Pediatriya ixtisası üzrə nümunəvi test sualları 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Penisillinlərə qarşı allergiya olduqda beta-hemolitik streptokokla törədilən tonzillitin müalicəsində eritromisin necə təyin olunur?



Yüklə 0,92 Mb.
səhifə9/15
tarix07.01.2017
ölçüsü0,92 Mb.
#4766
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

570) Penisillinlərə qarşı allergiya olduqda beta-hemolitik streptokokla törədilən tonzillitin müalicəsində eritromisin necə təyin olunur?
A) 250 mq gündə 2 dəfə (7 gün)

B) 500 mq gündə 2 dəfə (6 gün)

C) 500 mq gündə 2 dəfə (10 gün)

D) 250 mq gündə 2 dəfə (5 gün)

E) 500 mq gündə 2 dəfə (5 gün)
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
571) Kəskin respirator infeksiyalar əsasən hansı yolla yayılır?
A) Limfogen və hemotogen yol ilə

B) Hava-damcı yolu ilə

C) Su və qida ilə

D) Hemotogen yol ilə

E) Limfogen yol ilə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
572) 1,5 yaşa qədər uşaqlarda aşağıdakilardan hansı dehidratasiyanın əlaməti sayılmır?
A) Böyük əmgəyin qabarması

B) Dəri turqorunun azalması

C) Selikli qişaların quruması

D) Ətrafların soyulması

E) Tələffüsün çətinləşməsi
Ədəbiyyat: Ю.Л.Шевченко « Клинические рекомендации для практикующих врачей» Издательский дом «ГЭОТАР-МЕД» 2002.
573) Diareya zamanı nə hospitalizasiyaya göstəriş deyil?
A) Qanlı nəcis

B) Altı aya qədər uşaq

C) Evdə müalicəyə şərait olmadıqda

D) Subfebril hərarətlə bir gün davam edən diareya

E) Beş gündən artıq davam edən diareya
Ədəbiyyat: Ю.Л.Шевченко « Клинические рекомендации для практикующих врачей» Издательский дом «ГЭОТАР-МЕД» 2002.
574) Orta dərəcəli dehidratasiyanın əlamətlərinə hansı aiddir?
A) Sidik ifrazı normal

B) Taxikardiya

C) Dartılmış dəri büküşü dərhal əvvəlki vəziyyətə qayıdır

D) Selikli qişalar nəm

E) Göz yaşı var
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
575) Yenidoğulmuşların reanimasiyasını uğurlu və keyfiyyətli aparmaq üçün adətən neçə nəfər tələb olunur?
A) 5 nəfər

B) 1 nəfər

C) 6 nəfər

D) 2-3 nəfər

E) 4 nəfər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
576) Reanimasiya tədbirlərinin başlanması, həcmi və ardıcıllığı üçün hansı əlamət əsas meyar sayılmır?
A) Tənəffüs

B) Dəri örtüklərinin rəngi

C) Tənəffüs, ürək döyünmə

D) Ürək döyünmə

E) Dölyanı suların xarakteri
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
577) Yenidoğulmuşların vəziyyətini qiymətləndirərkən əsas götürülmür?
A) Dəri örtüklərinin rəngi

B) Dölyanı suların xarakteri

C) Nəfəs alır, ağlayır

D) Əzələ tonusu

E) Dərinin turqoru
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
578) Yenidoğulmuşlarda ürəyin xarici massajının üsulu hansıdır?
A) Fərqi yoxdur

B) İki barmaq üsulu

C) Bir əl üsulu

D) İki əl üsulu

E) Bir barmaq üsulu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
579) Yenidoğulmuşların reanimasiyası zamanı ürəyin xarici massaj təzyiqlərinin sayının süni tənəffüsə nisbəti necə olmalıdır?
A) 5:2

B) 2:1


C) 5:1

D) 4:1


E) 3:1
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə klinik protokolu” Bakı 2008.
580) 1 yaşdan yuxarı uşaqlarda no-şpa məhlulunun dozası necədir?
A) 0,1 ml/yaş

B) 0,2 ml/kq

C) 0,5 ml/kq

D) 0,1 ml/kq

E) 0,2 ml/yaş
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
581) Hipertermik sindromda qan dövranının mərkəzləşməsi zamanı istifadə olunan 0,25 %li droperidolun dozası necədir?
A) 0,1-0,2 ml/yaş

B) 0,3-0,4 ml/yaş

C) 0,1-0,2 ml/kq

D) 0,3-0,4 ml/kq

E) 0,5 ml/yaş
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
582) Kəskin stenozlaşdırıcı larinqotraxeitdə III dərəcəli stenoz zamanı deksametazonun dozası hansıdır?
A) 0,7 mq/kq

B) 1 mq/kq

C) 0,3 mq/kq

D) 0,5 mq/kq

E) 0,9 mq/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
583) Bronxial astmanın yüngül tutması zamanı 2,4 %li eufillinin uşaqlarda birdəfəlik dozası necədir?
A) 0,6-0,7 ml/kq

B) 0,4-0,5 ml/kq

C) 0,15 ml/kq

D) 0,2-0,3 ml/kq

E) 1 ml/yaş
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
584) Qicolma zamanı diazepamin təkrarı dozası ilkin dozanın nə qədərdir?
A) ¾ qədərdir

B) ½ qədərdir

C) 2/3 qədərdir

D) 1/3 qədərdir

E) 1/5 qədərdir
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
585) Hipokalsemik qıcolmalarda 10 % - li kalsium qlükonatın dozası necədir?
A) 0,5 ml/kq

B) 0,4 ml/ kq

C) 0,4 ml/ yaş

D) 0,2 ml/kq

E) 0,2 ml/ yaş
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
586) Hipoqlikemik qıcolmalarda 20 %li qlükozanın dozası necədir?
A) 1,0 ml/kq

B) 2 ml/ kq

C) 0,1 ml/ kq

D) 1,0 ml/ yaş

E) 0,1 ml/yaş
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
587) Uşaqlarda 12 % və 24 %-li eufillinin dozası necədir?
A) 0,3 ml/ kq

B) 0,5 ml/yaş

C) 0,1 ml/yaş

D) 0,3 ml/ yaş

E) 0,1 ml/ kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
588) Yüksək hərarət zamanı litik qarışıqda analginlə birlikdə nə istifadə olunur?
A) Laziks

B) Korqlikon

C) Pipolfen

D) Eufillin

E) Strofantin
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
589) Yüksək hərarət zamanı parasetamolun birdəfəlik dozası necədir?
A) 1-3 mq/kq

B) 3-5 mq/kq

C) 10-15 mq/kq

D) 5-10 mq/kq

E) 15-20 mq/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
590) 6 aylıqdan böyük uşaqlarda ibuprofenin birdəfəlik dozası necədir?
A) 3-5 mq/kq

B) 1-3 mq/kq

C) 5-10 mq/kq

D) 15-20 mq/kq

E) 10-15 mq/kq
Ədəbiyyat: В.А. Михайлович, А.Г.Мирошниченко. Руководство для врачей скорой медицинской помощи «Невский Диалект» Санкт-Петербург 2007,
591) Febril qıcolmaların klinik əlamətlərinə hansı aid deyil?
A) Qıcolmadan sonra huş bərpa olunmur

B) Aşağı ətrafların simmetrik tonik-klonik qıcolması

C) Qıcolma 10 dəq- dən az davam edir

D) Hərarət 38 C –dən yuxarı

E) Yuxarı ətrafların simmetrik tonik-klonik qıcolması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
592) Sadə febril qıcolmaya nə xarakterdir?
A) Hərarətin 38° C –dən aşağı olması

B) Qıcolma 15 dəq- dən artıq davam edir

C) Qıcolma 15 dəq- dən az davam edir

D) Fokal xarakter daşıyır

E) Qıcolmadan sonra nevroloji defisit yaranır
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
593) Hansı biri lümbal punksiyaya əks göstərişdir?
A) Fokal nevroloji əlamətlər

B) Septiki şok əlamətləri

C) Davamlı letargiya

D) Kəllə daxili təzyiqin yüksəlməsi əlamətləri olduqda

E) Meninqokokk infeksiyasının kliniki əlamətləri olduqda
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
594) Astmatik statusda aşağıddakılardan hansı təyin olunmur?
A) Natrium hidrokorbonat

B) Salbutamolun inhalyasiyası

C) Nəmləşdirilmiş oksigen

D) Kortikosteroidlərin inhalyasiyası

E) Aminofillin və terbutalen birlikdə
Ədəbiyyat: Дж.Греф. Педиатрия. «Практика», Москва, 1997.
595) Eufillinin artıq dozada vurulmasının ilk əlaməti hansıdır?
A) Ürək ritminin pozulması

B) Arterial təzyiqin aşağı düşməsi

C) Təngnəfəslik

D) Baş ağrısı, qarın nahiyəsində ağrılar, ürək bulanması, qusma

E) Kollaps
Ədəbiyyat: Д.М.Машковский. Лекарственные средства (Пособие для врачей). Том I., «Новая волна», Москва, 2001.
596) İnağın III dərəcəsində inhalyasiya nə qədər aparılmalıdır?
A) 15 dəqiqə

B) 2 saat

C) Produktiv öskürək alınana qədər

D) Hər 3 saatdan bir 10 dəqiqə

E) 30 dəqiqə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.c.322.
597) Venoz kateterin uzun müddətli istifadəsində ən çox hansı fəsad baş verir?
A) Tromboflebit

B) Qanaxma

C) Ürəyin kateter ilə travması

D) Pnevmotoraks

E) Damarın deşilməsi
Ədəbiyyat: У.Штайнигер, К.Э.Мюлендаль. Неотложные состояния у детей. «Медтраст», Минск, 1996, c.393.
598) Kəskin böyrək çatışmazlığının oliqoanuriya mərhələsində daha çox aşağıdakılardan hansı baş verir?

A) Hiponatriyemiya

B) Hiperkaliyemiya

C) Hiperkalsiyemiya

D) Hipernatriyemiya

E) Hipokaliyemiya


Ədəbiyyat: Н.П. Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 1999, c.712. Дж.Греф. Педиатрия. «Практика», Москва, 1997. c. 311-312
599) Kəskin böyrək çatışmazlığının erkən əlamətlərinə daha çox aşağıdakılardan hansı aiddir?

A) Oliqouriya

B) Qanda kaliumun artması

C) Qanda natriumun artması

D) Sidiyin xüsusi çəkisinin artması

E) Qanda kalsiumun artması


Ədəbiyyat: Н.П. Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург, 1999, c.712.
600) Şokun müalicəsində ən vacib mərhələ hansıdır?
A) Dövr edən qanın həcm defisitinin bərpa olunması

B) Ümumi anesteziya

C) Vitaminoterapiya

D) Natrium hidrokarbonat məhlulu yeritmək

E) Ağ ciyərlərin süni ventilyasiyası
Ədəbiyyat: В.А.Михельсон, В.А.Гребенников. Детская анестезиология и реаниматология. «Медицина», Москва, 2001, c.162
601) Solğun əzvay göbələyi ilə zəhərlənmədə gizli dövr nə qədər davam edir?
A) 1 – 2 saat

B) 5 – 6 saat

C) 15 – 30 dəqiqə

D) 12 – 24 saat

E) 48 - 72 saat
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.с.327
602) Turşularla zəhərlənmədən sonra ilk saatlarda mədənin hansı məhlulla yuyulması məqsədə uyğundur?
A) 0,1% -lı kalium permanqanat məhlulu ilə

B) 2% -lı maqnezium oksid məhlulu ilə

C) Ringer məhlulu ilə

D) 4% -lı natrium hidrokarbonat məhlulu ilə

E) İlıq su ilə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.c.327
603) Hansı zəhərlənmələrdə dərinin hiperemiyalaşması, halyusinasiyalar, göz bəbəklərinin genişlənməsi qeyd olunur?
A) Maye sabunlarla

B) May inciçiçəyi ilə

C) Salisilatlarla

D) Atropinəbənzər maddələrlə

E) Bütün zəhərli bitkilərlə
Ədəbiyyat: А.В.Прахов. Неотложные состояния в педиатрии. «НГМА», Нижний Новгород, 2005.
604) Naməlum etiologiyalı zəhərlənmələrdə uşağın mədəsi aşağıdakılardan hansı ilə yuyulmalıdır?
A) Aktivləşmiş kömür əlavə edilmiş su ilə

B) Kalium permanqanat (marqanes) məhlulu ilə

C) Təmiz su ilə

D) Soda məhlulu ilə

E) Xlorid turşusu məhlulu ilə
Ədəbiyyat: У.Штайнигер, К.Э.Мюлендаль. Неотложные состояния у детей. «Медтраст», Минск, 1996, с. 342.
605) Uşaq orqanizmində metobolik asidoz zamanı aşağıdakı göstərilənlərdən hansı baş vermir?

A) Poliuriya

B) kapillyarların keçiriciliyinin pozulması

C) Kapillyarların yığılma qabiliyyətinin azalması

D) Kapillyarların genişlənməsi

E) Adrenalin effektinin azalması


Ədəbiyyat: В.А.Михельсон, В.А.Гребенников. Детская анестезиология и реаниматология. «Медицина», Москва, 2001, c.248-249.
606) Aşağıdakılardan hansı qızılçanın səpmə dövrü üçün tipik xüsusiyyət deyil?
A) Ardıcıl olaraq səpkilərin yaranması və sönməsi

B) Kataral əlamətlərin olması

C) Səpkilərin yaranma vaxtı hərarətin və toksikozun artması

D) Normal hərarət olduqda səpkinin əmələ gəlməsi

E) Birləşmə tendensiyalı xallı-düyünlü səpkilər
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
607) Ağız və udlaq nahiyəsində toksiki difteriya formasında aşağıdakı fəsadlardan hansı ola bilməz?
A) Ensefalit

B) Zəif periferik iflic inkişaf etməklə polikulonevrit

C) Kəllə-beyin sinirlərinin nevriti (Yumşaq damağın iflici, oftalmoplegiya)

D) Miokardit

E) Toksik nefroz
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
608) Epidemik parotit zamanı nə inkişaf etmir?
A) Orxit

B) Pankreatit

C) Tireoidit

D) Seroz meningit

E) İrinli meningit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləriBakı, 2005.
609) Qrip üçün nə səciyyəvi deyil?
A) İnaq

B) Sarılıq

C) Hipertermiya (yüksək hərarət)

D) Hemorragik sindrom

E) Qıcolma sindromu
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. Bakı, 2005.
610) Salmanellyozlu xəstələrdə törədicini harada aşkar etmək olar?
A) Sidikdə

B) Göstərilən bütün biosubstratlarda

C) Nəcisdə

D) Qanda


E) Qusuntu kütləsində
Ədəbiyyat: M.Q.Qurbanov, N.M.Hüseynova. Uşaqlarda kəskin bağırsaq infeksiyaları. Bakı. 2005.
611) Gastroenteritin rotavirus üçün xarakterik olmayan simptomları hansılardır?
A) Təkrarlanan qusma

B) I-II dərəcəli eksikoz

C) Hərarət, əsasən subferil, kafi intoksikasiya

D) Az fasiləli, selikli və qanlı nəcis

E) Az fasiləli, kütləli, sulu nəcis
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
612) Botulizmin kliniki mənzərəsində adətən nə müşahidə olunmur?
A) Udma qabiliyyətinin pozulması

B) Miasteniya

C) Hepatolienal sindrom

D) Tənəffüs pozğunluğu

E) Görmə qabiliyyətinin pozğunluğu ( dumalılıq və ikiləşmə)
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
613) Vəbanın müalicəsində əsas rehidratasiya preparatlarına aşağıdakılardan hansı aiddir?
A) Plazma

B) Fizioloji məhlul

C) Kolloid məhlullar

D) Hipertonik duzlu məhlullar

E) Standart duzlu məhlullar
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
614) Enterovirus infeksiyası üçün səciyyəvi olmayan hansıdır?
A) Erkən hepatosplenomeqaliya

B) Yüngül hərarətin kifayət qədər diareya ilə uyğun gəlməməsi

C) Hemokolitin inkişafı

D) Ekzantemanın meydana çıxması

E) Ağız-udlaqda kataral dəyişikliklər
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
615) Əksər seroz meningitlərinin etilogiyasını aşağıdakılardan hansı təşkil edir?
A) Vərəm

B) Qrip


C) Parotit və enterovirus infeksiyası

D) Adenovirus

E) Virus-bakterial infeksiya
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
616) Aşağıdakılardan hansılar HİV infeksiyasının yoluxma mənbəyi sayıla bilməz?
A) Opportunist xəstəliklər dövründə olan xəstələr

B) Kliniki əlamətlər müşahidə olunmayan xəstələr

C) HİV-ə yoluxan hamilələr

D) Kəskin HİV infeksiyalı xəstələr

E) Ev heyvanları və ya vəhşi heyvanlar
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
617) 2TE PPD-L –lə tuberkulin sınağı zamanı hansı ölçülü indurasiya insanın VMB yoluxmaya şübhə yaradır?
A) Hiperemiya

B) 5mm –dən böyük

C) 4mm

D) 1mm


E) 3mm
Ədəbiyyat: Əli İnsanov. Vərəm. Bakı,2004
618) Qrip epidemiyaları hansı mövsümlərdə baş verir?
A) Yaz və yay

B) Qış və yaz

C) Yaz

D) Qış və yay



E) Payız və qış
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə protokol.”Mega-Print”MMC, Bakı.2008.
619) Döş qəfəsi daxili limfa düyünləri vərəminin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?

A) Ağciyərlərin icmal rentgenoqramı

B) Ön və yan tomoqram

C) Bronxoskopiya

D) Bronxoqrafiya

E) Rentgenoqrafiya


Ədəbiyyat: В.К.Tаточенко. Практическая пульмонология детского возраста. Москва, 2001
620) A virus hepatiti üçün xarakter olmayan əlamət hansıdır?

A) Dispeptik pozğunluqlar

B) Piqment mübadiləsində pozğunluq

C) Qanda HbsAg-in tapılması

D) Xəstəliyin kəskin başlanması

E) Dövri klinik gedişin olması


Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Mедицина» . Mосква. 2004
621) Meninqokoksemiya üçün xarakter səpgi:
A) pustula

B) ulduzvari hemorragik səpgilər

C) papula

D) makula

E) vezikula
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
622) Respirator-sinsitial infeksiya üçün daha xarakterik sindrom:
A) Qıcolma sindromu

B) Diareya

C) Bronxiolit

D) İnağ


E) Limfadenit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
623) Respirator mikoplazmoz üçün xarakterik deyil:
A) Üzücü öskürək

B) Ağ ciyərlərdə cüzi fizikal əlamətlərlə müşayiət olunan ocaqlı dəyişikliklər

C) Hipertermiya ilə müşahidə olunan intoksikasiya

D) Limfoadenopatiya

E) Uzunmüddətli bronxoobstruksiya
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
624) Psevdovərəmə nə xarakterik deyil:
A) Peritonzillitlə müşahidə olunan angina

B) Poliartralqiya

C) Yüksək hərarət

D) Bronxoobstruktiv sindrom

E) Skarlatinaya bənzər səpgilər
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
625) Aşağıda sadalanan bakterial infeksiyaların hansında sarılıq müşahidə olunmur
A) Psevdovərəmdə

B) Sifilisdə

C) Leptospirozda

D) Sepsisdə

E) Meninqokok infeksiyasında
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
626) Böyük yaşlı uşaqlarda və böyüklərdə herpesin ən çox rast gəlinən forması hansıdır?
A) Stomatit

B) Dəri və selikli qişaların zədələnməsi

C) Generalizə olunmuş forma

D) Oftalmoherpes

E) Ensefalit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
627) Vərəm mikobakteriyaları ilə yoluxmuş şəxslərdə aktiv vərəmin inkişafına hansı amillər təkan verə bilər?
A) Anabolik hormonlar

B) Kortikosteroidlər

C) Sidik qovucular

D) Geniş spektrli antibiotiklər

E) Hemotransfuziya
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
628) Düzgün aparılmış BSJ- vaksinasiyasının keyfiyyət markeri hansıdır?
A) Qoltuqaltı limfodenit

B) Pustula

C) Papula

D) Peyvənddən sonrakı dəridəki işarə

E) Sənəddə peyvənd olunduğu haqda qeyd
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
629) Uşaqlarda pnevmosistozun xarakterik əlamətləri hansılardır?
A) Səpgi

B) Bronxoobstruksiya ilə müşahidə olunan uzun sürən respirator sindrom

C) Kəskin toksikoz

D) Hepatomeqaliya

E) Poliadenopatiya
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
630) Herpetik ensefalit üçün xasdır
A) hemiparez

B) qarın ağrıları

C) diareya

D) hipotoniya

E) hemorragik səpği
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
631) Toksiki difteriya üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Hərarət, boğazda ağrı

B) Boyun toxumasının ödemi, tonzilyar limfadenit

C) Ağız udlaqda yayılmış fibrinoz ərpin olması

D) Badamcıqlar və ağız udlağın aşkar ödemi

E) Boyun toxumalarının ödemi olmadan regionar limfadenit
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
632) Difteriya zamanı hansı ağırlaşmalar baş verə bilər?

A) Miokardit

B) Ensefalit

C) Kəllə sinirlərinin nevriti (yumşaq damağın iflici, oftalmoplegiya)

D) Zəif periferik ifliclərin inkişafı ilə gedən poliradikulonevrit

E) Toksiki nefroz


Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
633) Əsnək difteriyasına şübhə olduqda aşağıdakılardan hansı düzgün təlimatdır?
A) Difteriya əleyhinə zərdab (DƏZ) peyvənd haqqında məlumat bilmədən dərhal yeridilməlidir

B) DƏZ bakterioloji müayinənin nəticəsi alındıqdan sonra yeridilməlidir

C) DƏZ peyvənd almayan uşaqlara dərhal yeridilməlidir

D) Diaqnoz dəqiqləşənə qədər 8-12 saat ərzində xəstə nəzarətdə olur

E) Əsnək difteriyasında DƏZ yeritmək göstəriş deyil
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
634) Hansı epidemik parotitin əsas əlaməti deyil?
A) ağrılı olması

B) çeynəmə aktının ağrılı olması

C) angina

D) şişkinlik

E) rəngi dəyişməmiş, dartılmış dəri
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
635) Əksər seroz meningitlər hansı etiologiyaya malikdir?
A) Adenovirus

B) Parotit və enterovirus

C) Vərəm

D) Virus-bakterial

E) Qripoz
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
636) Parotit infeksiyası üçün aşağıdakılardan hansı səciyyəvi deyil?
A) Dilaltı və çənəaltı vəzlərin zədələnməsi

B) Orxit (və ya adneksit)

C) Nefrit

D) Pankreatit

E) Ensefalit
Ədəbiyyat: Л.А.Исаева. Детские болезни. «Медицина», Москва,1986.
637) Qızılcanın kataral dövrü üçün tipik simptom deyil.
A) Zökəm

B) Hərarət

C) Qıcolma sindromu

D) Konyunktivit

E) Öskürək
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin