Cədvəl 3.9. AMD FX prosessorunun texniki xarakteristikaları
AMD FX prosessoru
AMD64 texnologiyası
+
Eyni zamanda 32/64 bitli hesablamalar
+
Hər nüvə üçün L1 keş yaddaşı (əmrlər+verilənlər)
128 Kbayt (64 + 64 Kbayt)
L2 keş yaddaşı (hər nüvə üçün 1 Mbayt)
8 / 6 / 4 Mbayt
L3 keş yaddaşı
8 Mbayt
Hyper Transport texnologiyası
+
İnteqrasiya dilmiş DDR3 yaddaş kontrolleri
+
Şin kontroller yaddaşı
128 mərtəbə
Dəstəklənən yaddaş tipi
DDR3 1866-ya qədər
Prosessordan sistemə ümumi buraxılma sürəti
37 Qbayt/s-ə qədər
Texnoloji proses
32 nm
Soket
AM3+
Hesablanmış istilik gücü
125/95 Vt
Cədvəl 3.10-da AMD FX prosessorunun Intel Core i5/i7 prosessoru ilə müqayisəli texniki xarakteristikaları göstərilmişdir.
Cədvəl 3.10. AMD FX prosessorunun Intel Core i5/i7 ilə müqayisəsi
AMD FX
Intel Core i5/i7
DDR3-1866-ya inteqrasiya
DDR3-1833-ə inteqrasiya
x86 arxitekturası üçün 8 nüvə
x86 arxitekturası üçün 4 nüvə
L2 səviyyəli keş yaddaş üçün 8 Mb
L2 səviyyəli keş yaddaş üçün 1 Mb
L3 səviyyəli keş yaddaş üçün 8 Mbayt
L3 səviyyəli keş yaddaş üçün 8 Mbayt
Əsas takt tezliyi 3.6 QHs
Əsas takt tezliyi 3.4 QHs
Əsas takt tezliyi 4.2 QHs
Əsas takt tezliyi 3.8 QHs
+600 MHs Turbo rejimi
+400 MHs Turbo rejimi
ISA üçün genişləndirilmiş arxitektu-ra: SSE3, SSE4, AES, AVX Plus, FMA4, XOP
ISA üçün genişləndirilmiş arxitektu-ra: SSE3, SSE4, AES, AVX
AMD CrossFireX texnologiyasının dəstəyi: 2x16
AMD CrossFireX texnologiyasının dəstəyi: 2x8
AMD prosessorlarının markalanması İndi isə AMD prosessorlarının markalanmasına baxaq. Şəkil 3.19-un a bəndində göstərilən hissəyə nəzar salaq. Birinci halda videoplata inteqrasiya edilmişdir. Şəkilin üzərində 1, 2, 3 və 4 rəqəmləri (bu rəqəmlər kvadratın daxilində yerləşdirilmişdir) göstərilmişdir. Həmin rəqəmlər AMD modelli prosessorun timsalında aşağıdakı parametrləri təyin edir.
Seriyanın adı.
Prosesordakı nüvələrin sayı.
Arxitekturası:
2 – Bulldozer;
3 – Piledriver;
Prosessor ailəsində modelin vəziyyəti əsasən tezlikdən asılıdır. Burada ən böyük rəqəm daha sürətli işləyən prosessoru xarakterizə edir.
a) AMD FX
b) AMD A10
Şək. 3.19. AMD prosessorlarının markalanması
Şəkil 3.19-un b variantında isə videoplatanın prosessora inteqrasiya edilməmiş vəziyyətinin markalanması qaydası verilmişdir. Markalanmanı anlamaq üçün şəklin üzərində 1, 2 və 3 rəqəmləri (bu rəqəmlər kvadratın daxilində yerləşdirilmişdir) göstərilmişdir.
Sürətli prosessor. Bu nüvələrin sayı və videokartın prosessora inteqrə edilməsilə digərlərindən fərqlənir.
A4 - 2 nüvə;
A6 - 2 nüvə;
A8 - 4 nüvə;
A10 - 4 nüvə.
Nəsillər.
Seriyada göstərilən model, əsasən prosessorun takt tezliyindən asılıdır. Markalanmada göstərilən sonuncu rəqəm nə qədər böyükdürsə (baxılan halda 8), prosessor bir o qədər sürətli sayılır.