Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

 
14.14.Mirz
ə Hüseyn Nuri və “Müstədrəkül-vəsail” əsəri 
O, hicri 1254-cü ild
ə İranın Mazandara nahiyəsində ziyalı və dindar bir ailədə 
doğulmuşdur. Mirzə Hüseyn bin Məhəmməd Tağı müasir hədis ədəbiyyatı tarixində 
daha çox Əllamə Nuri adı ilə şöhrət tapmışdır. O, uşaq yaşlarında ikən İranın paytaxtı 
772
 
bax: Əllamə Bəhrani, Qayətül-məram, müqəddimə fəslinə. 
[197] 
 
                                                 

Tehran şəhərinə elm öyrənmək üçün səfər etmiş, oradan da hicri 1273-cü ildə Nəcəfə 
getmişdir. Orada dörd il qalıb hövzə dərslərini bitirmiş,  sonra İrana qayıtmış, daha 
sonra is
ə  1278-ci ildə  İraqın  müqəddəs  şəhəri olan Kərbəlaya səfər  etmişdir. 
K
ərbəlada iki il qalan Nuri oradan da Kazimeyn  şəhərinə  getmiş, iki il bu  şəhərdə 
qaldıqdan sonra Nəcəf şəhərinə yenidən səfər etmişdir. 
1284-cü ild
ə İrana qayıdan Nuri iki ildən sonra, yəni 1286-cı ildə Nəcəfə səfər 
etmiş,  orada  iki  il  qaldıqdan  sonra  müəllimi Seyid Məhəmməd Həsən  Şirazi  ilə 
birlikd
ə  1291-ci ildə  Samirə  şəhərinə  getmiş  və  1314-cü ilədək  orada  qalmışdır. 
Samir
ədən Nəcəfə səfər edən Əllamə Nuri hicri 1320-ci ildə orada vəfat etmişdir. 
Onun  yazdığı  ən məşhur  əsərin  adı  “əl-Müstədrək  əla  Vəsailiş-şiə”dir. O, bu 
əsərini Hürr Amilinin “Vəsailüş-şiə”  əsərində  qeyd etmədiyi hədisləri bir araya 
toplayaraq q
ələmə  almışdır.  Şiə  məzhəbində  “müstədrək”  adlı  əsər deyildikdə, heç 
şübhəsiz ki, ilk ağıla gələn Əllamə Nurinin adı çəkilən əsəridir. Müəllif əsərini çox 
göz
əl şəkildə tərtib etmiş, onu fiqhi bablar əsasında sistemləşdirmişdir. Əsər bir neçə 
d
əfə çap olumuşdur. 
 
14.15.A
ğa Hüseyn Bürucerdi və “Cameu əhadisiş-şiə” əsəri 
Müasir dövr h
ədis  ədəbiyyatı  tarixinin  tanınmış  simalarından  biri  Ağahüseyn 
Bürucerdidir. O, 1961-ci ild
ə vəfat etmişdir. O, XX əsər İslam ilahiyyatı sahəsində 
dahi  şəxsiyyət kimi xarakterizə  edilir. Onun “Zəimüş-şiə”,  “Mühyiş-şəriət”, 
“Müc
əddid məzhəbil-imamiyyə”, “Fəqihül-əhlil-beyt” və  “Alimül-ümmət” 
l
əqəblərilə  xatırlanması  müasir  dövr  İslam  ilahiyyatının  mükəmməl bilicisi 
olduğundan xəbər verməkdədir. Alim daha çox fiqh və hədisşünaslıq sahələrinə aid 
əsərlər yazmışdır. 
Kiçik  yaşlarında  elm  öyrənməyə  başlamış  Bürucerdi  fiqh,  hədis, üsul elmləri, 
rical, 
ədəbiyyat və  dilçilik elmləri sahəsində  mükəmməl təhsil  görmüşdür.  Adı 
ç
əkilən bu və  ya digər elmlər sahəsində  özünü mükəmməl  olaraq  yetişdirən alim 
h
ədisşünaslığın müxtəlif sahələrinə, o cümlədən rical və dirayə elmlərinə aid mühüm 
əsərlərin müəllifidir. 
Ağahüseyn  Bürucerdinin  qələmə  aldığı  ən mühüm əsərlərdən biri “Camiü-
əhadisiş-şiə”  əsəridir. Müəllif bu əsərini bütövlükdə  hədisşünaslığa  həsr  etmişdir. 
Əsərə  geniş  bir  müqəddimə  yazan müəllif hədis tarixinə  geniş  yer  vermiş,  burada 
h
ədislərin yazılması tarixini incələmişdir. Müəllif əhli-sünnə məzhəbində hicri I əsrin 
sonlarınadək, yəni Ömər  bin  Əbdüləzizin (717-720) rəsmi fərmanına  kimi  heç  bir 
əsərin  yazılmadığını,  lakin  bunun  əksinə  olaraq hədislərin  yazılması  şiə 
h
ədisşünaslarına  görə  məhz  Peyğəməbin (s) dövründə  başlandığına  da  işarə 
etmişdir.
773
 
O,  adı  çəkilən  əsərində  “kütübu-ərbəə” deyilən hədis  külliyyatını  bir 
araya toplamış və əsər müəlliflərinin yeri gəldikcə diqqətlərindən qaçan məqamları, 
buraxdıqları  xətaları  təshih  etmişdir.  O,  əsərində  nəql etdiyi hər bir hədisi  hansı 
qaynaqdan almışsa həmin qaynaq müəllifinin adı ilə rəvayət etmişdir. Məsələn, “əl-
773
 
Ağahüseyn Bürucerdi, Camiü əhadisiş-şiə, 1410 h/q, c. I, səh. 11 
[198] 
 
                                                 

Kafi” 
əsərindən iktibas etdiyi hədisi qeyd edərkən “rəvahu Küleyni”, “əl-Fəqih” 
əsərindən iktibas edərkən “ravahu Şeyx Səduq” təbirlərindən istifadə etmişdir.  
Əsərin üstün cəhətlərindən biri də budur ki, müəllif mövzu ilə əlaqədar bütün 
s
ənədləri qeyd etməklə yanaşı aid ayələri də qeyd etmişdir. Həmçinin istinad etdiyi 
m
ənbəni göstərən zaman onun çap tarixini də  göstərməsi müəllifin özünəməxsus 
üslubudur ki, bu da 
əsərin etimadını daha da artırmaqdadır. 
Əsərin “Təharət” fəsli müəllifin sağlığında çap edilmişdir. Əsərin nəşrini eşidən 

əllif demişdir: “Bu həyatımın səmərəsi, ömrümün nəticəsidir.”
774
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
X
V FƏSİL 
 
BƏZİ MƏŞHUR AZƏRBAYCAN HƏDİSŞÜNASLARI 
 
15.1.
Əbu Əli Hüseyn bin Səfvan əl-Bərzəi 
Hicri III (miladi IX) 
əsrin görkəmli azərbaycanlı hədisşünaslarından biri Hüseyn 
əl-Bərzəidir.  Onun  doğum  tarixi  dəqiq olaraq bilinməsə  də  vəfat  tarixi  haqqında 
m
ənbələrdə məlumatlar vardır. Belə ki, Xətib əl-Bağdadi
775
 onun v
əfat tarixini hicri 
240 (miladi 854), Z
əhəbi
776
 is
ə  hicri 281-ci ili (miladi 894) göstərməkdədir.  Lakin 
774
 h
əmin mənbə, c. I, səh. 14 
775
 X
ətib əl-Bağdadi, Tarixül-Bağdad, c. VIII, səh. 54 
776
 Z
əhəbi, Taixül-islam, c. XXV, səh. 189  
[199] 
 
                                                 

Z
əhəbinin göstərdiyi tarix çox zəif hesab olunur. Çünki əl-Bərzəi 894-cü ildə vəfat 
ed
ən İbn Əbi Dünyanın müəllimi olmuşdur.
777
 
əl-Bərzəi “əl-Fərəc bədəş-şiddə”, “Kitab istinail-məruf”,  “əl-Mənamat”, 
“Z
əmmül-məlahi”, “Kitabül-vəcd”, “Kitab məqaidüş-şeytan”,  “Kitabül-üqubat” və 
dig
ər əsərlərin müəllifidir. 
 
15.2.
Əbu Osman Səid bin Əmr əl-Bərdəi 
Tanınmış Azərbaycan hədisşünaslarından biri də əl-Bərdəidir. O, Azərbaycanın 
q
ədim elm mərkəzlərindən olan Bərdədə  doğulmuş,  hədis təhsili üçün müxtəlif 
bölg
ələrə  səfərlər  etmiş  və  öz dövrünün ən görkəmli  ilahiyyatçı  alimlərindən dərs 
almışdır.  Müxtəlif bölgələrdə  elmi səfərlərdə  olan  Əbu  Osman  sonda  Bağdadda 
m
əskunlaşmış və orada hədisşünaslığın inkişafında müstəsna xidmətlər göstərmişdir.  
əl-Bərdici hicri 292-ci (miladi 905) ildə vəfat etmişdir. 
 
15.3.
Əhməd bin Harun əl-Bərdici 
H
ədis elminin görkəmli azərbaycanlı  nümayəndələrindən biri də  Əhməd bin 
Harun 
əl-Bərdicidir. Doğum tarixi dəqiq olaraq bilinməsə də, bəzi qaynaqlarda hicri 
230-cu (miladi 845) 
doğulduğu və 301-ci (miladi 914) ildə vəfat etdiyi məlumdur.
778
 
H
ədis öyrənmək üçün çoxlu bölgələr  dolaşan  alim  Bağdadda  məskunlaşmış  və 
burada h
ədisşünaslıqla yanaşı digər İslam elmləri sahəsində faydalı əsərlər yazmışdı. 
Bu sah
ədə onun xidmətləri iki istiqamətdə özünü göstərməkdədir. Belə ki, adı çəkilən 
alim h
əm  əsər yazmaqla həm də  tələbə  yetişdirməklə  hədisşünaslığın  inkişafına 
böyük töhf
ələr vermişdi. O, hədisşünaslığın mühüm sahəsi olan rical (hədis raviləri) 
elmi il
ə  məşğul  olmuşdur.  Onun  yazdığı  əsərlər içində  “Təbəqatül-əsmaül-müfrədə 
min
əs-səhabə  vət-tabeun və  əshabil-hədis” və  “Cüz fi mən rəva anin-Nəbi minəs-
s
əhabə  fil-kəbair”  əsərlərinin  xüsusi önəmi  vardır.  Xoşbəxtlikdən hər iki əsər 
günümüz
ədək gəlib çatmışdır. Onun “Təbəqatül-əsma” əsəri 1987-ci ildə Dəməşqdə 
n
əşr edilmişdir.
779
 
Onun haqqında Curcani  yazırdı: “Dəraqutnidən Əbu Bəkr əl-Bərdici haqqında 
soruşdum . O, belə cavab verdi: O, etibarlı və əmanətdar biridir.”
780
 
 
15.4.A
ğa Hüseyn Xonsari 
Ağa  Hüseyn  bin  Cəmaləddin Məhəmməd Xonsari 1605-cı  ildə  doğulmuşdur. 
Ömrünü elm
ə  həsr edən bu əvəzedilməz alim 1687-ci ildə  İsfahan  şəhərində  vəfat 
etmişdir.
781
 Onun mübar
ək cəsədi  İsfahanda  Baba  Rüknəddin məqbərəsində  dəfn 
edilmişdir. Süleyman şah Səfəvi (1666-1694) onun qəbri üstündə böyük bir məqbərə 
tikdirmişdir. O, öz dövründə fiqh, təfsir, hədis və fəlsəfə elmləri sahəsində öndər biri 
777
 
Dr.  Qoşqar  Səlimli,  İslamın  ilk  dönəmlərində  bəzi azərbaycanlı  mühəddislər, BDU-nun elmi məcmusəi,  №  4, 
sentyabr, 2005, s
əh. 98  
778
 
Dr. İlkin Əlimuradov, IX-X əsrlər Azərbaycan alimi Əhməd bin Harun əl-Bərdicinin hədis fəaliyyəti, Avtoreferat, 
Bakı-2010, səh. 15-16 
779
 h
əmin mənbə, səh. 102 
780
 Yaqut 
əl-Həməvi, Möcəmül-buldan, c. I, səh. 378 
781
 
Məhəmməd bin Məhəmməd əl-Ərdəbili, Camiür-rüvvat, Beyrut, 1403/1983, c.I, səh. 235  
[200] 
 
                                                 

idi. Aliml
ərin avtobioqrafiyasını yazan bütün tədqiqatçılar onun elmi şəxsiyyətindən, 
xüsusil
ə  də  din elmləri sahəsində  lider  sayılacaq  bir xüsusiyyətə  malik  olmasından 
yazırdılar. Onun haqqında Mirzə Abdulla Əfəndi “Riyazül-üləma”, Məhəmməd bin 
H
əsən Hürr əl-Amili  “Əməlül-amal”,  Şeyx  Yusif  əl-Bəhrani “Luluətül-bəhreyn”, 
Mirz
ə  Məhəmməd Tənkabi “Qəsəsül-üləma”, Mirzə  Məhəmməd Mehdi Kəhnəvi 
“Nücumus-s
əma”,  əl-Xonsari “Rövzatül-cənnat”,  əl-Bəğdadi  “Hədiyyətül-arifin”, 
Molla H
əbibullah əl-Kaşani “Lübabul-əlbab”, əl-Məmaqani “Tənqihül-məqal”, Şeyx 
Abbas 
əl-Qumi “Tətimmətül-müntəha”, Mirzə  Məhəmməd  Əli  əl-Müdərris 
“Reyhan
ətül-ədəb”, Rza Qəli Xan “Təzkirətür-riyazil-arifin”,  Əli  Əsgər  əl-Hələbi 
“Tarixu f
əlsəfəti-İrani”, Şeyx Abdulla Nəğmə “Fəlasifətüş-şiə”, Şeyx Zəncani “Cami 
fir-rical”
,  Əbdürrəhman Müdərris “Tarixu üləmai-Xorasan”, Məhəmməd bin 
M
əhəmməd  əl-Ərdəbili “Camiür-rüvvat” kimi məşhur  avtobioqrafiya  kitablarında 
geniş məlumatlar vermişlər. 
 
Haqqında deyilmiş təriflər 
 M
əhəmməd bin Məhəmməd  əl-Ərdəbili “Camiür-rüvvat”  adlı  məşhur  rical 
(avtobioqrafiya) 
əsərində  yazırdı:  “Ağa  ləqəbi ilə  məşhur  olan  Hüseyn  bin 
C
əmaləddin Məhəmməd bin Həsən əl-Xonsari  öz dövrünün yeganəsi, tədqiqatçıların 
önd
əri, filosofların sultanı, kəlam alimlərinin ən böyüyü idi. Bütün üstünlüklər onun 
şəxsiyyətində  birləşmiş  və  onunla  da  sona  çatmışdır.  Onun  qədir-qiyməti,  şəni və 
əzəməti son zirvəyə  yetişmişdir.  O,  dəqiq və  humanitar elmlər sahəsində  dolu bir 
d
ərya, düzgün nəzəriyyə sahibi, etibarlı, əmanətdar və ədalətli bir zat idi. Həmçinin o, 
yetim v
ə  miskinlər üçün pənahgah,  onların  ehtiyaclarını  ödəməkdə  səhlənkarlıq 
etm
əyən biri idi. Allah onun mükafatlarını versin”.
782
  
M
əhəmməd bin Həsən Hürr əl-Amili  onun  haqqında  yazırdı: “Hüseyn bin 
C
əmaləddin Məhəmməd bin Həsən əl-Xonsari fəzilət və üstünlüklər sahibi olan bir 
alim,  filosofların  filosofu,  çox  etibarlı  və  əmanətdar, üləmaların  əllaməsi və  öz 
əsrinin tayı-bərabəri olmayan birisi idi. Onun çoxlu sayda əsərləri vardır.”
783
  
Mirz
ə Abdulla Əfəndi əl-Azərbaycani onun haqqında yazırdı: “Ustad tədqiqatçı, 
d
əqiq rəy sahibi Hüseyn bin Cəmaləddin Məhəmməd bin Həsən  əl-Xonsari  əl-
İsfəhani fəzilətli əllamə, analitik dərrakəli alim, öz əsrinin bütün ustadların ustadıdır. 
Onun f
əzilətlərini saymaqla bitməz. Ondan ustadlar dəqiq, humanitar və  şəriətin 
əsasları  elmlərini öyrənmişlər.  Zəmanə  onun kimi bir dindar, ona tay-bərabər olan 
birini görm
əmişdir.  Dahi  filosof  Mir  Damət onu bəşərin  ustadı  ləqəbi ilə 
adlandırmışdır.  O,  dəqiq elmləri  Əmir  Əbülqasim  əl-Fəndərəski, humanitar elmləri 
is
ə Məhəmməd Tağı Məclisi kimi nəhənglərdən almışdır. O, ərəb və fars dillərində 
göz
əl  inşa  və  xətt sahibi, həmçinin mənalı  şeirlər söyləyən biri idi. O, qeyri-adi 
hafiz
əyə  və  zəkaya malik, tədris  zamanı  əlinə  heç bir kitab götürməyən, zəruri 
hallardan başqa heç vaxt danışmayan bir şəxs idi.”
784
   
782
 H
əmin mənbə, səh. 235 
783
 
Məhəmməd bin Həsən Hürr əl-Amili, Əməlül-amal, Bağdad, 1385 h/q, c. II, səh. 101 
784
 
Mirzə Abdulla Əfəndi əl-Azərbaycani, Riyazül-üləma, Qum, 1401 h/q, c. V, səh. 57 
[201] 
 
                                                 

Onun haqqında Məhəmməd Hüseyn Hairi Ələmi yazırdı: “Ağa Hüseyn Xonsari, 
q
ədim və  müasir dövr alimlərinin  ən fəzilətlisi və  üstünüdür.  O,  Süleyman  Şah 
S
əfəvinin dövründə öz zəmanəsinin etibarlı və ədalətli imamiyyə alimi idi.”
785
  
 
Şeyxləri (dərs aldığı müəllimlər) 
Ona humanitar elml
ər sahəsində, xüsusilə  də  hədisşünslıqla  əlaqədar elmlərdə 
M
əhəmməd  Tağı  bin  Maxsud  Əli  Məclsi dərs  demişdir.  Hətta mənbələrə  görə  ona 
h
ədis rəvayət etmək səlahiyyətini  Əllamə  Məclisi  Əvvəl verib.
786
 Bel
əliklə, 
M
əhəmməd Tağı Məclisi onun daha çox fiqh və hədis elmləri sahəsində mütəxəssis 
olmasında rol oynamışdır. 
Ağa  Hüseyn  Xonsarinin  fəlsəfə  və  məntiq elmləri sahəsindəki müəllimi isə 
İsfahan  fəlsəfə  məktəbinin  banisi  olmuş  Mir  Damət  olmuşdur.  Mir  Damət  Mir 
M
əhəmməd  Bağır  əl-Hüseyni  əl-Astarabadi  (ö.  1631)  İranda  yetişən ensiklopedik 
imamiyy
ə alimidir. 
Ağa  Hüseyn  Xonsari  dəqiq elmləri  Əmir  Əbülqasim  əl-Fəndərəskidən və 
M
əhəmməd Bağır Yəzdidən aldığı qeyd edilir. 
 
 
T
ələbələri: 
Ağa Hüseyn Xonsarinin çoxlu sayda tələbələri olmuşdur. Ən məşhur tələbələri 
is
ə iki oğlu və məşhur alimlər olan Ağa Camal və Ağa Rza, görkəmli hədisşünas və 
avtobioqrafçı  Məhəmməd Saleh Xatunabadi, məşhur  fəqih Seyid Nemətullah  əl-
C
əzairi, Mirzə Abdulla Əfəndi əl-Azərbaycani və başqalarını qeyd etmək olar.
787
  
 
Əsərləri: 
1.S
əhifətu-Səccadiyyə.  
2.T
ərcume Qurane-Kərim.  
3.T
əfsire sureyi-Fatihə.  
4.
əl-Cəbr vəl-ixtiyar.  
5.Tarixül-v
əfayatil-üləma.  
6.
əl-Cüz əlləzi la yətəcəzza.  
7.Haşiyətu həyatiş-şifa.  
8.H
əvlə şərhi işarati Xacə (Təcridi-şərhi Quşçu).  
9.Şərhe lümə.  
10.Mühakimati Qütb
əddin ər-Razi.  
11.M
əalimül-üsul.  
12.Şərhi haşiyə İbn Hacib.  
13.Haşiyə ilahiyyati-şifa. 
14.Şərhe heyəte farsiye Quşçu. 
15.M
əşariquş-şumus fi şərhid-durus.
788
  
785
 
Əllamə Möhsün əl-Əmin, Əyanüş-şiə, Beyrut, 1403/1983, c. IX, səh. 218 
786
 
Əbülqasim Qurbani, Zindeginame riyazidanane dövre islami, Tehran, 1365 h/ş. səh. 14 
787
 
əl-Mühəqqiq əl-Xonsari, Rövzatül-cənnat, Tehran, 1347/1928, c. I, səh. 218 
788
 
əl-Mühəqqiq əl-Xonsari, Rövzatül-cənnat, Tehran, 1347/1928, c. I, səh. 14 
[202] 
 
                                                 

Bel
əliklə, ümidvarıq ki, öz dövründə fəlsəfə və kəlam alimlərinə liderlik etmiş
789
 
Ağa  Hüseyn  Xonsari  kimi  bir  elm  nəhənginin  yaradıcılığı  tədqiq ediləcək və  ona 
doğru-düzgün qiymət veriləcəkdir. 
 
15.5.Mirz
ə Abdullah Əfəndi 
O, Azərbaycanın paytaxtı olan Təbriz şəhərində doğulmuşdur. Mirzə Abdullah 
ibn  İsa  bəy  Təbrizi  bir  müddət  İstanbulda  yaşadığı  üçün,  “Əfəndi”  ləqəbi  ilə 
məşhurlaşmışdır. Ümumiyyətlə, onun ömrünün yarısı Türkiyə, Xorasan, Azərbaycan, 
İraq,  Şam,  Məkkə,  Misir  və  sair  diyarlara  səfərlərdə  keçmişdir.  Əfəndi  müxtəlif 
elmlər  üzrə,  xüsusilə,  rical  və  biblioqrafiya  sahəsində  misilsiz  məharət  sahibi 
olmuşdur.  Mirzə  Abdulla  Əfəndi  təqribən  15  kitabın,  o  cümlədən,  hicri  3-11-ci 
əsrlərdə yaşamış alimlərin həyatından bəhs edən “Riyazül-uləma” (Alimlər bağçası) 
əsərinin müəllifidir. Onun bu əsəri “Riyazul-üləma və hiyazul-fuzəla” adı ilə 1401-ci 
hicri  ilində  (1987  miladi)  Qumda  nəşr  olunub.  Əsər  hicri  III  (miladi  IX)  əsrədn 
tutmuş X (miladi XVI) əsrədək olan hədis raviləri haqqında mükəmməl məlumatları 
ehtiva edir. “Riyazül-
üləma” əsəri hədis elminin mühüm şöbələrindən olan rical elmi 
sahəsində yazılmış əsərlər içində ən məşhur bir əsər kimi xarakterizə edilir. 
 
15.6.X
ətib Təbrizi və “Mişkatül-məsabih” əsəri 
Az
ərbaycan hədisşünaslığının  ən görkəmli nümayəndələrindən, öz dövründə 
h
ədis, fiqh, təfsir və digər İslam elmləri sahəsində  lider  alimlərdən biri Vəliyəddin 
X
ətib  ət-Təbrizidir.  Onu  adı  Məhəmməd bin Abdullah əl-Xətib  ət-Təbrizi, künyəsi 
Əbu Abdullah, ləqəbi isə  Vəliyəddindir. Təəssüflər  olsun  ki,  onun  doğum  tarixi 
m
əlum deyil. Lakin miladi 1347 (hicri 749)-ci ildə vəfat etdiyi məlumdur. 
H
əyatı  haqqında  çox  məlumat olmayan Vəliyəddin Təbrizi Həsən bin 
M
əhəmməd Təyyibidən elm öyrənmişdi.  Vəliyəddin Təbrizi  İmam  Bəğəvinin 
“M
əsabih” kitabına əlavə və şərhlər yazaraq “Mişkatül-məsabih” adını vermişdi. Bu 
kitabını 1336 (hicri 737)-ci il ilində tamamlamışdı. Onun “Mişkat” kitabına müxtəlif 
şərhlər yazılmışdır. Bunların ən qiymətlisi Əbdülhaqqı Dehləvinin yazdığı “Əşiatül-
l
əməat”dır.  Adı  çəkilən  əsər  dörd  böyük  cild  halında  nəşr  olunmuşdur.  Vəliyəddin 
T
əbrizinin ayrıca “əl-İkmal fi əsmair-rical” adlı bir əsəri də vardır. Əsər “Miskat”ın 
k
ənarında nəşr edilmişdir. 
X
ətib Təbrizinin “əl-Mişkat”  əsərinin Azərbaycan hədisşünaslığında  çox 
mühüm yeri vardır. Müəllifin bu əsəri təkcə hədisşünaslığa aid olmayıb, orada eyni 
zamanda 
əqaid (kəlam) və  fiqh  elmlərinin fundamental problemlərinə  də  geniş  yer 
verilmişdir.  O,  bu  problemləri həll etmək və  onların  elmi  təhlilini vermək üçün 
mövzu il
ə əlaqəli hədislərə daha çox müraciət etmiş və ayrı-ayrı fəsillərdə bu mövzu 
haqqında hədislər nəql etmişdir. 

əllif ilk öncə kitaba müqəddimə yazmış, burada Allaha həm-səna etdikdən, 
Peyğəmbərə (s), onun əhli-beytinə (ə) və səhabələrinə salam-dua etdikdən sonra Əbu 
M
əhəmməd Hüseyn bin Məsud  əl-Bəğəvinin “Kitabül-məsabih”  əsərinin 
789
 
Abdulla Nemət, Fəlasifətüş-şiə, Beyrut, 1987, səh. 286-287 
[203] 
 
                                                 

əhəmiyyətindən danışmış, daha sonra isə o ktaba yazdığı şərhdən bəhs etmişdir. Xətib 
T
əbrizi “Kitabül-məsabih”ın  mənbələrinin çox zəngin  olması  ilə  yanaşı,  onun  ən 
görk
əmli alimlərin, o cümlədən Müslüm bin Həccac ən-Nişapurinin, Əbu Abdullah 
Malik  bin  Ənəsin, Məhəmməd  bin  İdris  əş-Şafeinin,  Əbu  Abdullah  Əhməd bin 
H
ənbəlin, Əbu İsa Məhəmməd bin İsa ət-Tirmizinin, Əbu Davud Süleyman bin Əşəs 
əs-Sicistaninin,  Əbu  Əbdürrəhman  Əhməd  bin  Şüeyb  ən-Nəsainin,  Əbu  Abdullah 
M
əhəmməd bin Yəzid bin Macənin, Əbu Məhəmməd Abdullah bin Əbdürrəhman əd-
Dar
iminin, Əbülhəsən Əli bin Ömər əd-Dəraqütninin, Əbu Bəkr Əhməd bin Hüseyn 
əl-Beyhəqinin,  Əbülhəsən Rəzin bin Müaviyə  əl-Əbdərinin və  başqalarının  öz 
əsərlərində nəql etdikləri hədislərə istinadən yazıldığını qeyd etmişdir. 

əllif  “Mişkatül-məsabih”  əsərini Bəğəvinin fəsilləri  əsasında  tərtib etdiyini 
yazmışdı.  
Bel
əliklə,  “Mişkatül-məsabih”  əsəri üç cilddə  (I çap, 1381/1961, II çap, 
1399/1979) D
əməşq və Beyrutda nəşr olunmuşdur. Müəllif əsərin I cildini “kitabül-
iman”, “kitabül-elm”, “kitabüt-t
əharət”, “kitabüs-salat”, “kitabül-cənaiz”, “kitabüz-
z
əkat”, “kitabüs-soum” və “kitabu fəzailil-Quran” fəsillərinə həsr etmiş və mövzu ilə 
əlaqəli hədisləri ən mötəbərə mənbələrdən nəql etmişdir. 
Əsərin ikinci cildində  “kitabüd-daavat”, “kitabül-mənasik”, “kitabül-buyu”, 
“kitabül-f
əraiz vəl-vəsaya”, “kitabün-nikah”, “kitabül-itq”, “kitabül-iman vən-nuzur”, 
“kitabül-qisas”, “kitabül-hüdud”, “kitabül-imarat v
əl-qəza”, “kitabül-cihad”, 
“kitabüs-seyd v
əz-zəbaih”, “kitabül-ətimə”, kitabül-libas”, “kitabüt-tibb vər-rüə”, 
“kitabür-röya” f
əsillərinə həsr etmişdir. 
Əsərin üçüncü cildində  “kitabül-adab”, “kitabür-riqaq”, “kitabül-fitən”, 
“kitabül-qiyam
ə  və  bədül-xəlq”, “kitabül-fəzail vəş-şəmail”, “kitabül-mənaqib” 
f
əsilləri yer almışdır.     
Əsərin I cildində  İslamın  şərtləri, imanın  əsasları,  imanın  şöbələri və  s. 
haqqındakı hədisləri nəql etmişdir. Həmin fəsldə nəql etdiyi hədislərdən aşağıdakıları 
qeyd etm
ək olar: 
“Bir d
əfə  biz  Peyğəmbərin  (s)  yanında  oturmuşduq  və  birdən  yanımıza  ağ 
paltarlı və qara saçlı bir adam gəldi. Onun üst-başında uzun yolun əlamətləri yox idi, 
amma bizl
ərdən heç kəs  onu  tanımadı.  O,  Peyğəmbərlə  (s) üzbəüz oturdu və  öz 
dizl
ərini onun dizlərinə dirəyərək əllərini onun budları üzərinə qoyub dedi:  
-Ya M
əhəmməd! Mənə İslam haqqında danış. Allahın peyğəmbəri (s) dedi: 
-
İslam  ondan  ibarətdir ki, sən  Allahdan  başqa  heç  bir  ilahın  olmadığına  və 
M
əhəmmədin  Onun  peyğəmbəri  olduğuna  şəhadət verməlisən,  namaz  qılmalısan, 
zakat verm
əlisən, ramazan  ayında oruc tutmalısan və  əgər gedib çata biləcəksənsə, 
M
əkkəyə həccə getməlisən.  
-Düzdür. 
Biz onun 
əvvəlcə Peyğəmbərdən (s) soruşmasına, sonar isə onun sözlərini təsdiq 
etm
əsinə təəccübləndik. Sonra o dedi:  
-M
ənə imandan danış. Peyğəmbər (s) dedi:  
[204] 
 

-S
ən Allaha, Onun mələklərinə,  Onun  kitablarına,  Onun  peyğəmbərlərinə  və 
Qiyam
ət gününə  və  həmçinin, qəzavü-qədərə  (xeyrin və  şərin  Allahdan  olmasına) 
inanmalısan.  
-Bu da düzdür. Sonra o dedi:  
-M
ənə ixlas barədə danış. Peyğəmbər (s) dedi:  
-S
ən Allaha elə  ibadət etməlisən ki, sanki sən Onu görürsən.  Axı  sən onu 
görm
əsən də, O səni görür.  
-M
ənə Qiyamətin başlanması haqqında danış. Peyğəmbər (s) dedi:  
-
Soruşulan soruşandan çox bilmir.  
-Onda m
ənə əlamətlərdən danış. 
-  K
əniz  qadın  öz  ağasını  doğacaq,  ac-yalavac və  ayaqyalın  dəvə  otaranlar isə 
hündür binalar tikm
əkdə bəhsə girişəcəklər. 
Budan sonra o adam getdi, Peyğəmbər (s) isə uzun müddət fikrə daldı. Sonra o 
m
əndən soruşdu:  
-Ey Öm
ər, məni sorğu-suala çəkəni tanıdınmı? Mən cavab verdim:  
-Allah v
ə Onun peyğəmbəri bunu daha yaxşı bilər. Peyğəmbər (s) dedi:  
-Siz
ə dininizi öyrətmək üçün, Cəbrayılın (ə) özü gəlmişdi!”
790
 

əllif İslamın əsəasları haqqında belə nəql etmişdir: 
“Peyğəmbər  (s)  buyurmuşdur:  “İslam  beş  şeyin  üzərində  qurulmuşdur: 
“Allahdan başqa heç bir ilahın olmadığını”, “Məhəmmədin Allahın elçisi olduğunu” 
q
əbul etmək, namaz qılmaq, zəkat ödəmək, həccə getmək və ramazan ayının orucunu 
tutmaq.”
791
 
Bütün bunlardan 
əlavə müəllifin adı çəkilən əsərinin müxtəlif yerlərində ədəb-
ərkan,  əxlaqi məsələlərə  aid çoxlu sayda hədislər də  qeyd  edilmişdir.  Onlardan 
b
əziləri aşağıdakılardır: 
“İnsanlara mərhəmət etməyənə, Allah taala mərhəmət etməz.” 
“Zülm
ə mane olaraq, zalıma da məzluma da kömək edin.” 
“Satın alınan bir köynəyə verilən pulun onda doqquzu halal və onda biri haram 
puldursa, bu köyn
əklə qılınan namazı Allah taala qəbul etməz.” 
“Müs
əlman müsəlmanın  qardaşıdır.  Ona  zülm  etməz. Onun köməyinə  çatar. 
Onu kiçik v
ə özündən aşağı görməz. Onun qanına, malına, ismətinə, namusuna zərər 
verm
əsi haramdır”.  
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin