

M.Mirzəyevin  CM-nin  178.2.2  və  178.2.4-cü  maddələri  nəzərdə  tutulmuş  cinayət  əməllərini 

törətməsi,  törətdiyi  əməldə  cinayət  hadisəsinin  və  cinayət  tərkibinin  olması,  cinayətin  onun 

tərəfindən  törədilməsi  ilə  bağlı  işə  baxmış  birinci  instansiya  məhkəməsi  tərəfindən  CPM-nin 

143-146-cı  maddələrinin  tələblərinə  əməl  edərək  onun  qeyd  olunan  cinayətin  törədilməsində 

təqsirli  bilinməsi  haqda  mötəbər  nəticəyə  gəlmək  üçün  sübutların  hər  birinin  mənsubiyyəti, 

mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə 

qərarı qəbul edilmişdir.  

Qeyd  olunanlara  əsasən  məhkəmə  kollegiyası  hesab  edir  ki,  təqsirləndirilən  şəxs 

M.Mirzəyevin əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, işin 

faktiki  halları  və  əməlin  hüquqi  tövsifi  barədə  birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə 

qanuni  və  əsaslıdır.  Həmin  əməlin  cinayət  olmasını  aradan  qaldıran  hallar,  həmçinin 

M.Mirzəyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. 

Cinayət  işinin  materiallarından,  məhkəmə  iclas  protokolundan  və  işdə  olan  prosessual 

sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin 

müdafiə  hüquqları  təmin  edilmiş  və  məhkəmə  baxışı  zamanı  hər  hansı  bir  kobud  prosessual 

qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. 

Məhkəmə  kollegiyası  təyin  olunmuş  cəza  məsələsini  araşdırıb  aşağıda  qeyd  olunanlara 

görə  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsinin  M.Mirzəyevə  təyin  etdiyi  cəza  qanuni  və 

ədalətli olmuşdur. 

Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən 

şəxs Mürşüd Mirzəyevə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik 

dərəcəsini, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə 

təsirini,  təqsirləndirilən  şəxs  Mürşüd  Mirzəyevin  cinayət  əməli  nəticəsində  vurulmuş  maddi 

ziyanı qismən ödəməsini CM-nin 59.1.10-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal 

kimi  və  CM-nin  61-ci  maddəsində  nəzərdə  tutulmuş  cəzasını  ağırlaşdıran  halların  müəyyən 

edilməməsini  nəzərə  alaraq  cəzanın  məqsədinə,  yəni  sosial  ədalətin  bərpa  olunmasına, 

təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni 

cinayətlərin  törədilməsinin  qarşısını  almağa  nail  olunması  baxımından  Mirzəyev  Mürşüd 

Məhəmmədəli  oğlunun  ittiham  olunduğu  maddələrin  sanksiyasında  nəzərdə  tutulan  azadlıqdan 

məhrum  etmə  cəzasına  məhkum  edilməsini  məqsədəuyğun  sayaraq,  ona  CM-nin  178.2.2  və 

178.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair 

yekun nəticəyə gəlmişdir. 

Məhkəmə kollegiyası  hesab edir ki,  məhkum edilmiş  şəxs  Mürşüd Mirzəyevin cəza təyin 

edilərkən  birinci  instansiya  məhkəməsi  tərəfindən  cəza  təyin  etmənin  ümumi  prinsiplərini 

özündə  ehtiva  edən  CM-nin  8.1,  41.2,  58.1,  58.3,  59-cu  maddələrinin  tələbləri,  habelə 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunun  «Məhkəmələr  tərəfindən  cinayət 

cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında»  2003-cü  il  25  iyun  tarixli  04  saylı  qərarının 

tövsiyyələri,  törədilmiş  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi,  cinayətin  törədilmə 


üsulu və şəraiti, zərər çəkmiş şəxslər Orucova Könül Zakir qızına 1200 manat, Əliyev Sakit Qəni 

oğluna 5100 manat, Abasov Nemət Usubəli oğluna 1800 manat, İbrəhimova Kifayət Qara qızına 

6136  manat,  Eyyubzadə  Tahir  Salam  oğluna  951  manat,  Xəlilov  Seymur  Həsrət  oğluna  950 

manat,  Zeynalov  İkram  Süleyman  oğluna  1530  manat,  Əliyev  Səməd  Əzizağa  oğluna  3750 

manat  maddi  zərərin  ödənilməməsi,  cəzanı  yüngülləşdirən  hallar,  təyin  olunan  cəzanın  onun 

islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə 

alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur.  

Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza 

və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai 

təhlükəlilik dərəcəsinə, onun törədilməsi  hallarına və cinayəti törətməkdə təqsirli  bilinən şəxsin 

şəxsiyyətinə uyğun olmalıdır. 

Həmin  Məcəllənin  41.2-ci  maddəsinin  məzmununa  görə,  cəza  sosial  ədalətin  bərpası, 

məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin 

törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 

Həmin  Məcəllənin  58.3-cü  maddəsinə  əsasən  cəza  təyin  edilərkən  cinayətin  xarakteri  və 

ictimai  təhlükəlilik  dərəcəsi,  təqsirkarın  şəxsiyyəti,  o  cümlədən  cəzanı  yüngülləşdirən  və 

ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat 

şəraitinə təsiri nəzərə alınır.  

«Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında» 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  25  iyun  2003-cü  il  tarixli  4  №-li 

Qərarının  1-ci  bəndində  tövsiyyə  olunmuşdur  ki,  «hər  bir  konkret  halda  məhkəmələr 

təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi  yanaşılmalı, cinayət qanunun vəzifələri 

və  cəzanın  məqsədindən  bəhs  edən  CM-nin  2  və  41-ci  maddələrinin  müddəalarının  həyata 

keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən  bəhs edən CM-

nin 8-ci  maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə 

və  ictimai  təhlükəlilik  dərəcəsinə,  onun  törədilməsi  şəraitinə,  təqsirkarın  şəxsiyyətinə  uyğun 

olmalıdır». 

Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir 

ki,  məhkum  edilmiş  şəxs  və  müdafiəçisi  tərəfindən  verilmiş  apellyasiya  şikayətlərinin  dəlilləri 

subyektiv mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin hökmünün ləğv 

yaxud  dəyişdirilərək  məhkum  edilmiş  şəxsə  təyin  olunmuş  cəzanın  azaldılması  və  yaxud  təyin 

olunmuş  azadlıqdan  məhrum  etmə  cəzasının  şərti  tətbiq  edilməsi  üçün  qanuni  əsas  kimi  qəbul 

oluna bilməz və ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, Lənkəran Ağır Cinayətlər 

Məhkəməsinin 17 iyun 2016-cı il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən 

saxlanılmalıdır. 

Qeyd  olunanlara  əsasən  və  CPM-nin  397,  398.1.1,  407,  408,  410  və  412-ci  maddələrini 

rəhbər tutaraq məhkəmə kollegiyası, 

QƏRARA 

ALDI: 


 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-168/2016 №-li, 17 iyun 2016-cı  il tarixli 

hökmündən  məhkum  edilmiş  şəxs  Mürşüd  Mirzəyev  və  müdafiəçisi  Atakişiyev  Faiq  Mehrəli 

oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  1(089)-168/2016  №-li  17  iyun  2016-cı  il  tarixli 

hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. 

Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikası  CPM-nin  410-cu  maddəsində  göstərilən  müddətlərdə 

Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

 



 

 

 



Əsli ilə düzdür: 

 

Hakim:  



 

 

 

 

Etibar Camalov 

Yüklə 239,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin