Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
85
təsərrüfatı, əkinçilik, meyvəçilik, balıqçılıq, ipəkçilik və digər
sahələrə aid termin səciyyəli sözlərə rast gəlinir.
Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını
şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik
maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq,
üzümçülük, gülçülük təşkil edir. Burada aqroiqlim şəraiti
zeytun, zəfəran, püstə, badam, əncir, ağ və qara şanı üzüm
sortlarının, qarpız və digər kənd təsərrüfatı məhsullarının
yetişdirilməsinə imkan verir. Bu sahələrlə bağlı xeyli sayda
növ anlayışı bildirən termin səciyyəli sözlər vardır. Məsələn:
abasbeyi (Bakı) - üzüm növünün adı [151,s.1], ərkəri (Bakı) -
tez yetişən üzüm növü [151,s.177], xalbəcər (Bakı) - üzüm
növü [151,s.235]; xotxoti (Bakı) - üzüm növü [151,s.252];
gavangir (Bakı) - üzüm növünün adı [151,s.190] və s.
Quba-Xaçmaz regionunun iqtisadiyyatının əsasını kənd
təsərrüfatı təşkil edir. Bu sahə, əsasən, tərəvəz və meyvə
istehsalı üzrə ixtisaslaşmışdır. Bu sahə üzrə bir sıra termin sə-
ciyyəli sözlərə rast gəlirik. Məsələn: çaxma (Quba) – armud
növüv [151,s.88]; çərəki (Quba) - payız armudu [151,s.100],
alabəhli (Qəbələ, Quba) albalı [151,s.8], küzrü (Quba) - xırda
balıq [151,s.298] və s.
Şirvan torpağı tarixən sənətkarlıq və toxuculuq mərkəzi
olmuşdur. Basqal kəndi isə xalq içində öz kəlağayısı ilə
məşhurdur. Şamaxı şəhərində də ipək kəlağayı emalatxanaları
fəaliyyət göstərir. Əksər kəndlər üçün xalçaçılıq ənənəvi
sənətkarlıq növüdür. Bu səbəbdən, ərazidə işlək olan termin
səciyyəli sözlərin əksəriyyəti bu sahə ilə bağlıdır, məsələn:
dürgə (Şamaxı) - kəlağayı topası [151,s.159], lipirtin
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
86
(Kürdəmir) - ipək parça növü [151,s.368], humay (Göyçay)- ağ
çit, humayın ağı [151,s.231] və s.
Lənkəranda kənd təsərrüfatının strukturunda faraş
tərəvəzçilik, balıqçılıq, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük
təşkil edir. Azərbaycanda istehsal olunan çayın 99%-ə qədəri,
tərəvəz-bostan məhsullarının yarıdan çoxu bu iqtisadi rayonun
payına düşür. Lənkəranda rast gəlinən termin səciyyəli sözlərə
kosara (Lənkəran) - çəltik topası [151,s.286], külmə
(Lənkəran, Masallı) - balıq növü [151,s.293], azatmayi
(Lənkəran)- qızıl balıq növü [151, s.1], sol (Lənkəran)-
pulcuqlu kiçik balıq növü [150,s.443] və s. kimi sözləri misal
göstərmək olar.
Şəki-Zaqatalada yüngül sənayenin əsasını ipəkçilik təşkil
edir. Bütün rayon mərkəzlərində müxtəlif ölçülü tikiş sənayesi
müəssisələri fəaliyyət göstərir. Şəkidə kustar üsulla bəzəkli
toxumaları olan ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar
toxunulur. Ərazi üçün səciyyəvi olan termin səciyyəli sözlərə
alafa (Şəki, Zaqatala) - zərif ipək parça [151,s.10]; çöpix
(Şəki) - yorğan-döşəyin içərisində işlənib xarab olmuş yun
[151,s.110], dünya (Şəki) -kiçik ipək bağlaması [151,s.158],
dümarrə (Oğuz) - ipək qarışıq parçadan hazırlanmış böyük
yaylıq [151,s.157]; dümbüz (Oğuz) - ipək parçadan qadın
yaylığı [151,s.158] və s kimi ifadələr misal ola bilər.
Gəncə-Qazax ərazisində kənd təsərrüfatının əsas
ixtisaslaşma sahələri kartofun becərilməsi, üzümçülük və
taxılçılıqdır. Pambıq yalnız Goranboy rayonunda əkilir. Qazax
və Ağstafa, Şəmkir və Samux rayonları üzüm istehsalı üzrə,
Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof istehsalı üzrə,
|