Proqramlaşdırma dilləri



Yüklə 35,99 Kb.
səhifə2/4
tarix22.10.2023
ölçüsü35,99 Kb.
#159932
1   2   3   4
Proqramlaşdırma dilləri

Proqramlaşdırma dilləri


  • Ada — Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974–1980-ci illərə təsadüf edir.

  • Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompüterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.

  • Basic – Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.

  • C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.

  • C++ – 1980-ci ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.

  • C# — C#(C Sharp) – Microsoft. Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.

  • Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.

  • JAL — Wouter Van Ooijen tərəfindən 16F84 ,16C84,16F877 , Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri proqramlaşdırmaq üçün yaradılmış dildir.

  • Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır.

  • LISP — List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. 1958-ci ildə yaradılmışdır

  • Lua — 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.

  • Objective-C — yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.

  • Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.

  • Perl — 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.

  • PHP — (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.

  • Prolog — Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır.

  • Python — 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Dilinin sintaksisi çox aydın və anlaşıqlıdır.

  • Ruby — Yukihiro Matsumoto tərəfindən Perl, Smalltalk və Eiffel dillərindən yararlanaraq yaradılmışdır.

  • Scheme — Funksional proqramlaşdırma dili olub. 1975–1980-ci illər ərzində MİT süni intellekt laboratoriyasında yaradılmışdır.

  • Delphi — Pascal dilinin əsasında yaradılmış dildir.

  • Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.

  • Swift– Apple tərəfindən WWDC 14 də təqdim edilmiş proqramlaşdırma dili.

Bu gün ən populyar peşələrdən biri, şübhəsiz ki, proqram mühəndisliyidir. Çoxlu müxtəlif proqram dillərinin mövcud olduğu müasir dünyada hansı proqramı öyrənmək vacib suallardan biridir. Python bu gün ən çox istifadə edilən proqramlaşdırma dillərindən biridir. Bunun ən böyük səbəbi öyrənilməsi və başa düşülməsi asan olmasıdır. Öyrənmədə təklif etdiyi rahatlıqlara əlavə olaraq; Onun hərtərəfli dəstək modulları, icma dəstəyi və veb xidmətləri ilə asan inteqrasiya kimi xüsusiyyətləri diqqəti cəlb edir. Açıq mənbəli proqramlaşdırma dili olan Python süni intellekt sahəsində uğurlu dillərdən biridir.
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin