Qastroentrologiya ixtisası üzrə yeni test nümunələri 1 Zondsuz müayinə metodunda aşağıdakıların hansından istifadə olunur?



Yüklə 183,5 Kb.
səhifə1/3
tarix07.01.2017
ölçüsü183,5 Kb.
#4755
  1   2   3
Qastroentrologiya ixtisası üzrə yeni test nümunələri


1) Zondsuz müayinə metodunda aşağıdakıların hansından istifadə olunur?
A) Pentaqastrin testi

B) Histamin testi

C) Radiokapsuldan istifadə etməklə pH-metriya

D) Asidotest

E) Nellerin qələvi testi
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
2) Qastroezofageal reflyuks xəstəliyi zamanı bronx qida borusu sindromunun əmələgəlmə səbəbi hansıdır?
A) Qida borusunun spazmı

B) Mədə möhtəviyyatının tənəffüs yoluna requrqitasiyası

C) Disfagiya

D) İzafi bədən kütləsi

E) Xəstəliyin uzun müddət davam etməsi
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
3) Kəskin kataral ezofagit hansı ağırlaşmanı verə bilər?
A) Perforasiya

B) Kəskin qanaxma

C) Mikroqanaxma (diapedez)

D) Pnevmoniya

E) Stenoz
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
4) Barretin qida borusunun əlaməti hansıdır?
A) Qida borusunun xorası

B) Qələvi qida borusu

C) Qida borusunda peristaltikanın olmaması

D) Anadangəlmə qısa qida borusu

E) Qida borusunun aşağı hissəsində epitelinin silindrik metaplaziyası
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
5) Qida borusunun axalaziyası zamanı kardiodilatasiya üçün göstəriş nədir?
A) Hamiləlik

B) Qanaxma

C) Ağciyər ağırlaşmaları

D) Ezofagit

E) Konservativ müalicənin effektsiz olması
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 s.
6) Qida borusunun distal hissəsinin xorasının genezində aşağıdakılardan hansı daha çox aparıcı rol oynayır?
A) Regenerasiyanın pozulması

B) Mikrosirkulyasiyanın pozulması

C) Seliyin müdafiə xüsusiyyətinin aşağı düşməsi

D) Ezofagit

E) Mədə möhtəviyyatının qida borusuna reflyuksu
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
7) Kardiyanın çatmamazlığı zamanı çox rast gələn ağırlaşmalar hansıdır?
A) Ezofagit

B) Laringit

C) Xronik pnevmoniya

D) Xronik bronxit

E) Qida borusunun divertikulu
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с.
8) Vilson xəstəliyində hansı məhsullardan imtina etmək vacibdir?
A) kalsitərkibli məhsullardan

B) fosfortərkibli məhsullardan

C) dəmirtərkibli məhsullardan

D) karbohidrattərkibli məhsullardan

E) mistərkibli məhsullardan
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
9) Vilson xəstəliyində hansı fermentin aktivliyi aşağı düşməsi məxsusdur.
A) aminotransferazanın

B) qlutationperoksidazanın

C) qələvi fosfatazanın

D) katalazanın

E) seruloplazminin
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
10) Badda–Kiari sindromu hansı patologiya ilə bağlıdır?
A) mesenterial damarı ilə

B) aortanın laylanması ilə

C) dalağın damarı ilə

D) aortanın sıxıntısı ilə

E) qaraciyər damarı ilə
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
11) Sadalanan fermentlərin hansı misi 90% özünə birləşdirir?
A) qlutationperoksidaza

B) aminotransferaza

C) seruloplazmin

D) tripsin

E) katalaza
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
12) Hansı xəstəlikdə qaraciyər hüceyrələrin apoptozu sürətlənir?
A) Vilson xəstəliyində

B) xolangitdə

C) hepatozda

D) reaktiv hepatitdə

E) Kron xəstəliyində
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
13) Kayser–Fleşner sindromu hansı xəstəlikdə aşkarlanır?
A) hemoxromatozda

B) Jilber xəstəliyində

C) hemolitik anemiyada

D) Badda–Kiari xəstəliyində

E) Vilson xəstəliyində
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
14) Qaraciyəraltı portal hipertenziya ilə nə nəticələnə bilər?
A) dalaq damarının trombozu

B) mesenterial damarların trombozu

C) bakterial xolangit

D) Vilson xəstəliyini

E) birincili biliar sirrozu
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009.
15) Hansı xəstəlikdə assit immun xarakter daşıyır?
A) miksedema

B) peritonun mezotelioması

C) nefrotik sindromu

D) vərəm mənşəli peritonit

E) Meygs sindromu
Ədəbiyyat: «Справочник по дифференциальной диагностике внутренних болезней». Под ред.Матвейкова Г.П., Минск, 1990.
16) Hansı patoloji vəziyyətdə qələvi fosfatazanın səviyyəsi normada qalır?
A) qaraciyərə metastazlar

B) bakterial angioxolitdə

C) xolestazda

D) infeksion mononukleozda

E) viruslu hepatitdə
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000.
17) Bilirubin – qlyukuronidin sintezi hansı fermentin təsirdən baş verir?
A) aminotransferaza

B) qlyukuroniltransferaza

C) hemsintetaza

D) hemoksigenaza

E) biliverdinreduktaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000.
18) Parçalanmış hemoglobinin hansı hissəsindən birləşmiş bilirubin yaranır?
A) hemin porfirin hissəsində

B) hemosiderindən

C) ikivalentli dəmirdən

D) ferritindən

E) qlobindən
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000.
19) Hansı ferment selendən asılıdır?
A) qlutationreduktaza

B) qlutationperoksidaza

C) qələvi fosfataza

D) aminotransferaza

E) superoksiddismutaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000.
20) Normal ödün tərkibində hansı hüceyrə elementləri daxildir?
A) eritrositlər

B) leykositlər

C) tərkibində hüceyrə elementləri yox

D) yastı epitel

E) mezoteli hüceyrələri
Ədəbiyyat: Ф.И.Комаров,М.А..Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010.
21) Hansı laborator analizi xroniki daşsız xolesistitdə diaqnozu üçün vacibdir:
A) Veltman sınağı

B) ödün analizi

C) koprogramma

D) sial turşusunun təyini

E) sidikdə amilazanın təyini
Ədəbiyyat: Ф.И.Комаров,М.А..Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010
22) Mədəaltı vəzidə fermentlərin aktivasiyası nə vaxt gedir?
A) hər bir vaxta

B) fiziki gərginlik

C) emosional stress

D) ödün refluksu zamanı

E) yağlı yeməklərdən sonra
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
23) Xroniki pankreatində nəcisin xüsusiyyətləri hansılardır?
A) seliktəhər

B) az miqdarda

C) “qoyun qığı” kimi

D) yağlı, çoxlu nəcis

E) “düyü həlimi” kimi
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
24) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) immunomodulyator preparatlar

B) eubiotiklər

C) qeyri-steroid iltihaba qarşı

D) prebiotiklər

E) proteoliz inhibitoru
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
25) Hansı əlamət xolestaza aiddir?
A) “damar ulduzları”

B) “palmar” eritema

C) tenezmalar

D) “moruğlu” dil

E) ksantomalar
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
26) Xroniki aktiv hepatitdə olan qaraciyər mənşəli sarılığa nə aiddir?
A) bilirubinlərin artması + AlAT aktivliyin artması + müsbət urobilin testi

B) birləşmiş bilirubinin artması + urobilinin sidikdə yoxlanması

C) birləşmiş bilirubinin artması + rəngsiz nəcis

D) sərbəst bilirubinin artması + nəcisin tündləşməsi

E) sərbəst bilirubinin artması + müsbət urobilin testi
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
27) Qastroezofaqal reflyuks xəstəliyinin inkişafında əsas əhəmiyət kəsb edən faktorlara biri aid deyil
A) Qida borusunun mədə reflyuktantından təmizlənmə qabiliyətinin azalması

B) Qida borusunun aşağı sfinkterinin boşalma epizodlarinin artması

C) Qida borusu klirensinin güclənməsi

D) Antireflyuks baryerinin azalması

E) Mədə daxili təzyiqin artması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
28) Qida borusunun aşağı sfinkterinin tonusunu artırmaq və onun klirensini normallaşdırmaq məqsədilə istifadə edilən preparatlar qrunu göstərin
A) Miogen spazmolitiklər

B) Prokinetiklər

C) III nəsl antasidlər

D) Proton pompasınının inhibitorları

E) Histamin reseptorlarının H2-blokatorlları
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
29) Qastroezofaqal reflyuks xəstəliyinin ağır hallarinda hansı preparatlar kombinasiyası daha səmərəlidir?
A) H2-histamin blokatorları ilə prokinetiklər

B) Antasidlər və xolinolitiklər

C) Proton pompasının inhibitorları və antixelikobakter təsirlı preparatlar

D) H2-histamin blokatorları ilə antixelikobkter təsirlı preparatlar

E) Prokinetiklər və proton pompasının inhibitorları
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроентерология:Рукооволство для врачей. – М.: Медицинское информационное агентсвто, 2004. – 616 с.
30) Qastritlərin hansı forması genetik olaraq mədə xorası və ağır formalı pernisioz anemiya ilə əlaqəlidir?
A) Reflyuks-qastrit

B) Antral qastrit

C) Hipertrofik qastrit

D) Səti qastrit

E) Atrofik fundal qastrit
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
31) Helicobacter pylori-nin (HP) hansı əsas xüsusiyəti onu mədənin turş mühitindən qoruyur?
A) Metaplaziyaya məruz qalmış epiteldə yerləşməsi

B) Mədənin pilorik şöbəsində yerləşməsi

C) Ureaza aktivliyinə malik olması

D) Selikaltı qişada yerləşməsi

E) Turş mühiddə aktivliyinin artması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
32) Hiperprolaktenemiya fonunda keçən qastroezofaqal reflyuks xəstəliyinin kompleksli müalicəsində hansı preparatlar qrupu əks-göstərişdir?
A) Sovrulan antasidlər

B) Asetilxolin aqonistləri

C) Kalsium kanallarının antoqonistləri

D) Dofamin reseptorlarının antoqonistləri

E) H2-histamin reseptorlarının blokatorları
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
33) Prokinetiklərin biri öd kisəsinin hərəki aktivliyini gücləndirməklə yanaşa kardiovaskulyar patologiya zamanı proaritmogen təsir göstərir
A) Sizaprid

B) Motilium

C) Reqlan

D) Serukal

E) Doprokin
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
34) Preparatların biri bağırsaq disbakteiozunda istifadə olunan mikrobəleyhinə eubiotiklərə aiddir
A) Laktobakterin

B) Bifi-form

C) İntetriks

D) Lineks

E) Laktuloza
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
35) Helikobakter infeksiyasının diaqnostikasında istifadə olunan üsullardan biri qeyri-invazivdir
A) Sitoloji

B) Bakterioloji

C) Histoloji

D) Seroloji

E) Ureaza
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
36) Proton pompası inhibitorlarının mədə sekresiyasını azaltma mexanizmini göstərin
A) Proton sintezinin azaldılması

B) Parietal və əsas hüceyrələrdəki qastrin reseptorlarının blokadası

C) H+/K+ -ATF-aza fermentinin blokadası yolu ilə protonun parietal hüceyrədən çıxmasının qarşısının alınması

D) H+ və pepsinin geriyə diffuziyasının blokada olunması

E) Parietal hüceyrənin apikal membranının K+ /Na+ -ATF-zasının blokadası
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
37) Antihelikobakter terapiyasının üçlü sxemini göstərin
A) Proton pompasının inhibitoru(40 mq/sut, 4 həftə) + Tetrasiklin (250 min x 4 dəfə,10 gün) + Metronidazol (0,5 q x 2 dəfə, 2 həftə)

B) Proton pompasının inhibitoru (40 mq/sut, 4 həftə) + amoksisillin 1q x 2 dəfə/sut, 7-10 gün) + metronidazol (0,5 q x 2 dəfə/sutkada, 2 həftə ərzində)

C) Proton pompasının inhibitoru (40 mq/sut, 2 həftə) + Eqlonil (50 mq x 2 dəfə) + Klaritromisin (0,5 mq x 2 dəfə, 2 həftə)

D) H2-Histamin blokatoru (20 mq x 2 dəfə/sut) + maaloks (1 həb x 3 dəfə) + Metronidazol (0,5 q x 2 dəfə, 2 həftə)

E) H2-Histamin blokatoru (20 mq x 2 dəfə/sut) + Klaritromisin (50 mq x 2 dəfə) + Metronidazol (0,5 q x 2 dəfə, 2 həftə)
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
38) Xora xəstəliyi zamanı antihelikobakter terapiyası fonunda I dərəcəli disbakteriozla əlaqədar bağırsağın qıcıqlanma sindromu etimalı artır. Axirincıların profilaktikası məqsədilə qəbizlik hallarında əsas müalicəyə hansı preparatın əlavə olunması məsləhətdir?
A) Xilak forte

B) Laktuloza

C) Hepabene

D) Smekta

E) Bifi-form
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
39) Preparatlar qrupunun biri xolelitik təsirə malikdir
A) Dofamin reseptorlarının antoqonistləri

B) Asetilxolin aqonistləri

C) Dezoksixol turşusu törəmələri

D) Amantan törəmələri

E) Xoleretiklər
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
40) Bağırsaq peristaltikasını stimullaşdıran preparatlara biri aid deyil
A) Laktuloza

B) Natrium pikosulfat

C) Quttalaks

D) Qlaksenna

E) Bisakodil
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
41) Barret qida borusu nədir?
A) Mədə xərçənginin qida borusuna metastazı

B) Qida borusunun silindrik epitelinin yastı epitellə əvəz olunması ilə keçən xoralı ezofagitin fəsadı

C) Qida borusunun adenokarsinoması

D) Yasti epitelin silindrik epitellə əvəz olunması ilə müşayət edilən qastroezofaqal reflyuks xəstəliyinin fəsadı

E) Xoralı ezofagitin fəsadı
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
42) Helicobacter pylori infeksiyasında istifadə olunan antibakterial preparatlara biri aid deyil
A) Amoksisilin

B) Klaritromisin

C) Tinidazol

D) Tetrasiklin

E) Amikasin
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
43) 70-90% risk dərəcəsi ilə (mütləq dərəcəli risk) mədənin xərçəngönü xəstəliklərinə biri aid deyil
A) Ailəvi adenomatozlu polipoz (Qardner sindromu)

B) Qastroezofaqal reflyuks xəstəliyi

C) Mədənin adenomatoz polipləri

D) Barret qida borusu

E) Mədənin displaziyası
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
44) Oddi sfinkterinin əsas funksiyalarına biri aid deyil
A) Ödün öd kisəsində yığılması üçün şəraitin yaradilması

B) Mədəaltı sekretin 12 b/b-ğa axmasının tənzimlənməsi

C) Duodenoqastral reflyuksun qarşısının alınması

D) Ödün 12 b/b-ğa axmasının tənzimlənməsi

E) 12 b/b mötəviyatının ümumi öd axarına və pankreas axarına reflyuksu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с.
45) Ahıl yaşlarında, bağırsağın hipotoniyası səbəbindən yaranan qəbizlikdə üstünlük hansı preparata verilir?
A) Bisakodil

B) Sennade

C) Mebeverin

D) Gənəgerçək yağı

E) Laktuloza
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
46) Ağrı sindromunun üstünlüyü ilə keçən bağırsağın qıcıqlanma sindromunda preparatların biri istifadə olunmur
A) Buskopan

B) Quttalaks

C) Disetel

D) No-şpa forte

E) Dyuspatalin
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с.
47) B tip qastrit üçün xarakterdir:
A) Əsasən mədənin fundal hissəsi zədələnir

B) Mədə selikli qişasının nazikləşməsi və rənginin avazıması

C) Kliniki əlamətlər 12 barmaq bağırsaq xorasının simptomlarına oxşayır

D) Sekretor funksiyanın azalması

E) Helikobacter Pylori-nin olması
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 78 стр.
48) Hiperasid qastrit zamanı daha çox effektiv olan mineral su hansıdır?
A) Na sulfat - hidrokarbonat

B) Na xlorid

C) Na xlorid - hidrokarbonat

D) Tərkibində üzvi maddələrin çox olduğu sular

E) Na hidrokarbonat
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002.
49) Sadalananlardan hansı mədə və 12 barmaq bağırsağın selikli qişasına sitoprotektiv təsir göstərir?
A) Vikalin

B) Çaytikanı yağı

C) Sukralfat

D) Qastrosepin

E) Solkoseril
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.
50) Yoğun bağırsağın diskineziyasının əlamətinə aiddir:
A) Ağrı

B) İshal


C) Hamısı

D) Meteorizm

E) Qəbizlik
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.
51) 1-cili biliar sirrozun erkən əlamətinə aiddir:
A) Varikoz genişlənmiş venalar

B) Assit


C) Sarılıq

D) Dəri qaşınması

E) Splenomeqaliya
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002.
52) Tübajın təyin edilməsinə göstəriş hansıdır?
A) Öd çıxarıcı yolların hipermotor diskineziyası

B) Öd daşı xəstəliyi

C) Xolesistektomiyadan sonrakı sindrom

D) Öd çıxarıcı yolların hipomotor diskineziyası

E) Qaraciyər daxili xolestazla müşahidə olunan qaraciyər xəstəliyi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.
53) Mellori-Veys sindromunun inkişafına gətirib çıxara bilər:
A) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı

B) Malabsorbsiya sindromu

C) Qıcıqlanmış yoğun bağırsaq sindromu

D) Alkoqolla zəhərlənmə

E) Qeyri-steroid iltihab əleyhinə preparatların istifadə edilməsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.
54) Aşağıdakı şikayətlərdən hansı funksional pozğunluq üçün xarakterikdir:
A) Qəbizlik və diareyanın bir-birini əvəz etməsi

B) Gecə diareyası

C) Stulun həcminin dəyişməsi

D) Qarında kəskin ağrının olması

E) Qəbizlik
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр.
55) 22 yaşlı şəxsdə çoxlu miqdarda alkoqol qəbulundan sonra al qan qarışıqlı qusmalar baş vermişdir. Daha çox düzgün olan diaqnoz hansıdır?
A) Mellori-Veys sindromu

B) Qanaxma ilə fəsadlaşmış kəskin eroziv qastrit

C) Qida borusu xərçəngi, qida borusu qanaxması

D) Qanaxma ilə fəsadlaşmış kəskin mədə xorası

E) Qida borusunun varikoz genişlənmiş venalarından qanaxma
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.
56) 55 yaşlı xəstədə hiperxrom, makrositar anemiya aşkar edilmişdir. Endoskopik olaraq mədədə hansı formalı xroniki qastritin əlamətləri müəyyən olunmuşdur?
A) Giqant, hiperplastik

B) Kron xəstəliyi zamanı eroziv

C) Autoimmun

D) Helikobacter Pylori mənşəli

E) Reflüks
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр.
57) Aşağıdakı simptomlardan hansı qastroezofageal reflüks xəstəliyinin əlamətlərinə aid deyil :
A) Dad hissiyyatının pozulması

B) Ürəkbulanma

C) Disfagiya

D) Qıcqırma

E) Ağızdan xoşagəlməz qoxunun gəlməsi
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр.
58) Assitin patogenizində aşağıdakılardan hansı düzgün deyil?
A) Renin- angiotenziv sisteminin aktivləşməsi

B) Qaraciyər sinusoidləri daxilində təzyiqin artması

C) Hipoaldosteronemiya

D) Orqanizmdə Na və suyun ləngiməsi

E) Hipoproteinemiya
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.
59) Aşağıdakılardan hansı xroniki pankreatit zamanı ağrı sindromu üçün az dərəcədə xarakterikdir?
A) Ağrının qida qəbulu və/ və yaxud alkoqol istifadəsi ilə əlaqəsi vardır

B) Ağrı mədəaltı vəzi daxili axarın obstruksiyası nəticəsində yarana bilər

C) Ağrının intensivliyi xəstəliyin müddətindən asılı deyil

D) Diz-dirsək vəziyyətində ağrı bir qədər zəifləyir

E) Ağrı qusma ilə müşayiət oluna bilər
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002.
60) Mədəaltı vəzin xarici sekretor çatışmazlığının korreksiyası üçün poliferment preparatını seçən zaman həkim ilk növbədə onun tərkibində aşağıdakılardan hansının olmasına fikir verməlidir?
A) Proteaza

B) Dərmanın aktivləşməsini asanlaşdıran əlavə inqredientlər

C) Lipaza

D) Preparatın buraxılış formasına: kapsula tabletlə müqayisədə daha məqsədəuyğundur, çünki mədə turşusuna qarşı davamlı örtüyü vardır

E) Amilaza
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.
61) Xroniki qastritin hansı forması ilk növbədə mədənin cismi və dibini zədələyir?
A) Kimyəvi

B) Autoimmun

C) Kron xəstəliyi zamanı müşahidə edilən qastrit

D) Kriptogen

E) Helikobacter Pylori mənşəli qastrit
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр.
62) Aşağıdakılardan hansı duz turşusu sekresiyasını azaltmır?
A) 12 barmaq bağırsaqda yağın (piyin) olması

B) Sekretin

C) Mədə daxili pH-ın 3-dən aşağı olması

D) Histamin

E) Somatostatin
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003.


Yüklə 183,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin