Press reliz “Sağlam Dünya” İctimai Birliyi



Yüklə 17,38 Kb.
tarix21.03.2017
ölçüsü17,38 Kb.
#12177

PRESS RELIZ


Sağlam Dünya” İctimai Birliyi


Mərkəzi Regionda İİV/QİÇS ilə bağlı Məlumatlandırma Kampaniyası
Dünyada artmaqda olan İİV/QİÇS (AİDS) epidemiyası Azərbaycanda da narahatlıq doğurur və buna qarşı mübarizənin sürətləndirilməsini labüd edir. Milli QİÇS mərkəzinin son məlumatlarına əsasən, bu bəlanın daşıyıcıları artıq 1007 nəfərə çatıb. İİV-ə yoluxanların təqribən 78%-i 15-39 yaşlarındadır. Rəsmi rəqəmlər (1007) reallığı əks etdirmir, halbuki, beynəlxalq ekspertlər real rəqəmlərin rəsmi rəqəmlərdən ən azı 10 dəfə yüksək olduğunu göstərirlər.

Digər bir tərəfdən isə, Gənclər və İdman Nazirliyinin keçirdiyi son sorğu (2005- ci il, 4000 respondent arasında) Bərdə regionunda xüsusilə İİV-lə bağlı biliklərin qeyri-qənaətbəxş olduğunu üzə çıxarmışdır. İİV nədir, onun yoluxma yolları hansılardır, kimlər daha çox buna yoluxa bilər, İİV-in müayinə yolları hansılardır, ondan müdafiə yolları hansılardır və s. suallara cavablar yarıdan çox hallarda doğru olmamışdır.

Bununla bağlı yaranmış ağır vəziyyəti nəzərə alan Sağlam Dünya təşkilatı Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə Qrant Müsabiqəsində qeyd olunduğu müddətdə (20 Noyabr – 20 dekabr 2006 – cı il) “ Bərdə Regionunda İİV/QİÇS ilə bağlı məlumatlılığın artırılması” layihəsini həyata keçirdi. Layihə təşkilatın səhiyyə işçilərinin, könüllü gənclərin, sözügedən sahədə təcrübəli ekspertlərin iştirakı ilə və eləcə də Açıq Cəmiyyət İnstitutunun müvafiq personalının tövsiyyələri əsasında həyata keçirildi. Layihənin keçirilməsində məqsəd region əhalisinin QİÇS-lə bağlı məlumatlılığını artırmaq, insanlara bu bəlaya qarşı mübarizə aparılmasının vacibliyini çatdırmaq idi.

Qarşıda duran məqsədlərə nail olmaq üçün 20 Noyabrdan etibarən Bərdə regionunda kütləvi yayım (maarifləndirmə) vəsaitləri paylanıldı, 1 Dekabr – Beynəlxalq QİÇS-lə Mübarizə Gününə qədər müxtəlif formatlarda olan plakatlar rayonun orta məktəbləri, xəstəxana və poliklinikalar, apteklərdə, şəhərdaxili marşrutlarda və digər ictimai yerlərində vuruldu. 1 Dekabrda isə Bərdə rayon İcra Hakimiyyəti ilə birgə Bərdə Olimpiya Mərkəzində 1 Dekabr – Beynəlxalq QİÇS-lə Mübarizə Gününə həsr olunmuş “Təhlükəsizliyiniz öz Əlinizdədir” devizi altında regional səviyyəli tədbir təşkil olundu.




Tədbirdə İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Mərkəzi Xəstəxanasının məsul nümayəndələri də iştirak edirdilər.Eyni zamanda, məktəblilər və region əhalisi tədbirə gəlmişdilər. Rəsmi hissədə edilən çıxışlarda QİÇS- in doğurduğu ağır nəticələr tədbir iştirakçılarının diqqətinə çatdırıldı, insanları bu xəstəliyə qarşı mübarizə aparmağın və xəstəlikdən müdafiə yolları barədə məlumatlar verildi.

Tədbirin rəsmi hissəsindəki çıxışlardan sonra rəsm müsabiqəsi keçirildi, müsabiqənin qaliblərinə (ən yaxşı 5 rəsm əsərinin müəllifləri – 1,2,3-cü yerlərin və 2 həvəslədirici yerin sahibləri) diplomlar və qiymətli hədiyyələr verildi.Bərdə rayon Musiqi Məktəbinin şagirdləri mahnılar ifa etdilər. Ağdam rayon Dövlət Dram teatrının artistlərinin ifasında QİÇS- lə bağlı səhnəciklər hamının böyük diqqətinə səbəb oldu. Bunların vasitəsilə QİÇS-in doğurduğu ağır fəsadlar və ona qarşı mübarizənin əhəmiyyəti şagirdlərin diqqətinə çatdırıldı.











8 Dekabrda isə layihə çərçivəsində Bərdə Olimpiya Mərkəzində Kikboksinq üzrə Zona Birinciliyi təşkil olundu. Birincilik Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olundu. Yarışa Bərdə, Tərtər və Ağdam rayonlarında ümumilikdə 5 komanda, 70- ə yaxın idmançı qatılmışdı.Yarışın keçirilməsində məqsəd gənclərimizin idmana olan marağını artırmaq və İİV/QİÇS – lə mübarizədə birgə həmrəylik nümayiş etdirmək idi. Gərgin mübarizə şəraitində keçən yarışda ümumi hesabda Bərdə 1-ci, Tərtər 2-ci, Ağdam isə 3-cü yerə layiq görüldülər. Onlar kuboklarla mükafatlandırıldılar, məşqçilərə hədiyyələr verildi, hər komandanın ən yaxşı idmançıları da qiymətli hədiyyələrlə təltif edildilər.










Layihə çərçivəsində dekabr ayının 13-dən 15-nə kimi, 3 gün ərzində regionun 15 orta məktəb və kollecindən ümumilikdə 75 nəfər fəal gəncləri qruplaşdıraraq onlara təcrübəli ekspertlər tərəfindən seminarlar keçirildi ki, bu da onların məlumatlandırılmasına müsbət təsir göstərdi. Seminarlar hər gün 3 saat olmaqla 30 nəfərə keçirilirdi. Həmin fəal gənclər tərəfindən isə məktəblərdə təbliğat işlərinin aparılmasında təşkilat tərəfindən lazımi köməklik göstərildi.

Layihə çərçivəsində görülmüş işlərimiz barədə geniş ictimai kütlə məlumatlandırılmışdır, belə ki, layihə ilə bağlı 525-ci qəzetin 20 dekabr buraxılışında və internet səhifəsində-http://www.525ci.com/aze/2006/12/20/read=44  məlumat getmiş və ictimaiyyətin diqqətinə çatdırılmışdır.



Əlavə məlumat üçün:
Kamran Məlikzadə

Layihə üzrə İşçi


E-mail: kamran_meliksoy@yahoo.com

Mobil: 055-708-6007; 050-550-8507
Yüklə 17,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin