Plan: İnsan şəxsiyyətinin sosial mahiyyəti haqqında. Şəxsiyyətin formalaşmasında irsiyyətin mövqeyi 2



Yüklə 26,66 Kb.
səhifə3/5
tarix30.04.2022
ölçüsü26,66 Kb.
#56716
1   2   3   4   5
Mövzu-3 Məktəbəqədər yaş dövründə şəxsiyyətin inkişafı və tərbiyəsi.

Sinif kiçik qrup(kollektiv)kimi

Sinif-kiçik qrup kimi müəyyən xüsusiyyətlərlə qrupun digər növlərindən fərqlənir:oradakı münasibətlər müəllim-şagird və şagird-şagird münasibətlərinə əsaslanır.Müəllim və şagirdlərin hər birinin özünə məxsus rolu vardır:müəllim həm peşəkar öyrədən və tərbiyəçi,həm də böyük həyat təcrübəsinə malik insandır.Şagird isə öyrənən və təhsil alan şəxs olmaqla eyni zamanda müəyyən yaş qrupuna malik olan(uşaq,yeniyetmə,gənc)şəxsiyyətdir.Bu hal kiçik qrup kimi sinif kollektivində şəxsiyyətlər arsı münasibətlərin xarakterinə təsir edir. Digər tərəfdən, sinif kollektivində qarşılıqlı münasibətlər iki səviyyədə-formal (rəsmi)qeyri-formal(qeyri-rəsmi)səviyyələrdə qurulur.

Uşaq bağcasının rəsmi qaydaları ilə tənzimlənən münasibətlər(tərbiyəci-uşaq, uşaq-uşaq. Və s.)rəsmi münasibətlərdir.Bununla yanaşı həmin münasibətlər qeyri-rəsmi(isti,yaxın)səciyyə daşıya bilər.Sinif daxilində ayrı-ayrı uşaqlar və ya kiçik qrupda birləşən şagirdlər dostluq münasibətində ola bilərlər.Bu yolla qrup daxilində mikro qruplar yaranır və onlar sinif kollektivinin həyatında müəyyən rol oynayır;oradakı münasibətlərə güclü təsir edir.Tədqiqatlar(Ə.Bayramov,Ə.Əlizadə və b.)göstərir ki kollektvdə şagirdin mövqeyi,statusu dəyişə bilər.Məsələn,sinif nümayəndəsi normal münasibətdə kollektivin həyatında xüsusi yer tuturvə müəyyən sosial rol oynayır.Halbuki,qeyri-formal münasibətlərdə qrupun adi üzvlərindən biridir.Sinif kollektivində şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsi zamanı tərbiyəçi,sosial pedaqoq şagirdlərin formal və qeyri-formal münasibətlərindəki mövqeyi nəzərə almalıdır.

Qrupda qarşılıqlı təsirlərin və şagirdlərin qrup statusunun təhlili (R.Beyls) göstərir ki,nüfuz səviyyəsinə görə şagirdlərin qrup statusu dəyişir:daha nüfuzlu(I,IIqrup)nisbətən nüfuzlu (IIIqrup) və az nüfuz, təcrid olunan(IVqrup).R.Beylsin sxemi və müvafiq sosial meyarlar əsasında aparılmış tətqiqat(H.Ə.Əlizadə)zamanı müəyyən edilmişdir ki,qrup diferensiyası keçirilən sinifdə(IXsinif)şagirdlərin 41.4%-i I və II qrupa,1/3-i III qrupa daxil olmuş,təcrid olunan şagirdlərdə az olmamışdır.Bu göstəricilər əsasında sinfin tərbiyə işinin səviyyəsini və kolektiv kimi inkişaf mərhələlərini müəyyən etmək mümkündür.Göstərilən tətqiqatda həmin sinfin tərbiyə səviyyəsinin aşagı olduğu kollektiv kimi inkişafını II mərhələsinə uyğun gəldiyi müəyyən edilmişdir. Tədqiqatda həmdə aşkar edil mişdir ki,sinfin bir çox fəalları nüfuz baximindan I qrupa deyil II-III qrupa daxil olmuşlar. Onlar sinifin şəxsi(qeyri-formal)münasibətlər sistemində fərqlənsələr də,işgüza(formal)münasibətlərdə nüfuza malik deyildirlər.Sinif kollekttivində əlaçılara.sinif nümayəndələrinə və qeyri-rəsmi liderlərə münasibət hec də həmişə bir mənalı olmur.Sosial pedaqoq qrup diferensiyasında bu cəhətləri nəzərə almalıdır.Sinif nümayəndəsi və qeyri rəsmi liderin qarşılıqlı münasibətləri kollektivin ümumi məqsədi baxımından tənzim edilməlidir.Bu tələb sinif kollektivi ilə ayrı-ayrı mikro qrupları arasındakı munasibətlərdə də gözlənilməlidir.Sinifdə kollektivdən təcrid olunmuş-təklənən uşaqların kollektivlə qaynayıb qarışmasını təmin etmək,onları kollektivdəki mövqeyini dəyişmək lazımdır.Bu yolla yeni yetmelerin qeyri-formal kücə qruplarından ayırmaq və normal kollektiv həyata qaytarmaq olar.




Yüklə 26,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin