Plan: Təchizat Zəncirinin Idarə Edilməsinin Iqtisadi Mahiyyəti


Şək. 1. Terminlərin müxtəlif şərhlərinin mövcudluğunun səbəbləri



Yüklə 288,03 Kb.
səhifə3/10
tarix12.10.2023
ölçüsü288,03 Kb.
#154160
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 1

Şək. 1. Terminlərin müxtəlif şərhlərinin mövcudluğunun səbəbləri
"Supply chain management - SCM" - "Təchizat zəncirinin idarı edilməsi" ter­mi­ni sistem inteqratoru - "i2 Technologies" şirkəti və "Arthur Andersen" konsaltinq şirkəti tərəfindən 1980-ci illərin əvvəllərində təklif edilmişdir. Təchizat zəncirinin idarə edilməsi konsepsiyasının yaranması həm də K.Oliver və M.Veberin 1982-ci ildə Londonda nəşr etdirdikləri “Təchizat zəncirinin idarə edilməsi: Logistika Strategiyasına uyğun gəlir” məqaləsi ilə əlaqələndirilir. Onlar özlərinin məşhur məqaləsində, xammal istehsalçılarından son istehlakçıya qədər olan material axınlarının idarə edilməsini inteqrasiya olunmuş strategiyanın bir hissəsi kimi nəzərdən keçirməyi təklif etdilər və bunu “təchizat zəncirinin idarə edilməsi” adlandırdılar. Müəlliflər tədarük zəncirinin vahid bir orqanizm kimi nəzərdən keçirilməli olduğunu və onun idarə edilməsində strateji qərarların qəbul edilməsini tələb etdiyini ifadə edirdilər.
Təkamül prosesində təchizat zəncirinin idarə edilməsi konsepsiyasının konseptual aparatı əhəmiyyətli dərəcədə dəyişdi, çünki onun terminologiyası daim inkişafdadır. 1980-ci illərdə inkişaf etmiş iqtisadiyyatlarda bir çox sənaye sahələrində istehsalın maya dəyərinin praktiki olaraq mümkün olduğu qədər aşağı düşdüyü bir vəziyyət yarandı. Rəqabət qabiliyyətini qorumaq üçün biznesin idarə edilməsinin yeni konsepsiyasına ehtiyac var idi. 1980-ci illərdə “təchizat zəncirinin idarə edilməsi” konsepsiyasının meydana çıxması ilə. materialların və hazır məhsulların axınının əlaqələndirilməsi ideyası təkcə bir firma daxilində deyil, həm də texnoloji zəncirlə bir-birinə bağlı olan bir sıra firmalarda ortaya çıxdı.
Təchizat zəncirinin idarə edilməsi konsepsiyasının təkamülü

SCM- İlkin-yarnama mərhələsi
1980-ci illər

İnkişafın bu mərhələsində "təchizat zəncirinin idarə edilməsi"anlayışı
məzmunca inteqrasiya edilmiş logistika anlayışından yalnız bir qədər fərqlənirdi və demək olar ki, eyni idi


Yüklə 288,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin