Q ə r a r Azərbaycan Respublikası adından



Yüklə 235,36 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix26.02.2017
ölçüsü235,36 Kb.
#9860
1   2
. 

Həmin  Məcəllənin  2.1-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının  Cinayət 

Məcəlləsinin  vəzifələri sülhü  və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən,  insan  və 

vətəndaş  hüquq  və  azadlıqlarını,  mülkiyyəti,  iqtisadi  fəaliyyəti,  ictimai  qaydanı  və 

ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu 

cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 

Həmin  Məcəllənin  8.1-ci  maddəsinin  tələblərinə  görə,  cinayəti  törətmiş  şəxs 

haqqında tətbiq edilən cəza  və  ya cinayət-hüquqi  xarakterli tədbirlər ədalətli olmalıdır, 



17 

yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına 

və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 

Həmin  Məcəllənin  41.2-ci  maddəsinin  məzmununa  görə,  cəza  sosial  ədalətin 

bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən 

yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 

Həmin  Məcəllənin  59.2-ci  maddəsinə  əsasən,  cəza  təyin  edilərkən  bu  Məcəllənin 

59.1.1—59.1.10-cu  maddələrində  göstərilməmiş  başqa  hallar  da  cəzanı  yüngülləşdirən 

hal qismində nəzərə alına bilər. 

«Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi  təcrübəsi  haqqında» 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  25  iyun  2003-cü  il  tarixli  4 

nömrəli  Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret 

halda  təqsirləndirilən  şəxslərə  cəzaların  təyin  edilməsinə  fərdi  yanaşılmalı,cinayət 

qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin 

müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət 

prinsipindən  bəhs  edən  CM-nin  8-ci  maddəsinə  görə  cinayət  törətmiş  şəxs  haqqında 

tətbiq  edilən  cəza  cinayətin  xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə,  onun 

törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. 

 Həmin  Qərarın  2-ci  bəndində  göstərilir  ki,  cəzaların  tətbiqi  məsələsi  müzakirə 

edilərkən  cəzanın  növü  və  miqdarının  seçilməsinin  mühüm  əhəmiyyəti  vardır.  Cəza 

birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 

 «Məhkəmə  hökmü  haqqında»  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi 

Plenumunun 27 dekabr 1996-cı  il  tarixli 4 №-li Qərarının 13-cü bəndində  qeyd olunur 

ki,  məhkəmələr  cəza  təyini  zamanı  təqsirkara  həm  yüngüllük,  həm  də  ağırlıq 

baxımından 

açıq-aşkar 

ədalətsiz 

cəza 


təyin 

edilməsi 

hallarına 

yol 


verməməlidirlər...Məhkəmə  cəza  təyin  edərkən  törədilmiş  cinayətin  xarakterini  və 

ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və 

ağırlaşdıran  halları  nəzərə  almalıdır.  Məhkəmə  tərəfindən  cəza  tədbiri  seçilərkən 

hökmdə  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik    dərəcəsini,  habelə  təqsirkarın 

şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. 

Avropa  İnsan  Hüquqları  Məhkəməsi  özünün  bir  çox  qərarlarında  (Delcourt 

Belçikaya  qarşı  iş  üzrə  17  yanvar  1970-ci  il  tarixli  qərar;  Piersack  Belçikaya  qarşı  iş 

üzrə  01  oktyabr  1982-ci  il  tarixli  qərar;  De  Cubber  Belçikaya  qarşı  iş  üzrə  26  oktyabr 

1984-cü  il  tarixli  qərar)  ədalətin  bərpasını  belə  ifadə  etmişdir:  «Ədalət  mühakiməsinin 

həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir».  

Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr 

və  dəyişikliklər  edilməsi  barədə»  11  iyun  2004-cü  il  tarixli  688-İİQD  nömrəli 

Azərbaycan  Respublikası  Qanununun  3-cü  hissəsinin  9-cu  bəndinin  və  4-cü  hissəsinin 

7-ci  bəndinin  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  9-cu 

hissəsinə  uyğunluğunun  yoxlanılmasına  dair»  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən 

məhkəmə  aktının  qanuni  və  əsaslı  hesab  edilməsi  üçün  mütləq  şərtlərdən  biri  onun 

ədalətli  olmasıdır,  çünki  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  ilə  bərabər,  ədalətin 

bərqərar edildiyi də aydın görünməlidir».  

Azərbaycan  Respublikası  CM-nin  234.1-ci  maddəsinin  sanksiyasında  üç  ilədək 

azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məmmədov Səbuhi Xalis oğlu da 


18 

Azərbaycan  Respublikası  CM-nin  234.1-ci  maddəsi  ilə  təqsirli  bilinib,  2  (iki)  il 

müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilmiş,  cəzasını  ümumi  rejimli 

cəzaçəkmə  müəssisəsində  çəkməklə  cəza  çəkməsinin  əvvəli  20  oktyabr  2015-ci  il 

tarixdən hesablanmışdır.

 

 



Birinci  instansiya  məhkəməsinin  hökmündən  görünür  ki,  məhkəmə  Məmmədov 

Səbuhi  Xalis  oğluna  cəza  təyin  edərkən  təqsirləndirilən  şəxs  Məmmədov  Səbuhi  Xalis 

oğlunun  barəsində  cəzanı  ilk  dəfə  olaraq  az  ağır  cinayətin  törədilməsini,  himayəsində 

bir  nəfər  azyaşlı  uşağının  olmasını  iş  üzrə  cəzanı  yüngülləşdirən  hallar  kimi  nəzərə 

almışdır.  İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.   

   Məhkəmə kollegiyası  hesab edir  ki,  hazırkı  iş  üzrə birinci  instansiya  məhkəməsi 

Azərbaycan  Respublikası  CM-nin  və  Azərbaycan  Respublikası  CPM-nin  normalarının 

tələblərini  nəzərə  almaqla  işin  faktiki    halları  ilə  bağlı  düzgün  hüquqi  nəticəyə  gəlmiş, 

məhkum  edilmiş  şəxs  Məmmədov  Səbuhi  Xalis  oğlunun  şəxsiyyətini  səciyyələndirən 

halları  kifayət  qədər  araşdırmış,  lakin  cəzanın  həcmini  müəyyən  edərkən  Azərbaycan 

Respublikası  CM-nin,  Azərbaycan  Respublikası  CPM-nin,  Azərbaycan    Respublikası 

Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 

№-li,    «Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  ya  onların  prekursorlarının 

qanunsuz  dövriyyəsinə  dair  cinayət  işləri  üzrə  məhkəmə  təcrübəsi  haqqında»  04  mart 

2011-ci  il  tarixli  2    №-li,  «Məhkəmələr  tərəfindən  cinayət  cəzalarının  təyin  edilməsi 

təcrübəsi  haqqında»  25  iyun  2003-cü  il  tarixli  4  №-li  və  Azərbaycan  Respublikası 

Konstitusiya 

Məhkəməsi 

Plenumunun 

«Azərbaycan 

Respublikasının 

bəzi 


qanunvericilik  aktlarına  əlavələr  və  dəyişikliklər  edilməsi  barədə»  11  iyun  2004-cü  il 

tarixli  688-İİQD  nömrəli  Azərbaycan  Respublikası  Qanununun  3-cü  hissəsinin  9-cu 

bəndinin  və  4-cü  hissəsinin  7-ci  bəndinin  Azərbaycan  Respublikası  Konstitusiyasının 

130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-

ci  il  tarixli  qərarlarının  yuxarıda  sadalanan  normalarının  tələblərini,  eləcə  də  Avropa 

İnsan  Hüquqları  Məhkəməsinin  yuxarıda  göstərilən  presedentlərini  lazımınca  nəzərə 

almamış,  nəticədə  Məmmədov  Səbuhi  Xalis  oğluna  təqsirli  bilindiyi  Azərbaycan 

Respublikası CM-nin 234.1-ci maddəsi ilə ağır cəza təyin etmişdir.  

Beləliklə,  məhkəmə kollegiyası S.X.Məmmədovun  gəncliyini, ailəli olmasını, ağır 

ailə  vəziyyətini,  ailəsində  yeganə  qazanc  gətirən  şəxs  olmasını,  himayəsində  heç  bir 

yerdə  işləməyən  həyat  yoldaşının  və  yetkinlik  yaşına  çatmayan  bir  uşağının  olmasını, 

əvvəllər məhkum olunmaması nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi 

S.X.Məmmədova  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  234.1-ci  maddəsi  ilə 

02  (iki)  il  müddətə  azadlıqdan  məhrumetmə  cəzası  təyin  etmək  qənaətinə  gəlməkdə 

haqlı  olmamışdır.  Ona  görə  də  məhkəmə  kollegiyası  S.X.Məmmədova  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  234.1-ci  maddəsi  ilə  təyin  edilmiş  cəzanın 

azaldılmasını məqsədəuyğun sayır.  

Azərbaycan  Respublikası  CPM-nin  398.1.4-cü  maddəsinə  əsasən,  apellyasiya 

şikayətinin  və  ya  apellyasiya  protestinin  baxışı  nəticəsində  apellyasiya  instansiyası 

məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə 

qərar qəbul etməyə haqlıdır. 

Həmin  Məcəllənin  399.1.5-ci  maddəsinə  əsasən  təyin  edilmiş  cəzanın  cinayətin 

ağırlığına  və  ya  məhkumun  şəxsiyyətinə  uyğun  olmaması  birinci  instansiya 

məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 



19 

Həmin  Məcəllənin  405.1.1-ci  maddəsinə  əsasən  apellyasiya  instansiyası 

məhkəməsi  cəzanın  öz  sərtliyinə  görə  cinayətin  ağırlığına  və  məhkumun  şəxsiyyətinə 

uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə birinci instansiya 

məhkəməsinin hökmünü dəyişdirir. 

Həmin  Məcəllənin  399.3-cü  maddəsinə  görə,  işin  bütün  hallarının  araşdırılması 

nəticəsində  çıxarılmış  və  mahiyyətcə  düzgün  olan  birinci  instansiya  məhkəməsinin 

hökm  və  ya  qərarı  yalnız  bu  Məcəllənin  tələblərinin  pozulması  səbəbindən  formal 

mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. 

Bununla  da,  məhkəmə  kollegiyası  iş  üzrə  toplanmış  və  birinci  instansiya 

məhkəməsinin  məhkəmə  iclasında  tədqiq  edilmiş  sübutları  bir  daha  təhlil  edib,  həm 

onlara,  həm  də  yuxarıda  qeyd  edilən  hallara,  həmçinin  apellyasiya  şikayəti  üzrə 

apellyasiya  instansiyasında  aparılmış  qismən  məhkəmə  istintaqının  nəticələrinə 

əsaslanıb,  eyni  zamanda  onlara  obyektiv  hüquqi  qiymət  verərək  Məmmədov  Səbuhi 

Xalis  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  234.1-ci  maddəsi  ilə  məhkum 

edilməsinə dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin  16 avqust 2016-cı il tarixli, 

1(032)-49/2016  nömrəli  hökmünü  ləğv  edərək  iş  üzrə  yeni  hökm  çıxarmağı,  yaxud 

həmin  hökmü  ləğv  edərək  cinayət  işi  üzrə  icraata  xitam  verilməsi  barədə  qərar  qəbul 

etməyi,  yaxud  məhkum  edilmiş  şəxs  S.X.Məmmədovun  əməllərinin  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  digər  maddəsinə(maddələrinə)  tövsif  edilməsini 

məqsədəmüvafiq hesab etmir, lakin S.X.Məmmədova Azərbaycan Respublikası CM-nin  

234.1-ci  maddəsi  ilə  təyin  olunmuş  cəzanın  01  (bir)  il  2  (iki)  ay  müddətinədək 

azaldılmasını  məqsədəuyğun  hesab etməklə,  məhkum edilmiş şəxs Məmmədov Səbuhi 

Xalis  oğlunun  müdafiəçisi  Əhmədova  Ulduzə  Mehdi  qızı  tərəfindən  verilmiş 

apellyasiya şikayətinin qismən təmin edilməsini və həmin apellyasiya şikayətinə əsasən 

Şirvan  Şəhər  Məhkəməsinin  16  avqust  2016-cı  il  tarixli,  1(032)-49/2016  nömrəli 

hökmünün dəyişdirilməsini  məqsədəuyğun sayır. 

Şərh  olunanlara  əsasən  və  Azərbaycan  Respublikası  CPM-nin  397-399,  405,  407-

410  və  412-ci  maddələrini  rəhbər  tutaraq  Şirvan  Apellyasiya  Məhkəməsinin  Cinayət 

Kollegiyası 

   

QƏRARA ALDI: 

 

 



 

 

Məmmədov  Səbuhi  Xalis  oğlunun  Azərbaycan  Respublikası  CM-nin  234.1-ci 



maddəsi  ilə  məhkum  edilməsinə  dair  cinayət  işi  üzrə  Şirvan  Şəhər  Məhkəməsinin    16 

avqust  2016-cı  il  tarixli,  1(032)-49/2016  nömrəli  hökmündən  məhkum  edilmiş  şəxs 

Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən 

verilmiş apellyasiya şikayəti qismən  təmin edilsin. 

Şirvan Şəhər Məhkəməsinin  16 avqust 2016-cı  il tarixli, 1(032)-49/2016  nömrəli 

hökmü məhkum edilmiş şəxs Məmmədov Səbuhi Xalis oğlunun müdafiəçisi Əhmədova 

Ulduzə Mehdi qızının apellyasiya şikayətinə əsasən dəyişdirilsin.  

Şirvan Şəhər Məhkəməsinin  16 avqust 2016-cı  il tarixli, 1(032)-49/2016  nömrəli 

hökmü ilə Məmmədov Səbuhi Xalis oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci 

maddəsi ilə təyin edilmiş cəza 01 (bir) il 02 (iki) ay müddətinədək azaldılsın. 



20 

Hökm  məhkum  edilmiş  şəxs  Məmmədov  Səbuhi  Xalis  oğlunun  müdafiəçisi 

Əhmədova  Ulduzə  Mehdi  qızının  apellyasiya  şikayətinə  əsasən  qalan  hissədə 

dəyişdirilməsin. 

Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. 

Qərardan  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinin  410-cu 

maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 

Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. 

 

 

 



 

             Sədrlik edən:İmza var. 

             Hakimlər:     İmzalar var. 

              Əsli ilə düzdür. Sədrlik edən:                                              Amil Dosiyev 



 

 

 



 

 

Yüklə 235,36 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin