Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27
konkistadorların əvəzinə, kralların və müqəddəslərin adlarını verməkdən savayı, 
həm də yerli qəbilələrin elmiylə maraqlanaraq, dazlaşma əleyhinə dərman 
axtardığını eşidəndə, əmr eləmişdi də ki, zorla da olsa, onu tapıb gətirsinlər. 
Fransiskan monaxının qəhvəyi əbasına bürünən, əlindəki şıx-şıxla istirahət 
gününün günorta çağı bazar camaatının arasında gəzən bu tövbəli müqəssiri heç 
prezidentin özü də tanımamışdı. 
Biz onu yenidən görmək ümidini itirmişdik və heç cür inana bilmirdik ki, bir vaxt 
sahil boyu qaliblər kimi hərbi addımlarla addımlayan, qəbul salonunda qırmızı 
kamzolda, qızıl mahmızda gördüyümüz o adam odu; amma onu limuzinə 
otuzdurmaq əmri veriləndə, mənim generalım, göz qırpımında onun izi-tozu da 
qalmadı – elə bil bu adam yerin içinə girdi – gah deyirdilər, guya o, 
müsəlmançılığı qəbul eləyib, guya Seneqalda peleqra xəstəliyndən vəfat edib və 
dünyanın üç müxtəlif şəhərində, eyni vaxtda, üç qəbirdə dəfn olunub; əslində isə, 
deyirdilər, o, heç basdırılmamışdı da, çünki torpaq, onu heç bir qəbrə 
buraxmamışdı, demək, o, Qiyamət gününə qədər bir qəbirdən o birinə səyahət 
 
159

eləməliydi; Allah ona min cür əyri işlərinə görə bu cür cəza verirdi, çünki bu adam 
fırıldaqçı idi, mənim generalım, pulun özündən də murdar idi; lakin general, bu 
deyilənlərə heç vaxt inanmır, elə hey, pərəstiş elədiyi bu adamın gəlişini 
gözləyirdi; qocalığın lap axır günlərində belə - səhiyyə nazirinin, onun bədənindən 
gənələri maqqaşla qopardığı vaxtlarda da bu həsrətlə yaşayır və naziri inandırmağa 
çalışırdı ki, bədəninə yapışan bu həşərat, gənə deyil, dənizin geriyə qayıtması 
əlamətidi; özü də o qədər məntiqlə, inamla danışırdı ki, nazir öz-özünə fikirləşirdi 
ki: «O, heç də özünü camaata göstərdiyi kimi sadəlövh deyil.» Amma yaman 
qocalmışdı, hərtərəfli tədqiqatlar göstərirdi ki, damarları tamam ölgünləşib, 
böyrəklərində də o qədər qum var, elə bil çimərliyin bütün qumunu udub, ürəyi isə 
sevgisizlikdən çatlayıb, odu ki, qocaman həkimi, dost münasibətlərindən istifadə 
edib onun üzünə elə belə də demişdi: «Daha vaxtınız çatıb, general! Hakimiyyəti 
kimə verəcəyinizin düşünmək vaxtıdı. Bizi, taleyin ixtiyarına başlı-başına 
buraxmaq olmaz axı?!..» 
O isə təəccüb içində: «Axı, niyə sizə elə gəlir ki, mən ölməyə hazırlaşıram, əzizim 
doktor? Bu nə cəfəngiyyatdı? Qoy başqaları ölsün, mən hələ tələsmirəm.» - 
demişdi, sonra zarafatla: srağagün axşam özümü televizorda gördüm. Görkəmim 
həmişəkindən yaxşıdı. Lap korrida öküzü kimi!» - Bunu deyib, qəh-qəhə çəkdi, 
yadına, bir axşam başında yaş dəsmal, burnunu çəkə-çəkə, səssiz televizorun 
qabağında oturub, qətiyyətli ədalarına - Fransadan, Türkiyədən, yaxud İsveçdən 
gələn qəşəng xanımlarla cavansayağı davranmağına baxa-baxa, özü-özünə 
təəccüblənməyi düşdü; bu xanımlardan, heç şeytanın özü də baş açmazdı; onların 
hamısı, indi onun üçün eyni sifətdə idi, bir də ki, o vaxtlardan, bu kadrların 
çəkildiyi günlərdən o qədər vaxt keçmişdi ki, bu qəşəng xanımların arasında 
həqiqətən olub-olmamasını yadına sala bilmirdi, xatırlaya bilmirdi ki, axşam 
qəbulunda göründüyü bu gözəl mundirdə, əlində içilməmiş şampan qədəhi tutan, 
hakimiyyətə gəlməyinin növbəti ildönümünü - on iki avqust, ya on dörd yanvar 
qələbə günü, ya da on üç mart doğum günü şərəfinə – bu tarixlərdən şeytan da baş 
açmaz! – keçirilən ziyafətlərdə görünən bu adam özüdü, ya yox. Onun hakimiyyəti 
illərində belə tarixi günlər o qədər idi ki, indi – çaş-baş qalıb, hansının nə üçün 
olduğunu heç cür yadına sala bilmirdi; bu tarixi günləri xatırlamaq üçün, bir vaxt 
səliqəylə büküb cürbəcür dəlmədeşiyə dürtdüyü, zaman keçdikcə, ona hər şeyi 
xatırlamatğa kömək edəcək kağızlar da kara gəlmədi; o, bu kağızlara arxayın olub 
hər şeyi unutmuşdu deyə, təsadüfən əlinə keçəni oxuyurdusa da, heç nə anlamırdı; 
məsələn, bal gizlətdiyi divar mücrülərinin birindən tapdığı vərəqi höccələyə-
höccələyə belə oxuyurdu: «Ap-re-lin yed-di-si dok-tor Mar-kos de Le-on-un do-
ğum gü-nü o-na hə-diy-yə ki-mi bir ne-çə ya-qu-ar gön-dər-mək la-zım-dır». Xətt, 
sözsüz ki, onunku idi, amma söhbətin kimdən getdiyini, bu doktor Markosun kim 
olduğunu qətiyyən başa düşmürdü və fikirləşirdi ki, insana, öz varlığının 
vəfasızlığından, bədəninin və yaddaşının zəifləməsindən alçaq və eyni zamanda 
ədalətli cəza yoxdu; əslində bunu, Xose İqnasio Saens de la Barranın unudulmaz 
dövründən xeyli əvvəl - hüdudsuz məmləkətinin müxtəlif rayonlarından, kənd və 
qəsəbələrindən gələn kənd sakinlərinin adlarını, familiyalarını, nə vaxtsa bircə-
bircə yadında saxladığı, hamısını üzdən tanıdığı halda, qəfildən, heç kəsi 
tanımadığı, kimin kim olduğunu xatırlamadığını hiss etdiyi dövrlər anlamşıdı; iş o 
 
160

yerə gəlib çıxmışdı ki, karetinin pəncərəsindən gördüyü tanış üzlü oğlanı hardan 
tanıdığını heç cür xatırlaya bilmədi, huşsuzluğundan xoflanıb, mühafizəçilərə, 
oğlanı tutmağı əmr etdi: «Onu hardan tanıdığımı yadıma salanacan, qoy otursun». 
Bu bədbəxt kəndli balası, məhkəmə məmurlarının əvvəlcədən müəyyənləşdirib tam 
uyğunlaşdırdığı sözləri gündən-günə təkrar edə-edə: düz iyirmi iki il həbsxanada 
oturdu; oğlan səhər-axşam eyni sözləri təkrar edirdi; adı - Braulio Linares 
Moskotedir, çay donanmasının dənizçisi Markos Linaresin və Delfina Moskotenin 
– yaquar ovlayan itlər yetişdirənlərin, kəbindənkənar oğludur, onların hər ikisi 
Rosale del Virreydə yaşayır, o özü də orda yaşayır və paytaxta, ömründə birinci 
dəfədi gəlir; bura da ona görə gəlib ki, camaatın mart gəzintiləri vaxtı, anasının 
böyütdüyü küçüklərdən ikisini ortaya qoyub satsın; o, paytaxta, kirayəyə 
götürdüyü eşşəkdə gəldiyini, həmin cümə axşamı tutularkən, əynindəki paltardan 
savayı ayrı paltarlarının olmadığıını, həmin gün bazar qəlyanaltıxanasında kətan 
günlüyün altında oturub ucuzlu qəhvə içdiyini, alverçilərdən, yaquar ovçularını – 
iki cins küçük almaq istəyən bir adam tanıyıb-tanımadıqlarını soruşduğunu, onların 
belə bir adamı tanımadıqlarını söylədiyini, elə bu əsnada vurnuxma və qaçhaqaç 
düşdüyünü, təbillərin vurulduğunu, şeypurların səsləndiyini, göyə rəngbərəng 
raketlər buraxıldığını, bazarın yanındakı adamların: «Gəlir! Gəlir! Əsl kişi gəlir! 
Budur o!» - deyib çığırdığını təkrarlamaqdan yorulmurdu; alverçilərdən isə o 
soruşmuşdu ki, bu «əsl kişi» kimdi? Ona demişdilər: «Necə yəni kimdi? 
Hakimiyyət başında olan adamdı!» Onda oğlan, küçükləri qutuya basıb, 
alverçilərdən xahiş eləmişdi ki, o qayıdana kimi onlara baxsınlar, özü isə küçəyə 
qaçıb, kiminsə pəncərəsinə, taxçaya dırmaşıb, camaatın başı üstündən, qapısında 
əjdaha şəkli olan kareti müşayiət eləyən atlı dəstəsini, qızılı pullu, parlaq kəkilli 
atları, karetin pəncərəsindən yellənən ipək əlcəkli əli görmüşdü; hökmdarın solğun 
çöhrəsini, sallaq, təbəssümsüz dodaqlarını, onun hüznlü gözlərini görmüşdü və bu 
gözlər qəfildən minlərlə adamın içindən oğlana zillənmişdi, onu, iynəni dənizin 
içindən tapan kimi, tapmışdı, karetin pəncərəsindən çölə uzanan barmaq, duz ona 
tuşlanmışdı: «Bax bunu, pəncərədəkini – həbs edin onu! Onu harda gördüyümü 
yadıma salanacan qoy içəridə otursun.» Beləliklə də, oğlanı tutdular, hökmdarın, 
onu harda görə biləcəyini boynuna alması üçün qılıncla dərisini soymağa, əzalarını 
kömürün üstə yandırmağa başladılarsa da, liman qalasının divarları arxasındakı 
dəhşətlər kamerasında verilən işgəncələr, dustağı müqəddəs həqiqətdən başqa özgə 
bir şey deməyə məcbur eləyə bilmədi; o, həqiqəti yorulmadan elə inam və əyilməz 
cəsarətlə təkrarlayırdı ki, axırda general öz səhvini boynuna almağa məcbur oldu 
və etiraf elədi ki, Braulio Linares Moskoteni əvvəllər heç vaxt görməyib. – 
«Amma indi başqa çıxış yolu yoxdu – qoy otursun! Axı, onunla elə pis rəftar 
ediblər ki, düşmən olmasa da, düşmənə çevrilə bilər». Odu ki, bu bədbəxt öz 
kamerasında çürüyür, general isə yenə öz yaddaşsız xatirələriylə elə hey tutqun 
iqamətgahda gicəllənir, öz-özünə: «Anam mənim, yaxşı günlərimin Bendisyon 
Alvaradosu, mənə kömək elə, mantilyanı kənara çəkib mənə bax ki, üzünü görə 
bilim! Kömək elə mənə, ana. Əgər qocalıq bataqlığına çöküb, nədənsə təsəlli 
taparaq, qüvvə toplamaq üçün heç nəyi xatırlaya bilmirsənsə, bu qəddar, şanlı 
hadisələrdən, bu qədər zəfərlərdən ötrü əzab çəkməyə dəyərdimi?» Həyatının ən 
acı müsibətləri də, ən şirin anları da, əzəmətinin ən şanlı dəqiqələri də – hamısı bir-
 
161

birinə qarışıb qapqara yaddaşsızlıq dəliyinə yuvarlandı. Gizli divar mücrülərinin 
birindən təsadüfən, onun xətti ilə yazılmış kağız parçası tapılmasaydı, o, krallara 
layiq təntənəylə dəfn edilməsini tapşırdığı doxsan altı yaşlı Fransisko Lineronun 
kim olduğunu heç vaxt yadına sala bilməyəcəkdi; hələ bu bir yana, görmə 
qabilliyətini də itirmişdi deyə, hakimiyyəti kor-koranə idarə eləmək 
məcburiyyətində qalmışdı; üst-üstə taxdığı on bir cüt eynək də ona kömək edə 
bilmirdisə də, yenə onları taxırdı; o, yazı masasının siyirtməsindən, istədiyi eynəyi 
çıxarıb burnunun üstünə ilişdirirdi və belədə, söhbət elədiyi adamı guya yaxşı 
görən adam təsir bağışlayırdı, əslində isə, müsahiblərinin səsini belə eşitmir, 
qarşısında oturanın kimliyini yalnız hissiyatıyla müəyyən edir, onları bədənsiz ruh 
kimi hiss edirdi; bir sözlə, elə vəziyyətdəydi, adama elə gəlirdi ki, elə indicə canını 
tapşıracaq; onun bu halı, audiyensiyaların birində müdafiə nazirini də yaman 
qorxutmuşdu; general qəfildən asqıranda, müdafiə naziri: «Sağlam olun, general!» 
- demişdisə də, general yenə asqırmışdı, onda nazir ikinci dəfə: «Sağlam olun!» - 
demişdi, generalınsa asqırağının arası kəsilməmişdi. – «…Doqquzuncu dəfə 
asqıranda, daha heç nə demədim – onun pörtüb köpürmüş sifətindən, yaşla dolu, 
bərəlmiş gözlərindən, o dünyanın dibindən mənə zillənmiş kinli baxışlarından 
qorxdum, canı çıxan kaftar heyvanın dili kimi çölə pırtlayan dilini gördüm və 
gözümün qabağında baş verən bu ölüm səhnəsində, günahsızlığımı sübut edəcək 
heç bir şahidin olmadığından xoflanıb cəld otaqdan sürüşmək qərarına gəldim – 
axı, yanımızda bircə nəfər belə yox idi. Tez qaçıb canımı qurtarmaq istəyirdim ki, 
o, asqırtıların arasından: «Ağciyər olmayın, general Rosendo Sakristan! Dinc 
durun, lənət şeytana, mən bir o qədər gic deyiləm ki, sizin yanınızda öləm!» - deyə 
çığırdı. Müdafiə naziri yerində donub qaldı, o isə həqiqətən ölümlə burun-buruna 
vurub, az qala huşunu itirə-itirə asqırmağına davam edirdi; qarşısında milyardlarla 
işıldaböcəyəbənzər qığılcımlar qaynaşırdısa da, o, bütün varlığıyla inanırdı ki, 
anası Bendisyon Alvarado belə bir biabırçılığa yol verməz, qoymaz ki, o, 
asqırmaqdan, hələ üstəlik tabeliyində olan bir adamın qabağında ölsün: «Eybi yox, 
biz hələ yaşayacağıq! Heç bir şey mənim qəddimi əyə bilməz!» 
Bu hadisədən sonra o, belə bir nəticəyə gəlmişdi ki, insanın ləyaqətsiz ölümünə 
şərait yaradan adamların arasında yaşamaqdansa, inəklərlə birgə ömür sürmək 
daha yaxşıdı. - «Niyə onlar hamılıqla təslim oldular?» O, Papa nunsisini (Roma 
Papasının nümayəndəsi) qəbul etməyi, onunla Allah haqqında höcətləşməyi ona 
görə tərgitdi ki, şokoladı körpə uşaq kimi qaşıqla içməyə məcbur idi və istəmirdi 
ki, nunsi bunu görsün; domino oynamağını da ona görə tərgitmişdi ki, qorxurdu, 
kiminsə ona yazığı gələr və oyunu ona qəsdən uduzar; heç kimi görmək istəmirdi, 
çünki özünü əməlli-başlı idarə edə bilmir, yastı dabanlarını sürüyə-sürüyə gəzirdi; 
ömrü boyu ayaqlarını beləcə sürüyə-sürüyə gəzməsinə baxmayaraq, indi bunu 
gizlətmək baş tutan iş deyildi; istəmirdi ki, qocalığını gizlədə bilmədiyini kimsə 
görsün; özünü, qayanın başındakı malikanədə sığınacaq hüququ qazanmış 
adamlardan yox, dustaq kimi saxladığı sonuncu bədbəxt diktatorların yerində – 
çarəsizlik uçurumunun kənarında hiss edərək, yaşından da utanmağa başlamışdı. 
Bu diktatorlar, dünyanı heyvərəlik taunuyla yoluxdurmamaq üçün orda - qayadakı 
sığınacaqda üzülürdülər; həmin o üzüntü hissini o, içəri həyətdəki hovuzda – 
müalicəvi suyun içində tək-tənha uzanıb mürgülədiyi həmin uğursuz gün duydu və 
 
162

öz gücsüzlüyündən iyrəndi: «Səni yuxuda gördüm, ana… gördüm ki, çiçəkləri 
başımın üstündə pardaqlanan badam ağacının yarpağı üstə oturub cırıldayan 
cırcıramaları sən yaratmısan, nəğməkar sarıköynəklərin alabəzək səslərini, öz 
fırçanla sən rəngləmisən… amma mən, bağırsaqlarımın qəfil ifrazatından ayıldım, 
ana, bu biabırçı, murdar suların, gücsüz qəzəbin içində ayıldım: bu murdar sularda 
oreqano və malvaların ətirli ləçəkləri, portağal ağacından tökülən ləçəklər üzürdü; 
ikotea tısbağaları, sevinə-sevinə, içalatımdan püskürən qızılı məhlula sarı 
üzürdülər, bax belə ana!» - o qartımış bədəninin bu hərəkətinə, yaşının başqa 
iyrəncliklərinə də dözdü, xidmətçilərin sayını da bu məqsədlə lap azaltdı ki, bu 
sayaq murdar vəziyyətlərinin – gündə bir hoqqanın şahidi olmasınlar, bir sözlə, 
başını nəm dəsmalla sarıyıb, heysiz ümidsizliyi içində üzülə-üzülə, divarlara 
söykəndiyini, mal çibinlərindən bezib dözülməz baş ağrılarından ağlını itirib, 
kimsəsiz iqamətgahda veyilləndiyini heç kəs görməsinlər; başının ağrıdığı haqda o 
öz şəxsi həkiminə belə, heç nə demədi, çünki bilirdi ki, bu ağrı da qocalıqdandı; 
ağrı hissi, ilk əvvəl ona ağrı duyumuyla gəlirdi, ona, səmada tufanqabağı buludlar 
görünməmişdən əvvəl guruldayan şimşək çaxıntılarıyla yaxınlaşırdı; onda o, əmr 
eləyirdi ki, onu heç kəs narahat eləməsin; bir qədər sonra isə - ağrı gicgahlarını 
oymağa başlayanda, o, qışqırırdı ki, nə olur-olsun, evə heç kəsi buraxmasınlar; 
beyni, içindəki polad turniketin dönüşündən dağılmağa başlayanda isə o, bağırırdı 
ki, Allahın özü göydən yerə düşsə belə, heç kəsi evə buraxmasınlar. - «Lap ölsəm 
belə, buralara bir kəs buraxılmasın!» 
Ağrı onu qəddar bir inadla, bir anlıq da olsa, nəfəsini dərməyə qoymadan, 
yandırıb-yaxır, Qiyamət gününün ümidsizliyinə qapılmağa belə, imkan vermirdi; 
amma elə ki, leysan yağışı tökürdü, ağrı ram olurdu, onda o, bizi yanına çağırırdı; 
belə məqamlar o, elə görünürdü, elə bil dünyaya təzədən gəlmişdi; televizorun 
qabağında, yemək stolunun arxasında otururdu; biz ona şam yeməyi verirdik; 
lobyalı bekon bozartması, sürtgəcdən keçirilmiş kokos və qızardılmış banan – bu 
yaşda adam üçün ağlagəlməz yeməklər! Amma şam yeməyinə çox vaxt əl 
dəyilmirdi, o, Nuh əyyamından qalma televizya filminə baxırdı; bu filmin, 
televiziyanın xüsusi kanalıyla təkrar-təkrar verilməsi, özü də tələsiklikdən lentin 
baş-ayaq getməsi, dövlət işlərində nə isə xoşagəlməz vəziyyət yarandığından xəbər 
verirdi; o, hökumətin, yenə nəyisə açıq-aşkar ört-basdır etməklə məşğul olduğunu 
anlayır: «Bu nə hoqqadı, bunlar çıxarar?» - deyə deyinir və elə o dəqiqə də özünü 
inandırdı ki, ondan heç nə gizlədə bilməzlər, əgər ciddi bir şey olsaydı, çoxdan 
bilərdi; bu fikirlərlə tək-tənha otura-otura o, şam yeməyini də soyudurdu, kilsə 
saatının zəngləri saat səkkizi vuranda isə, uzun müddətdən bəri axşam saatlarında 
elədiyi kimi, ayağa qalxıb nimçədəki yeməkləri unitaza boşaldırdı ki, düşdüyü bu 
miskin vəziyyətindən heç kəs xəbər tutmasın; mədəsi daha heç nə götürmürdüsə 
də, çalışırdı camaat elə bilsin ki, o, elə əvvəlki adamdı, şanlı çağların əfsanələrinin 
təsvir elədiiyi həmin adam bu əfsanələrlə də təsəlli tapır, özünə qarşı duyduğu 
nifrətdən, bədəninin hər növbəti pozğun nömrəsindən sonra içini bürüyən ikrah 
hissini bununla dağıdırdı; artıq zorla yaşadığını unutmağa çalışır, özünü, 
ayaqyolunun divarlarında: «Yaşasın general! Yaşasın əsl kişi!» - sözlərinin, 
özünün yazdığın unutdurmağa, bir gecədə üç qadınla üç dəfə olmaq üçün gizli 
türkəçarə dərmanını içdiyini, sonra bu səfehliyinə görə acı gücsüzlüyün göz 
 
163

yaşlarını tökdüyünü yaddan çıxarmağa çalışır, bütün bu biabırçılıqlara görə 
ayaqyolunda oturub suaxıdanın qulpundan yapışaraq: «Anam, ürəyim, Bendisyon 
Alvarado, nifrət elə mənə, öz yanar suyunda pak elə məni!» - deyib ağlayırdı. Bir 
də bu biabırçılığın kökü ona bəlliydi; dəfələrlə uğursuzluğa düçar olmasının səbəbi 
də ona məlum idi; o, yaxşı başa düşürdü ki, hər şeyin günahı, həmişəki kimi kişilik 
gücsüzlüyü yox, sevgisizliyi idi – dostunun – baş nazirin ona dürtüşdürdüyü 
qadınlardan, azca da olsa, soyuq olmayan qadınların çatışmamazlığı idi. – «O, bu 
qadınları mənim üçün, qonşuluqdakı qızlar məktəbi bağlanandan sonra göndərirdi: 
«Bu cananların, sanki sümüyü yox idi». – «Məxsusi sizinçün, mənim generalım!» 
Bu qadınlar, təyyarəylə Amsterdam vitrinlərindən, Budapeşt kino festivallarından, 
Aralıq dənizinin İtaliyadakı mavi sahillərindən gətirilirdi. – «Bir baxın, general, bu 
möcüzəyə tamaşa edin! Bunlar, dünyanın ən gözəl qadınlarıdı!» Bu qadınlar onu, 
yarıqaranlıq, kimsəsiz kabinetində, utancaq nəğmə müəllimi pozasında gözləyir, 
ustalıqla soyuna-soyuna, gözəl bədənlərini onun tamaşasına təqdim edirdilər, 
çimərlik paltarlarının cizgiləri, bal rənginə çalan isti dərilərində, fotoyla çap 
olunmuş kimi görünürdü; onlar, nanəli diş tozu və çiçək losyonu ətri saçan 
bədənləriylə məxmər üzlü divanda, beton parçasına oxşayan nəhəng öküzün 
yanında uzanırdılar. – «O isə heç cür formasını əynindən çıxartmaq istəmir, 
soyunmağı ağlına belə gətirmirdi. Mən o qədər çalışdım, daha nə hoqqalar 
çıxarmadım?! Xeyri olmadı ki, olmadı!» 
- «Bu gözəl, soyuq, ölü balığın zarafatları məni boğaza yığdı, ona dedim ki, daha 
bəsdi, qızım, sən rahibəliyə getsən, pis olmaz!» Hə, haqları ən yüksək qiymətlərlə 
ödənilən bu yadelli gözəllərlə belə alındı; amma günlərin bir günü, axşam saat 
səkkiz radələrində o, saray camaşırxanasında əsgər ağları yuyan qadına rast gəldi 
və bircə həmləyə onu boş təknəyə yıxdı; qadın, vurnuxub aradan çıxmaq istədi və 
qorxa-qorxa özünə haqq qazandıra-qazandıra: «Bu gün bacarmaram, general. 
Üzürlü səbəbim var.» - dedisə də, o, heç nə eşitmirmiş kimi, qadının belini əyib, 
üzünü paltar yuyulan taxtaya elə dirədi ki, yazıq qadının kürəyi xırçıldadı, arvad 
inildəyib: «Siz lap vəhşisiniz ki, general?!.. Yəqin bunu eşşəklərdən öyrənmisiz!» - 
dedi; bu inilti ona, ətrafında dolaşan peşəkar yaltaqlarının ən təmtəraqlı 
mədhiyyələrindən daha çox ləzzət elədi, odu ki, bu qadına, gələcək uşaqları tərbiyə 
etməsi üçün ömürlük müavinət təyin elədi; bir müddətdən sonra isə inəklərə gecə 
yeməyi hazırlaya-hazırlaya, yenə də: «Ah, yanvar Ayı!» mahnısını oxumağa 
başladı; o oxuyur, ölümü haqqında qətiyyən fikirləşmirdi, dəqiq bilirdi ki, 
həyatının son gecəsində belə, zəiflik göstərməyəcək; inəkləri bir-bir sayıb özü-
özünə: «Sən – zülmət yollarımın nurusan, sən – dan ulduzusan…» - mahnısını 
oxudu. İki dəfə sayandan sonra bildi ki, inəklərin dördü çatmır və saraya yollandı, 
burda vitse-kral dövründən asılqanların üstündə yatan bütün toyuqları saydı, quş 
qəfəslərinin örtüklərini çıxarıb, onları da saydı – «qırx səkkiz.» Sonra inəklərin gün 
ərzində sarayda veyillənə-veyillənə yerə tökdükləri quru peyinləri yandırdı; yanıq 
mal peyininin iyi və tüstüsü, yenə həmişəki kimi, uşaqlıq xatirələrini oyatdı; bu 
dəfəki görüntülər ani və dumanlı deyildi, əksinə, çox aydın idi; o, yaylaqdan əsib 
gələn bumbuz küləyinin soyuğundan titrəyən bədəniylə anası Bendisyon 
Alvaradonun əlindən tutub dayanmışdı… anası, iliyinəcən tir-tir əsən oğlunu 
 
164

yedizdirmək üçün, zibillikdə eşələnən quzğunların dimdiyindən asılmış qoyun 
içalatını çəkib çıxartdı...  
Saat on biri vurdu və o, dəhlizin, boş otaqların işıqlarını söndürməyə başladı; çırağı 
əlinə alıb, sarayı bir də başdan-başa dolaşdı, on dörd güzgüdə on dörd dəfə öz 
əksini – əlində yanar çıraq olan on dörd eyni generalı gördü; güzgülərdən birinin 
dərinliyində - konsert salonunda, gözləri arxaya diyirlənmiş, ayaqları yuxarıya 
uzanmış inəyə sataşdı və o: «İnək, inək! - deyə çağırdı, sonra öz-özünə - Bu necə 
şeydi?.. Deyəsən bu, ölüb axı?!..» - dedi. Sonra mühafizəçilərin yataq otağına getdi 
ki, indicə güzgüdə ölü inək gördüyünü onlara desin: – «Sabah sübh tezdən mütləq 
onu burdan rədd eləmək lazımdı, yoxsa burda, qanadlı əjdahaların əlindən 
tərpənmək olmyacaq!» Bu əmri verən kimi, çırağı əlinə alıb, çatışmayan o biri üç 
inəyi də birinci mərtəbədə axtarmağa başladı; onları ayaqyollarında, stolların 
altında, hər güzgünün içində axtardı, sonra bir mərtəbə də yuxarı qalxdı, orda da 
bütün otaqlara baş çəkib inəkləri aradısa da, adını çoxdannan unutduğu hansısa 
rahibənin çarpayısında, çəhrayı naxışlı örtüyün altında kürt yatan qırt toyuqdan 
savayı heç yerdə heç nəyə rast gəlmədi, sonra adəti üzrə, yuxudan əvvəl udduğu bir 
qaşıq balını yeyib, bankasını öz yerinə - gizli divar mücrüsünə qoyanda, orda 
saysız-hesabsız yazılı kağızlarından birini tapdı; kağızda, görkəmli şair Ruben 
Darioyla bağlı hansısa əlamətdar tarix yazılmışdı; Allah onun o dünyadakı yerini 
uca eləsin! Kağızı oxudusa da, heç nə anlamadı, onu bürmələyib əvvəlki yerinə 
qoydu və dua elədi: «Atamız, göylərin sehrkar hakimi, aeroplanları havada, 
gəmiləri dənizdə saxlayan...» və beləcə, yuxusuzluq zilləti içində dua eləyə-eləyə 
yeridi, mayakın son, ani yaşıl şəfəqləri, son yaşıl işıq seli onun nəhəng fil 
ayaqlarını işıqlandırdı; satdığı dəniz üçün ağı deyən küləklərin vıyıltısını, zamanın 
xəyali uzaqlıqlarında, Allahın ehtiyatsızlığı ucbatından, az qala kürəyinə bıçaq 
sancılacaq hansısa toy gəzintisinin musiqisini eşitdi... və birdən, azmış inəyə rast 
gəlib yolunu kəsərək: «İnək, ay inək, çıx get burdan!» - deyə, heyvanı yolundan 
qaytarıb, yataq otağına sarı yeridi; iyirmi üç pəncərənin hər birindən, dənizindən 
məhrum edilmiş şəhərin işıqlarını gördü; bütün pəncərələrdən onu, şəhər içinin 
xəlvət yerlərinin bürkülü iyləri vurdu… minlərlə adamın sirli nəfəsi – şəhərin 
nəfəsi gəlirdi; bütün pəncərələrdən iyirmi üç dəfə, adı xalq olan bu nəhəng, 
ölçüyəgəlməz okeanın böyük və qorxunc dəyişikliyini, həmişəkikimi, yeni 
qüvvəylə hiss elədi; xalqı – əli ürəyinin üstə, xəyallar qoynuna qərq olmuş 
vəziyyətdə təsəvvür eləyirdi; sən demə, onun – öz generalını guya hamıdan çox 
sevənlərin nifrəti necə dərin ola bilirmiş! Axı onun üçün, müqəddəs adamlar üçün 
edilən kimi, şam yandırırdılar, adını, doğan qadınların, ağır yüklərindən rahat 
qurtarması naminə çəkirdilər ki, ölüm yatağında olan qadınlardan ölüm uzaqlaşsın, 
amma həm də, onu doğana lənət yağdırırdılar… onun qədim somnambulik* 
limuzininin, güllə keçirməyən şüşəsindən iquana kimi qəmli gözlərini, hüznlü 
dodaqlarını, qız əli kimi incə əlini görəndə, anasını lənətləyirdilər… uzunboğaz 
çəkməsinin palçıqda yeri qalan izini öpürdülər, sonra da arxasınca lənət 
yağdırırdılar; şəhərin hər patiosundan, kimsəsiz iqamətgahın laqeyd 
pəncərələrindən çölə süzülən solğun işıqlar görünəndə, bir ağızdan ona ölüm 
diləyirdilər; «Bizi heç kəs sevmir…» - deyə o, köksünü ötürüb, rəhmətlik quş 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin