Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
77
[157,s.213]. Bəzək tərtibatına görə “Azərbaycan xalçalarının
tarixən saysız-hesabsız çeşniləri yaranmış və onların böyük bir
qismi zəmanəmizə qədər gəlib çatmışdır. Xalça çeşnilərinə və
onların icra texnikasına görə Azərbaycan xalçaçılıq sənətində
üslub xüsusiyyətləri ilə seçilən müxtəlif istehsal məktəbləri
formalaşmışdır” [157,s.113].
Tam terminləşmiş dialekt sözləri ilə yanaşı dildə
terminləşməmiş müəyyən peşə sahələrinə aid xüsusi funksiya
daşıyan bir çox dialekt sözlərinə də rast gəlinir. Bu tip sözlərə
daha çox zərgərlik, dulusçuluq, ipəkçilik, arıçılıq sahələrində
rast gəlinir. Belə ki, zaman-zaman baş verən müxtəlif ictimai
və siyasi hadisələr dildə diferensiallaşmaya səbəb oldu.
Spesifik leksikaya malik müxtəlif sayda peşə sahələri yarandı.
Sonradan ümumi mədəni səviyyənin yüksəlişi ilə əlaqədar
olaraq sənət və peşə növləri genişlənərək inkişaf etdi. Tədricən
kustarçılıq aradan qalxdı və nəticədə təsərrüfatda yeni texniki
üsullar tətbiq edildi. Bir tərəfdən bu leksika yeni sözlər
hesabına zənginləşdi, digər tərəfdən mövcud olan sözlər yeni
mənalar kəsb etdi. Bu və ya digər peşə-sənət sahəsində texnika
geniş tətbiq edilərək təcrübələr ümumiləşdirildi, bir peşəyə aid
sözlər yayıldıqca, işləklik qazandıqca elmi xarakter almağa
başladı. İnkişafla əlaqədar müəyyən sahələrə aid xüsusi funk-
siya daşıyan sözlər müxtəlif terminlər sistemini yaratdı.
Azərbaycan dilçiliyində ilk dəfə olaraq peşə-sənət leksikası
H.Əsgərovun doktorluq dissertasiyasında sistemli şəkildə
tədqiqata cəlb olunub. Tədqiqatda peşə-sənət leksikasının
Azərbaycan
dilinin
leksik
sistemində
yerinin
müəyyənləşdirilməsi məsələsi bir vəzifə kimi qarşıya qoyulmuş
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
78
və bu problem həll edilmişdir. Bununla bağlı dilin sosial
qruplar üzrə diferensiyasının nəticəsi kimi meydana çıxan
peşə-sənət leksikasının terminoloji leksikası, loru leksika,
etnoqrafik leksika, məhəlli dialektizm və jarqonlarla uyğun və
fərqli cəhətləri araşdırılmış, peşə-sənət leksikasına xas
xarakterik xüsusiyyətləri üzə çıxarılmış, peşə-sənət leksikasının
Azərbaycan dilinin leksik sistemində hansı mövqe tutması
məsələsi
elmi
cəhətdən
əsaslandırılmışdır
[27].
M.Ə.Abdullayeva yazır: “Azərbaycan dilinin peşə-sənət
leksikası xalqımızın maddi və mənəvi mədəniyyətini əks
etdirir. Bu leksika qədim tarixə malik olub, yaranma tarixi
başqa türk dillərində olduğu kimi, kənd təsərrüfatından sənətin
ayrılması, müxtəlif sənət növlərinin meydana çıxması ilə
əlaqədardır. Sonralar müəyyən əmək kollektivləri yaranmış və
bu kollektivlərdə ünsiyyət üçün xüsusi terminlər yaradılmışdır.
Bu terminlər də dilin leksikasında xüsusi bir lay, təbəqə
yaratmışdır” [4,s.9]. Həqiqətən də, peşə-sənət leksikasının
qədimliyini anlamaq üçün dialektlərə nəzər salmaq kifayətdir.
Toxuculuq, boyaqçılıq, ipəkçilik, zərgərlik, dəmirçilik,
dulusçuluq kimi qədim peşə sahələrinə aid dialektlərdə yüzlərlə
sözə rast gəlmək mümkündür.
Qədim peşə sahələrindən biri də zərgərlikdir. Qızıl və
gümüşün istehsal xassələri mənimsənildikdən sonra əlvan
metal sahəsi üzrə baş vermiş ixtisaslaşma nəticəsində müstəqil
sənət sahəsi olan zərgərlik meydana gəlmişdir. Bu sahəni
araşdıran H.Əsgərov dilçilikdə zərgərlik sənəti ilə bağlı
terminlərin ilk dəfə olaraq leksik-semantik xarakteristikasını
verir, onların yaranma mənbələrini göstərməklə leksik-
|