Qafqaz Universitetində Mexanika Mühəndisliyi Laboratoriyalarının



Yüklə 10,44 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix02.01.2022
ölçüsü10,44 Mb.
#2193
1   ...   16   17   18   19   20   21   22   23   24
Əflatuna soruşulan iki sual!

Fizikaçı,  riyaziyyatçı,  kimyaçı, 

geoloq və antropoloqdan ibarət 

olan  bir  heyət,  bir  araşdırma 

üçün əraziyə gəlirlər. Birdən ya-

ğış  başlayır.  Dərhal  yaxındakı   

bir  evə  sığınırlar.  Ev  sahibi  qo-

naqlara çay vermək üçün mət-

bəxə keçir. Bu zaman qonaqla-

rın diqqəti otaqda olan sobaya 

yönəlir.  Soba  yerdən  1  metrə 

qədər  yuxarıda,  sobanın  altına 

düzülmüş daşların üzərində idi. 

Sobanın nə üçün belə quruldu-

ğuna  dair  qonaqlar  arasında 

mübahisə başlayır.

Kimyaçı deyir: “Ev yiyəsi sobanı 

yüksəldərək  aktivasiya  enerji-

sini  salmış,  beləcə  daha  asan 

yandırmağı təmin etmişdir”.

Fizikaçı deyir: “Adamın məqsədi  

sobanı  yüksəldərək  konveksiya 

yolu ilə otağın daha qısa müd-

dətdə  istiləşməsini  təmin  et-

məkdir məncə”.

Geoloq  deyir:  “Bura  tektonik 

hərəkətlilik  bölgəsi  olduğun-

dan, hər hansı bir zəlzələ anın-

da sobanın daşların üzərinə yı-

xılmasını  təmin  etmiş,  yanğın 

ehtimalını azaltmışdır".

Riyaziyyatçı deyir: "Sobanı ota-

ğın həndəsi mərkəzinə qurmuş, 

beləcə  də  otağının  düzgün  bir 

şəkildə  istiləşməsini  təmin  et-

mişdir".

Antropoloq: "Adam primitiv bir-

liklərdə  görülən  atəşə  inancın 

daha yüngül forması olan atəşə 

hörmət səbəbiylə sobanı yuxarı 

qurmuşdur”.

Bu sırada ev sahibi içəri girir və 

ona  sobanın  yuxarıda  olması-

nın  səbəbini  soruşurlar.  Adam 

cavab verir:

“Boru çatmadı da, əfəndim!"

İnsanları  anlamaq  çətindir... 

hərkəz  öz  mərkəzindən  baxar, 

təbii olaraq "öz mərkəzini" gö-

rür... nə qədər fərqli baxırsınızsa 

baxın, ortaq nöqtəmiz insan ol-

maqdır və insanın insanlığa in-

san olmaqla gətirdiyi bir borcu 

vardır, xoşgörüş və ədalət.


Yüklə 10,44 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin