Q Ə t n a m ə 06 yanvar 2015-ci IL Şəki şəhərində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı



Yüklə 164.53 Kb.
Pdf просмотр
tarix31.01.2017
ölçüsü164.53 Kb.

 

 

 



İş № 2(107)-92/2015 

surət 

 

Azərbaycan Respublikası аdındаn 



Q Ə T N A M Ə 

06 yanvar 2015-ci il                                                                                              Şəki şəhərində 



    Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı 

 

Hаkimlər Səlimov Hümbət Qаmunа oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu 



və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə,   

məhkəmə iclas katibi Hünmətov Zaur  Adil oğlunun katibliyi, 

İddiаçı Rəşidov Sahil Faiq oğlunun iştirakı ilə,  

 

Göyçay  Rayon  Məhkəməsinin  22  sentyabr  2014-cü  il  tarixli  2(046)-1148/2014  nömrəli 



qətnaməsindən  iddiаçı  Rəşidov  Sahil  Faiq  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  üzrə  işə 

açıq məhkəmə iclasında baxaraq, 

 

m ü ə y y ə n   e t d i :  

Göyçay  Rayon  Məhkəməsinin (hakim Elxan  Babayev)  22 sentyabr 2014-cü il tarixli 2(046)-

1148/2014  nömrəli  qətnaməsi  ilə,  iddiaçı  Rəşidov  Sahil  Faiq  oğlunun  cavabdeh  Hacıyev  Fizuli 

Abdulla oğluna qarşı «cаvаbdeh Hacıyev Fizuli Abdulla oğlunun qanunsuz hərəkətləri nəticəsində ona 

vurulmuş 500 (beş yüz) manat məhv edilmiş taxıl məhsuluna çəkilmiş xərc üçün maddi zərərin, 1500 

(min  beş  yüz)  manat  əldən  çıxmış  faydanın,  150  (yüz  əlli)  manat  hüquqi  yardım  üçün  ödənilmiş 

məbləğin, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 2500 (iki min beş yüz) manat mənəvi zərərin 

cəmi  4680  (dörd  min  altı  yüz  səksən)  manat  məbləğində  pulun  cavabdeh  Hacıyev  Fizuli  Abdulla 

oğlundan  tutularaq,  onun  xeyrinə  ödənilməsi»  tələbinə  dair  iddiasının  əsassız  hesab  edilərək  rədd 

edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiаçıyа аid edilməsi qət edilmişdir. 

 

İşin halları  

İddiaçı  Rəşidov  Sahil  Faiq  oğlu  cavabdeh  Hacıyev  Fizuli  Abdulla  oğluna  qarşı  «maddi  və 

mənəvi  zərərin  ödənilməsi»  tələbinə  dair  iddia  ərizəsi  ilə  Göyçay  Rayon  Məhkəməsinə  müraciət 

edərək, cаvаbdeh Hacıyev Fizuli Abdulla oğlunun qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 500 

(beş yüz) manat məhv edilmiş taxıl məhsuluna çəkilmiş xərc üçün maddi zərərin,  1500 (min beş yüz) 

manat əldən çıxmış faydanın, 150 (yüz əlli) manat hüquqi yardım üçün ödənilmiş məbləğin, 30 (otuz) 

manat  ödənilmiş  dövlət rüsumunun, 2500 (iki  min beş  yüz) manat mənəvi  zərərin  cəmi  4680 (dörd 

min  altı  yüz səksən)  manat məbləğində pulun cavabdeh Hacıyev Fizuli  Abdulla  oğlundan tutularaq, 

onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

Birinci  instansiya  məhkəməsinin  məhkəmə  iclasında  iddiaçı  Rəşidov  Sahil  Faiq  oğlu  iddia 

tələbini müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-

ci il tarixli 45 saylı qərarı ilə Göyçay rayonu Bığır kəndi ərazisində atası Rəşidov Faiq Sədulla oğluna 

və ailə üzvlərinə JN-449 saylı Dövlət aktı ilə 1.93 ha pay torpaq sahəsi, qardaşı Rəşidov Mehrab Faiq 

oğluna JN-450 saylı Dövlət aktı ilə 0.32 ha pay torpaq sahəsi, qardaşı Rəşidov Həkim Faiq oğluna JN-

451  saylı  Dövlət  aktı  ilə  0.32  ha  pay  torpaq  sahəsi  verilmişdir.  Qardaşları  özlərinə  məxsus  torpaq 


 

 

 



sahəsindən  istifadə  etmədiklərinə  görə,  onlarla  şifahi  razılaşmaya  əsasən,  bötövlükdə  ailə  üzvlərinə 

məxsus  olan  torpaq  sahəsinin  1.26  ha  hissəsində  hər  il  buğda  məhsulu  əkir,  həmin  sahədən  orta 

hesabla 40-50 sentner məhsul yığmışdır. 2013-cü ilin payız fəslində, əvvəlki illərdə olduğu kimi, pay 

torpaq  sahəsinə  buğda  məhsulu  əkmişdir.  Belə  ki,  dövlət  tərəfindən  taxıl  məhsulu  əkmək  üçün 

sahibkarlara  verilən  yardımdan  o  da  yararlanmış,  plastik  kart  vasitəsi  ilə  100  (yüz)  manat  yardım 

almışdır. Sahibkarlar üçün verilən 100 manatdan əlavə, öz vəsaiti hesabına 1.26 ha pay torpaq sahəsinə 

şumlama,  malalama  işləri  aparmış,  toxum  alaraq  taxıl  məhsulu  əkdirmiş,  əkin  sahəsinə  alağa  qarşı 

dərman,  məhsuldarlığın  artırılması  üçün  gübrə  səpdirmişdir.  Taxıl  məhsulu  əkmək  üçün pay  torpaq 

sahəsinə  100  manatdan  əlavə  400  manat  pul  xərcləmişdir.  Yaz  ayları  yağmurlu  keçdiyindən 

məhsuldarlıq bol olmuş, təxminən 40-50 sentner taxıl yığımının mümkünlüyü müəyyən olunmuşdur. 

Əvvəllər  bir  neçə  dəfə  həmkəndlisi  Hacıyev  Fizuli  Abdulla  oğluna  məxsus  iribuynuzlu  heyvanlar 

sahibi  tərəfindən  nəzarətsiz  buraxılmış,  onun  buğda  məhsulu  əkdiyi  sahəyə  girmiş  və  ziyan 

vurmuşdur.  Dəfələrlə  cavabdehə  nəzarətsiz  buraxdığı  iribuynuzlu  heyvanların  onun  əkdiyi  buğda 

məhsulu  sahəsinə  girib,  ziyan  vurduğunu  xəbardar  etmiş  və  iribuynuzlu  heyvanları  ümumi  sürü  ilə 

birlikdə çoban nəzarəti altında otlaq sahəsinə aparmağı təklif etmişdir. Lakin cavabdeh onun sözlərinə 

məhəl qoymamışdır. Cavabdehə məxsus iribuynuzlu heyvanların dəfələrlə buğda məhsulu əkdiyi pay 

torpaq  sahəsinə  girməsi  barədə  Göyçay  rayon  İHB-nın  Bığır  kənd  inzibati  ərazi  dairəsi  üzrə 

nümayəndəliyə müraciət etməsinə baxmayaraq, ərazi nümayəndəlikdən iribuynuzlu heyvanların sahibi 

nəzarətsiz  olduğundan  heyvanların  buğda  məhsulu  sahəsinə  ziyan  vurduğunu  bildirdiyini  ona 

demişlər. Sonuncu dəfə, yəni 01 iyun 2014-cü il tarixdə bol məhsul vermiş taxıl sahəsində biçinə bir 

neçə  gün qalmış  həmkəndlisi  Şamilov Nazir  Şamil  oğlu  ilə birlikdə  sonuncuya məxsus  avtomobillə 

Göyçay  şəhərindən  qayıdarkən,  buğda  məhsulu  əkdiyi  pay  torpaq  sahəsinə  getmişdir.  Həmin  vaxt 

cavabdeh Fizuli Hacıyeva məxsus 10 baş iribuynuzlu heyvanın onun buğda məhsulu əkdiyi pay torpaq 

sahəsində  olduğunu  görmüşdür.  İribuynuzlu  heyvanlar  onun  pay  torpaq  sahəsində  əkdiyi  buğda 

məhsulunun  80-90  faizini  məhv  etmişdir.  O,  iribuynuzlu  heyvanları  cavabdehin  yaşadığı  evə 

aparmışdır.  Fizuli  Hacıyev  evdə  olmadığından  iribuynuzlu  heyvanları  cavabdehin  həyat  yoldaşına 

təhvil  verərək,  iribuynuzlu  heyvanların  onun  buğda  məhsulu  əkdiyi  pay  torpaq  sahəsinə  ziyan 

vurduğunu demişdir.  Sonradan cavabdehdən  iribuynuzlu heyvanların onun buğda sahəsinə  vurduğu 

ziyanı  ödəməsini  tələb etsə də,  cavabdeh  imtina  etmişdir. Cavabdeh  Fizuli  Hacıyev  sonralar Rusiya 

Federasiyasına  getmişdir.  Bir  müddət  sonra,  buğda  məhsulu  əkdiyi  pay  torpaq  sahəsinə  getdikdə, 

torpaq  sahəsində  buğda  məhsulunun  məhv  edildiyini  görmüşdür.  Cavabdeh  Hacıyev  Fizuli  Abdulla 

oğlunun barəsində Göyçay rayon  Polis  Şöbəsinin  Bığır  kəndi üzrə  sahə  müvəkkilinə, Göyçay  rayon 

İHB-nın  Bığır  kənd  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəliyinə,  Bığır  kənd  Bələdiyyəsinə  ərziə  ilə 

müraciət  etmişdir.    Ərizə  ilə  müraciət  etdiyi  orqanlar  tərəfindən  pay  torpaq  sahəsinə  baxış 

keçirilməmiş, cavabdehə məxsus iribuynuzlu heyvanların buğda məhsulu əkdiyi sahəyə ziyan vurulma 

barədə  akt  tərtib  edilməmişdir.  Bığır  kənd  Bələdiyyəsi  tərəfindən  onun  müraciətinə  baxılmamış, 

Göyçay rayon Polis Şöbəsi və inzibati ərazi nümayəndəliyindən ona ünvanlanmış məktublarda ziyanın 

ödənilməsi  tələbinə  dair  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət  etməyi  tövsiyyə  olunmuşdur. 

Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun maddi vəziyyəti xeyli ağırlaşmış, xərclədiyi pullar 

hədər getmiş,  taxıl  əkinindən nəzərdə tutduğu  faydadan məhrum olmuşdur.  Bu hallar onu daim çox 

ağır mənəvi iztirablar və sarsıntılar keçirməyə məruz qoymuşdur. Belə ki, gecə-gündüz ailənin necə, 

nə  ilə  dolandıracağı  barədə  onu  bir  an  belə  tərk  etməyən  fikirlər  nəticəsində  psixoloji  durumu 

pisləşmiş,  həddən  artıq  əsəbi  olmuşdur.  Cavabdeh  tərəfindən  500  manat  məbləğində  maddi  zərər 

vurulmuş, həmçinin hüquqi yardım üçün 150 manat pul xərcləmək məcburiyyətində qalmışdır. Fizuli 

Hacıyev  tərəfindən  ona  vurulmuş  zərər  nəticəsində  əldən  çıxmış  fayda  1500  manat  təşkil  edir.  (50 

sentner  buğda-bazar  qiyməti  ilə  5.000  x  0.30  manat  =  1500)  Fizuli  Hacıyevin  qanunsuz hərəkətləri 

nəticəsində ona 2500 manat mənəvi zərər vurulmuşdur. Cavabdeh ona dəymiş ziyanı ödəmədiyindən, 

məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunması barədə 

qətnamə çıxarılmasını xahiş etmişdir. 



 

 

 



Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi Mustafayev İlqar 

Seyfulla oğlu iddia tələbini müdafiə edərək, iddiaçı Rəşidov Sahil Faiq oğlunun izahatına oxşar eyni 

məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş 

etmişdir. 

Birinci  instansiya  məhkəməsinin  məhkəmə  iclasında  cavabdeh  Hacıyev  Fizuli  Abdulla  oğlu 

iddianı  qəbul  etməyərək  izahatında  göstərmişdir  ki,  onun  təsərrüfatında  olan  10  baş  iribuynuzlu 

heyvanları naxıra,  yəni naxıra  gedən çobana  təhvil verir.  Hər gün  kənd  sakinlərindən 3 nəfər  naxıra 

aparılan  iribuynuzlu  heyvanlara  nəzarət  edərək,  kəndin  kənarındakı  dağlıq  ərazidə  iribuynuzlu 

heyvanları otlaq sahəsində otarır, axşam tərəfi  isə iribuynuzlu heyvanları kəndə gətirir. İstər 01 iyun 

2014-cü  il  tarixdə,  istərsə  ondan  əvvəlki  və  sonraki  vaxtlarda  onun  təsərrüfatında  olan  10  baş  iri 

buynuzlu  mal-qara  iddiaçının  və  qohumlarının  ümumi-birgə  mülkiyyətində  olan  torpaq  sahəsinə 

girməmişdir.  Onun  təsərrüfatında  olan  iri  buynuzlu  mal-qaranın  iddiaçıya  və  yaxın  qohumlarına 

məxsus  torpaq  sahəsinə  girməsi  barədə  istər  iddiaçı,  istərsə  də  Bığır  Bələdiyyəsi  və  Göyçay  rayon 

İHB-nın  Bığır kənd inzibati  ərazi  dairəsi üzrə nümayəndəliyi  tərəfindən ona,  ailə üzvlərinə məlumat 

verilməmiş  və  xəbərdarlıq  edilməmişdir.  İddiaçı  iddia  ərizəsində  guya  mülkiyyətindəki  torpaq 

sahəsindən 40-50  sentner məhsul  əldə edə biləcəyini iddia  edir. Halbuki bu il rayonda yaz-yay  fəsli 

quraqlıq  keçdiyindən  və  iddiaçının,  həmçinin  kənd  əhalisinin  əkin  sahələrinin  dəmyə  torpaqlarda 

yerləşdiyindən məhsul cox az olmuşdur. Qohumlarından 2 hektar torpaq sahəsində taxıl əkənlər cəmi 

100 kiloqram məhsul götürdükləri halda həmin kənddə yaşayan və taxıl əkən iddiaçının 40-50 sentner 

məhsul  götürə  biləcəyi  barədə  fikri  absurddur.  İddiaçının  mülahizəsinə  görə  onun  iribuynuzlu 

heyvanları taxıl sahəsinə ziyan vurmuşdur. Lakin taxıl sahəsindən 40-50 sentner məhsul götürəcəyini 

iddia edən iddiaçı həmin məhsulu biçdirməmişdir. İddiaçının göstərdiklərindən aydın olur ki, guya 40-

50 sentner taxıl məhsulunu 01 iyun 2014-cü il tarixdə 10 baş iribuynuzlu heyvan yemişdir. Bu fakt heç 

də həqiqətə uyğun deyil. Bundan başqa 01 iyun 2014-cü il tarixdə, iddiaçının göstərdiyi kimi biçinə bir 

neçə  gün qalmış  taxıl məhsulunun gövdəsi quru olur.  İribuynuzlu heyvan  adətən  taxılı  yaşıl olarkən 

yeyir, quru olan vaxt iribuynuzlu heyvan taxıl sahəsinə yaxınlaşmır. Beləliklə iddiaçının onun əkdiyi 

taxıl  məhsulunun  onun  iriubuynuzlu  heyvanları  tərəfindən  məhv  edilməsi  barədə  dəlilləri  tamamilə 

əsassızdır.  Göründüyü  kimi  iddiaçı  nəinki  ona  iribuynuzlu  heyvanları  tərəfindən  maddi  ziyan 

vurulmasını, həmçinin mənəvi zərər dəyməsini də təsdiq edən heç bir mötəbər sübutu iddia ərizəsinə 

əlavə  etməmişdir.  İddiaçı  guya  iribuynuzlu  heyvanların  ona  vurduğu  zərər  nəticəsində  psixoloji 

durumunun pisləşdiyini, həddən artıq əsəbi olduğunu göstərsə də bu faktı təsdiq edən sənədləri həkim 

rəyini, aparılmış müalicəni təsdiq edən tibbi sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bu səbəbdən 

iddia  tələbini  əsassız  hesab edir.  Məhkəmədən  iddianın  rədd  edilməsi  barədə qətnamə çıxarılmasını 

xahiş etmişdir. 

 

İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. 



Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən nаrаzı olаn iddiаçı Rəşidov Sahil Faiq 

oğlu apellyаsiyа şikаyəti vermişdir. 

 

Apellyasiya şikayətinin dəlilləri 

İddiаçı  Rəşidov  Sahil  Faiq  oğlu  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  qətnamə 

çıxarılarkən  birinci  instansiya  məhkəməsi  tərəfindən  maddi  və  prosessual  hüquq  normaları 

pozulduğundan  və  düzgün  tətbiq  edilmədiyindən  Göyçay  Rayon  Məhkəməsinin  qətnaməsi  ləğv 

edilməlidir.  Göyçay  rayon  Aqrar-İslahat  Komissiyasının  15.12.1998-ci  il  tarixli  45  Ns-li  Qərarı  ilə 

atası Rəşidov Faiq Sədulla oğlu başda olmaqla onların ailələrinin mülkiyyətinə 1,93 ha torpaq sahəsi, 

doğma  qardaşları  Rəşidov  Mehrab  Faiq  oğlunun  və  Rəşidov  Həkim  Faiq  oğlunun  hər  birinin 

mülkiyyətinə 0,32 ha torpaq sahəsi ayrılmış, hər bir torpaq sahəsi ilə bağlı müvafiq olaraq JN-449, JN-

450 və JN-451 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Qardaşları özlərinə 

məxsus  torpaq sahəsindən  istifadə etmədiklərinə  görə, onlarla şifahi  razılaşmaya  əsasən,  bötövlükdə 

ailə  üzvlərinə  məxsus  olan  torpaq  sahəsinin  1.26  ha  hissəsində  hər  il  buğda  məhsulu  əkir,  həmin 


 

 

 



sahədən  orta  hesabla  40-50  sentner  məhsul  yığmışdır.  2013-cü  ilin  payız  fəslində,  əvvəlki  illərdə 

olduğu kimi, pay  torpaq sahəsinə buğda  məhsulu  əkmişdir. Belə ki,  dövlət  tərəfindən  taxıl məhsulu 

əkmək üçün sahibkarlara verilən yardımdan o da yararlanmış, plastik kart vasitəsi ilə 100 (yüz) manat 

yardım almışdır. Sahibkarlar üçün verilən 100 manatdan əlavə, öz vəsaiti hesabına 1.26 ha pay torpaq 

sahəsinə şumlama, malalama işləri aparmış, toxum alaraq taxıl məhsulu əkdirmiş, əkin sahəsinə alağa 

qarşı  dərman,  məhsuldarlığın  artırılması  üçün  gübrə  səpdirmişdir.  Taxıl  məhsulu  əkmək  üçün  pay 

torpaq  sahəsinə  100  manatdan əlavə  400  manat  pul  xərcləmişdir.  Yaz ayları  yağmurlu  keçdiyindən 

məhsuldarlıq bol olmuş, təxminən 40-50 sentner taxıl yığımının mümkünlüyü müəyyən olunmuşdur. 

Lakin  bir  neçə  dəfə  Bığır  kənd  sakini  Hacıyev  Fizuli  Abdulla  oğluna  məxsus  iribuynuzlu  mal-qara 

sahibi tərəfindən nəzarətsiz buraxılmış, onun əkin sahəsinə girmiş, taxıla ziyan vurmuşdur. Dəfələrlə 

nəzarətsiz  qalmış  mal-qarası  tərəfindən  onun  əkin  sahəsinə  ziyan  vurulduğu  barədə  Fizuliyə 

xəbərdarlıq  etmiş,  ona  təklif  etmişdir  ki,  mal-qarasını  kəndlərinin  camaatı  kimi,  ümumi  sürü  ilə 

birlikdə çoban nəzarəti altında otarsın. Lakin, Fizuli Hacıyev onun bu sözlərinə məhəl qoymamışdır. 

Cavabdehə  məxsus  mal-qaranın  nəzarətsiz  buraxıldığından  müntəzəm  olaraq  taxıl  sahəsinə  ziyan 

vurulması barədə dəfələrlə Göyçay RİHB-nın Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 

müraciət  etməsinə  baxmayaraq,  vaxtaşırı  ziyan  vurulmasının  qarşısının  alınmasına  nail  ola 

bilməmişdir.  Nümayəndəlikdən  bildirilib  ki,  mal-qara  sahibi  heyvanların  qaçıb-getdiyini,  nəzarətsiz 

qalaraq ziyan vurduğunu bildirmişdir. Sonuncu dəfə 01,06.2014-cü il tarixdə bol məhsul vermiş taxıl 

sahəsində  biçinə  cəmi  bir  neçə  gün  qalmış  Bığır  kənd  sakini  Şamilov  Nazir  Şamil  oğlu  ilə  birlikdə 

sonuncuya məxsus avtomaşınla Göyçaydan qayıdarkən taxıl sahəsinə baş çəkmək istəmişdir. Sahəyə 

gəldikdə,  10  baş  iribuynuzlu  mal-qaranı  taxıl  sahəsindən  çıxarmış,  malların  arxasınca  getmiş  ki, 

görsün  kimin  malları  onun  taxılını  məhv  edib.  Nəticədə  həmin  mallar  cavabdeh  Fizuli  Hacıyevin 

evinin  darvazası  qarşısında  dayanmışlar.  Ev  sahiblərini  çağırdıqda,  cavabdehin  arvadı  və  bacısı 

darvazaya  gəlmiş,  malların  onlara  məxsus  olduğunu  təsdiqləmişlər.  Cavabdeh  F.Hacıyev  evdə 

olmadığından,  mal-qaranı  onun  həyat  yoldaşına  təhvil  verərək,  taxıl  sahəsinin  məhv  edildiyini 

bildirmişdir.  Bundan  sonra  ona  vurulmuş  ziyanın  ödənilməsini  Fizulidən  tələb  etmişdir.  Lakin, 

F.Hacıyev  ziyanı  ödəməkdən  imtina  etmiş,  onda  heç  bir  təqsirin  olmadığını,  mal-qaranın  təqsirkar 

olduqunu bildirmişdir. Bu hadisədən bir az sonra F.Hacıyev Rusiyaya çıxıb getmişdir. 

Daha  sonra  taxıl  sahəsinin hansı hissəsinin  salamat  qaldığını  yoxlamaq  üçün  sahəyə  gəlmiş, 

bütün sahəni gəzdikdən sonra müəyyən etmişdir ki, bütün taxıl məhv edilmişdir. Bu səbəblərdən taxıl 

sahəsinin Fizuli Hacıyevə məxsus mal-qara tərəfindən məhv edildiyi barədə şikayət ərizəsi ilə Göyçay 

RPŞ-nin Bığır kəndi üzrə sahə müvəkkilinə, Göyçay RİHB-nın Bığır kənd inzibati ərazi dairəsi üzrə 

Nümayəndəliyinə, Bığır kənd Bələdiyyəsinə müraciət etmişdir. Lakin, bu orqanlar tərəfindən sahəyə 

baxış  keçirilməmiş,  bütün  sahədə  taxılın  məhv  edildiyi  barədə  akt  tərtib  edilməmişdir.  Bığır  kənd 

Bələdiyyəsi  tərəfindən  F.Hacıyevə  məxsus  mal-qaranın  onun  taxıl  sahəsində  məhsulun  tamamilə 

məhv  edildiyi  barədə  onun  müraciətinə  ümumiyyətlə  heç  bir  reaksiya  verilməmiş,  ərizəsi  cavabsız 

qalmışdır.  Bundan  əlavə,  taxılın  məhv  edilməsilə  əlaqədar  onun  ərizəsi  ilə  bağlı  Göyçay  RİHB-nın 

Bığır kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin 17.06.2014-cü il tarixli 02 nömrəli məktubuna 

əsasən cavabdehin, ailəsi ilə söhbətlər aparılmış,  cavabdehin ailəsi isə malların qaçıb-getdiyini, buna 

qörə də kənar səxslərin taxıl sahəsinə malların ziyan vurduqlarından xəbərsiz olduqlarını bildirmişlər. 

Birinci instansiya məhkəməsi isə maddi hüquq normasının həm bu, həm də vurulmuş ziyanın 

ödənilməsilə  bağlı  digər  müddəalarını  nəzərə  almamış,  işin  faktiki  hallarını  düzgün 

qiymətləndirməmiş,  eyni  zamanda  prosessual  qanunvericiliyin  tələblərini  də  pozaraq,  qanunsuz 

qətnamə  çıxarmışdır.  Göyçay  Rayon  Məhkəməsi  iş  üzrə  maraqlı  olmayan  şəxsin  -  N.Şamilovun 

məhkəmədə bildirdiklərini nəzərə almamış, həmçinin iş materiallarında olan Göyçay RİHB-nın Bığır 

kənd  inzibati  ərazi  dairəsi  üzrə  Nümayəndəliyinin  17.06.2014-cü  il  tarixli  02  nömrəli  məktubunda 

göstərilənləri diqqətsiz qoymuşdur. Həmçinin, hazırki işin nəticəsilə bağlı heç bir marağı olmayan əsl 

şahid  N.Şamilovun  məhkəmə  iclasında  bildirdikləri  sözügedən  qətnamədə  təhrif  olunmuş  şəkildə 

qeyd  edilmişdir:  sahədən  çıxarıldıqdan  sonra  mal-qaranın  həqiqətən  cavabdehin  həyəti  tərəfə 



 

 

 



getdiyini,  cavabdehin  ailə  üzvlərinin  malların  özlərinə  məxsus  olduqlarını  təsdiqlədiklərini,  şahidi 

onun  kim  olduğu  sorğu-sualına  tutduqlarını  N.Şamilov  məhkəməyə  bildirsə  də,  məhkəmə  bunları 

nəzərə  almamış,  qətnamədə  isə  göstərmişdir  ki,  mal-qaranın  cavabdehin  qapısına  getdiyini  guya 

N.Şamilova o demişdir. Bunlar  azmış kimi, birinci instansiya məhkəməsi  hazırki  işin öz xeyirlərinə 

həll  olunmasında  bilavasitə  maraqlı  olan  şəxslərin-cavabdehin  və  məhkəmənin  təşəbbüsü  ilə  şahid 

qismində dindirilən cavabdehin arvadı Nəsibə Hacıyevanın izahatlarını əsas gətirərək, tamamilə yanlış 

olaraq  onun  taxıl  sahəsinin  cavabdehə  məxsus  mal-qara  tərəfindən  məhv  edildiyinin  sübuta 

yetirilmədiyi  qənaətinə  gəlmişdir.  Halbuki,  məhkəməyə  verdiyi  izahatlardan,  təqdim  etdiyi 

sənədlərdən də görünür ki, taxıl sahəsinə dəymiş ziyanla bağlı səlahiyyətli orqanlara müraciət etmiş, 

taxıl məhsulunun məhvi ilə, ona dəymiş ziyanla əlaqədar akt tərtib edilməsini tələb etmişdir. 

İddiаçı Rəşidov Sahil Faiq oğlu Göyçay Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il  tarixli 

2(046)-1148/2014 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsi barədə 

qətnamə çıxarılmasını xahiş etmişdir. 

 

Proses iştirakçılarının izahatları 

Məhkəmə  kollegiyаsının  iclаsındа аpellyаsiyа şikаyəti  verən  iddiаçı  Rəşidov  Sahil  Faiq  oğlu 

аpellyаsiyа şikаyətini müdаfiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun 

təmin  edilməsini,  Göyçay  Rayon  Məhkəməsinin  22  sentyabr  2014-cü  il  tarixli  2(046)-1148/2014 

nömrəli  qətnaməsinin  ləğv  edilməsini,  iddia  tələblərinin  tam  təmin  edilməsi  barədə  qətnamə 

çıxarılmasını xahiş etdi. 

Cavabdeh  Hacıyev  Fizuli  Abdulla  oğluna  və  iddiaçının  nümаyəndəsi  Mustafayev  İlqar 

Seyfulla  oğluna  məhkəmə  iclasının  vaxtı  və  yeri  barədə  lazımi  qaydada  xəbərdar  olunmalarına 

baxmayaraq  məhkəmə  kollegiyasının  iclasına  gəlməmişlər.  Məhkəmə  kollegiyası  Azərbaycan 

Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün 

hesab etmişdir.               

 

Hüquq məsələləri 

Azərbаycаn  Respublikаsı  Mülki  Prosessuаl  Məcəlləsinin  372.1-ci  mаddəsinə  əsаsən 

аpellyаsiyа  instаnsiyаsı  məhkəməsi  tаm  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olаn  və  əlаvə  təqdim 

olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 

Mülki  Prosessuаl  Məcəllənin  372.6-cı  mаddəsinə  əsаsən  аpellyаsiyа  instаnsiyаsı  məhkəməsi 

birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə 

edilən  hissəsi  üzrə,  şikаyət qərаrın  ləğv edilməsinə  yönəldikdə və  yа  аpellyаsiyа  şikаyətində  və onа 

etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır.  

Mülki  Prosessuаl  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  аpellyasiya  instansiyası  məhkəməsi 

şikayətin  dəlillərindən  asılı  olmayaraq  məhkəmənin  maddi  və  prosessual  hüquq  normalarına  riayət 

etməsini yoxlayır.   

   

Məhkəmə  iclasında  iddiaçının  təşəbbüsü  ilə  şаhid  qismində  dindirilən  Şamilov  Nazir  Şamil 



oğlu  ifаdəsində  göstərdi  ki,  iddiaçı  Sahil  Rəşidovu  və  cavabdeh  Fizuli  Hacıyevi  tanıyır.  Atasına 

məxsus «Oka» markalı avtomobili o, idarə edir. Arabir iddiaçının xahişi ilə, iddiaçının buğda məhsulu 

əkdiyi  pay  torpaq  sahəsinə  idarə  etdiyi  avtomobillə  aparır.  01  iyun  2014-cü  il  tarixdə  iddiaçı  ilə 

birlikdə  iddiaçının  buğda  məhsulu  əkdiyi  pay  torpaq  sahəsinə  baxmağa  getmişlər.  Taxıl  sahəsində 

iribuynuzlu heyvanlar görmüşlər. İddiaçı iribuynuzlu heyvanı taxıl sahəsindən çıxarıb kənddə aparmış, 

o,  isə  idarə  etdiyi  avtomobillə  kənddə  gəlmişdir.  İddiaçı  Sahil  Rəşidov  ona  taxıl  əkdiyi  torpaq 

sahəsindən çıxardığı mal-qaranın cavadeh Fizuli Hacıyevin həyətinə tərəf getdiklərini demişdir. İddiaçı 

əlavə  olaraq  ona,  cavabdehin  arvadına  və  bacısına  təsərrüfatlarında  olan  mal-qaranın  taxıl  əkdiyi 

torpaq sahəsindən çıxardığını, gələcəkdə mal-qaranın taxıl əkdiyi torpaq sahəsinə girməsinin qarşısını 

almağı tələb etdiyini demişdir. 



 

 

 



Məhkəmənin  təşəbbüsü  ilə  məhkəmə  iclasında  şahid  qismində  dindirilən  Qurbanov  Elgünəş 

Ağabala  oğlu  ifаdəsində  göstərdi  ki,  o,  Göyçay  rayon  İHB-nın  Bığır  kənd  inzibati  ərazi 

nümayəndəsinin  müavini  vəzifəsində  işləyir.  01  iyun  2014-cü  il  tarixdə  iddiaçı  mobil  telefonla  ona 

zəng vurub, iri buynuzlu mal-qaranın onun taxıl əkdiyi torpaq sahəsinə girdiyini demişdir. O, iddiaçıya 

Bığır  kənd  inzibati  ərazi  nümayəndəsinə  müraciət  etməyi  bildirmişdir.  İstər  iddiaçının,  istərsə  də 

cavabdehin icra nümayəndəliyinə gəlməsini görməmiş və cavabdehin təsərrüfatında olan iri buynuzlu 

heyvanlarının iddiaçının taxıl sahəsinə girməsindən məlumatı olmamışdır. İcra nümayəndəsinin Bığır 

kənd  sakini  Rəşidov  Sahil  Faiq  oğluna  ünvanladığı  məktubun  məzmunu  ilə  tanış  olmadan,  icra 

nümayəndəsi  Ş.Behbudovun  təklifi  ilə  imzalamışdır.  Həqiqətəndə  əvvəllər  taxıl  yetişənədək,  taxıl 

sahələrinə bəzi kənd sakinlərinin iri buynuzlu mal-qarasının girməsi faktı olmuşdur. Son vaxtlar kənd 

sakinləri iri buynuzlu mal-qarasını naxırçıya təhvil verir. İcra nümayəndəsi Ş.Behbudov məzuniyyətdə 

olduğu üçün məhkəmə iclasına gələ bilməmişdir. 

Məhkəmənin  təşəbbüsü  ilə  məhkəmə  iclasında  şahid  qismində  dindirilən  Hacıyeva  Nəsibə 

Məhbud  qızı  ifаdəsində  göstərdi  ki,  cavabdeh  Hacıyev  Fizuli  Abdulla  oğlu  onun  həyat  yoldaşıdır. 

İribuynuzlu  heyvanları  naxıra  sürürlər.  01  iyun  2014-cü  il  tarixdən  əvvəl  və  sonra  iddiaçı  onların 

həyətinə  təsərrüfatlarında  olan  iribuynuzlu  heyvanları  gətirib,  ona  təhvil  verməmişdir.  İddiaçını 

tanımır. İstər o, istərsə də əri cavabdeh Fizuli Hacıyev Bığır Bələdiyyəsinə və Göyçay rayon İHB-nın 

Bığır kənd inzibati ərazi nümayəndəliyinə təsərrüfatlarında mal-qaranın taxıl əkilən torpaq sahələrinə 

girmələri ilə əlaqədar dəvət olunmamış və onlara xəbərdarlıq edilməmişdir.    

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpаğа mülkiyyət hüququnа dаir 

JN-449 sаylı, 40803018 kod №-li dövlət аktının  surətindən görünür ki, Göyçаy rаyon Aqrаr İslаhаtı 

Komissiyаsının 15 dekabr 1998-ci il tаrixli 45 sаylı qərаrı ilə Göyçay rayon Bığır kəndində Rəşidov 

Faiq  Sədulla  oğluna,  Rəşidova  Solmaz  Murad  qızınа,  Rəşidov  Mansur  Faiq  oğluna,  Rəşidov  Sahil 

Faiq oğluna, Rəşidova Mehriban Nəriman qızına və Rəşidova Aysel Mansur qızına cizgidə göstərilən 

sərhəd dаxilində 1,93 hа pay torpаq sаhəsi аyrılmışdır. 

 

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpаğа mülkiyyət hüququnа dаir 



JN-450 sаylı, 40803018 kod №-li dövlət аktının  surətindən görünür ki, Göyçаy rаyon Aqrаr İslаhаtı 

Komissiyаsının 15 dekabr 1998-ci il tаrixli 45 sаylı qərаrı ilə Göyçay rayon Bığır kəndində Rəşidov 

Mehrab Faiq oğluna cizgidə göstərilən sərhəd dаxilində 0,32 hа pay torpаq sаhəsi аyrılmışdır. 

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpаğа mülkiyyət hüququnа dаir 

JN-451 sаylı, 40803018 kod №-li dövlət аktının  surətindən görünür ki, Göyçаy rаyon Aqrаr Islаhаtı 

Komissiyаsının 15 dekabr 1998-ci il tаrixli 45 sаylı qərаrı ilə Göyçay rayon Bığır kəndində Rəşidov 

Həkim Faiq oğluna cizgidə göstərilən sərhəd dаxilində 0,32 hа pay torpаq sаhəsi аyrılmışdır. 

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon Bığır Bələdiyyəsinin 

25 avqust 2014-cü il tarixli 130 saylı məktubundan görünür ki, Göyçay rayonu Bığır kəndində islahat 

zamanı  Rəşidov  Sahil  Faiq  oğlunun  anası  və  qardaşlarına  JN  450,  451,  449  saylı  dövlət  aktlarına 

əsasən onlara 1.26 ha torpaq sahəsi verilmişdir. Sahil Rəşidov tərəfindən həmin torrpaq sahəsi hər il 

əkilir və hər hektarına 20-25 sentner məhsul götürülür. 

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay rayon Bığır Bələdiyyəsinin 

rəyindən görünür  ki,  Rəşidov  Sahil  Faiq  oğlu  kənddə aqrar islahat aparılan zaman onlara ailələri  ilə 

birlikdə 1.26 ha pay torpaq sahəsi verilmişdir. Sahil Rəşidov tərəfindən həmin torpaq sahəsində hər il 

taxıl əkini aparılır və kəndin ümumi məhsuldarlığına uyğun olaraq məhsul götürür. 2013-2014-cü ildə 

Sahil  Rəşidov  həmin  sahədə buğda  məhsulu  əkmişdir.  Taxıl  sahəsi  kəndin  yaşayış  sahəsindən  uzaq 

olduğu üçün bütün gün sahəni qorumaq çətindir. Bələdiyyə sədri və ərazi nümayəndəsi tərəfindən taxıl 

müvsümündə kənddə böyük təbliğat işləri aparılır və mal-qaranın naxıra sürülməsi tələb olunur. Buna 

baxmayaraq  bəzi  səhlənkar  kənd  sakinləri  iribuynuzlu  heyvanlarını  naxıra  sürmür  və  nəticədə 

iribuynuzlu heyvanlar taxıl sahələrinə ziyan vururlar.  

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 iyun 2014-cü il tarixli 02 saylı 

məktubun məzmunundan görünür ki, iddiaçı Sahil Rəşidov Göyçay rayon İHB-nın Bığır kənd inzibati 


 

 

 



ərazi  nümayəndəliyinə  ərizə  ilə  müraciət  edərək,  ümumi-birgə  mülkiyyətlərində  olan  taxıl  əkdiyi 

torpaq  sahəsinə  kənd sakini  Fizuli  Hacıyevin  təsərrüfatında olan  iri  buynuzlu  mal-qaranın  girdiyini, 

ona  ziyan  vurduğunu  və  bu  səbəbdən  Fizuli  Hacıyevin  və  ailə  üzvlərinin  nümayəndəliyə  dəvət 

edilərək,  iri  buynuzlu  heyvanlarının  taxıl  sahəsinə  buraxılmaması  barədə  söhbət  aparılmasını  xahiş 

etmişdir.  İddiaçının  ərizəsinə  əsasən  Fizuli  Hacıyevin  ailəsinə  mal-qaranı  nəzarətsiz  buraxmamaları 

barədə  söhbət  aparılmış,  Fizuli  Hacıyevin  arvadı  mal-qaranın  naxırdan  qaçıb  getdiyindən  xəbərsiz 

olduğunu demişdir. Həmin vaxtlar Fizuli Hacıyev işləmək üçün Rusiya Federasiyasına getmişdir.  

İş  materiallarında  olan  və  məhkəmə  iclasında  tədqiq edilən  Azərbaycan  Respublikası  Dövlət 

Torpaq və Xəritəçəkmə  Komitəsinin  Göyçay  rayon  Şöbəsinin  arayışından görünür  ki,  Rəşidov  Faiq 

Sədulla oğluna və 6 nəfər ailə üzvünün mülkiyyətinə JN 449 saylı Dövlət Aktı ilə 1.93 ha pay torpağı 

ayrılmış, dövlət aktında Rəşidov Sahil Faiq oğlunun adı, soyadı və ata adı olmamış, sonradan dövlət 

aktında düzəliş edilərək, Rəşidov Sahil Faiq oğlu yazılmışdır.  

İş  materiallarına  əlavə  edilmiş  Şəki  ərazi  kənd  təsərrüfatı  idarəsinin  178  nömrəli,  30  dekabr 

2014-cü  il  tarixli  məktubu  ilə  Şəki  Apellyasiya  Məhkəməsinə  göndərilmiş  hesablaşma  cədvəlindən 

görünür  ki,  1,26  hektar  torpaq  sahəsində  buğda  məhsulunun    yetişdirilməsi  üçün  xərclər  708,  52 

manat, satışdan daxil olan gəlir 834 manat, mənfəət isə 125,48 manat olur. 

Məhkəmə  kollegiyаsı  iddiaçını  dinləyib,  аpellyаsiyа  şikаyətinin  dəlillərini  iş  üzrə  toplаnmış 

sübutlаrlа  əlаqəli  şəkildə  tədqiq  edərək  hesab  edir  ki,  aşağıda  qeyd  edilənlərə  əsasən  apellyasiya 

şikayəti qismən təmin edilməlidir.    

İş  materialları  və  işin  faktiki  halları  ilə  müəyyən  edilir  ki,  iddiaçı  Rəşidov  Sahil  Faiq  oğlu 

cavabdeh  Hacıyev  Fizuli  Abdulla  oğluna qarşı  «maddi  və  mənəvi  zərərin  ödənilməsi»  tələbinə  dair 

iddia  ərizəsi  ilə  Göyçay  Rayon  Məhkəməsinə  müraciət  edərək,  cаvаbdeh  Hacıyev  Fizuli  Abdulla 

oğlunun  qanunsuz  hərəkətləri  nəticəsində  ona  vurulmuş  500  (beş  yüz)  manat  məhv  edilmiş  taxıl 

məhsuluna çəkilmiş xərc üçün maddi zərərin,  1500 (min beş yüz) manat əldən çıxmış faydanın, 150 

(yüz  əlli)  manat  hüquqi  yardım  üçün  ödənilmiş  məbləğin,  30  (otuz)  manat  ödənilmiş  dövlət 

rüsumunun, 2500 (iki min beş yüz) manat mənəvi zərərin cəmi 4680 (dörd min altı yüz səksən) manat 

məbləğində  pulun  cavabdeh  Hacıyev  Fizuli  Abdulla  oğlundan  tutularaq,  onun  xeyrinə  ödənilməsi 

barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

Göyçay  Rayon  Məhkəməsinin (hakim Elxan  Babayev)  22 sentyabr 2014-cü il tarixli 2(046)-

1148/2014 nömrəli qətnaməsi ilə iddia tələbi  əsassız hesab edilərək rədd edilmişdir.   

İddiаçı  Rəşidov  Sahil  Faiq  oğlu  qətnamədən  apellyasiya  şikayəti  verərək  Göyçay  Rayon 

Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli 2(046)-1148/2014 nömrəli qətnaməsinin ləğv edilməsini, 

iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.  

Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və 

düzgün  tətbiq  edilməməsi  barədə  apellyasiya  şikayətinin  dəlilləri  ilə  qismən  razılaşan  məhkəmə 

kollegiyası    qeyd  edir  ki,  hər  bir  hüquq  pozuntusu  sosial  mənada  ictimai  münasibətlərə  mənfi  təsir 

göstərdiyindən  zərər  (ziyan)  törədir.  Bu  baxımdan  zərər  sosial  və  hüquqi  aspektlərə  malikdir. Zərər 

yetirmə   şəxsin  və yaxud təşkilatın  subyektiv hüququnu pozur.  Bununla  yanaşı  mülki hüquqda zərər 

ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan 

obyektiv hüquqların pozulması ilə müşayiət olunur. 

 

Azərbаycаn Respublikаsı Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci 



mаddəsinə  görə  hüququ  pozulmuş  şəxs  pozulmuş  hüququnun  bərpası  üçün  çəkdiyi  xərcləri, 

əmlakından  məhrum  olması  ilə  əlaqədar  və ya hüququ pozulmasaydı,  əmlakı  zədələnməsəydi, onun 

adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. 

 

Zərər  dedikdə,  hüququ  pozulmuş  şəxsin  pozulmuş  hüqüqu  bərpа  etmək  üçün  çəkdiyi  və  yа 



çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə 

hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış 

fаydа) bаşа düşülür. 


 

 

 



“Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” 

Azərbаycаn  Respublikаsı  Konstitusiyа  Məhkəməsinin  31  mаy  2002-ci  il  tаrixli  qərаrının  nəticəvi 

hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin 

müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. 

Mülki  Məcəllənin  1096.1-ci  maddəsinin  tələbinə  görə,  mülki  hüquq  pozuntusu  (delikt) 

hüquqla  və  ya  qanunla  müdafiə  edilən  başqa  şəxsə  (zərərçəkənə)  birbaşa  ziyan  və  ya  zərər 

vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir 

(hərəkət və ya hərəkətsizlikdir).  

Mülki  Məcəllənin  1096.2-ci  maddəsinin  tələbinə  görə,  delikt  törətmiş  şəxs  mülki  hüquq 

məsuliyyəti daşıyır. 

Azərbаycаn  Respublikаsı  Mülki  Prosessuаl  Məcəllənin  76.1  və  76.2-ci  maddələrinə  əsasən  

tərəflərin  tələb  və  etirazlarını  əsaslandıran  halların  və  işi  düzgün  həll  etmək  üçün  əhəmiyyəti  olan 

başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa 

qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 

Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, 

səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 

İş  materiallarında olan    torpаğа  mülkiyyət  hüququnа  dаir  JN-449  sаylı,  40803018  kod  №-li 

JN-451  sаylı,  40803018  kod  №-li  və  JN-450  sаylı,  40803018  kod  №-li  dövlət  аktlarının  surəti  ilə 

müəyən  edilir   ki, Göyçаy  rаyon  Aqrаr İslаhаtı  Komissiyаsının 15 dekabr 1998-ci  il  tаrixli  45  sаylı 

qərаrı ilə  iddiaçının və ailə üzvülərinin mülkiyyətinə 1.26 ha torpaq sahəsi verilmişdir. Göyçay rayon 

Bığır  Bələdiyyəsinin  25  avqust  2014-cü  il  tarixli  130  saylı  məktubundan  məlum  olur  ki,  Göyçay 

rayonu Bığır kəndində islahat zamanı Rəşidov Sahil Faiq oğlunun anası və qardaşlarına JN 450, 451, 

449  saylı  dövlət  aktlarına  əsasən  onlara 1.26 ha torpaq  sahəsi  verilmişdir.  Sahil  Rəşidov  tərəfindən 

həmin torrpaq sahəsi hər il əkilir və hər hektarına 20-25 sentner məhsul götürülür. Göyçay rayon Bığır 

Bələdiyyəsinin  rəyindən  aydın olur  ki,  Rəşidov Sahil  Faiq oğlu kənddə aqrar  islahat aparılan zaman 

onlara ailələri ilə birlikdə 1.26 ha pay torpaq sahəsi verilmişdir. Sahil Rəşidov tərəfindən həmin torpaq 

sahəsində  hər  il taxıl  əkini aparılır və kəndin ümumi  məhsuldarlığına  uyğun  olaraq məhsul  götürür. 

2013-2014-cü ildə Sahil Rəşidov həmin sahədə buğda məhsulu əkmişdir. Taxıl sahəsi kəndin yaşayış 

sahəsindən  uzaq  olduğu  üçün  bütün  gün  sahəni  qorumaq  çətindir.  Bələdiyyə  sədri  və  ərazi 

nümayəndəsi tərəfindən taxıl mövsümündə kənddə böyük təbliğat işləri aparılır və mal-qaranın naxıra 

sürülməsi  tələb  olunur.  Buna  baxmayaraq  bəzi  səhlənkar  kənd  sakinləri  iribuynuzlu  heyvanlarını 

naxıra  sürmür  və  nəticədə  iribuynuzlu  heyvanlar  taxıl  sahələrinə  ziyan  vururlar.  İşdə  olan  17  iyun 

2014-cü il tarixli 02 saylı məktubun məzmunundan görünür ki, iddiaçı Sahil Rəşidov Göyçay rayon 

İHB-nın  Bığır  kənd  inzibati  ərazi  nümayəndəliyinə  ərizə  ilə  müraciət  edərək,  ümumi-birgə 

mülkiyyətlərində olan taxıl əkdiyi torpaq sahəsinə kənd sakini Fizuli Hacıyevin təsərrüfatında olan iri 

buynuzlu  mal-qaranın  girdiyini,  ona  ziyan  vurduğunu  və  bu  səbəbdən  Fizuli  Hacıyevin  və  ailə 

üzvlərinin  nümayəndəliyə  dəvət  edilərək,  iri  buynuzlu  heyvanlarının  taxıl  sahəsinə  buraxılmaması 

barədə söhbət aparılmasını xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən Fizuli Hacıyevin ailəsinə mal-

qaranı  nəzarətsiz  buraxmamaları  barədə  söhbət  aparılmış,  Fizuli  Hacıyevin  arvadı  mal-qaranın 

naxırdan qaçıb getdiyindən xəbərsiz olduğunu demişdir. Həmin vaxtlar Fizuli Hacıyev işləmək üçün 

Rusiya Federasiyasına getmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş 

Şamilov  Nazir  Şamil  oğlunun  ifadəsindən  məlum  olur  ki,  o,  hərdən atasına  məxsus  «Oka»  markalı 

avtomobillə  iddiaçını  sonuncunun  buğda  məhsulu  əkdiyi  pay  torpaq  sahəsinə    aparmışdır.  01  iyun 

2014-cü il tarixdə iddiaçı ilə birlikdə iddiaçının buğda məhsulu əkdiyi pay torpaq sahəsinə baxmağa 

getmişlər.  Taxıl  sahəsində  iribuynuzlu  heyvanlar  görmüşlər.  İddiaçı  iribuynuzlu  heyvanı  taxıl 

sahəsindən  çıxarıb  kənddə  aparmış,  o,  isə  idarə  etdiyi  avtomobillə  kənddə  gəlmişdir.  İddiaçı  Sahil 

Rəşidov ona taxıl əkdiyi torpaq sahəsindən çıxardığı mal-qaranın cavadeh Fizuli Hacıyevin həyətinə 

tərəf getdiklərini demişdir. İddiaçı əlavə olaraq ona, cavabdehin arvadına və bacısına təsərrüfatlarında 


 

 

 



olan mal-qaranın taxıl əkdiyi torpaq sahəsindən çıxardığını, gələcəkdə mal-qaranın taxıl əkdiyi torpaq 

sahəsinə girməsinin qarşısını almağı tələb etdiyini demişdir. 

Beləliklə  iddiaçının  və  ailə  üzvülərinin  mülkiyyətində  1.26  hektar  torpaq  sahəsinin  olması, 

onun  həmin  torpaq  sahəsində  buğda  məhsulu  əkib  becərməsi,  cavabdehin  mal-qarasının  iddiaçıya 

məxsus taxıl sahəsinə girib taxıl sahəsini məhv etməsi, iddiaçının oradan məhsul əldə edə bilməməsi 

işdə olan sübutlarla tam təsdiq edilir.  

Azərbаycаn  Respublikаsı  Mülki  Prosessuаl  Məcəllənin  9.1-ci  və  9.3-cü  mаddələrinə  əsаsən 

ədalət  mühakiməsi  çəkişmə,  tərəflərin  bərabərliyi  və  faktlar  əsasında  həyata  keçirilir.  Hakim  bütün 

hallarda  prosesin  çəkişmə  prinsipini  təmin  etməli,  öz  qərarını  yalnız  tərəflərin  çəkişmə  prinsipinə 

əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.  

Mülki  Prosessuаl  Məcəllənin  14.2-ci  mаddəsinin  tələbinə  görə  məhkəmə  yаlnız  tərəflərin 

təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. 

Mülki  Prosessuаl  Məcəllənin  77.1-ci  mаddəsinə  görə  hər  bir  tərəf  öz  tələblərinin  və 

etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. 

Mülki  Prosessuаl  Məcəllənin 88-ci  mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, 

hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq 

qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 

«Mаhmudov  Rusiyа  Federаsiyаsınа  qаrşı»  iş  üzrə  26  iyul  2007-ci  il  tаrixli  qərаrındа  İnsаn 

Hаqlаrı  üzrə  Avropа  Məhkəməsi  qeyd  etmişdir  ki,  Konvensiyа  аrаşdırmаlаrındа  sübutlаrı 

qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür 

(аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın 

və  bir-birinə  uyğun  qənаətlərin  həm  mövcudluğundаn,  həmçinin  təkzib  olunmаz  oxşаr  fаkt 

ehtimаllаrındаn irəli gəlir. 

«Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi 

qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq 

olunur. 

Məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunаn sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli 

və  tam  baxdıqdan  sonra  həmin  sübutları  tətbiq  edilməli  hüquq  normalarına  müvafiq 

qiymətləndirməklə  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  məhkəmənin  gəldiyi  nəticə  üçün 

mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırsa da , müəyyən edilmiş faktlardan tərəflərin 

qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mаddi və  yа prosessuаl hüquq normаlаrının 

tətbiqində səhvə yol vermiş, işdə olan  sübutlara düzgün hüquqi qiymət verməmiş, bu sübutları qəbul 

etməməsinin  səbəbini  əsaslandırmamış,  qanunsuz  və  əsassız  olaraq  iddiaçının  iddia  tələbini 

əsaslandıran sübut təqdim etməməsi əsası ilə iddia tələbini rədd etmişdir. 

Azərbaycan  Respublikası  Mülki  Prosessuаl  Məcəllənin  385.1.1  və  385.1.4-cü  mаddələrinin 

tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, 

birinci  instansiya  məhkəməsinin qətnamədə göstərilmiş  nəticələrinin  işin hallarına uyğun gəlməməsi 

birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.  

Həmin  Məcəllənin  386-cı  və  387.1-ci  mаddələrinə  əsаsən  mаddi  hüquq  normаlаrı  o  hаldа 

pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq 

edilməsində  səhv  burаxsın,  tətbiq  edilməli  olаn  qаnunu  və  yа  digər  normаtiv  hüququ  аktı  tətbiq 

etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq 

edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin 

qəbul edilməsinə səbəb olur. 

Həmin  Məcəllənin  390-cı  maddəsinə  görə  məhkəmənin  qətnamədə  göstərdiyi  dəlillərin  işin 

hallarına  uyğun  olmaması  o  halda  hesab  edilir  ki,  məhkəmə  müəyyən  edilmiş  faktlardan  tərəflərin 

qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  384.0.2-ci  mаddəsinə  əsаsən 

аpellyаsiyа  instаnsiyа  məhkəməsi  qətnaməni  tamamilə  və  ya  qismən  ləğv  edə  bilər  və  birinci 



 

 

 



10 

instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni 

qətnamə qəbul edə bilər. 

Məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunаn sübutlаrı yuxаrıdа şərh olunаn mаddi 

və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə məcmu hаldа qiymətləndirərək bu nəticəyə gəlir ki, 

Göyçay  Rаyon  Məhkəməsi  tərəfindən  işə  baxılarkən  prosessuаl  hüquq  normalarının  tələbləri 

pozulduğundаn  və  maddi  hüquq  normaları  düzgün  tətbiq  edilmədiyindən,  habelə  birinci  instansiya 

məhkəməsinin  qətnamədə  göstərilmiş  nəticələri  işin  hallarına  uyğun  gəlmədiyindən  iş  üzrə  Göyçay 

Rayon  Məhkəməsinin  22  sentyabr  2014-cü  il  tarixli  2(046)-1148/2014  nömrəli  qətnаməsi  ləğv 

edilməli, yeni qətnаmə qəbul edilməlidir. 

Məhkəmə kollegiyası iddia tələblərinin əsaslılığını müzakirə edərək hesab edir ki, iddia qismən 

təmin edilməlidir. 

Belə  ki,  Azərbаycаn  Respublikаsı  Konstitusiyanın  60-cı  maddəsi  hər  kəsin  hüquq  və 

azadlıqlarının  məhkəmədə  müdafiəsinə  təminat  verir.  Məhkəmə  müdafiəsi  hüququ  əsas  insan  və 

vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı 

kimi  də  qəbul  olunur.  Yalnız  məhkəməyə  müraciət  etmək  hüququ  ilə  kifayətlənməyərək,  bu  hüquq 

həmçinin pozulmuş hüquq  və azadlıqları  qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli 

bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. 

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 

1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış 

müstəqil və  qərəzsiz  məhkəmə vasitəsi  ilə  işinin ədalətli araşdırılması  hüququna  malik olması təsbit 

edilmişdir. 

Göstərilən  Konstitusiya  normalarından  irəli  gələn  və  onu  inkişaf  etdirən  Azərbаycаn 

Respublikаsı  Mülki  Prosessual  Məcəlləsinin  4-cü  mаddəsinə  əsаsən  bütün  fiziki  və  hüquqi  şəxslər 

özlərinin  qanunla  qorunan  hüquq  və  azadlıqlarını,  eləcə  də  maraqlarını  qorumaq  və  təmin  etmək 

məqsədi  ilə  qanunla  müəyyən  edilmiş  qaydada  məhkəmə  müdafiəsindən  istifadə  etmək  hüququna 

malikdirlər. 

İddiaçının və ailə üzvülərinin mülkiyyətində 1.26 hektar torpaq sahəsinin olması, onun həmin 

torpaq  sahəsində  buğda  məhsulu  əkib  becərməsi,  cavabdehin  mal-qarasının  iddiaçıya  məxsus  taxıl 

sahəsinə  girib  taxıl  sahəsini  məhv  etməsi,  iddiaçının  oradan  məhsul  əldə  edə  bilməməsi  işdə  olan 

sübutlarla  tam  təsdiq  edildiyindən  məhkəmə  kollegiyası  hesab  edir  ki,  vurulmuş  real  zərərin  əvəzi 

cavabdehdən alınıb iddiaçıya verilməlidir.     

İş  materiallarına  əlavə  edilmiş  Şəki  ərazi  kənd  təsərrüfatı  idarəsinin  hesablaşma  cədvəlindən 

müəyyən  edilir  ki,  suvarılan  1,26  hektar  torpaq  sahəsində  buğda  məhsulunun    yetişdirilməsi  üçün 

xərclər 708, 52 manat təşkil edir. Bu torpaq sahəsindən orta hesabla  30 sentner məhsul əldə edilə bilər 

və belə olan halda satışdan daxil olan gəlir 834 manat, mənfəət isə 125,48 manat olur. 

Məhkəmə kollegiyası iddiaçının 1,26 hektar torpaq sahəsində buğda məhsulu əkib becərməsinə 

500  manat  sərf  etdiyini  göstərməsini,  bələdiyyənin  məktubuna  əsasən  mübahisəli  ərazidə  hər 

hektardan  20-25  sentner  məhsul  əldə  edilməsini,  hesablaşma  cədvəlinə  əsasən  1  ton  buğda 

məhsulunun dəyərinin 250 manat olmasını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin 

edilməli,  cavabdehdən  buğda  məhsulunun  əkilməsinə  çəkilən  xərcə  görə  500  manat,  1,  26    hektar 

torpaq sahəsindən 3 ton 20 kq məhsul əldə etmək mümkün olduğundan əldən çıxmış faydaya görə 755 

manat alınıb iddiaçıya verilməlidir.  

Vurulmuş mənəvi zərərə görə isə cavabdehdən 100 manat alınıb iddiaçıya verilməlidir. Belə ki, 

mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. 

Mənəvi  zərər  qeyri  əmlak  zərəri  olmaqla  iqtisadi  məzmun  və  dəyər  kəsb  etməyən  hüquq 

pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi 

nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, 

ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını 

pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 



 

 

 



11 

Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir 

göstərməklə  mənfi  psixoloji  reaksiyaya  səbəb  olur.  Mənəvi  zərər  vətəndaşların  hüquqlarının 

pozulmasının  müstəqil  nəticəsidir.  O  həm  vurulmuş  əmlak  zərəri  ilə  birlikdə  yaxud  əmlak  zərəri 

vurulmadığı hallarda kompensasiya edilir. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki  

Məcəlləsinin 21  və  23-cü   maddələrinin  şərh  edilməsinə  dair  31  may 2002-ci  il  tarixli  qərarında 

göstərmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də 

cavabdehin  təqsiri,  əmlak  vəziyyəti  və  s.  vacib halların  nəzərə  alınması  zəruridir  və  hər  bir  konkret 

halda  belə  zərərin  ödənilməsi  ilə  bağlı  xüsusatlar  məhkəmənin  mülahizəsinə  görə  müəyyən 

olunmalıdır.  

"Mənəvi  zərərin  ödənilməsi  barədə  qanunvericiliyin  məhkəmələr  tərəfindən  tətbiqi 

təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 

qərında  izah  edilmişdir  ki,  Azərbaycan  Respublikası  qanunvericiliyinin,  “İnsan  Hüquqlarının  və 

Əsas Azadlıqların Müdafiəsi  Haqqında Konvensiya”-nın  müddəaları  və  Avropa  İnsan  Hüquqları 

Məhkəməsinin  presedentləri  baxımından  “mənəvi  zərər”  anlayışı  insanın anadangəlmə  və  ya qanun 

əsasında  ona  mənsub  olan  şəxsi  qeyri-əmlak  xarakterli hüquq  və  azadlıqlarının,  habelə 

əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən 

fiziki  şəxsin  mənəvi  sarsıntı  keçirməsi dedikdə  ona  qarşı törədilən  qanunsuz  hərəkətin  və 

ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə 

isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi 

ilə  əlaqədar  qanunvericiliyin  müddəaları  nəzərə alınmaqla şəxsə  mənəvi  zərər vurulması onun yaxın 

qohumlarını  və  ya  iş  yerini  itirməsi, fəal  ictimai  həyat tərzindən  məhrum olması, şəxsi,  ailə və tibbi 

sirlərinin açıqlanması, şərəf,  ləyaqət və  işgüzar nüfuzunun ləkələnməsi, hər hansı  başqa hüquqlarının 

müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət 

yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  sözügedən  qərarında  həmçinin  izah 

etmişdir  ki,  Azərbaycan  Respublikası Mülki  Məcəlləsinin  1097-ci  maddəsinə müvafiq  olaraq 

mənəvi zərərin  ödənilməsi  barədə  iddia  o  hallarda  təmin  edilə  bilər  ki,  iddiaçının  fiziki  və  mənəvi 

sarsıntılar  keçirməsi,  bunların  cavabdehin  qanunsuz  hərəkəti  və  ya hərəkətsizliyi nəticəsində  baş 

verməsi,  qanunsuz  hərəkət  və  hərəkətsizliklə mənəvi  zərər  arasında  səbəbli əlaqənin  olması  və 

zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.  

Hazırkı  işdə  iddiaçı  taxıl  məhsulunun  məhv  olması  nəticəsində  iztirab  keçirmiş,  müəyyən 

mənəvi sarsıntılara məruz qalmış, müxtəlif orqanlara müraciət etməyə məcbur olmuşdur.     

Azərbаycаn  Respublikаsı  Mülki  Prosessuаl  Məcəllənin  119.1və  119.2-ci    maddələrinə  görə  

məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 

İddiaçı  müəyyən  olunmuş  qaydada  dövlət  rüsumunu  ödəməkdən  azad  edilmişsə,  dövlət  rüsumu 

iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.    

Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi 

yardıma  görə  xərclərin,  konkret  hallar  və çıxış  üçün  təqdim  olunmuş  hesab  nəzərə alınmaqla, digər 

tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 

Məhkəmə  kollegiyası  qanunvericiliyin  tələbini  nəzərə  alaraq  hesab  edir  ki,  hüquqi  yardıma 

görə  tələb  olunan  150  manatın  100  manatı,  ödənilmiş  30  manat  dövlət  rüsumunun  09  manatı 

cavabdehdən  alınıb  iddiaçıya  verilməli,  ödənmiş  dövlət  rüsumunun  21  manatı  iddiaçının  özünə  aid 

edilməlidir.  

Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin 

qətnaməsi  qanuni  və  əsaslı  olmalıdır.  Qətnamə  iş  üzrə  müəyyən  edilmiş  həqiqi  hallara  və  tərəflərin 

qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə 

iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 


 

 

 



12 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  Plenumu  “N.Məmmədovanın  şikayəti 

üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun 

yoxlanılmasına  dair”  31  yanvar  2006-cı  il  tarixli  qərarında  qeyd  etmişdir  ki,  məhkəmə  qətnaməsi 

hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları 

və  hüquq  normaları  əsasında  çıxarılır.  İddiaçının  hüququnun  pozulması  təsdiqlənərsə,  məhkəmə  öz 

qətnaməsilə  bu  hüququ  müdafıə  etməlidir.  Əgər  iddiaçının  hüququnun  pozulması  təsdiqlənməzsə, 

məhkəmə onun  iddiasını  rədd  etməli  və bununla da, cavabdehin  iddiaçının əsassız hərəkətləri və  ya 

fikirləri  ilə  pozula biləcək  hüquqlarını  müdafıə  etməlidir.  Hər  bir  halda  məhkəmənin qətnaməsi,  ilk 

növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi 

çıxış etməlidir. 

“Məhkəmə  qətnaməsi  haqqında”  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  24 

noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki,məhkəmə qətnaməsi mülki və iqtisadi 

mübahisələrdən  irəli  gələn  işlər  üzrə  ədalət  mühakiməsinin  yekun  aktı  olduğu  üçün  onun  qəbul 

edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən 

hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.       

Məhkəmə  kollegiyası  iş  üzrə  yekun  olaraq  bu  nəticəyə  gəlir  ki,  apellyasiya  şikayəti  qismən 

təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli 2(046)-1148/2014 

nömrəli  qətnаməsi  ləğv  edilməli,  yeni  qətnаmə qəbul  edilməklə  iddia  tələbi  qismən  təmin edilməli, 

cavabdehdən məhv olmuş taxıl məhsulunun əkilib becərilməsinə çəkilən xərcə görə 500 manat, əldən 

çıxmış  faydaya  görə  755  manat,  vurulmuş  mənəvi  zərərə  görə  100  manat  hüquqi  yardım  üçün 

nümayəndəyə  ödənmiş  vəsaitə  görə  100  manatı,  ödənilmiş  30  manat  dövlət  rüsumunun  09  manatı 

cəmi  1464  manat    cavabdehdən  alınıb  iddiaçıya  verilməli,  ödənmiş  dövlət  rüsumunun  21  manatı 

iddiaçının özünə aid edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 

 Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384, 

387, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası 

 

Q ə t   e t d i :  

İddiaçı Rəşidov Sahil Faiq oğlu tərəfindən verilmiş apellyаsiyа şikаyəti qismən təmin edilsin. 

İş üzrə  Göyçay Rayon Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli 2(046)-1148/2014 nömrəli 

qətnаməsi  ləğv  edilsin,  yeni  qətnаmə  qəbul  edilməklə  iddia  tələbi  qismən  təmin  edilsin.  Cavabdeh 

Hacıyev  Fizuli  Abdulla  oğlundan  məhv  olmuş  taxıl  məhsulunun  əkilib  becərilməsinə  çəkilən  xərcə 

görə 500 (beş yüz) manat, əldən çıxmış faydaya görə 755 (yeddi yüz əlli beş) manat, vurulmuş mənəvi 

zərərə görə 100 (bir yüz) manat hüquqi yardım üçün nümayəndəyə ödənmiş vəsaitə görə 100 (bir yüz) 

manatı,  habelə  ödənilmiş  30  manat  dövlət  rüsumunun 09  (doqquz)  manatı,  cəmi  1464  manat  alınıb 

iddiaçı  Rəşidov  Sahil  Faiq  oğluna  verilsin.  Ödənmiş  dövlət  rüsumunun  21  (iyirmi  bir)  manatı 

iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 

Qətnamədən,  surəti  rəsmi  qaydada  verildiyi  gundən  2  (iki)  ay  müddətində  Şəki  Apellyasiya 

Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  mülki  kollegiyasına  kassasiya 

şikayəti verilə bilər.  

Qətnamədən  şikаyət  verilmədiyi  hаldа  qəbul  edildiyi  gündən  2  (iki)  аy  keçdikdə  qanuni 

qüvvəyə minir. 

 

 

Sədrlik edən:i 

mza var 

Hakimlər: imza var 

        düzdür 

Hakim                                                               Hümbət Səlimov 



 

 

 



13 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə