Plan: btm-da təlimin vəzifələri


Didaktika pedaqogika elminin bir sahəsi olub, bütün məktəb fənləri üçün ümumi olan təlim nəzəriyyəsini və prinsiplərini müəyyənləşdirir



Yüklə 27,13 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü27,13 Kb.
#46146
1   2   3   4
muhazire3 (6)

Didaktika pedaqogika elminin bir sahəsi olub, bütün məktəb fənləri üçün ümumi olan təlim nəzəriyyəsini və prinsiplərini müəyyənləşdirir.

Beləliklə, metodika elmi nəzəriyyəni təjrübəyə tətbiq etməklə tədris prosesini normal təşkil etməyə, tədris vaxtına qənaət etməyə xidmət edir, ən optimal, səmərəli metod və vasitələrdən istifadə imkanı yaradır.

BİOLOGİYA TƏDRİSİ METODİKASININ BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ
Son zamanlar fənlərarası əlaqə xüsusi əhəmiyyət kəsb edir. Təcrübələr nəticəsində mə­lum olmuşdur ki, tədris prosesində fənlərarası əlaqədən istifadə etdikdə şagirdlərin dünyagörüşü artır, onların hərtərəfli inkişafı açıq-aydın nəzərə çarpır. Biologiyanın tədrisi metodikası bioloji elmlərlə sıx surətdə əlaqədardır. Məktəbdə bioloji kursların tədrisi bioloji elmlər sahəsində yaxşı erudisiyaya malik olmağı, həm praktiki, həm də nəzəri cəhətdən təbiət hadisələrini elmi cəhətdən düzgün izah edə bilməyi müəllimlərdən tələb edir.

Ona görə istənilən məktəb fənlərinin məzmunu elmi olmalıdır. Bioloji elmlərin əsas məz­mu­nu və bioloji tədqiqatların elementar üsulları biologi­ya­nın tədrisi metodikasının spesi­fik­liyini müəyyən edir və onu digər məktəb fən­lərinin metodikasından fərqləndirir. N.M.Verzilinə görə biologiya elmlə­rin­də tədqiqatın əsas üsulları müşahidə, eksperiment və əldə edilmiş faktların nə­zə­ri ümumiləşdirilməsidir. Müşahidə və eksperiment yolu ilə alınmış mate­ri­alın ümumiləş­di­ril­mə­si, müqayisəsi şagirdlərə elementar nəzəri düşünjə ya­rat­maq məntiqi öyrədir. İfadə formala­rına, üsullarına, quruluşuna, həcminə və qarşıya qoyulan məqsədinə görə biologiyanın məktəb fənləri ilə bioloji elm­­lər arasında əsaslı fərq vardır. Bioloji elmlərin məqsədi tədqiqat yolu ilə təbiətdə əldə edilmiş faktlar və qanunauyğunluqlar haqqında şagirdlərə mə­lu­mat vermək və onu mənimsəməkdir. Məktəb fənlərinin tədrisi üçün müəy­yən qədər (məhdud) vaxt verilir və dəqiqləş­di­ril­miş elmi məlumatlarla şa­gird­lər tanış edilir. Bu zaman çox vacib elmi problemləri şagirdlərə çatdırmaqla bərabər əlavə məlumatlarla da onları tanış etmək zərurəti ortaya çıxır.

Bioloji elmlərdən biologiya (bitkilər) və zoologiyanın inkişafı dife­ren­siasiya olunaraq anatomiya, morfologiya, sistematika, fiziologiya, ekologiya və s. kimi elmi sahələr ayrılmışdır. Həmçinin məktəb fənlərində janlı orqa­nizm­­lərin: bitki və heyvanların, insanların ayrı-ayrı orqanlarını öyrənən zaman bu elmlərin elementləri birləşir (inteqrasiya olunur). X-X1 siniflərdə orqanizmlərin fərdi və tarixi inkişafının müxtəlif səviyyələrdə öyrənilməsi mü­asir elmdə sitologiya, molekulyar biologiya, molekulyar genetika, bio­kim­ya, biofizika, genetika, seleksiya, ekologiya elmlərini, biosfer haqqında təlimin əsaslarını özündə birləşdirir. Bu jür inteqrasiya materialın çatdırılmasında və mənimsənilməsində vaxta qənaət edilməsinə, həyat proseslərinin ətraflı öyrənilməsinə imkan yaradır. Təsadüfi deyildir ki, metodika elmin əsaslarını hərtərəfli öy-rənməkdə müəllim və şagirdlərə yaxından kömək edir. Biliklərin strukturu (quruluşu) və onların mənimsədilmə formaları məktəb fənlərində tamamilə başqadır, daha doğrusu pedaqojidir. nimsədilməsi iki müxtəlif şeydir, və bütün ölkələrin pedaqoqları elmi sistemlərin pedaqoji sistemlər formasında yenidən işləyib hazırlayırlar.

Biologiya həm də aqronomiya və tibb elmlərinin əsasını təşkil edir. O, eyni zamanda məktəb biologiyasının tədrisində nəzəriyyə ilə təcrübə arasında əlaqə yaradır. Müəllim təkcə biologiyanı öyrətməklə kifayətlənməməlidir. O həmçinin aqronomiya və tibb elmlərinin əsaslarına yiyələnməlidir. Belə ol­duq­da şagirdlər müxtəlif ictimai faydalı işlə məşğul olmaqda, məktəbyanı sahənin təşkilində və orada işlərin aparılmasında aqronomik biliklərdən bajarılqla istifadə edə bilər. Təbiətin qorunması, meşəsalınma və s. məsələlər biolo­giyanın ayrılmaz bir sahələri olub, məktəb bioloji kursları ilə sıx bağlıdır.

Zoologiya, insan və onun sağlamlığı və ümumi biologiya kurslarının əksər mövzuları gi­gi­ye­nik və tibbi biliklərlə əlaqədardır. Lakin biologiya dərslərini aqronomiya dərslərinə çevirmək də olmaz. Kənd təsərrüfatında praktiki işlərdə şagirdlərin bu işi başa duşməsi üçün bioloji bilik­lərə əsaslanaraq kənd təsərrüfatı işlərini ye-rinə yetirərkən əmək mədəniyyətinin də tərbiyə edilməsi vacib neçə müxtəlif üsullardan istifadə edərək şagirdlərin tədris fəaliyyətinin bir növünü digəri ilə əvəz edir. Bu zaman müəllim özünün potensial imkan­la­rın­­dan səmərəli istifadə etməli olur. məsələlərdəndir. Metodika yalnız biolo­gi­ya elmlərinin məzmununun spesifikliyini öyrət­mək­lə məhdudlaşmır. O, eyni zamanda şagirdlərin yaş xüsusiyyətlərinə, uşaq psixologi­ya­sı­na da əsas­­la­nır. Tərbiyəedici təlim uşaqların yaş səviyyəsinə uyğun olduqda səmərəli olur. Tədris meto­di­ka­sı­nın məzmunu və ümumiyyətlə tədris metodikası uşaq şəxsiyyətinin inkişafına uyğun olaraq sinifdən-sinifə keçdikcə mürəkkəbləşir. Bunsuz təlim ya gücsüz olur, ya da çox elementar ol­maq­la uşaqların düşüncə dairəsinə və psixoloji imkanına uyğun gəlməyə bilər. Odur ki, bu və ya digər məsələnin həlli zamanı şagirdlərin yaşı, qavrama dərəcəsi və psixoloji imkanları nəzərə alınmalıdır. Doğrudan da IV sinifdə oxuyan 9-10 yaşlı şagird XI sinifdə oxuyan 16-17 yaşlı şagirddən kəskin surətdə fərqlənir.

IX-XI siniflərdə dərs əksər hallarda bir-iki üsulla tədris olunur. Tədris materialı isə fakt­lar araşdırıldıqda, həmçinin nəzəri ümumiləşdirilmələr həyata keçirildikdə tədrijən mürəkkəb­ləş­di­rilir, şagirdlərdə məsələyə yaradıcı yanaşmaq qabiliyyəti inkişaf etdirilir. Beləliklə, anlayış, qav­rayış və bacarığın inkişafı, biliyin möhkəmləndirilməsi təxirə salınmadan şagirdlərin yaş psi­xo­logiyasına əsaslanmalıdır. Biologiyanın tədrisi metodikası pedaqoji elm olmaqla bərabər, pedaqogikanın qolu olan didaktika ilə sıx surətdə əlaqədar inkişaf etməlidir. Didaktika xətti üzrə metodikanın pedaqogika ilə birbaşa əlaqəsini müəyyən etməklə onların arasında mövjud olan fərqi də nəzərə almaq lazımdır.


Yüklə 27,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin