Q ə r a r Azərbaycan Respublikası adından



Yüklə 320,27 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix26.11.2016
ölçüsü320,27 Kb.
#240
  1   2

 

 

 

 



Q ə r a r 

            Azərbaycan Respublikası adından 

             

 

 

 

 

 

 

 

  

 

 

 Surəti: 

        28 iyun 2016-cı il                                      №1(106)278/2016                                      Şirvan şəhəri 

 

 

       Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət  Kollegiyası  hakimlər  Dosiyev  Amil  Qaraxan  oğlu 

(sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət 

tərkibdə, məhkəmə iclas katibi Mehdiyev Rahid Baxşəli oğlu, dövlət ittihamçısı Azərbaycan Respublikası 

Baş  Prokurorluğunun  Dövlət  İttihamının  müdafiəsi  üzrə  idarəsinin  apellyasiya  və  kassasiya  instansiyası 

məhkəmələrində  dövlət  ittihamının  müdafiəsi  şöbəsinin  prokuroru  kiçik  ədliyyə  müşaviri  Sadıqov 

Səyavuş  Köçəri  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu,  onun  müdafiəçisi 

Şirvan  şəhər  Hüquq  Məsləhətxanasının  vəkili  Fərəcov  Salman  Böyükağa  oğlu,  məhkum  edilmiş  şəxs 

Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Bakı  şəhəri  11  saylı  Hüququ  Məsləhətxanasının 

vəkili  Şirinov  Bağban  Səfər  oğlu,  məhkum  edilmiş  şəxs  Həmidov  Əfqan  Əli  o

ğlu  və  onun  müdafiəçisi  

Masallı rayon Hüquq Məsləhətxanasının vəkili Allahverdiyev Arif Tariverdi oğlunun iştirakları ilə,     

        Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  126.2.4,  221.3-cü 

maddələri,  Məmmədov  Aqil  Məhəmməd  oğlunun  və  Həmidov  Əfqan  Əli  oğlunun  Azərbaycan 

Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  məhkum  edilmələri  barədə  Lənkəran  Ağır  Cinayətlər 

Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,    1(089)-40/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs 

Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə  Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş 

şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi  Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən 

ayrı-ayrılıqda tərəfindən  verilmiş apellyasiya şikayətləri  və dövlət ittihamçısı Məmmədov  Anar Ələsgər 

oğlu tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq,   

 

  M Ü Ə Y Y Ə N    E T D İ: 

  İşin halları: 

 

 

İbtidai  istintaq  orqanı  tərəfindən  Məmmədov  Ceyhun  Məhəmməd  oğluna  Azərbaycan 

Respublikası   CM-nin  126.2.4  və  221.3-c

ü  maddələri  ilə  ittiham elan olunmuşdur ona görə  ki, o, 02 

iyun  2015-ci  ildə,  saat  18:35-də  Kürdəmir  rayonunun  Xırdapay  kəndində  yerləşən  «Köhnə  Bazar» 

şadlıq  evində  keçirilən  toy  mərasimində    Əfqan  Həmidovla  qardaşı  Aqil  Məmmədov  arasındakı 

münaqişəni görüb, əsaslı bir səbəb olmadan xuliqanlıq niyyətilə, ictimai qaydanı kobud surətdə pozan, 

cəmiyyətə açıqca  hörmətsizlik  ifadə  edən,  vətəndaş  üzərində  zor tətbiq olunması  ilə  müşayiət  edilən 

qərəzli  hərəkətləri  ilə  istintaqa  məlum  olmayan  kəsici-deşici  xarakterə  malik  olan  alətdən  silah 

qismində  istifadə  edərək  həmin  toy  məclisində  iştirak  edən  Həmidov  Əfqan  Əli  oğluna  qəsdən 

sağlamlığına ağır zərər vurmaq niyyəti ilə  üzünün sol nahiyəsindən bir dəfə vuraraq qulaq seyvanının 

boylama  istiqamətində  sifətdə  kəskin  nəzərə  çarpan  asimmetriya  və  mimika  pozğunluğu  törədən  üz 

sinirinin  tamlığının  pozulması,  qulaqətrafı  tüpürcək  vəzisinin  kapsulasının  kəsilməsi  ilə  nəticələnən 

17x0,2  sm  ölçüdə    kəsilmiş  kobud  yaradan  ibarət  dərəcəsinə  görə  sağlamlığın  uzun  müddətə 

pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirib sifətini silinməz dərəcədə 

eybəcərləşdirməklə,  qəsdən  sağlamlığa  ağır  zərər  vuraraq,  toy  məclisinin  normal  gedişinin 

pozulmasına səbəb olan  xuliqanlıq etmişdir.  

İbtidai  istintaq  orqanı  tərəfindən  Məmmədov  Aqil  Məhəmməd  oğluna  Azərbaycan 

Respublikası  CM-nin 221.3-c

ü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, 2015-ci ilin iyun 

ayının 2-də saat 18:30 radələrində Kürdəmir rayonunun Xırdapay kənidində yerləşən «Köhnə Bazar» 

şadlıq  evində  keçirilən  toy  məclisində  iştirak  edən  zaman  heç  bir  səbəb  göstərmədən  onun  şadlıq 

evindən çıxıb getməsini tələb edən həmkəndlisi Həmidov Əfqan Əli oğluna qarşı etiraz edərək, əsaslı 

səbəb  olmadan,  ictimai  qaydanı  kobud  surətdə  pozan,  cəmiyyətə    açıqca  hörmətsizlik  ifadə  edən 

qərəzli  hərəkətlərlə  silah  qismində  istifadə  etdiyi,  əyləşdiyi  masanın  üstündən  üzərində    «Delovaya 


 

 

 



2

Rus»  sözləri  yazılmış,  700  qramlıq,  ağzı  bağlı,  qara  rəngli  araq  şüşəsini    götürüb  Əfqan  Həmidovu 

vurmaq  məqsədi  ilə  ona  tərəf  atmış,  həmin  şüşə  Əfqan  Həmidova  dəyməyərək  döşəməyə  düşüb 

sındıqdan  sonra,  ilkin  olaraq  Əfqan  Həmidovun  həmin  masanın  üstündən  eyni  çeşiddən  olan  araq 

şüşəsini  götürüb  masaya  vuraraq  sındırmaqla  əlində  qalan  hissəsini,  onun  üstünə  atmış  və  sinəsinə 

dəyərək yanındakı stulun üstünə düşmüş həmin şüşə parçasını götürüb təkrar olaraq Əfqan Həmidovu 

vurmaq  məqsədi  ilə  ona  tərəf  atmış,  nəticədə  Əfqan  Həmidova  dəyməyən  həmin  şüşə  parçası 

yaxınlıqda  olub  toyda  iştirak  edən  Kürdəmir  rayonu  Şıxımlı  kənd  sakini  Qurbanov  Vüsal  Hikmət 

oğluna  dəyərək,  onun  sol  baldır  nahiyəsində  çapıq  toxumasından  ibarət  dərəcəsi  təyin  edilməyən 

xəsarət yetirməklə, toy məclisinin normal gedişinin pozulmasına səbəb olan xuliqanlıq etmişdir.  

İbtidai  istintaq  orqanı  tərəfindən  Həmidov  Əfqan  Əli  oğluna  Azərbaycan  Respublikası    CM-

nin  221.3-cü  maddəsi  ilə  ittiham  elan  olunmuşdur  ona  görə  ki,  o,  02  iyun  2015-ci  ildə  saat  18:30 

radələrində  Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən «Köhnə Bazar» şadlıq evində keçirilən 

Məmmədov  Teymur  Alim  oğlunun  toy  məclisində,  əvvəllər  aralarında  ailə  münaqişəsi  olan 

həmkəndlisi  Məmmədov  Aqil  Məhəmməd  oğlunu  görüb,  əsassız  olaraq  ondan  toy  məclisini  tərk 

etməyi tələb  edərək,  sonuncunun onun tələbinə əməl  etmədiyinə  görə  ictimai  qaydanı  kobud  surətdə 

pozan,  cəmiyyətə  açıqca  hörmətsizlik  ifadə  edən  və  vətəndaş  üzərində  zor  tətbiq  olunması  ilə 

müşayiət  edilən  qərəzli  hərəkətlər  edərək,  masanın  üstündən  götürdüyü  üzərində  «Delovaya  Rus» 

sözləri yazılmış, qara rəngli, ağzı bağlı, 700 qramlıq araq şüşəsini masanın üstünə vurub sındırmaqla, 

şüşənin  əlindəki  hissəsini  silah  qismində  istifadə  edib  Aqil  Məmmədova  tərəf  qəsdən  ataraq, 

sonuncunun döş qəfəsinin ön səthində çapıq toxumasından ibarət dərəcəsi təyin edilməyən xəsarətlər 

yetirməklə, toy məclisinin normal gedişinin pozulmasına səbəb olan  xuliqanlıq etmişdir.  

   Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10  fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmü  ilə  (sədrlik  edən  hakim  Quliyev  Nizami  Fərzi  oğlu,  hakimlər  Cəfərov  Rafiq  Musa  oğlu  və 

Nuriyev Xamməd Abış oğlu)   

            

14  sentyabr  1984-cü  ildə  Kürdəmir  rayonunun  Şıxımlı  kəndində  anadan 

olmuş,  Azərbaycan Respublikasının  vətəndaşı,  natamam orta təhsilli,  işsiz, 

məhkum  olunmuş,  Kürdəmir  rayonunun  Şıxımlı  kəndində  qeydiyyatda 

olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş 

  

 

 



 

 

Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  Azərbaycan  Respublikası  CM-nin  126.2.4  və    221.3-

cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.4-cü 

maddəsi  ilə 8 (səkkiz) il  müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 5 

(beş)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına    məhkum  edilmiş,  Azərbaycan 

Respublikası  CM-nin  66.3-cü  maddəsinin  tələbinə  əsasən,  təyin  edilmiş  cəzaları  qismən    toplamaq 

yolu ilə ona cinayətlərin məcmusu üzrə  9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin 

edilmiş,  Azərbaycan  Respublikası  CM-nin 67.1-ci  maddəsinə  əsasən  Ceyhun  Məmmədova  Lənkəran 

Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 4 il 6 ay müddətə 

azadlıqdan  məhrum  etmə  cəzasının  çəkilməmiş  qalan  3  ay  24  gün  hissəsi  hazırki  hökm  üzrə  təyin 

edilmiş  cəzaya  qismən  birləşdirilməklə  onun  üzərində  qəti  olaraq  9  (doqquz)  il  2  (iki)  ay  müddətə 

azadlıqdan  məhrum  etmə  cəzası  saxlanılması,  cəzasını  ciddi  rejimli  cəzaçəkmə  müəssisəsində 

çəkməsi,  cəzaçəkmə  müddətinin  əvvəlinin  19  sentyabr  2015-ci  il  tarixdən  hesablanması,  barəsində 

seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, 

 

30  yanvar  1981-ci  ildə  Kürdəmir  rayonunun  Şıxımlı  kəndində  anadan 



olmuş,  Azərbaycan  Respublikasının  vətəndaşı,  orta təhsilli,  işsiz,  məhkum 

olunmuş,  Kürdəmir  rayonunun  Şıxımlı  kəndində  qeydiyyatda  olmaqla 

həmin kənddə  yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş 

  

 



 

 

 



Məmmədov  Aqil  Məhəmməd  oğlu  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsində 

nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan 

məhrum  etmə  cəzasına  məhkum  edilmiş,  barəsində  seçilmiş  başqa  yerə  getməmək  haqqında  iltizam 


 

 

 



3

növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından dərhal 

həbsə alınması,  cəza çəkmə müddətinin əvvəlinin 10 fevral 2015-ci il tarixdən hesablanması, cəzasını 

ciddi  rejimli  cəzaçəkmə  müəsisəsində  çəkməsi,  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin  hökm 

qanuni qüvvəsini alana kimi dəyişdirlmədən saxlanılması və 

 

 



26  dekabr  1977-cü  ildə  Kürdəmir  rayonunun  Şıxımlı  kəndində  anadan 

olmuş,  Azərbaycan  Respublikasının  vətəndaşı,  orta  təhsilli,  Azərbaycan 

Respublikası  FHN-nin  DYMN-nin  YH-nin  böyük  yanğınsöndürəni 

vəzifəsində işləyən, hazırda sərəncamda olan, əvvəllər məhkum olunmamış, 

Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda 

yaşayan,  barəsində  başqa  yerə  getməmək  haqqında  iltizam  növündə 

qətimkan tədbiri tədbiri seçilmiş 

  

 



 

 

 



Həmidov  Əfqan  Əli  oğlu  Azərbaycan  Respublikası  CM-nin  221.3-cü  maddəsi  ilə  nəzərdə 

tutulan  cinayət  əməlini  törətməkdə  təqsirli  bilinərək  3  (üç)  il  6  (altı)  ay  müddətə  azadlıqdan  məhrum 

etmə  cəzasına  məhkum  edilmiş,  barəsində  Azərbaycan  Respublikası  CM-nin  70-ci  maddəsi  tətbiq 

edilməklə ona təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti 

müəyyən  edilməklə  şərti  olaraq  tətbiq  edilmiş,  üzərinə  yaşayış  yerini  dəyişdikdə  onun  davranışına 

nəzarəti  həyata  keçirən  orqanlara  məlumat  vermək  vəzifəsi  qoyulması,  davranışı  üzərində  nəzarətin 

həyata  keçirilməsinin  Kürdəmir  Rayon  İcra  Şöbəsinə  tapşırılması,  hökm  qanuni  qüvvəyə  minənədək 

barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin dəyişdirilmədən 

saxlanılması,  iş  üzrə  mülki  iddianın  tam  təmin  edilməsi,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlundan 

3.017  (üç  min  on  yeddi)  manat  alınıb  Həmidov  Əfqan  Əli  oğlunun  xeyrinə  verilməsi,  iş  üzrə  maddi 

sübut olan və Kürdəmir Rayon Prokurorluğunda saxlanılan iki ədəd araq şüşələrinin sınıqları, bir ədəd 

şalvar  və  bir  ədəd  köynəyin  məhv  edilməsi,  iş  üzrə  cinayətin  aləti  olan  bir  ədəd  rezak  kəsici  alətinin 

tapılıb  işə  əlavə  edilməsinin  mümkün  olmamasının  nəzərə  alınması,  iş  üzrə  məhkəmə  xərci  olan  73 

manatın  təqsirləndirilən  şəxs  Ceyhun  Məmmədovdan  tutulub  dövlət  büdcəsinə  keçirilməsi  hökm 

edilmişdir. 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  18  fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli 

hökmündən  məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu,  onun  müdafiəçisi  Musazadə 

Elşən  Möhrab  oğlu,  məhkum  edilmiş  şəxs  Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  müdafiəçisi 

Əzimov  Əbdülhəsən  Əliş  oğlu  tərəfindən  ayrı-ayrılıqda  apellyasiya  şikayəti  və  dövlət  ittihamçısı 

Məmmədov Anar Ələsgər oğlu tərəfindən apellyasiya protesti vermişdir. 



 

 

 

Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri: 

 

           Məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlunun  müdafiəçisi  Musazadə  Elşən 

Möhrab oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq və məhkəmə dövründə hadisənin 

bir  başa  səbəbkarları  aşkar  edliməməmişdir.  Belə  ki,  məhkəmə  iclasında  şahidlərin  ifadələrinə  hüquqi 

qiymət  verilməmişdir.  Hesab  edir  ki,  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  18  fevral  2016-cı  il 

tarixli,  1(089)-40/2016  nömrəli  hökmü  tam  qanunsuz,  əsassız  və  ədalətsizdir.  Məhkəmə  iclasında 

dindirilən  digər  təqsirləndirilən  şəxslər  də  eyni  məzmunlu  ifadələr  verərək  istintaqda  verilən  ifadələri 

təsdiq  etmədiklərini,  həmin  ifadələrin  onlara  edilən  təzyiq  və  təsirlərlə  əlaqələndirdiklərini  bildirdilər. 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  hökmü  çıxarılarkən    qanunvericiliyin  normalarına  əməl 

edilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə bir 

daha  təsdiq  olunmuşdur  ki,  təqsirləndirilən  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu  Azərbaycan 

Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməmişdir. 

Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  18  fevral  2016-cı  il  tarixli,  1(089)-40/2016  nömrəli  hökmü 

çıxarılarkən  «Məhkəmə  hökmü  haqqında»  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  27 

dekabr  1996-cı  il  tarixli  Qərarında  göstərilənlər  qətiyyən  nəzərə  alınmamış,  Azərbaycan  Respublikası 

CPM-nin  143-146-cı  maddələrinin  tələblərinə  müvafiq  olaraq  sübutları  tədqiq  edilməmişdir.  

Göstərilənlərə  əsasən,  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10    fevral  2016-cı  il  tarixli,         


 

 

 



4

1(089)-40/2016  nömrəli  hökmünün  qanunsuz,  əsassız  və  ədalətsiz  olduğundan  ləğv  edilməsi  və 

Məmmədov  Aqil  Məhəmməd  oğlunun  barəsində  bəraət  hökmünün  çıxarılmasını    apellyasiya 

instansiyası məhkəməsində xahiş etmişdir. 

         Məhkum  edilmiş  şəxs  Məmmədov  Aqil  Məhəmməd  oğlu    apellyasiya  şikayətini  onunla 

əsaslandırmışdır  ki,  02.06.2015-ci  il  tarixdə  həmkəndliləri  onları  toya  dəvət  etmiş  və  bu  toyda  onlar 

həmkəndliləri Həmidovlar ailəsi tərəfindən hücuma məruz qalmışlar. Belə ki, Əfqan Həmidov ona araq 

şüşəsi  ilə  xəsarət  yetirmiş,  qardaşı  Cavid  isə  stəkan  və  stul  ilə  xəsarət  yetirmişdir.  Kürdəmir  rayon 

prokurorluğunda Cavid məsuliyyətdən kənarda qalmış Əfqanın əməli isə CM-nin  221.3-cü maddəsi ilə 

tövsif  olunmuşdur.  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsində  CM-nin  126.2.4-cü  maddəsilə 

təqsirləndirilən  Ceyhun  Məmmədov  9  il,  CM-nin    221.3-cü  maddəsi  ilə  təqsirləndirlən  özü  4  il  6  ay 

müddətə azadlıqdan  məhrum edilmişlər. CM-nin  221.3-cü maddəsi  ilə təqsirləndirilən Əfqan Həmidov 

isə  məsuliyyətdən  kənarda  qalmışdır.  Göstərilənlərə  əsasən,  özünün  və  qardaşı  Məmmədov  Ceyhun 

Məhəmməd oğlunun  barəsində ədalətli qərar qəbul edilməsini  apellyasiya  instansiyası  məhkəməsindən 

xahiş etmişdir. 

          Məhkum edilmiş şəxs Məmmədov Ceyhun Məhəmməd oğlunun müdafiəçisi Əzimov Əbdülhəsən  

Əliş  oğlu  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  məhkəmə  istintaqında  Ceyhun 

Məmmədovun Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində göstərilmiş cinayət 

əməllərini törətməsi öz təsdiqini tapmamışdır. Buna görə də onun barəsində bəraət hökmü çıxarılmalıdır. 

Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  126.2.4  və  221.3-cü 

maddələrində  nəzərdə tutulan  cinayət əməllərini törətməkdə təqsirli olmasını təsdiq edən kifayət qədər 

mötəbər sübutlar məhkmə istintaqı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, Lənkəran Ağır 

Cinayətlər  Məhkəməsinin  10  fevral  2016-cı  il  tarixli  1(089)-40/2016  nömrəli  hökmünü  Məmmədov 

Ceyhun  Məhəmməd  oğluna  münasibətdə  ləğv  edib,  onun  barəsində  bəraət  hökmünün  çıxarılmasını 

apellyasiya instansiyası məhkəməsində xahiş etmişdir.  

     Dövlət  ittihamçısı  Məmmədov  Anar  Ələsgər  oğlu  apellyasiya  protestini  onunla  əsaslandırmışdır 

ki,  hesab  edir  ki,  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  10  fevral  2016-cı  il  tarixli  hökmü  cinayət 

qanununun  normaları  düzgün  tətbiq  edilməklə  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  və  Həmidov 

Əfqan Əli oğluna aid  hissədə dəyişdirilməli, Ə.Həmidovun  barəsində  CM-nin 70-ci  maddəsinin tətbiq 

olunmasına dair  müddəalar hökmdən  xaric edilməlidir. Qeyd olunmalıdır ki, Əfqan Həmidovun əməli 

toplanmış  sübutlarla  tam  sübuta  yetirilməsinə  baxmayaraq  Ə.Həmidov  ibtidai  istintaq  və  məhkəmə 

baxışı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərəfindən cinayətini 

etiraf etməyərək əməlindən peşman olmayan Əfqan Həmidova təyin edilmiş azadlıqdan  məhrum  etmə 

cəzasının  şərti  tətbiq  edilməsi  anlaşılan  deyildir.  İşin  hallarından  isə  görünür  ki,  məhkəmə  CM-nin 

221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Əfqan Həmidova təyin edilmiş 3 il 6 ay 

müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 70-ci maddəsini tətbiq etməklə əsasssız olaraq şərti 

hesab etmiş, hökmdə Əfqan Həmidova cəza təyin edərkən cinayətin  xarakterini  və  ictimai təhlükəlilik 

dərəcəsini  nəzərə  aldığını  göstərsə  də,  faktiki  olaraq  buna  əməl  etməmiş,  nəzərə  almamışdır  ki, 

Ə.Həmidov ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar 

üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət 

edilən qərəzli hərəkətlər edərək masanın üstündən götürdüyü 700 qramlıq araq şüşəsini masanın üstünə 

vurub  sındırmaqla,  şüşənin  əlindəki  hissəsini  silah  qismində  istifadə  edib  Aqil  Məmmədova  tərəf 

qəsdən  ataraq,  sonuncunun  döş  qəfəsinin  ön  səthində  çapıq  toxumasından  ibarət  dərəcəsi  təyin 

edilməyən  xəsarətlər  yetirməklə,  toy  məclisinin  normal  gedişinin  pozulmasına  səbəb  olan    xüsusilə 

qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hallar Ə.Həmidov tərəfindən törədilən cinayətin xarakterinin 

və  ictimai təhlükəlilik dərəcəsinin  yüksək, nəticələrinin  ağır olmasına dəlalət edərək ona təyin edilmiş 

azadlıqdan  məhrum  etmə  cəzasının  şərti  hesab  edilməsini  deyil,  məhz  çəkilməsini  şərtləndirməsinə, 

şəxsiyyəti  nəzərə  alınaraq  Əfqan  Həmidovun  həmin  cəzanı  çəkmədən  islah  olunmasının  mümkün 

olmamasına baxmayaraq, məhkəmə bunun əksinə olaraq ona təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan 

məhrum  etmə  cəzasını  şərti  hesab  etməyi  məqsədəuyğun  hesab  etmişdir.  Təqsirləndirilən  şəxs  Əfqan 

Həmidov tərəfindən törədilən, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan 

cinayət  əməli  qəsdən  törədilmiş  cinayət  olmaqla  az  ağır  cinayətlər  kateqoriyasına  aiddir.  Cinayətin 

bilavasitə  obyekti  ictimai  qaydadır.  Əlavə  obyektini  insan  sağlamlığının,  şərəf  və  ləyaqətinin,  habelə 


 

 

 



5

mülkiyyətin  mühafizəsi  ilə  bağlı  olan  ictimai  münasibətlər  təşkil  edir.  Obyektiv  cəhətdən  ictimai 

qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq 

olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud 

zədələnməsi  ilə  müşayiət edilən qərəzli  hərəkətlərin törədilməsində   ifadə olunur. Şərh olunan  cinayət 

formal tərkibli olduğu üçün CM-nin 221-ci  maddəsində qeyd olunan hərəkətlər törədildiyi andan başa 

çatmış  hesab  olunur.  Göründüyü  kimi,  Ə.Həmidov  ictimai  qaydanı  kobud  surətdə  pozan,  cəmiyyətə 

açıqca hörmətsizlik ifadə edən və vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər 

etməklə  şüşə  parçasını  silah  qismində  istifadə  edərək  Aqil  Məmmədovun  sağlamlığına  dərəcəsi  təyin 

edilməyən  xəsarət  yetirməklə  xüsusilə  qərəzli  xuliqanlıq  hərəkətləri  etmişdir.  Bütün  bunlar, 

təqsirləndirilən  şəxs  Ə.Həmidovun  törətmiş  olduğu  cinayət  əməlinin  xarakteri  və  ictimai  təhlükəlilik 

dərəcəsi,  onun  şəxsiyyəti  ona  təyin  edilmiş  cəzanın  çəkilməsini  şərtləndirən  amillərdir.  Azərbaycan 

Respublikası CM-nin 70.1-ci  maddəsinə əsasən, müəyyən  müddətə azadlıqdan  məhrum etmə  növündə 

cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın 

şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.  Həmin Məcəllənin 70.2-ci maddəsinin tələbinə 

əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik 

dərəcəsini,  məhkumun  şəxsiyyətini,  habelə  cəzanı  yüngülləşdirən  və  ağırlaşdıran  halları  nəzərə 

almalıdır.  Məhkəmə  isə  yuxarıda  qeyd  edilənlərlə  yanaşı  qanunda  nəzərdə  tutulmamış  halları  əsassız 

olaraq  cəzanı  yüngülləşdirən  hallar  kimi  nəzərə  almaqla  əsassız  və  qanunsuz  nəticəyə  gəlmişdir.  Belə 

ki, Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yalnız 

sübutlara  əsasən  müəyyən  edilir.  Məhkəmə  təqsirləndirilən  şəxslər  Məmmədov  Ceyhun  Məhəmməd 

oğlu,  Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Həmidov  Əfqan  Əli  oğlunun  hər  birinin  himayəsində 

azyaşlı  uşaqlarının  olmasını  və  zərərçəkmiş  şəxsin  onlardan  heç  bir  tələb  və  şikayəti  olmamasını 

Azərbaycan  Respublikası  CM-nin  59.1-ci  maddəsinə  əsasən  onların  cəzalarını  yüngülləşdirən  hallar 

kimi nəzərə almışdır. İş materiallarından görünür ki, iş üzrə zərər çəkmiş şəxs Qurbanov Vüsal Hikmət 

oğlu təqsirləndirilən şəxs Aqil Məmmədova elan olunmuş ittiham üzrə zərər çəkmiş şəxsdir. Məhkəmə 

zərərçəkmiş şəxsin onlardan  heç  bir tələb və şikayəti olmamasını təqsirləndirilən şəxsin  hər üçünün, o 

cümlədən  Ə.Həmidov  və  C.Məmmədovun  cəzasını  yüngülləşdirən  hal  kimi  nəzərə  almaqda  haqlı 

olmamışdır.  Bundan  əlavə  iş  materiallarından  görünür  ki  məhkəmə  59.1-ci  maddəsinə  istinad  edərək 

zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərən heç bir tələb və şikayəti olmamasını cəzanı yüngülləşdirən 

hal  kimi  nəzərə  almışdır.  Azərbaycan  Respublikası  CM-nin  59.1.10-cu  maddəsinə  əsasən,  cinayətin 

törədilməsindən  bilavasitə  sonra  zərərçəkmiş  şəxsə  tibbi  və  ya  digər  yardım  göstərilməsi,  cinayət 

nəticəsində  dəymiş  maddi  və  mənəvi  zərərin  könüllü  olaraq  ödənilməsi  və  ya  aradan  qaldırılması, 

zərərçəkmiş  şəxslə razılıq  əldə etməyə cəhd  edilməsi, zərərçəkmiş  şəxsə dəymiş zərərin azaldılmasına 

yönəldilmiş  digər  hərəkətlərin  edilməsi  cəzanı  yüngülləşdirən  haldır.  Göründüyü  kimi,  Cinayət 

Məcəlləsində cəzanı yüngülləşdirən hal kimi konkret olaraq cinayətin törədilməsindən bilavasitə sonra 

zərərçəkmiş  şəxsə tibbi  və  ya digər  yardım göstərilməsi, cinayət nəticəsində dəymiş  maddi  və  mənəvi 

zərərin  könüllü  olaraq  ödənilməsi  və  ya  aradan  qaldırılması,  zərərçəkmiş  şəxslə  razılıq  əldə  etməyə 

cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi 

cəzanı  yüngülləşdirən  hal  kim  nəzərə  alınmışdır.  Lakin  məhkəmə  qanunsuz  və  əsassız  olaraq  CM-nin 

59.1-ci  maddəsinə  əsasən  zərərçəkmiş  şəxsin  təqsirlədirilən  şəxslərən  heç  bir  tələb  və  şikayətinin 

olmamasını cəzanı yüngülləşdirən hal qismində nəzərə almışdır. Məhkəmə şərti məhkum etmə haqqında 

qərar  qəbul  edərkən  təqsirləndirilən  şəxs  Ə.Həmidovun  zərər  çəkmiş  şəxslə  barışmasını  cəzanı 

yüngülləşdirən  hal  kimi  qəbul  edərkən  həmçinin  nəzərə  almamışdır  ki,  Əfqan  Həmidov  tərəfindən 

törədilən xüsusilə qərəzli xuliqanlıq cinayəti ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayət 

olmaqla ictimai ittiham qaydasında təqib olunur. Həmin cinayətlərin bilavasitə obyekti ictimai qaydadır. 

Əlavə  obyekti  insan  sağlamlığının,  şərəf  və  ləyaqətinin,  habelə  mülkiyyətin  mühafizəsi  ilə  bağlı  olan 

ictimai  münasibətlərdir.  Göründüyü  kimi,  qanunverici  qeyd  olunan  cinayətlərdə  daha  çox  ictimai 

qaydanın  qorunmasına  önəm  vermişdir.  Azərbaycan  Respublikasi  CM-nin  221-ci  maddəsi  ictimai 

təhlükəsizlik  və  ictimai  qayda  əleyhinə  olan  cinayətdir.  Konstitusiya  Məhkəməsi  mövqeyinə  görə 

ictimai  təhlükəsizlik  və  ictimai  qayda  əleyhinə  olan  cinayətlərdə  tərəflərin  barışmasını  cəzanı 

yüngülləşdirən  hal  kimi  qəbul  edilməsi  qanunun  tələblərinə  uyğunsuzluq  təşkil  etdiyi  halda  məhkəmə 

CM-nin 59.1-ci maddəsinə istinad edərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını cəzanı 


 

 

 



6

yüngülləşdirən  hal kimi  nəzərə almışdır. Bundan  əlavə Ə.Həmidov  məhkəmə  istintaqı  nəticəsində tam 

sübuta  yetirilən,  törətmiş  olduğu  cinayət  əməlinə  görə  özünü  təqsirli  bilməmiş,  davranışı  ilə  islah 

olunma  yolunda  olduğunu  göstərməmiş,  belə  olan  halda  məhkəmə  tərəfindən  əsassız  olaraq 

Ə.Həmidovun cəza çəkmədən islah olunması mümkün sayılaraq onun barəsində CM-nin 70-ci maddəsi 

tətbiq  edilməklə  təyin  edilmiş  cəzanın  şərti  hesab  edilməsi  həmin  maddənin  müstəsna  əhəmiyyətinin 

itirilməsinə  səbəb  olmuşdur.  Sadalananlardan  göründüyü  kimi,  məhkəmə  Ə.Həmidov  tərəfindən 

törədilən  cinayət  əməlinin  ictimai  təhlükəlilik  dərəcəsinə,  xarakterinə,  hadisənin  baş  vermə  səbəbi  və 

şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək təyin edilmiş cəzanı şərti hesab 

etmiş,  həmin  hissədə  hökmü  əsaslandırmamış,  qeyd  olunan  hallar  və  Ə.Həmidovun  şəxsiyyəti  nəzərə 

alınmaqla  ona  açıq-aydın  ədalətsiz  cəza  təyin  etmiş,  bu  zaman  cəza  təyin  etmə  barədə  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  8,  41  və  58.3-cü    maddələrinin  tələblərini  pozmuş,  “Məhkəmələr 

tərəfındən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında”  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsi  Plenumunun  Qərarındakı  tövsiyələri  nəzərə  almamışdır.  Məhkəmə  cinayət  törətməkdə 

təqsirli  bilinən  şəxsə  CM-nin  Ümumi  hissəsinin  müddəaları  nəzərə  alınmaqla,  Xüsusi  hissəsinin 

müvafiq  maddələrində  nəzərdə  tutulmuş  hədlərdə  ədalətli  cəza  təyin  etməlidir.  Ədalətli  cəzanın  təyin 

edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm 

məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail 

olmaq  sahəsində  mühüm  vasitədir.  Lakin    məhkəmənin  Əfqan  Həmidova  təyin  etdiyi  cəza  ilə  sosial 

ədalət  bərpa  olunmamış,  şərti  hesab  edilməsi  ilə  əlaqədar  islah  təsirinin  yetərli  olmaması  səbəbindən 

həmin cəza gələcəkdə həm Ə.Həmidov, həm də başqa şəxslər tərəfindən ictimai təhlükəsizlik və ictimai 

qayda  əleyhinə  olan  cinayətlərin  törədilməsinin  qarşısının  alınmasına,  bir  sözlə  qeyd  olunan  cəza 

ədalətli  olmadığından  cəzanın  məqsədinin  təmin  olunmasına  xidmət  etməmişdir.  Bundan  əlavə  iş 

materiallarında  görünür  ki,  məhkəmə  Azərbaycan  Respublikası  CM-nin  67-ci  maddəsinə  əsasən 

hökmlərin  məcmusu  üzrə  Ceyhun  Məmmədova  cəza  təyin  edərkən  və  cəzaçəkmənin  əvvəlinin 

hesablanmasında  səhvə  yol  vermişdir.  Belə  ki,  Məmmədov  Ceyhun  Məhəmməd  oğlu  Lənkəran  Ağır 

Cinayətlər  Məhkəməsinin  19.09.2011-ci  il  tarixli  hökmünə  əsasən  CM-nin  29,149.1-ci  maddəsi  ilə 

təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkməsinin 

əvvəli  13  iyul  2011-ci  il  tarixdən  tarixdən  hesablanmışdır.  Təqsirləndirilən  şəxs  məntəqə  tipli 

cəzaçəkmə  müəssisəsində  olarkən  hazırki  cinayət  əməlini  törətmiş,  19  avqust  2015-ci  il  tarixdə  həbsə 

alınmışdır.  Göründüyü  kimi  həmin  cəzanın  4  ay  24  gün  hissəsi  çəkilməmiş  qalmışdır.  Lənkəran  Ağır 

Cinayətlər Məhkəməsinin 19.09.2011-ci il tarixli hökmü ilə Ceyhun Məmmədova təyin edilmiş 4 il 6 ay 

müddətə  azadlıqdan  məhrum  etmə  cəzasının  çəkilməmiş  qalan  4  ay  24  gün  hissəsi  hazırki  10  fevral 

2016-cı  il  tarixli  hökmlə  təyin  olunmuş  cəzaya  birləşdirilməli  olduğu  halda  məhkəmə  qanunsuz  və 

əsassız  olaraq  3  ay  24  gün  hissəsini  qismən  birləşdirmişdir.  Bundan  əlavə  məhkəmə  Ceyhun 

Məmmədovun  cəzaçəkməsinin  əvvəlini  onun  həbsə  alındığı  tarixdən,  yəni  19.08.2015-ci  il  tarixdən 

hesablamalı olduğu halda həmin hissədə də səhvə yol verərk C.Məmmədovun cəzaçəkməsinin əvvəlini 

19.09.2015-ci il tarixdən hesablamışdır. Göründüyü kimi məhkəmə tərəfindən Ceyhun Məmmədova aid 

hissədə  də  cinayət  qanunu  normaları  düzgün  tətbiq  edilməmişdir.  Azərbaycan  Respublikası  CPM-nın 

399.1.4-cü maddəsinə əsasən cinayət qanunun normasının düzgün tətbiq olunmaması birinci instansiya 

məhkəməsinin  hökm  və  qərarının  ləğv  edilməsi  və  ya  dəyişdirilməsi  üçün  əsasdır.  Ona  görə  də, 

Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  126.2.4  və  221.3, 

Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Həmidov  Əfqan  Əli  oğlunun  CM-nin  221.3-cü  maddələri  ilə 

məhkum olunmalarına dair cinayət işi  üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı 

il  tarixli  hökmü  Ceyhun  Məmmədov  və  Əfqan  Həmidova  aid  hissədə  dəyişdirilməli,  cinayət  qanunu 

normaları  düzgün  tətbiq  edilməklə  Ə.Həmidov  barəsində  Azərbaycan  Respublikası  CM-nin  70-ci 

maddəsinin  tətbiq  edilməsinə  dair  müddəalar  hökmdən  xaric  edilməlidir.  Göstərilənlərə  əsasən, 

Məmmədov  Ceyhun  Məhəmməd  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  126.2.4  və  221.3, 

Məmmədov  Aqil  Məhəmməd  oğlu  və  Həmidov  Əfqan  Əli  oğlunun  CM-nin  221.3-cü  maddələri  ilə 

məhkum olunmalarına dair cinayət işi  üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2016-cı 

il tarixli hökmü Ceyhun Məmmədov və Əfqan Həmidova aid hissədə dəyişdirilməsini, cinayət qanunu 

normaları  düzgün  tətbiq  edilməklə  Ə.Həmidov  barəsində  Azərbaycan  Respublikası  CM-nin  70-ci 



 

 

 



7

maddəsinin  tətbiq  edilməsinə  dair  müddəaların  hökmdən  xaric  edilməsini  apellyasiya  instansiyası 

məhkəməsindən xahiş etmişdir. 

 


Yüklə 320,27 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin