Plan: btm-da təlimin vəzifələri



Yüklə 27,13 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü27,13 Kb.
#46146
1   2   3   4
muhazire3 (6)

BİOLOLOjİ ELMLƏRİN

TƏDRİSİ METODİKASININ ELMİ ƏSASLARI

Bir sıra elmlər kimi biologiyanın da tədrisi metodikasının özünəməxsus elmi əsasları mövjuddur. Odur ki, müasir dövrdə, daha doğrusu güjlü inteqrasiya getdiyi bir şəratdə biologiyanın tədrisinin elmi əsaslarından məqsədyönlü, düzgün və planlı surətdə stifadə etmək lazımdır. Meto­di­ka­nın elmi əsasları birdən-birə yaranmamış və müəyyən inkişaf tarixi keçmişdir. Biologiyanın tədrisi metodikası bir elm kimi ilk dəfə metodiki göstərişlərdən, müəllimlərin şəxsi təjrübəsindən pedaqoci ümumi-ləşdir­mələrdən başlamışdır. Metodika elmi sadə təşəbbüslərdən başlamış, əvvəljə differensiasiya yolu ilə getmiş, sonra təbiətşünaslığın ümumi metodikası və xüsusi metodikalar ya­ran­mışdır. İlk dəfə bir-birindən təjrid olunmuş halda ayrı-ayrı xüsusi me­to­di­kalar meydana çıxmışdır. İndiki dövrdə bir elm kimi metodika inteq­ra­si­ya və sintez dövrünə qədəm qoymuşdur. Sintez nətijəsində toplanmış mate­ri­allar ümumiləşdirilir, analiz edilir, vahid bir elmi nəzəriyyə halında sistem­ləş­dirilir. Sistemsiz elm kompası olmayan gəmini xatırladır.

Biologiyanın tədrisi metodikası təxminən 200 illik tarixi təjrübə əsasın­da elmi-pedaqoci materiallar toplamış, onu səmərələşdirmiş və özunün tədqi­qat metodlarını yaratmışdır. XIX əsrin sonlarından başlayaraq Azərbay­ca­nın yalnız sənaye və təsərrüfatla bağlı sahələrində deyil, mə­dəniyyət, maarif sahəsində də canlanma nəzərə çarpırdı. Bir sıra azərbaycanlı ziyalılarla Rusi­ya­nın tərəqqipərvər şəxsiyyətləri arasındakı yaxınlıq və əlaqə mütərəqqi rus ictimai fikrin Azər­baycanda yayılmasına böyük təsir göstərirdi. Bu cür təsir biologiyanın tədrisi metodikası sa­hə­sində də müşahidə etmək mümkün idi. Biologiyanın tədrisi metodikası hazırda sərbəst pedaqoji elm kimi fəaliyyətə malikdir. Metodika biologiyanın elmi materiallarına əsaslanaraq özünun tə­lim və tərbiyə metodlarını yaratmışdır. Müxtəlif ali məktəblərdə və müəl­lim­lərin ixti­sas­artırma institutlarında metodika kafedralarının təşkil olunması ilə əlaqədar metodiki tədqiqatlar kompleksi elmi xarakter almağa başladı.

Hər bir müəllimin apardığı sınaq dəsrləri nəticəsində təlim metod­la­rı­nın səmərəsi yoxlanılır və yeni elmi nətijələr əldə olunur. Təsadüfi deyildir ki, biologiyanın tədrisi prosesində məqsədyönlü aparılmış tədqiqatlar nəti­cə­sin­də üzə çıxarılmış qanunauyğunluqlar əsasında metodika bir elm kimi for­ma­laş­mışdır. Biologiya tədrisi metodikasının bir elm kimi aşağıdakı tədqiqat metodları vardır:

1. Müşahidə metodu. Müəllim müşahidə yolu ilə təlimdəki səhvləri, nailiyyətləri, aktual problemləri öyrənir və nətijədə elmi fərziyyələr irəli sürülür.

2. Məktəb eksperimenti metodu. İrəli surülmüş fərziyyələr təkrar sınaqdan keçirilir və dəqiqləşdirilir.

3. Sorğu aparmaq metodu.Müəllim və şagirdləri öyrənmək məqsədi ilə tətbiq edilir.Bu şifahi və ya yazılı yolla həyata keçirilir.

4. Nətijənin analizi metodu. Müşahidə və eksperimentlərin nəticələri ümumiləşdirilir, fərziyyələr təsdiqlənir və nəzəriyyə yaradılır.

K.D.Uşinski demişdir: «Nəzəriyyəsiz pedaqoji təjrübə tibbdəki ara həkim­li­yi­nə bənzəyir». Nəzəriyyə buraxılmış səhvlərin yolunu işıqlandırmazsa, müəllim lazımi metodikadan istifadə edə bilməz. Deməli, tədris heç də anadangəlmə injəsənət olmayıb, uzun müddətli zəhmət nətijəsində formalaşmışdır. Müəllim yalnız fənnin elmi məzmununu deyil, həmçinin onun metodi­ka­sını bil­mə­lidir. Gənc nəslin tərbiyə olunmasında və vətənpərvər şəxsiyyət ki­mi formalaşmasında biolo­gi­yanın tədrisi metodikasının hərtərəfli öyrə­nil­məsi vacibdir. Yalnız belə olduqda biologiyanın tədrisi metodikası dövrün tə­ləb­lərinə uyğun effektə malik ola bilər. Biologiya metodikasının özü­nün təd­qi­qat obyekti və spesifik xüsusiyyəti var. Bununla başqa metodikalardan fərq­lənir. Bio­lo­giya tədrisi metodikasının aşağıdakı qanunauyğunluqları var:

1) Elmin əsasları və məzmunu yalnız məktəb biologiyası kursları həcmində öyrədilir.

2) Şagirdlərin bilik və bacarıqları toplanmış bilik əsasında sadədən mürəkkəbə prinsipi ilə inkişaf etdirilir.

3) Tədris materialının məzmununun aparıcı rolu, forma və metodları müəyyənləşdirilir.

4) Təlim və tərbiyə sistemi əsasında qarşılıqlı əlaqə yaradılır. Bu sistemə aşağıdakılar daxildir:

- bioloji anlayışların və təlim metodlarının sistemi;



- biologiya tədrisi prosespndə təlim-tərbiyə sistemi;

3. təlimin maddi-texniki bazasının yaradılması sistemi.


Yüklə 27,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin