Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə57/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   54   55   56   57   58   59   60   61   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Müsahibə (söhbət) metodu müəyyən fakt və hadisənin mahiyyətini, səbəblərini, başvermə şəraitini öyrənmək məqsədi ilə aparılan sual-cavab metodudur. O, çox vaxt digər metodlarla (xüsusən müşahidə metodu ilə) əlaqəli aparılır. Məktəb rəhbərləri müsahibə yolu ilə müəllim, şagird və valideynlərin bu və ya digər məsələ ilə bağlı rəylərini, fikirlərini öyrənir və idarəetmə fəaliyyətində onları nəzərə almağa çalışırlar. Anket sorğusu - bu və ya digər pedaqoji məsələ (problem) barədə ictimai rəyi öyrənmək məqsədi güdən yazılı sorğudur. \ Sorğunun səmərəsi sualların düzgün (aydın, birmənalı) qoyulmasından asılıdır. o Nümunə metodu - idarəetmə fəaliyyətində təsirli vasitələrdən biridir. Məktəb direktorunun sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı və təsirli olur. Əks halda onun yaxşı sözləri, fikirləri öz təsirini və inandırıcılığını itirə bilər. Tələb metodu - insanları müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq məqsədi güdür. Pedaqoji təsir metodu kimi tələb bir neçə funksiya daşıyır: tələb yolu ilə insanı nəyəsə inandırmaq, düzgün davranışa alışdırmaq, nədənsə çəkindirmək, düz yola qaytarmaq, hər hansı sahəyə stimullaşdırmaq mümkündür.. İctimai rəy metodu - tələbin kollektiv formasıdır. Müəyyən şəxs və ya hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. Məktəb rəhbərləri kollektivin ictimai rəyinə istinad edərək pedaqoji prosesin səmərəli idarə olunmasında daha yaxşı nəticələrə nail ola bilərlər.
İdarəetmədə rəhbərlik üslubları.Məktəbə rəhbərliyin üç əsas üslub tipi fərqləndirilir: avtoritar, demokratik və liberal rəhbərlik üslubları.
Avtoritar rəhbərlik üslubu - rəhbərin nüfuzuna əsaslanan üslub tipidir.Bu zaman mıktəb direktoru təkbaşına rəhbərliyə üstünlük verir. Avtoritar üslubun əsas vasitələri əmr, tələb, qadağan və cəzadır. Bu üslubda rəhbər qarşı tərəfə «yuxarıdan aşağı» baxır, hər xürda şeyə sərt reaksiya verir. Belə üslub pedaqoji ünsiyyəti çətinləşdirir, bəzən itaətsizlik, müqavimət və münaqişələr doğurur. Demokratik rəhbərlik üslubu - əməkdaşlığa əsaslanan üslubdur. Məktəb rəhbəri qərar qəbul edərkən kollektivlə, fəallarla məsləhətləşir, yeri gəldikdə güzəştə gedir. Demokratik üslub normal ünsiyyət qurmağa, sağlam sosial-psixoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, rəhbər işçinin nüfuzunu yüksəltməyə və başlıcası, səmərəli idarəetməyə imkan verir. Liberal rəhbərlik üslubu - ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanan üslubdur: rəhbər işçi heç nəyə qarışmır, məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. Bu isə normal pedaqoji prosesə və bütövlükdə idarəetmənin səmərəsinə mənfi təsir göstərir.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin