Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi sənayedə İŞLƏrin təHLÜKƏsiz göRÜLMƏsi və



Yüklə 431,55 Kb.
səhifə23/92
tarix17.05.2022
ölçüsü431,55 Kb.
#58244
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   92
məlumat kitabçası

4.6. Hidravlik (pnevmatik) sinaq

4.6.1. Bütün tutumlar hazırlandıqdan sonra hidravlik sınaqdan keçirilməlidir.

Montaj yerinə hissə-hissə nəql olunan, quraşdırılma yerində hazırlanması başa çatan tutumlar montaj yerində hidravlik sınaqdan keçirilməlidir.



4.6.2. Qoruyucu örtüyü və ya izolyasiyası olan tutumlar, örtük və ya izolyasiyası olmadan əvvəl hidravlik sınaqdan keçirilir.

Xarici örtüyü (futlyar) olan tutumlar, örtük quraşdırılmazdan əvvəl hidravlik sınaqdan keçirilir.

Emalla örtülən tutumları emal çəkildikdən sonra işçi təzyiqlə hidravlik sınaqdan keçirməyə icazə verilir.

4.6.3. Tutumlar, tökmə tutumlar istisna olmaqla, aşağıdakı düsturla təyin olunan yoxlama təzyiqlə hidravlik sınaqdan keçirilməlidir:

σ20


Ру = 1,25Р

σt

burada Р – tutumun hesablama təzyiqi, MPa (kqq/sm2);

σ20, σt – uyğun olaraq 20oC və hesablama temperaturunda tutumun və ya onun elementlərinin materialı üçün buraxılabilən gərginliyi, MPa (kqq/sm2).

σ20

nisbəti tutumun istifadə olunan, onun üçün daha kiçik elementlərin (obeçayka, dib,



σt

flans, bərkidici, borucuq və s.) materialına görə qəbul edilir.



4.6.4. Tökmə yolu ilə hazırlanmış detalların hidravlik sınağı aşağıdakı düsturla təyin edilən yoxlama təzyiqlə keçirilməlidir:

σ20


Рy = 1,5Р

σt

Yığılmış düyündə və ya hazır tutumda yığımdan sonra tökmə detalları tutumlar üçün qəbul edilmiş, tökmələrə 100% nəzarət etmək şərti ilə dağıdıcı olmayan üsullarla yoxlama təzyiqi ilə sınaqdan keçirməyə icazə verilir.

Qeyri-metaldan olan, zərbə özlülüyü 20 C/sm2 (2 kqq.m/sm2)-dən artıq olan materiallardan hazırlanan tutumların və onun detallarının hidravlik sınağı aşağıdakı düsturla təyin olunan yoxlama təzyiqi ilə keçirilməlidir.

σ20

Рy = 1,3Р



σt

Qeyri-metaldan olan, zərbə özlülüyü 20 C/sm2 (2 kqq.m/sm2)-dən az olan materiallardan hazırlanan tutumların və onun detallarının hidravlik sınağı aşağıdakı düsturla təyin olunan yoxlama təzyiqi ilə keçirilməlidir.

σ20

Рy = 1,6Р



σt

4.6.5. İzolyasiya olunmuş fəzada vakuumun olduğu halda kriogen tutumların hidravlik sınağı aşağıdakı düsturla təyin edilən yoxlama təzyiqi ilə keçirilməlidir:

Рy = 1,25Р - 0,1, MPa

və ya

Рy = 1,25Р - 1, kqq/sm2



Metal-plastik tutumların hidravlik sınağı aşağıdakı düsturla təyin edilən yoxlama təzyiqi ilə keçirilməlidir:

σ20


Ру = [1,25Кк + α(1 – Кк)] Р ,

σt

burada Кk – metal konstruksiyanın kütləsinin tutumun ümumi kütləsinə nisbəti;




  • = 1,6 – zərbə özlülüyü 20 C/sm2 və daha az olan qeyri-metal materiallar üçün.

4.6.6. Şaquli quraşdırılan tutumların hidravlik sınağını tutumların gövdəsinin möhkəmliyini təmin etmək şərti ilə, üfüqi vəziyyətdə keçirməyə icazə verilir. Bunun üçün hidravlik sınaq

prosesində qəbul edilmiş dayama (söykəmə) üsulu nəzərə alınaraq tutumun möhkəmliyə hesablanması onu layihələndirən tərəfindən yerinə yetirilməlidir.

Bu halda yoxlama təzyiqini, istismar prosesində tutuma təsir edən hidrostatik təzyiqi nəzərə alaraq, qəbul etmək lazımdır.

4.6.7. Müxtəlif təzyiqlər üçün nəzərdə tutulan iki və daha artıq boşluğu olan kombinasiya edilmiş (birləşdirilmiş) tutumlarda hər boşluq ayrı-ayrılıqda, boşluğun hesablama təzyiqindən asılı olaraq müəyyən olunan yoxlama təzyiqlə hidravlik sınaqlardan keçirilməlidir.

Sınağın keçirilmə qaydası texniki layihədə qeyd olunmalı və tutumun istismarı üzrə istehsalçı müəssisənin təlimatında göstərilməlidir.




Yüklə 431,55 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin