Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


MÖVZU 4. ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA FƏALİYYƏTİN ROLU



Yüklə 135,86 Kb.
səhifə12/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   8   9   10   11   12   13   14   15   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

MÖVZU 4. ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA FƏALİYYƏTİN ROLU
PLAN:

1. Fəaliyyət haqqında anlayış

2. Şəxsiyyətin inkişaf səviyyəsi

3. İnteriorizasiya və eksteriorizasiya

4. Aparıcı fəaliyyət tipləri

5. Fəaliyyətin əsas növləri

6. Şəxsiyyətin formalaşmasında fəaliyyətin rolu
1. İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə məqsədəyönəlmiş şəkildə təsir göstərməklə özünün tələbatlarını ödəyir. Məhz buna görə də fəaliyyət həmişə insanın şüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim olunaraq həyata keçir. Fəaliyyət gerçəkliyə elə fəal yanaşma formasıdır ki, onun vasitəsi ilə insanla onu əhatə edən aləm arasında real əlaqə yaranır. İnsanın fəallığı müxtəlif formalarda özünü göstərir. Fəaliyyət genetik cəhətdən əvvəlcə praktik fəaliyyət kimi formalaşmışdır, onun əsasında tədricən nəzəri fəaliyyət təşəkkül etmişdir.

Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Tərifən göründüyü kimi, fəaliyyət zamanı həm psixi, həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş məqsədləri ilə tənzim edilir. Fəaliyyət və şüur qarşılıqlı dialektiv vəhdət təşkil edirlər. Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və hadisələri ilə bələd olur, onlara qarşı insanda müəyyən münasibətlər sistemi formalaşır.


2. İnsan şəxsiyyəti fəaliyyətdə ifadə olunur və eyni zamanda fəaliyyət onun şəxsiyyətini formalaşdırır. Fəaliyyətin inkişafı prosesində, onun genişlənməsi və mürəkkəbləşməsi sayəsində şəxsiyyətin yaranmasının bazisini təşkil edən ictimai münasibətlər formalaşır. Fəaliyyətin vahid, qarşılıqlı əlaqəyə malik olan motivlər sistemi şəxsiyyətin psixoloji əsasını təşkil edir.

Fəaliyyət insanın bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Şəxsiyyət ətraf aləmlə fəal qarşılıqlı təsir prosesində formalaşır. Qarşılıqlı təsir isə fəaliyyət prosesində mümkün olur. Deməli, fəaliyyət prosesində insan özünün fəallığını büruzə verir. Bu cür fəallıq olmadan fəaliyyətin baş verməsi mümkün deyildir. Şəxsiyyətin inkişaf səviyyəsi ilə onun fəallığı sız qarşılıqlı əlaqəyə malikdir. Bunlardan biri digərini tamamlayır, biri digərinin inkişafı üçün şərati yaradır. Əgər şagirdlər fəaliyyət prosesində yüksək fəallıq göstərilərsə onların mənimsəmə imkanları genişlənər, bu isə onların şəxsiyyətlərinin hazırlıq səviyyə-sinin-bilik, bacarıq və vərdilərinin yüksəlməsinə gətirib çıxarır.

Şagirdlərdə şəxsiyyətin inkişaf səviyyəsinin yüksəlməsi, onlarda şəxsiyyətin hazırlıq səviyyəsinin yüskək inkişaf səviyyəsi onların daha çox fəallıq göstərmələrinə səbəb olur.Şəxsiyyət öz fəallığını ətraf aləmlə qarşılıqlı təsir prosesində-fəaliyyətdə təzahür etdirir. Şəxsiyyətin formalaşmasının mənbəyini onun tələbatları təşkil edir. Məhz tələbat insanı müəyyən istiqamətdə iş görməyə təhrik edir. Odur ki, insan öz tələbatını sadəcə olaraq ödəmir, həm də fəaliyyətə yönəlir.

Tələbatlar insan fəaliyyətinin motivi, fəallığının mənbəyi olmaqla yanaşı, həm də insan şəxsiyyətinin inkişafını təmin edən başlıca amillərdəndir. Şəxsiyyətin istiqamətinə daxil olmaqla tələbatlar onun sonrakı inkişafına da təkan verir. Ona görə də şagirdlərdə tələbatların xüsusiyyətlərinin aşkara çıxarılması və tərbiyə psixologiyasının ən başlıca vəzifələrindən biri sayılır. Müəllimə daima öz şagird- lərində müsbət tələbatların formalaşması qayğısına qalmalı, onlrda baş verən mənfi tələbatların aradan qaldırılmasına çalışmalıdır. Belə olduqda formalaşan müsbət tələbatlar müvafiq davranış tərzinin baş qaldırmasına gətirib çıxarır.



Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin