Qafqaz Universitetində Mexanika Mühəndisliyi Laboratoriyalarının



Yüklə 10,44 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix02.01.2022
ölçüsü10,44 Mb.
#2193
1   ...   16   17   18   19   20   21   22   23   24
Soba

Dostluq Nədir?

Dostluğun  qırılmaz  zəncirlə 

müqayisə  edilməsi  təsadüfi 

deyildir. Həqiqətən də, səmimi, 

möhkəm dostluq hisslərini heç 

nə ilə sarsıtmaq mümkün de-

yildir.  İnsanlar  arasında  hər 

xoş münasibəti dostluq adlan-

dırmaq olmaz. Həqiqi dostluq 

illərin sınağından çıxır, bərkdə 

- boşda, həyatın enişli-yoxuşlu 

yollarında  sınanılır.  Əsl  dost-

luq  insanlar  arasında  müna-

sibətlərin  uca  zirvəsidir.  Əgər 

sən  dostluğu  yüksək  qiymət-

ləndirirsənsə,  gərək  dostun 

sandığın  şəxsin  yolunda  hər 

bir  çətinliyə  dözməyi  bacara-

san,  sirlərini  ondan  gizlətmə-

yəsən,  heç  vaxt  yalan  danış-

mayasan.  Nahaq  deməyiblər 

ki,  dost-dosta  tən  gərək,  tən 

olmasa,  gen  gərək.  Dostu  ol-

maq  böyük  xöşbəxtlikdir.  Ki-

min çox dostu varsa, o, həyat-

da daha inamlı olur, üzləşdiyi 

problemləri asanlıqla dəf edir. 

Adətən, çoxlu dostu olan şəxsi 

qollu-budaqlı  ağaca  bənzə-

dirlər. Bu ağac təbiətin şıltaq-

lıqlarına asanlıqla dözür, onun 

insanlara daha böyük faydası 

dəyir.  Mən  "Dostluq  nədir?” 

sualı  ətrafında  tez-tez  düşü-

nürəm. Mənim qənaətimə gö-

rə  dostluq-fədakarlıq  demək-

dir. Asan günün dostluğu vaxt-

sız açan çiçəyə bənzəyir - onu 

şaxta, qar vurub soldurur. Çə-

tinliklərdə bərkiyən dostluq isə 

uzunömürlü olur. "Uzaq Sahil-

lərdə” filmini yada salaq. Zən-

nimcə  filmin  qəhrəmanları 

Mehdi ilə Veselin arasında ya-

ranan  münasibətlər  "Dostluq 

Nədir?” sualının konkret cava-

bıdır.


No: 1 (44)     2014


Yüklə 10,44 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin