Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi


*Eynitipli qaynaq birləşmələrinin təyinatı əlavə 5-də verilmişdir. 4.3.21



Yüklə 0,57 Mb.
səhifə14/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   76
daq-meden-

*Eynitipli qaynaq birləşmələrinin təyinatı əlavə 5-də verilmişdir.

4.3.21. İstehsal attestasiyası bu müəssisədə işlənmiş proqrama uyğun yaradılmış və komissiya sədri tərəfindən təsdiq edilmiş attestasiya komissiyası tərəfindən keçirilir.

Bu proqram qaynaq birləşmələrinin dağıdıcı və dağıdıcı olmayan üsullarla yoxlanmasını və yoxlama nəticələrinə görə qaynağın keyfiyyətinin qiymətləndirilməsini nəzərdə tutmalıdır.

İstehsalat attestasiyasının keçirilmə qaydası, o cümlədən müəssisədə Qaydaların qüvvəyə minməsinə qədər tətbiq olunan attestasiyanın keçirilmə qaydası normativ sənədlərə (NS) və ya istehsalat-texnoloji sənədlərə (daha sonra mətn üzrə İTS) asasən müəyyən olunur.

Əgər qaynaq texnologiyasının istehsalat attestasiyası zamanı hər hansı sınaq növü üzrə qeyri məqbul nəticələr alınıbsa, attestasiya komissiyası alınan nəticələrin müəyyən tələblərə


cavab verməməsi səbəblərini araşdırmalı və yenidən təkrar sınaqların keçirilib keçirilməməsinə və ya bu texnologiyanın istehsalat birləşmələrin qaynağı üçün istifadə oluna bilməməsinə və texnologiyanın yenidən işlənməsinə qərar verməlidir.

Müəssisədə istehsalat attestasiyası keçmiş qaynaq texnologiyasının tətbiqinə icazə, ixtissaslaşdırılmış müəssisənin qərarına əsasən SİTGDMND Agentliyi tərəfindən verilir.



4.3.21. Tədqiqat attestasiyasının müəyyən etdiyi səviyyəyə görə qaynaq birləşmələrinin xassələri və ya keyfiyyəti pisləşdiyi halda istehsalçı-müəssisə (montaj və ya təmir müəssisəsi) qaynaq texnologiyasının tətbiqini dayandırmalı, qaynağın keyfiyyətini pisləşdirən səbəbləri müəyyən etməli və aradan qaldırmalı, təkrar istehsal attestasiyasını, əgər lazım gələrsə, tədqiqat attestasiyasını da keçirməlidir.

4.3.22. Tutumların hazırlanması, montajı və təmiri zamanı attestasiyadan keçmiş istənilən qaynaq texnologiyası tətbiq edilə bilər.

Martensit və martensit-ferrit sinfinə aid austenit və yüksək xromlu poladlardan hazırlanmış detalların qaz qaynağına yol verilmir.



4.3.23. Təzyiq altında işləyən elementlərin qaynağı havanın müsbət temperaturunda yerinə yetirilməlidir. Montaj və təmir işləri zamanı NS-in (İTS) tələblərinə riayət etməklə və qaynaqçılar üçün lazımi şəraiti (küləkdən, yağışdan, qardan qorunmaq) yaratmaqla mənfi temperatur şəraitində qaynaq əməliyyatı yerinə yetirilməlidir. Havanın mənfi temperaturunda qaynaq işləri aparılmazdan əvvəl metalın qaynaq olunacaq yerləri qurudulmalı və müsbət temperatura qədər qızdırılmalıdır.

4.3.24. Qaynaq olunacaq detalların əvvəlcədən və iş zamanı qızdırılmasının zəruriliyi və rejimi qaynaq texnologiyası ilə müəyyən olunur və İTS-də qeyd olunur. Havanın temperaturu mənfi olduqda, müsbət temperaturda olduğu kimi, detallar qızdırılır, lakin qızdırılma temperaturu 50oC-dən yüksək olmalıdır.

4.3.25. Qaynaqdan sonra qaynaq tikişi və ona bitişik sahələr şlakdan, metal qırıntılarından və digər çirkdən təmizlənməlidir.

Kontakt qaynaq üsulu ilə qaynaq edilmiş boruların uc-uca birləşdiyi yerdə verilmiş keçid en kəsiyini təmin etmək üçün daxili qrat (qaynaqdan sonra tikişdə əmələ gələn artıq metal ərintisi) təmizlənməlidir.




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin