Qaraqoyunlular



Yüklə 140,77 Kb.
səhifə10/10
tarix01.01.2022
ölçüsü140,77 Kb.
#50783
1   2   3   4   5   6   7   8   9   10
Qaraqoyunlular

Torpaq mülkiyyəti

  • Divan - dövlətə məxsus olub, gəliri birbaşa xəzinəyə daxil olan torpaqlar idi.

  • Xass - ayrı-ayrı hökmdarların və sülalərin mülkiyyətində olan torpaqlar idi.

  • Mülk - yerli feodalların mülkiyyətində olan torpaqlar idi.

  • Vəqf - Dini müəssisələrə aid mülkiyyəti vəqf adlanırdı. Bu torpaqlarda yaşayan rəiyyət ruhanilərdən asılı idi. Vəqfdən götürülən gəlirin bir hissəsi məscid, mədrəsə və başqa dini idarələrin tikilməsinə xərclənirdi.

  • Soyurqal - Soyurqal hökmdar tərəfindən verilirdi. Sahibləri öz torpaqlarında tam müstəqil idilər və həmin torpaqlardan vergi yığılmasına icazə yox idi.

  • Tiyul - Tiyul müəyyən bir yerin müvəqqəti istifadə olunmasından ötrü şahın dövlət torpaqları hesabına xüsusi şəxslərə verdiyi sahəyə deyilirdi. Tiyuldar həmin torpaqdan alınan gəlirin hamısını, yaxud böyük bir hissəsini mənimsəyirdi. O, dövlətə hər il rüsum adı altında müəyyən məbləğ pul verməliydi.

Mədəniyyət

XV əsrə aid Qaraqoyunlu miniatürü. Nyu-York, Metropoliten muzeyi.

Qaraqoyunlu hökmdarları həyatlarının çox hisəsini müharibələrdə keçirsələr də elmə və sənətə önəm vermişlər. Qaraqoyunlulardan əvvəl bir müddət Cəlairilərin və Teymuri canişinlərin mərkəzi olan Təbrizdə çoxlu sənətkarlar, şairlər və alimlər fəaliyyət göstərirdi. Qara Yusif bütün düşmənlərinə qalib gəldikdən sonra sənətkarların, şair və alimlərin Təbrizdən ayrılmaması üçün onlara şərait yaratdı və onlar fəaliyyətlərini yenidən davam etdirdilər.

Qaraqoyunlu hökmdarları memarlıq sahəsinə diqqət yetiridilər, onların Vanda, Təbrizdə və başqa ərazilərdə tikdirdikləri memarlıq obyektləri indi də qalmaqdadır. Bunlardan Cahan şahın Təbrizdə inşa etdirdiyi Göy məscid, Cahan şahn həyat yoldaşı Bəyim xatunun mədrəsə və imarəti, Vandakı Ulu məscid, İsfahandakı Cümə məscidi Qaraqoyunluların dini memarlığının ən gözəl örnəkləridir.



Göy məscid.

İrəvanda tikilmiş Pir Hüseyn türbəsi də Qaraqoyunlu memarlığının incilərindəndir.Qaraqoyunlu əmirlərinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəəd vilayətinin Saatlu türk tayfasından olan əmirləri. Kitabədə yazılıb :"Bu günbəzli müqəddəs sərdabə böyük hökmdar Pirbudaq xanın və noyon Yusifin padşahlığında Əmir Səədin oğlu Pir Hüseynin əmri ilə hicri 816–cı il rəcəb ayının 15–də (miladi 1413 – cü il, 11 oktyabr) tikilmişdir.

Cahan şah dövrü Qara Yusifdən sonra Qaraqoyunluların siyasi və mədəni cəhətdən ən güclü dövlərindən biridir. Cahan şahın 1452-53-cü illərdə Teymurilərin böyük mədəniyyət mərkəzlərindən olan İsfahan və Şirazı işğal etməsi, Qaraqoyunlu mədəniyyətinin inkişafına böyük təkan verdi



Cahan şah "Həqiqi" ləqəbi ilə Azərbaycan türkcəsi və Fars dilində şeirlər yazmışdır. Cahan şah dövrün tanınmış şairlərindən olan Əbdürrəhman Cami ilə məktublaşmışdır. Onun dövründə tanınmış alimlər Göy məsciddə dərs verirdilər. Məşhur İslam alimi Cəlaləddin əd-Dəvvani burada dərs vermiş və Risale-yi Zəvra, Şəvakülül xurc əsərlərini əsərlərini yazmışdı. Şeyx Şücaəddin ibn Kəmaləddin Kirmani özünün 1462-ci ildə tamamladığ Gülşən-i Raz və Hədiqətül Maarif əsiərini Cahan şaha həsr etmişdir. Şair Mövlanə Tusi Cahan şahın oğlu Şahbudağın srayında xidmət edirdi.

Cahan şahın oğlu Pibudaq da elm və sənətə böyük önəm vermişdi. O Bağdad və Şirazda canişin olarkən məşhur alimləri və sənətkarları bir yerə toplamış və himayə etmişdi. Pirbudağın dəstəyi ilə Nizaminin Xəmsəsi, Hacı Kirmaninin Xəmsəsi, İsxtəxrinin Məsalik vəl-Məmalik və bunlar kimi başqa əsərlərin üzü köcürülmüşdür.
Yüklə 140,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin