14) Aşağıda göstərilən hansı patoloji proses nozoloji (sərbəst) xəstəlikdir?
A) Appendisit
B) Mədə qanaxması
C) Hematuriya
D) Pnevmoskleroz
E) Kəskin ürək çatışmazlığı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003 15) Meyit müayinəsi zamanı aşağıdakı hansı bədən boşluğunun da açılması mütləqdir?
A) Bazu oynağı
B) Kəllə
C) Bud sümüyünün diafizi
D) Onurğa kanalı
E) Haymor boşluğu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003. 16) Meyit müayinəsi zamanı şəxsin ölümünə səbəb olmuş əsas xəstəlikdən başqa, həm də, ölümlə heç bir əlaqəsi olmayan digər bir xəstəlik də aşkar edilmişdir. Bu xəstəlik necə adlanır?
A) Birləşmiş xəstəlik
B) Yanaşı xəstəlik
C) Rəqabətedici xəstəlik
D) Əhəmiyyətsiz xəstəlik
E) Əlavə xəstəlik
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.