Plan: İnsan şəxsiyyətinin sosial mahiyyəti haqqında. Şəxsiyyətin formalaşmasında irsiyyətin mövqeyi 2


Pedaqoji kollektiv və uşaq kollektivi



Yüklə 26,66 Kb.
səhifə2/5
tarix30.04.2022
ölçüsü26,66 Kb.
#56716
1   2   3   4   5
Mövzu-3 Məktəbəqədər yaş dövründə şəxsiyyətin inkişafı və tərbiyəsi.

Pedaqoji kollektiv və uşaq kollektivi.

Məktəbdə sosial tərbiyə işinin səmərəsi müəllim və şagird kollektivlərinin fəaliyyətinin əlaqələndirilməsindən cox asılıdır.Tərbiyə kollektiv prosesdir;buna görədə o,bütün məktəb kollectivini birgə və məqsədyönlü səyi nəticəsində mümkündür.Tərbiyə ustası A.S.Makarenko məktəbdə təlim-tərbiyə işinin müvəffəqiyyəti üçün ümumi məqsəd və normalarla yaşayan tərbiyyəçi və tərbiyyə olunanların vahid kollectivliyinin vacibliyini,bunsuz hec bir tərbiyyə prosesinin mümkün olmadığını qeyd etmişdir. Vahid pedaqoji kollectivin mühim şərti orada şəxsiyyətlər arası münasibətlərin(o cümlədən məktəb direktoru-müəllim-şagird münasibətlərinin)düzgün qurulmasından,düzgün ümumi ton və üslubun yaradılmasından ibarətdir. A.S.Makarenko kollectiv üslubun fərqləndirici əlamətlərini müəyyən etmişdir onlar aşağıdakılardan ibarətdir:

a)gümrahlıq;

b)şəxsi ləyaqətin dərk edilməsi;

c)kollectiv üzvlərinin yoldaşlıq birliyi;

ç)müdafiə olunmaq hissi;

d)özünü saxlaya bilmək;

e)fəallıq.

Görkəmli pedaqoqun təcrübəsində kollektiv üslubun digər əlamətləri də gözlənilirdi:hər kəs ətraf mühiti qorumalı və şəraitə görə özünü aparmağı,yoldaşa güzəştə getməyi bacarmalıdır;kollektiv üzvləri işdə məsilyət və vicdanlı olmalı,zahiri estetikaya(geyim,təmizlik,davranış və münasibət gözəlliyinə əməl etməlidir. Bütün bu üslub və ton təzahürləri kollektivin tərbiyəvi rolunu gücləndirmək,habelə kollektivdə ümumi ahəng yaratmaq baxımından böyük əhəmiyyətə malikdir. Ümumi ahəng müəllim və şagird kolectivlərini ümumi idea və dəyərlər,umumi intellektual həyat və ümumi fəalliyyət ətrafında birləşdirməklə sıx bağlıdır.Ümumi intellektual həyat pedaqoji və şagird kollektivlərini vahid məktəb kollectivlərində birləşdirir.Şən hazır cavabların yarışı,bilik yarışları,fən dərnəkləri,fən olimpiadaları,elm və mədəniyyət adamları ilə görüşlər-müəllim və şagirdlərin ümumi işini sayəsində mümkün olur.

Eləcə də ümumi əmək məktəbəqədər tərbiyə müəssəsinin pedaqoji və uşaq kollectivlərini bir birirnə yaxınlaşdırır. Uşaq bağcası üçün insanlar və cəmiyyət üçün ürəkdən görülən iş və müntəzəm ictimai mühitə faydalıəmək məktəb kollectivinin mənəvi həyatanı zənginləşdirir və şagirdlərin şəxsiyyət kimi formalaşmasina təsir göstərir.Məktəb kollectivinin fomalaşması və inkişfında oradakı çox cəhətli əlaqə və münasibətlərin təşkili mühüm əhəmiyyət kəsb edir.Uşaq və gənclər müxtəlif fəalliyyət növlərində iştirak etmeklə,məktəbdə və məktəbdən kənar müxtəlif kollektivlərin(dərnəklər kulublar idman bölmələri marağa görə dəstələr və uşaq biliklərinin)üzvləri ilə qarşılıqlı əlaqələrə daxil olmaqla icitimai münasibətlər və sosial ünsiyyət təcrübəsi qazanırlar.Buna görə də məktəbədə müxtəlif kollektivlərin yaradılmasına və şagirdlərin onların fəalliyyətində fəal iştirak etmələrində nail olmaq vacibdir. Məktəbdə uşaq kollektivlərinin növləri coxdur onlar iki böyük qrupa bölünür.Kiçik(ilkin)kollektiv və böyük(ikincili)kollektiv.İlkin kollektiv-bilavasitə ünsiyyət və fəaliyyətlə(iş,məişət,emosional)bağlı olan uşaq qruplarıdır(sinif,dərnək,marağa görə dəstələr və s.) Böyük (ikincili)kollektiv öz tərkibi və istiqamətlərinə gorə kiçik (ilkin)qrupları birləşdirən kollektivdir(məktəb,istirahət düşərgələri və b.).

Kollektivlərin müxtəlifliyi,bir tərəfdən,hər bir uşaqın ahəngdar şəxsiyyət kimi inkişafı üçün imkan yaradır,digər tərəfdən isə şagird müxtəlif münasibətlərə daxil olmaqla özünü şəxsiyyət kimi daha yaxşı ifade və təsdiq edir.Hər bir şagird coxcəhətli kollektiv əlaqə və münasibətlər sisteminə daxil olaraq sosial təcrübə qazanır.Belə qarşılıqlı əlaqələr eyni zamanda məktəbdə bütün şagirdlər (həmyaşıdları,bğyük və kiçiklər)arasında ümumi müsbət emosional mühitin yaranmasına kömək göstərir.

Məktəbəqədər tərbiyə müəssəsi təcrübəsində ilkin kollektivlərlə ümumiməktəb kollektivi arasında əlaqələrin müxtəlif formaları tətbiq olunur: məktəbdə və ondan kənarda ictimai-faydalı əmək, ümumi məktəb tədbirləri(bayramlar,müsabiqələr,tematik axşamlar,yarışlar,idman oyunları,gəzintilər,olimpiyadalar,diskusiyalar və s.) bu qəbildəndir.Bunun sayesində müxtəlif kollektivlərin qarşılıqlı əlaqələri genişlənir,işdə qarşılıqlı kömək təşkil edilir,sosial təcrübə mübadiləsi aparılır,uşaq və gənclərin təşkilati,icra,komunikativ və digər bacarıqları formalaşır. Tərbiyəci və sosial pedaqoqlar şagird kollektivlərində,xüsusən ilk (sinif) kollektivlərdə sağlam qarşılıqlı münasibətlərin formalaşmasına xüsusi diqqət yetirməlidir.




Yüklə 26,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin