Qədim Yunanıstan tarixi üzrə mənbələr Qədim Yunanistan tarixi üzrə tarixşünaslıq 3 Qədim Yunanıstan təbii şəraiti



Yüklə 55,86 Kb.
səhifə25/28
tarix26.12.2023
ölçüsü55,86 Kb.
#197276
1   ...   20   21   22   23   24   25   26   27   28
Antik tarix imtahan sualları

68)İMPERATOR TRAYANIN İŞĞALLARI.
Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur. Təcavüzkar xarici siyasət yeritmişdir. Dakların torpağını (Dakiya əyaləti adı ilə), Nabatiyyə padşahlığını (Ərəbistan vilayəti adı ilə) Romaya birləşdirdi. Trayan Parfiya padşahlığının paytaxtı Ktesifonu (Mədəini) ələ keçirmiş, Ermənisitan və Mesopotamiyanı bütünlüklə işğal etmişdi. Trayan dövründə Romada böyük tikinti işləri görülmüşdü. Trayan yaxşi nailiyyətlər qa- zanmışdı. O, Dunay sorhodini möhkəmləndirdi, Dakiyanı iki müharibədə məğlub edib ərazini əyalətə çevirdi və Cənubi Rusiyadan köçerilərin hərə- kətlərinin qarşısını almaq üçün müdafiə zonası yaratdı. Şərq sərhədində də buna bonzor omoliyyat planlaşdırdı. Pompey dövründən Parfiya problemi hall olunmamış qalırdı. O, Sarmat alanlarının Xəzər dənizi regionunda tab- lükəsini məhdudlaşdırmaq istəyirdi. Nabatiya çarlığını da imperiyaya annek- siya etmişdi. Sonra Şimali Mesopotamiya və Assuriya kimi əyalətlər yaratdı va İran körfəzinə çatdı. Qocalığı onun şərqə doğru hərəkətinə maneçilik törətdi. Lakin tutduğu ərazilərdə qiyamlar başlayırdı. Parfiyadan başqa Orta Şərqin çox hissasi – Kirena, Misir, Kipr. Kiçik Asiya onun alində idi. O, öz ölümünü də Şərqdə tapdı və Kiçik Asiyada vəfat etdi
69) 1 ci Suriya müharibəsi


70)ARXAİK DÖVRÜ YUNANISTAN.
Qədim yunan incəsənətinin inkişafında erkən mərhələ (e.ə. 7–5 əsrin əvvəlləri). Erkən arxaik (e.ə. 570 ilədək), yetkin arxaik (e.ə. 570–530), son arxaik (e.ə.530– 480) dövrlərə bölünür. Arxaika mərhələsində klassik üslubun təşəkkül tapması üçün ilkin şərtlər formalaşmışdır: ağac-çiy kərpiç memarlığından daş memarlığına keçid nəticəsində dorik və ionik memarlıq orderlərinin yaranması (e.ə. 6 əsrin əv vəli) və onların yeni materialın tələblərinə uyğunlaşdırılması; heykəltəraşlıq da əvvəlcə daşdan (e.ə. 7 əsrin ortaları), sonra isə tuncdan (təqr. E.ə. 520-ci illər) böyük heykəl plastikasının meydana gəlməsi, qəhrəmani çılpaqlıq (bax Kuros) ənənəsinin qəti mövqe qazanması və artıq e.ə. 5 əsrin əvvəllərində kontrapostun, klassik tipajın, monumental relyefin yaranması; vaza rəngkarlığında qırmızıfiqurlu üslubun (təqr. E.ə. 530) yer tutması; rəsmkarlıqd tərəqqinin bütövlükdə təsviri sənət sahəsində, ilk növbədə insan bədəninin ədəb çərçivəsində anatomik təsvirində təzahür etməsi. Arxaika dövründə müstəqil bədii əhəmiyyət kəsb edən bir sıra orijinal üslubi hadisələr (məs., vaza rəngkarlığında qarafiqurlu və qırmızıfiqurlu üslublar) yaranmışdır. Arxaik sənət üçün güclü bədii-dinamik inkişaf səciyyəvi idi: təqribən iki əsrlik zaman müddətində həndəsi üslubun bəsit formalarından klassik üslubun başlanğıcınadək nəhəng bir mərhələ keçilmişdir.


Yüklə 55,86 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin