Паша Ибиш оьлу Сяфяров


Elnur  İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix19.03.2023
ölçüsü1,73 Mb.
#88764
1   ...   18   19   20   21   22   23   24   25   ...   98
Azf-269325

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
25 
ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır. Bu 
silsil
ə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta 
hündürlüyü t
əqribən 3200 m.-dir. Ən hündür zirvələri (Qapıçıq 
dağı -3906 m. , Qazangöldağ - 3814 m. və s. ) silsilənin cənub 
hiss
əsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində 
çoxlu könd
ələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş 
ekstruzivl
ər və lakkolitlər (İspandağ - 2410 m. , Xanağa - 1910 m. 
, Əlincə - 1810 m. və s. ) səciyyəvidir.
Filiz faydalı qazıntılar: 
Bu qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, 
qurğuşun, sink kobalt, molibden filizləri və s. ) Respublikanın 
əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər.  
D
əmir filizləri 
(maqnetit, hematit) Az
ərbaycan 
Respublikasında dörd mənşədə rast gəlir: seqrasion-maqmatik, 
skarn-maqnetit (kontakt-metasomatik), hidrotermal-metasomatik 
v
ə çökmə. Bunların yalnız skarn-maqnetit tipli Daşkəsən, Cənubi 
Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Bu 
yataqlar Kellovey, Oksford, Kimeric yaşlı vulkanogen
piroklaastik v
ə çökmə-vulkanogen süxurlardan təşkil olunmuşdur. 
Daşkəsən sinklinalını ox boyu yaran eyni adlı qranitoid intruziv 
il
ə təmasda yerləşir və mənşəcə bu intruzivlə əlaqədardır. 
Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250 mln. 
tondur.
Kobalt filizl
ərinin sənaye əhəmiyyətli yığımları Daşkəsən filiz 
rayonunda m
əlumdur. Burada kobalt filizləri həm müstəqil 
(Yuxarı Daşkəsən yatağı), həm də skarn-maqnetit filizləri ilə 
birg
ə əmələ gəlmişdir.
Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın 
ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, 



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin