QarabağnaməLƏr miRZƏ RƏHİm fəNA



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix31.01.2017
ölçüsü1,81 Mb.
#7113
1   ...   8   9   10   11   12   13   14   15   16

2. QARABAĞIN KEÇMİŞİNDƏN 
 
İstər inqilabdan əvvəlki, istərsə də Sovet dövrü tarixşünaslığında Qarabağın 
tarixi ilə bağlı maraqlı fikir və mülahizələrə rast gəlirik. "Qarabağnamə"lərin 
özündə də Qarabağın uzaq və yaxın keçmişindən yeri gəldikcə bəhs edilmişdir. 
Lakin bu əsərlərdə bəzi yanlış mülahizələrə, birtərəfli və subyektiv fikirlərə də 
rast gəlirik. 
Məsələn, Mirzə Yusif Nersesov Qarabağinin "Tarixi-Safi" əsərində 
Qarabağın tarixi ilə bağlı məsələlər yanlış mövqedən qiymətləndirilmişdir. 
M.Y.Nersesov öz əsərində Qarabağın ayrı-ayrı vilayətləri, onun sərhədləri
coğrafi  şəraiti,  şəhərləri və s. haqqında söhbət açmışdır. Burada diqqəti daha 
çox Qarabağın Qafqaz Albaniyası dövründəki tarixi cəlb edir. Müəllif qədim 
Uti vilayəti və Aran haqqında məlumat verir. Onun fikrincə, Uti vilayətinin 
sərhədləri Murov dağından Kür sahillərinə, habelə Xaçınçaydan Kürəkçaya 
qədər olan bir sahəni əhatə edir. Bu mahalın böyük şəhərləri sırasında müəllif 
Bərdəni xüsusilə qeyd edir, Bərdənin zəngin keçmişi barədə Nizami 
Gəncəvinin "İskəndərnamə" poemasından nümunələr gətirir. Lakin bu faktlar 
Azərbaycan oxucularına çoxdan məlumdur. 
M.Y.Nersesov Qaradağ,  Şamaxı,  Şəki  ərazilərini birlikdə Aqvanıstan 
adlandırır. Beləliklə, onun fikrincə, bu yerlər qədim erməni ərazisi imiş. 
Qeyd edək ki, müəllif Qarabağ tarixindən söz açdığı səhifələrdə XVIII əsr 
erməni tarixçisi Çamçiyanın yanlış fikirlərinə istinad edir, həm Qafqaz 
Albaniyası, həm də Qarabağ tarixi haqqında oxucularda səhv fikir yaradır. 
Müəllif Alban dövlətinin tərkibində türk tayfalarının olmasını unudur, halbuki 
Alban dövlətində türk tayfaları mühüm yer tuturdu. 
Sovet tarixşünaslığı Qafqaz Albaniyası tarixini öyrənməkdə bir sıra 
nailiyyətlər  əldə etmişdir. Qədim dövrün Alban tarixçisi Musa Kalankatlı, 
yaxud Alban çarlarının sülaləsini, xronikasını yazmış Mxitar Qoş (Muxtar Qoç) 
bu ölkəni Ermənistana dəxli olmayan dövlət kimi qələmə almışdır. 
Yampolskinin "Albaniya" əsərində, akademik Z.Bünyadovun "VII-IX əsrlər 
Azərbaycan tarixi" monoqrafiyasında Qafqaz Albaniyasından müstəqil, suveren 
bir dövlət kimi bəhs olunmuşdur. Gürcü alimi Şanidze arxeoloji tədqiqatlar 
nəticəsində 52 işarədən ibarət alban əlifbasını  aşkar etmişdir. Həmin dövrdə 
erməni əlif-bası da mövcud idi. Alban əlifbasının ifadə etdiyi fonemlər erməni 
dilinin səs sisteminə uyğun gəlmirdi. 
Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası haqqında son 
tədqiqatlar bu problemə bir qədər də aydınlıq gətirmişdir
1

Mirzə Yusif Qarabaği xanlıqlar dövründə  və ondan əvvəl mövcud olan 
Qarabağ Xəmsə məliklərinin mənşəyini yanlış izah etmişdir. F.Məmmədovanın 
araşdırmalarından və tərtib etdiyi xəritələrdən aydın olur ki, hazırkı Dağlıq 
                                                           
1  Мамедова Фарада. Политическая история и историческая география Кавказской Албании. Баку, Элм, 1986. 

 
187

Qarabağ Vilayətinin  ərazisində Qafqaz Albaniyası dövründə  Ərsaq adı ilə 
(erməni dilində Artsak, rus dilində Apuax - N.A.) bir vilayət mövcud olmuşdur. 
Həmin vilayət hələ o zaman əkinçiliklə, heyvandarlıqla məşğul olurdu. Qafqaz 
Albaniyası dövründə  Ərsaq on iki xırda inzibati dairəyə bölünmüşdü. Onun 
əhalisi qarqarlar, utilər, hunlar və  xəzərlərdən ibarət idi. Ərsaq I-VI əsrlərdə 
alban Arşagitləri sülaləsinə, VI-VIII əsrlərdə isə Albaniyanın Mehranilər 
adlanan böyük knyazlarına tabe idilər. O zaman Ərsaqda bütpərəstlik etiqadı 
güclü idi. Albaniyada xristianlıq ümumxalq dininə çevrildikdən sonra Ərsaq 
əyalətinə də yayıldı. Ərsaqda bir çox yepiskopluq yaradıldı. Ruhanilər əhali ilə 
birlikdə Albaniyanın ümumi kilsə  tədbirlərində  iştirak etdilər, hətta alban 
katolikoslarından bir neçəsi Ərsaq ruhanilərindən seçildi. 
VIII əsrdə ərəblər Albaniyada Mehranilər hakimiyyətini aradan qaldırdılar. 
Ərsaq da Albaniyanın tərkibində  Əməvi xilafətinin tərkibinə qatıldı. IX əsrdə 
Qriqol Hümam dağıdılmış alban çarlığını  bərpa etdi. Onun tərkibində  Ərsaq 
vilayəti də var idi. Qriqorinin ölümündən sonra Ərsaq başqa alban Uti 
vilayətləri ilə birlikdə Qriqorinin oğlu Saakın ixtiyarına keçdi. 
Ərəb istilasından sonra Albaniyanın başqa ərazilərindən fərqli olaraq Ərsaq 
ərazisində xristianlıq saxlanılmışdır. Sonrakı mərhələdə erməni kilsəsi ilə alban 
kilsəsi öz aralarında formal mənada  əlaqə saxlayırdı. Alban kilsəsi ilə erməni 
Qriqoryan kilsəsinin din, ibadət kultunda ciddi fərqlər mövcud idi. Bu gün 
mövcud olan orta əsr alban kilsə abidələri ilə erməni Qriqoryan kilsələrinin 
memarlıq quruluşunda da ciddi fərq var. Alban kilsələrinin mərkəzi tağları 
müsəlman məscidləri, hamamları  və s. tikintiləri üçün səciyyəvi olan dairəvi, 
hündür tağlara bənzəyir. Qriqoryan kilsəsində isə Roma katolik kilsələri üçün 
səciyyəvi olan qotik memarlıq üslubu saxlanılır. Mardakert rayonu ərazisində 
yerleşən Xaçın knyazlığı dövründən qalmış abidə - Qanzasar kilsəsi,  Şuşa 
şəhərində XIX əsrin II yarısında tikilmiş  məşhur Kazancesos kilsəsi də alban 
kilsə memarlığı  ənənələrində tikilmişdir. Yeri gəlmişkən qeyd etməliyik ki, 
hazırda  Şuşadakı Kazancesos kilsəsinin təmir bərpa işləri düzgün aparılmır. 
Bərpaçı istehsalat birliyi və memarlıq təşkilatları bu kilsəni tarixən olduğu 
şəkildə deyil, onun memarlıq üslubunu təhrif edərək qotik kilsə üslubunda 
"bərpa" edirlər... 
Məlumdur ki, sonrakı dövrlərdə Ərsaq vilayəti əhalisinin bir qismi erməni 
dilini qəbul etdi və burada erməni dilinin Qarabağ dialekti yarandı. Bu dialektin 
lüğət tərkibində türk mənşəli sözlər çoxluq təşkil edir. Ümumən  Ərsaqda 
ermənilərlə yerli albanlar arasında mədəni ideoloji assimilyasiya prosesi getdi 
və son əsrlərdə bu daha da gücləndi... 
Zaqafqaziya Rusiya tərkibinə daxil edildikdən sonra Ərsaqda alban 
kilsəsinin ənənələri davam edirdi. Çarizm erməni katolikosunun arzusuna əməl 
edərək, 1836-cı il fərmanı ilə alban katolikosunu ləğv etdi və onu erməni 
Qriqoryan kilsəsinə birləşdirdi
1
. Bu fərmana  əsasən Eçmiadzin katolikosluğu 
nəz- 
                                                           
1 Bax: ЦГИА. Опис №10, дело 89. 
 
188

dində iki yepiskopluq və bir əvəz olunan yeparxiya yaradıldı. 1909-1910-cu 
illərdə sinodun göstərişi ilə alban dövrünə aid köhnə kilsə arxivi məhv edildi. 
Qafqaz Albaniyasının tarixi-coğrafi xəritələrinə bu gün etiraz edənlərə 
bizim eradan əvvəl II əsrin yunan tarixçisi Klavdiy Ptolomeyin mülahizələri 
tutarlı cavabdır
1
. O yazırdı ki, Qafqaz Albaniyasının sərhədləri  şimalda 
Sarmatiya, Qərbdə  İberiya, Cənubi-qərbdə Atrapaten və Ermənistanın bir 
hissəsi, Şərqdə isə Xəzər dənizi olmuşdur. 
Böyük səyyah və tarixçinin bu fikirləri çoxcildli SSRİ tarixinin Moskva 
nəşrlərində də saxlanılmışdır. V əsr erməni tarixçisi Xorenli yazır ki, Albaniya 
əsasən  Şərqi Qafqazı  əhatə edirdi və  İberiya, Ermənistan, Sarmatiya ilə 
həmsərhəd idi. 
V  əsrdə Sasanilərə qarşı mübarizədə Zaqafqaziya xalqları arasında  əsil 
birlik mövcud idi. Albanlar İran zülmkarlarına qarşı mübarizədə ermənilər və 
iberlərlə birlikdə hərəkət edirdilər. Alban salnaməçisi qeyd edir ki, "Ermənistan 
və Albaniya ölkələri arasında vahid qardaşlıq və sözsüz bir razılıq mövcud idi." 
Yeğişe Vardapet bildirir ki, Ermənistanda, Albaniyada və  İberiyada 
Sasanilər  əleyhinə  dəstələr təşkil olunmuşdur. Albanlar, ermənilər və iberlər 
Zəyəm çayı (Kürün Gəncənin qərbindən keçən qolu) sahillərində düşmənləri 
qarşılayaraq onu darmadağın etdilər
2

Xristian kilsəsinin  Ərsaqda təsiri daha güclü idi. Alban tayfalarının qədim 
vaxtlardan sakin olduqları bu vilayət miladın başlanğıcında arasıra erməni 
çarlarının istilasına məruz qalırdı. Erməni çarlan bu vilayətin  əhalisini 
erməniləşdirmək siyasəti yürüdürdülər. Lakin Ərsaq əyanları müstəqil olmağa 
çalışır və erməni çarlığının hərbi-siyasi qüdrəti zəifləyən kimi vilayətdə alban 
hökmdarlarının hakimiyyəti bərpa edilirdi. Buna baxmayaraq, Ərsaqda, əsasən 
onun dağlıq hissəsində ermənilərin buraya axıb gəlməsi ilə  əlaqədar olaraq 
erməni dilinin təsiri qüvvətlənirdi. Tədricən erməni dili ilə yerli türk dili 
qovuşub qarışırdı
3

Qarqar hidroniminə (Qarqar çayı) diqqət edin: 
Qarqar çayı Qarabağın hazırkı  ərazisinin tən ortasından (Laçın,  Şuşa, 
Ağcabədi) keçərək Kürə tökülür. Həmin çay ətrafında yaşayan qarqar tayfaları 
türkdilli olmuşlar. Musa Kalankatlı  də  təsdiq edir ki, onların dilində "çoxlu 
boğaz səsləri" olmuşdur. 
Zaqafqaziyaya gəlmiş  Xəzər-türk tayfaları da Qarabağın siyasi həyatında 
fəal iştirak edirdilər. 
Bizans imperatoru İrakli 626-cı ildə Sasanilərə qarşı mübarizədə xəzərlərlə 
ittifaq bağlamışdı. Musa Kalankatlı yazır ki, Bizans imperatorunun qoşunları 
Albaniyanın düzənlik hissəsindəki şəhərləri və kəndləri talan edib dağıdırdı. 
 
                                                           
1 Известия древних писателей греческих и латинских о Скифии и Кавказе.
 
Собрат и издат с русским 
переводом Б.В.Латышев, Санкт-Петербург, 1890. 
2  Azərbaycan tarixi, I cild, Bakı, 1968, səh.99. 
3 Yenə orada 
 
189

"Saysız-hesabsız yunan (Bizans) qoşunları Uti vilayətində Kazankaytuq 
(Qalakənd) kəndi sərhədlərində yerləşdi. O (qoşunlarm) keçdiyi yerlərdən 
qabağına çıxan gözəl bağları və tarlaları tapdalayaraq xarabalara döndərdi". 
Musa Kalankatlı  xəzərlərin Azərbaycanda olması barədə yazır: "O bütün 
Aqvaniyada - Azərbaycanda albaniyalıların  ərazisinə  və Atropatenanın bir 
hissəsinə basqınlar etdi. Külli miqdarda xristianları  və  hətta bütpərəstləri 
qılıncdan keçirdi. Əsir düşənlərin və ölənlərin sayını kim bilir. Onlar (xəzərlər) 
Araz çayı yanında dayandılar.  Şad Xosrov şahın (II Xosrov) yanına carçı 
göndərdi ki, özünün imperatorla birləşməsi haqqında ona bildirsin"... 
Antik və qədim əsrlərdə (e.e. V - b.e. X əsrlərdə) Azərbaycan ərazisində bir 
sıra türk tayfaları yaşamış və ya bu ərazidə hökmranlıq etmişlər. O cümlədən: 
bulqarlar, hunlar, sabirlər, xəzərlər, oğuzlar, cinlilər, saklar, qaşqaylar, 
qarqarlar, qarabanlar, ağbanlar və başqa türk tayfaları həmin tayfaların Qafqaz 
Albaniyası və Azərbaycanın soy kökündə iştirakı şübhəsizdir
1

Xəzərlər Kürün hər iki sahilində bir əsrə qədər yaşamışlar. Onların siyasi və 
inzibati mərkəzi Qəbələ şəhəri idi. 
Bu gün Qarabağda işlənən yüzlərlə türk mənşəli toponimlərin çox qədim 
tarixi vardır. Qarqar etnoniminə hələ V əsr tarixçisi Musa Xorenlinin əsərində 
rast gəlmək mümkündür. 
Qarabağ toponimi də türk mənşəlidir və iki sözün (anlayışm) vəhdətindən 
ibarətdir. Qara sözü uzun əsrlər boyu böyük, möhtəşəm, geniş  mənasında 
işlənmişdir: Qarabağ (böyük bağ); Qarabulaq (böyük bulaq) və s. Əsrimizin 
əvvəllərinə  qədər sahəsinin 50%-dən çoxu meşə  və bağlarla örtülü olan bu 
ərazinin Qarabağ adını daşıması  təsadüfi deyildi. Qarabağ toponiminə min 
ildən bəri Azərbaycan,  ərəb, fars və başqa mənbələrdə rast gəlirik. Dağlıq 
Qarabağ anlayışı isə yalnız XX əsrin 20-ci illərində DQMV yaranması ilə 
leksikona daxil olmuşdur. Arifə  İsmayılovanın "Azərbaycan SSR Dağlıq 
Qarabağ Muxtar Vilayətinin coğrafi adlarının tədqiqi"  əsərində vilayətin 
coğrafi toponimikası barədə maraqlı mülahizələrə rast gəlirik. Məsələn, müəllif 
Dağlıq Qarabağdakı toponimləri xüsusi dioqramda təqdim edir. Bu dioqramda 
hazırda Dağlıq Qarabağda 309 toponimin mənşəcə hansı xalqa mənsubluğu 
göstərilir. Məlum olur ki, 309 yaşayış yerində (şəhər, qəsəbə, kənd) 208-nin adı 
Azərbaycan mənşəlidir. 77-si erməni mənşəli, 24-ü isə qarışıqdır. Yəni bir 
hissəsi Azərbaycan, bir hissəsi erməni dilindədir. 
Ərəb istilası dövründə Qafqaz Albaniyasında islam-dini zorla qəbul 
etdirilirdi. Gürcüstanda və Ermənistanda isə bu mümkün olmadı. Alban xristian 
dini isə yalnız Qarabağın Dağlıq hissəsində qalmışdı. VII-X əsrlərdə 
Azərbaycanın siyasi-inzibati bölgüsündə Qarabağ əvvəl Bərdə, sonra Beyləqan 
şəhərlərindən idarə edilirdi. Səfəvilər dövründə Qarabağın mərkəzi Gəncə, 
xanlıq dövründə isə Şuşa şəhəri idi. 
                                                           
1 Bax: Mirzə Bala. Azərbaycan türk-alban dövləti. Ankara, 1951. 
 
 
190

Babək hərəkatı da ilk dəfə Qarabağda başlamışdı. 210 (826)-cu ildə, 
Beyləqan tərəflərində atəşpərəstlərdən Babək adlı bir nəfər meydana çıxdı. O, 
atəşpərəstlik məzhəblərindən Xürrəmkiş adlı  məzhəbin  əsasını qoydu. Bu 
məzhəb Məzdəki dinin əslini yeni bir şəklə salmaqdan başqa bir şey deyildi. 
Babək öz başına çoxlu tərəfdar topladı... Azərbaycanı ələ keçirib, Həmədan və 
İsfahanı da fəth etdi. Mötəsim xəlifə  İshaq ibn İbrahim ibn Müsahibi çoxlu 
qoşunla İrani-əcəm hüduduna göndərdi. İshaq onlardan 60000 nəfər qırdısa da, 
yenə bir nəticə  əldə edilmədi. Axırda, hicri 221 (836)-ci ildə, Mavərün-nəhr 
əyanlarından Aqşin ləqəbli Heydər ibn Kavus saysız bir qoşunla Babəki dəf 
etməyə  təyin edildi. Müharibə iki il davam etdi. Babək məğlub olub bir neçə 
nəfərlə Ermənistana, Səhl Sumbat oğlunun yanına qaçdı... Səhl Babəki 
qolubağlı Aqşinin yanına gətirdi. Səhl təltif edildi. Babək də Bağdada 
göndərilib orada böyük bir əziyyətlə öldürüldü
1

X-XI  əsrlərdə dünya şöhrəti qazanmış  Bərdədə  Səid  İbn  Əmirül Bərdəi, 
Əbübəkr Bərdəi kimi elm və  mədəniyyət xadimləri yaşayıb yaratmışlar. 
Şəhərlərin inkişafı başqa xalqlarla ticarət və  mədəni  əlaqələri daha da 
genişləndirirdi. 
Qarabağ adlı  şəhər olmuşdurmu?  Ən  əvvəl qeyd edək ki, Qarabağ  sırf 
Azərbaycan adı olub, VII əsrdən dilimizdə  işlənməkdədir. Deməli, Qarabağ 
şəhərinin tarixi VII əsrdən başlanır. Beləliklə, Qarabağ  şəhəri  ən azı min il 
mövcud olmuş və XVII əsrdə süqut etmişdir. 
Bəs Qarabağ  şəhəri harada yerləşmişdir? Bu haqda R.Yüzbaşov aşağıdakı 
məlumatı verir: "Azərbaycan SSR EA Coğrafiya İnstitutunun kartoqrafik fondu 
öyrənilərkən orada olan "İran səltənəti" adlı  xəritə Qarabağ  şəhərinin yerini 
dəqiq müəyyən etməyə imkan verdi. Həmin xəritənin müəllifi alman səyyahı 
Adam Oleari XVII əsrin birinci yarısında Rusiyadan İrana getmiş, həmin yolla 
da vətəninə qayıtmış və bundan sonra adını çəkdiyimiz xəritəni tərtib etmişdi. 
A.Olearinin xəritəsində Qarabağ şəhəri 39° şimal en dairəsi ilə 82°21' şərq 
uzunluq dairəsinin kəsişdiyi nöqtədə göstərilir. Həmin  şəhərin qalıqlan indiki 
Füzuli rayonunda Horadiz dəmiryol stansiyasından şərqdə, İran ərazisində olan 
Aslandüz kəndindən  şimalda,  İrandan keçib Araza tökülən Qarasu çayının 
mənsəbinə yaxın bir yerdə olmalıdır. Qarabağ adının kiçik miqyaslı    bir 
xəritəyə düşməsi və böyük bir mahalın (əyalətin) onun adı ilə adlandırılması 
Qarabağ  şəhərinin mühüm şəhər olduğunu göstərir. Bunu da qeyd etmək 
vacibdir ki, İran Azərbaycanından Kiçik Qafqaza gedən böyük ticarət yolu da 
Qarabağ şəhərindən keçirmiş"
2

Məşhur  ərəb tarixçisi İbn  əl-Əsir (1160-1284) Beyləqanın monqollar 
tərəfindən 618 (1221)-ci ildə zorla alınıb xarabalığa çevrilməsini təsirli 
cümlələrlə 
                                                           
1 Bax: Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm", səh.61. 
2 R.Yüzbaşov, K.Əliyev, Ş.Sədiyev. Azərbaycanın coğrafi adları. Bakı, 1972, səh.63-64.
 
191

qələmə almışdır: "...bir qədər vuruşduqdan sonra 618 (1221)-ci ilin ramazan 
(sentyabr) ayında  şəhəri zorla aldılar. Qılıncı  sıyırıb kiçik, böyük və arvad 
burax-madılar (hamısını  qırdılar). Hətta hamilə qadınların qarınlarını yarıb 
çağalarını  çıxartdılar və öldürdülər, özləri də arvadları zorlayıb sonra 
öldürdülər..." 
Daha sonra İbn  əl-Əsir böyük təəssüf hissi ilə yazırdı: "Kaş anam məni 
doğmamış olaydı, yaxud mən bu hadisədən  əvvəl ölmüş  və tamamilə 
unudulmuş olaydım". 
Qarabağın keçmişindən söz açarkən, onun mövcud xəritələrini də  nəzərə 
almaq zəruridir. Qarabağ Azərbaycanın ən mühüm vilayətlərindən biri kimi bu 
xəritələrdə öz əksini tapmışdır. 
Böyük  ərəb coğrafiyaşünası  və  səyyahı  Əbülqasım ibn Höukəl X əsr 
Azərbaycanı haqqında bir sıra maraqlı fikirlər söyləmişdir. Azərbaycanın ilk 
xəritəsini  Əbül-Qasım ibn Höukəl tərtib etmişdir. Bu xəritənin hüdudları 
Şərqdə  Xəzər dənizi,  Şimali-şərqdə  Dərbənd, Qərbdə Göyçə gölü, Cənuba 
doğru Naxçıvan; Urmiya gölü və oradan bir xətlə  Xəzər dənizinin cənub 
sahillərini əhatə edir. 
Azərbaycan haqqında tarixi məlumatlara, o cümlədən, Qarabağın 
təkrarolunmaz təbiəti və tarixi keçmişi haqqında Qətran Təbrizi (X əsr), Xaqani 
Şirvani, Nizami Gəncəvi, Mücirəddin Beyləqani (XII əsr) və başqalarının 
əsərlərində dönə-dönə rast gəlirik. 
A.Bakıxanov yazır ki, ərəb istilası dövründə Qarabağ mühüm siyasi 
mərkəzlərdən biri idi: 
Qazanxan "...vəfat etdikdən sonra hicri 703-cü ildə,  İlqaytu Məhəmməd 
Xudabəndə ibn Arqun xan taxta oturdu. Sultaniyyə  şəhərini bina və özünə 
paytaxt etdi. O, ədalətli, xeyirli işlər görən bir padşah idi. Onun adı Bakı 
şəhərində bina etdirdiyi bürc və  məscidlər üzərindəki kitabələrdə indi də 
durur..." 
İbn Arqundan sonra hicri 616 (1317)-cı ildə 13 yaşında olan böyük oğlu 
Sultan  Əbusəid taxta oturdu. Onun dövründə "Qıpçaq padşahı Özbək xan 
(özbək qəbiləsi bunun adı ilə adlanmışdır) hicri 718 (1319)-ci ildə  Dərbənd 
yolu ilə Azərbaycanı almağa gəldi. Sultan Əbusəid müqavimət məqsədilə çıxıb 
Qarabağ düzündə  qışladı. Özbəyin qoşunu müqavimət göstərə bilməyib 
qaçmağa başladı... Özbək şah hicri 735 (1335)-ci ildə təkrar Azərbaycana yürüş 
etdi. Sultan Əbusəid yenə müqavimət məqsədi ilə qarşıya çıxdı, havanın istiliyi 
və üfunəti üzündən  Şirvanda xəstələnib hicri 736 (1336)-cı ildə  vəfat etdi. 
Müasirlərindən biri yazdığı bir şeirdə onun Qarabağda vəfat etdiyini qeyd 
etmişdir. Qarabağ çox vaxt Şirvan üstündə sayıldığından, tarix kitablarında 
Şirvan adı ilə şöhrət tapmışdır"
1

Teymurləngin Qarabağda Beyləqan şəhərini bərpa etmək təşəbbüsü barədə 
A.Bakıxanov yazır: 
                                                           
1 Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm", səh.77-78.
 
192

"... Qarabağda Qubad ibn Faruzi-Sasani tərəfindən bina edilən Beyləqan 
şəhəri Hülakü tərəfindən bir müddət müharibədən sonra hücumla almıb, xarab 
edilmişdi. Əmir Teymur bu şəhərə çox möhkəm bir hasar çəkdirdi. O bu şəhəri 
abad etmək fikrində idi..." 
Teymurləngin Zaqafqaziya və  Şərqə  hərbi səfərlərindən bəhs açan 
A.Bakıxanov tez-tez onun Qarabağa gəlməsini də qeyd edir. 
"...Əmir Teymur Dağıstan işlərini mümkün qədər yoluna qoyduqdan 
sonra... Hicri 798 (1396)-ci ilin baharında Dərbəndə  gəldi... Bu səfərdə ona 
yoldaşlıq edən  Şirvan valisi Əmir  İbrahim,  Əmir Teymurun şərəfinə bir neçə 
gün davam edən böyük ziyafət verdi, ləyaqətli hədiyyələr təqdim etdi. Özü də 
Sahibqranın lütf və  ənamına nail olaraq mürəxxəs oldu. Əmir Teymur 
Qarabağa gəlib, Ağdam adlı yerdə Dərbənddən Bağdada və Həmədandan Rum 
sərhədinə qədər olan bütün əyalətlərin idarəsini oğlu Miranşaha tapşırdı..."
1

Göründüyü kimi, Teymurləng və ondan əvvəl monqol istilaları dövründə də 
Qarabağ Azərbaycanın mühüm strateji mərkəzlərindən biri olmuşdur. 
 
 
3. QARABAĞ BƏYLƏRBƏYİLİYİ  
QARABAĞ XANLIĞININ SƏLƏFİDİR 
 
Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi" əsərində Qarabağın 
ərazisi barədə oxuyuruq: "Qədim tarix kitablarının yazdığına görə Qarabağ 
vilayətinin sərhədi belədir: Cənub tərəfdən Xudafərin körpüsündən Sınıq 
körpüyə  qədər ~ Araz çayıdır.  İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və 
Dəmirçihəsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı 
ilə Krasnıy most, yəni Qızıl körpü adlandırırlar. 
Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib 
Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür 
çayına qədər Kürən çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. 
Qərb tərəfdən Küşnək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlandır. 
"Nəhayət, vilayətdə baş verən iğtişaşlarla  əlaqədar olaraq İran, Rum və 
Türküstan padşahlan buralara gəlıb bu vilayətləri  ələ keçirdikdə  əlahiddə 
sərhədlər qoymuş, qalalar tikdirmiş və onlara ayrı-ayrı adlar vermişlər"
2

"Qarabağnamə"lərdə Qarabağ vilayətinin belə  ərazi böyüklüyünün qeyd 
edilməsi  əbəs deyildi. Məsələ ondadır ki, həmin tarixçilər,  əslində, Qarabağ 
bəylərbəyliyi ərazisini nəzərə çapdırırdılar. 
İ.P.Petruşevski Azərbaycan və Ermənistanda feodal əlaqələrinin tədqiqinə 
həsr olunmuş  əsərində yazır: "İrsiyyətlə keçən bəylərbəyiliklərindən  ən 
səciyyəvi nümunə Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olan Qarabağ 
                                                           
1 Abbasqulu ağa Bakıxanov. "Gülüstani-İrəm", səh.83 
2 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.238 
 
193

(Gəncə) bəylərbəyiliyidir. Onlar Qızılbaş Qacar tayfasının Ziyəddin 
oymağından idilər. Həmin bəylərbəyilik XVI əsrin birinci yarısından 
başlayaraq 300 ilə yaxın Ziyadoğlu sülaləsinin hakimiyyəti altında olmuşdur".
1
 
İskəndər bəy Münşi 1554-cü ildəki hadisələrdən söz açarkən Qarabağ 
bəylərbəyisi Şahverdi Sultan Ziyadoğlunu xüsusi olaraq tərifləmişdir. Şahverdi 
Sultan Ziyad oğlu Gəncə  şəhərini mərkəz seçərkən bütün Qarabağ vilayətini 
idarə edirdi. Sultan Ziyadoğlu Qacar hicri 975-ci ildə (1567-68) vəfat etdi. 
Onun yerinə İbrahim Sultan Qarabağ bəylərbəyisi təyin olundu. Ona xan titulu 
verildi. Az sonra İbrahim Sultan Şahzadənin tərbiyəçisi təyin edildi və bu 
münasibətlə Yusif xəlifə ibn Şahverdi Sultan Ziyadoğlu öz qardaşı  əvəzinə 
Qarabağ  bəylərbəyisi göndərildi.  İskəndər bəy Münşi yazır ki, Şah Təhmasib 
ölərkən hələ Yusif Xəlifə Qarabağa göndərilməmişdi, sarayda idi
2

Ona görə  də II Şah  İsmayılın  əmrinə görə Yusif Xəlifədən bəylərbəyilik 
fərmanı alındı, onun əvəzinə  əmisi oğlu Peykar Sultan Qacar həmin vəzifəyə 
göndərildi. Özünün gələcək hakimiyyətindən qorxan Peykar Sultan Yusif 
Xəlifəni öz evində öldürdü. II Şah  İsmayıl Peykar Sultanı da Qarabağ 
bəylərbəyiliyindən qovdu və onun yerinə İmamqulu xanı bəylərbəyi təyin etdi. 
O zaman Qarabağda Cavanşirlər, Kəbirlilər, Otuzikilər və  İyirmidördlər 
tayfaları  məşhur idi. Buna baxmayaraq, Qarabağ  bəylərbəyləri həmişə 
qacarlardan təyin olunurdu. Bu vəziyyət Qarabağın adı  çəkilən tayfaları 
arasında böyük narazılığa səbəb olmuşdur. Aydın məsələdir ki, XVIII əsrdə 
Cavanşir və otuzikilərin Qarabağ bəylərbəyliyindən ayrılaraq müstəqil Qarabağ 
xanlığı yaratmaq səyləri qacarların təzyiqi nəticəsi idi. 
1578-ci ildə  İmamqulu xan Qacar Qarabağ  bəylərbəyisi təyin olundu. 
Məhəmməd  şah taxta çıxandan sonra İmamqulu xan Qacarın Qarabağ 
bəylərbəyisi təyin olunmasını təsdiq etdi. Bir müddət Qarabağda sakitlik hökm 
sürdü. Lakin 1586-cı ildə Osmanlı türkləri Azərbaycan  ərazisinə daxil olaraq 
şiddətli müharibəyə başladılar. Qarabağ  bəylərbəyisinə kömək məqsədilə  şah 
öz qoşunları ilə  Bərdə-Gəncə istiqamətində  hərəkət etdi. İmamqulu xanın 
qoşunları da şücaət göstərdilər. Qarabağ döyüşçüləri bir az əvvəl şah qoşunları 
ilə birlikdə Çuxur-Səəd uğrunda döyüşlərdə  iştirak etmişdilər. Mənbələr 
göstərir ki, bu döyüşdə 150000 Qarabağ əsgəri iştirak etmişdir
3

Qarabağın "otuziki" və "iyirmidörd" oymaqlarının döyüşçüləri  Şirvanın 
türklərdən müdafiəsində  də  iştirak etmişlər. Xatırladaq ki, "iyirmidörd"lərin 
əsas tərkibi kəbirlilərdən ibarət idi. 
1587-ci ildə İmamqulu xan Qacar öldü. Şahverdi xan Ziyadoğlunun nəvəsi 
Məhəmməd xan Qarabağ  bəylərbəyisi təyin olundu. 1588-1589-cu illərdə 
Qarabağ türklərin hakimiyyəti altında idi. O zaman Arazbarda yerləşdirilmiş 
                                                           
1 И.П.Петрушевски. Очерки по истории феодальных отнешений, стр.122. 
2 İskəndərbəy Münşi. Tarixi-aləm arayi-Abbasi, Tehran, 1255, səh. 86-88. 
3 Nəqavət əl-esar, səh.207; Tarixi-alem arayi-Abbasi, səh. 233-235. 
 
194

Qarabağ  əmirləri Gəncənin türklərdən azad edilməsi üçün ciddi mübarizəyə 
başlamışdılar.  Şah Abbasın türklərlə sülh danışığı apardığı bir şəraitdə 
Məhəmməd xan Gəncənin mühasirəsindən əl çəkmək haqqında göstəriş verdi. 
İskəndər bəy Münşi Qarabağ vilayətindən danışarkən onun səfalı ab-
havasının, bağ  və meşələrinin, gözəl otlaqlarının dünyada misli-bərabəri 
olmadığını göstərir. 
XVI  əsrin sonu - XVII əsrin  əvvəllərində, türklərin Gəncədə hakimiyyəti 
dövründə Qarabağ bəylərbəyisi Davud Paşa idi. O, Ziyəddin oymağından olan 
Astarabad hakimi Hüseyn xanın 7000 nəfərlik ordusu ilə Araz çayı kənarında 
vuruşmalı oldu. Hüseyn xan qarabağlıların "otuziki" tayfasının köməyi ilə 
Gəncəyə  tərəf hərəkət etdi. Məhəmməd xan Ziyadoğlu 1610-cu ildə 
Gürcüstanda və 1611-ci ilin oktyabr ayında  İrəvan altında vuruşmadan sonra 
daha böyük şöhrət qazandı. O, osmanlı türkləri ilə Gürcüstanda müharibə 
edərkən 1616-cı ildə öldürüldü
1

İ.P.Petruşevski göstərir ki, onun ölümündən sonra oğlanları Mürşüdqulu və 
Məhəmmədqulu xan növbə ilə Qarabağ bəylərbəyiləri təyin edilmişdir
2
. Lakin 
İskəndər bəy Münşinin yazdığına görə, gürcülərin  şah  əleyhinə üsyanından 
sonra Məhəmmədqulu xan Qarabağ  bəylərbəyliyindən azad edildi və onun 
yerinə Davud xan Allahverdi xan oğlu Qarabağ bəylərbəyisi təyin olundu"
3

Səfəvilər dövründə ilk dəfə olaraq Qarabağ  bəylərbəyiliyinə Qacar 
nəslindən olan Ziyadoğulların deyil, Davud Paşanın teyin olunması burada 
ictimai-siyasi həyatda heç bir mühüm dəyişikliyə səbəb olmadı. Sonrakı dövrdə 
Qacarların təsiri və köməyi nəticəsində yenidən Qarabağda onların vərəsəlik 
hüququ bərpa olunmağa başlandı, Davud xanın Qarabağ  bəylərbəyisi olduğu 
dövrdə Gürcüstan hakimi Teymurazla birləşərək Gəncəyə daxil olmuş və xalqa 
olmazın  əziyyət vermişdir. Nəticədə  şahın fərmanı ilə  Məhəmmədqulu xan 
Ziyadoğlu Qacar Qarabağ  bəylərbəyisi təyin olundu. Gəncəyə tutulan divana 
əvəz olaraq Teymuraz vəzifəsindən götürüldü və Gürcüstan hakimi vəzifəsinə 
Xosrov Mirzə təyin olundu
4

1636-cı ildə Qarabağ  bəylərbəyisi Məhəmmədqulu xan Ziyadoğlu Qacar 
İrəvan altında osmanlı ordusu ilə vuruşdu. O, başqa vilayətlərin qoşun hissəsi 
ilə  bərabər  İrəvan qalasını mühasirəyə aldı  və türkləri geri çəkilməyə  məcbur 
etdi.
5
1664-cü ildə  Məhəmmədqulu xan Ziyadoğlunu həmin vəzifədə 
Murtuzaqulu xan əvəz etdi. Onun ölümündən sonra isə yaxın qohumu Uğurlu 
xan Qarabağ bəylərbəyisi təyin edildi
6
... 
                                                           
1 İskəndər bəy Münşi. Tarixi-alem arayi Abbasi. Tehran, 1350, səh.788-789. 
2 И.П.Петрушевски. Очерки по истории феодальных отнешений, стр.123 
3 İskəndər bəy Münşi. Tarixi-aləm arayi Abbasi. Tehran, 1350, səh.1365. 
4 Xolda barin, vər.64b-65v. 
5 Yenə orada, vər.l01a-104b 
6 Xulaset-əs Siyyar, səh.77.
 
195

Səfəvilər hakimiyyəti dövründə Qarabağ bəylərbəyilərinin ilk qısa xronikası 
belədir: onlar erməni mənbələrinin göstərdikləri kimi, köçəri olmayıb, oturaq 
həyat keçirirdilər. Qarabağın həqiqi  əhalisi isə cavanşirlər, otuzikilər, 
iyirmidördlər, baharlı və başqa oymaq və nəsillərdən ibarəti idi. 
Şah  İsmayılın başçılıq etdiyi Səfəvi dövləti Azərbaycanı idarə etməyi 
asanlaşdırmaq məqsədi ilə onu bir neçə bəylərbəyiliyə bölmüşdü. Azərbaycanın 
əsas  ərazi mərkəzi  Şamaxı  şəhəri olmaqla Qarabağ  bəylərbəyiliyi, Təbriz 
mərkəz olmaqla Təbriz bəylərbəyiliyi yaradılmışdı. Naxçıvan diyan əvvəlcə 
Təbriz, sonralar Çuxur Səəd bəylərbəyiliyi tərkibində idi
1

Nadir  şahın hakimiyyəti dövründə  və XVIII əsrin ortalarında Gəncə 
bəylərbəyiliyi və Gəncə xanlığının başında dayananlar Ziyadoğlu nəslindən idi. 
Gəncəli Cavad xan da Ziyadoğlu Uğurlu nəslinə  mənsubdur. Cavad xanın 
1795-ci il hadisələri zamanı Ağaməhəmməd şaha rəğbət göstərməsi onun etnik 
cəhətdən Qacar nəslindən - tayfasından olması ilə əlaqədar idi. 
XVIII  əsrin ortalarında Azərbaycan  ərazisində xanlıqların yaranması yerli 
əhalinin  İran və Türkiyə  işğalma, zülmünə qarşı narazılığının nəticəsi kimi, 
xalqların suverenlik əldə etmək arzusu ilə bağlı idi. 
 
 
Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin