39
• toz əleyhinə respiratorlar;
• qaz əleyhinə respiratorlar;
• universal respiratorlar (toz və qaz əleyhinə respiratorlar).
Toz əleyhinə respiratorlar
tənəffüs üzvlərinin tozdan, tüstüdən, aerozollardan (o cümlədən, radioaktiv,
kimyəvi və bioloji zəhərlənmə zonalarında) mühafizə edir.
Bu tip respiratorlar iydən, qazlardan və buxarlardan
qorumur. Belə respiratorlarda nazik lifli filtrləyici materiallardan istifadə olunur. Bu tip respiratorlara U-2K (R-2),
U-2QP (R-2QP), ŞB-1 və s. aiddirlər.
Qaz əleyhinə respiratorlar tənəffüs üzvlərini üzvi və qeyri-üzvi qazlardan, buxarlardan, o cümlədən, benzin,
civə, aseton, xlor, hidrogen-sulfid və s. Maddələrin buxarlarından mühafizə edir. Bu tip respiratorlara RPQ-67, RPQ-
01 və s. aiddirlər
Universal respiratorlar tənəffüs üzvlərini həm tozlardan, həm aerozollardan, həm də qazlardan qoruyur. Bu tip
respiratorlara RU-60M, RPA-QP və s. aiddirlər
Respiratorlar həmçinin, birdəfəlik və çoxdəfəlik növlü olurlar. Birdəfəlik respiratorlardan (ŞB-1, «Kama», R-
2 (U-2K) və s.) bir dəfə, çoxdəfəlik respira-torlardan (RPQ-67, F-62Ş, RU-60M, PFPM və s.) isə dəfələrlə istifadə
etmək olar.
R-2 respiratorunun ölçüsü üzün hündürlüyünə (burnun üst hissəsindən çənənin altına qədər olan məsafə) görə
seçilir:
Uşaqlar üçün R-2D respiratorundan istifadə olunur.
Tənəffüs üzvlərinin sadə mühafizə vasitəlrinə PTM-1 toz əleyhinə parça maska və pambıqlı tənzif sarğı
aiddirlər. Belə vəsaitlər respirator rolunu oynayırlar və əhali tərəfindən müstəqil olaraq hazırlanırlar.
Gözləri işıq şüalarının təsirindən qorumaq üçün OPF və OF eynəklərindən istifadə olunur.
EN-149:2001 avropa standartlarında respiratorlar mühafizə səviyyəsinə görə 3 sinfə bölünür: FFP1, FFP2,
FFP3.
FFP ingiliscə Filtering Face Piece, yəni süzücü yarımmaska deməkdir (hər bir sözü ayrıca tərcümə etsək:
filtering – süzmə, face – üz, piece – maska).
FFP1 sinfinə aid olan respiratorlar yaxşı ventilyasiya olunan otaqlarda (qapalı yerlərdə)
toksiki olmayan
qarışıqların buraxıla bilən hədd qatılığının 4 mislində tətbiq olunur, tozu, maye və bərk aerozolları 80 %-ə qədər
tutur. Modelləri: ZM 8101, ZM 8112, «Alina» 100, U-2K, ZM 8812, SPIROTEK VS 2100, SPIROTEK SH 3100,
SPIROTEK VS 4100 V respiratorları və s.
ZM istehlakçısı məşhur amerika kompaniyasıdır. SPİROTEK brendinin kökü İngiltərənin JSP beynəlxalq
kompaniyasına aparıb çıxarır.
U-2K (R-2, U-2QP) respiratorları aerozolların qatılığı 200 mq/m
3
və daha az olduqda tətbiq olunur. Respirator
U-2QP radioaktiv və torpaq tozdan, bakterial aerozollardaq mühafizə üçündür.
Bu tip respiratorlar əsasən tozlardan mühafizə üçün tətbiq olunur.
FFP2 sinfinə aid olan respiratorlar havası yaxşı təmizlənə bilməyən otaqlarda zərərli qarışıqların buraxıla bilən
hədd dozası 0,05-dən çox, qatılığı 2 mq/m
3
-dan az olmadıqda istifadəyə yararlıdır. Zərərli qarışıqların 84 %-ini tuta
bilir. Orta toksiki olan bərk hissəciklər, asbest, mis, barium, titan, vanadium, xrom və s.
tozlarla əlaqədar olan
istehsalat müəssisələrində istifadə olunur. Ağac, kömür tozu ilə əlaqədar olan istehsalatda, faydalı qazıntıların
çıxarılmasında, kimya, metallurgiya, gəmiqayırma sənayesində müvəffəqiyyətlə tətbiq edilir. Zərərli kanserogen
tozlardan, tüstüdən, yağ və su əsasında olan maye aerozollardan mühafizə qabiliyyətinə malikdir.
Bu tip respiratorlara ZM 8122, SPIROTEK 2200 CV, SPIROTEK VS 2200 WV və s. modellər aiddirlər.
ZM8122 modeli zərərli qarışıqların havada miqdarı BDH 12 dəfədən çox olduqda da mühafizəni təmin edir.
Allergiyaya qarşı yumşaq daxili qata malikdir.
FFP3 sinfinə aid olan respiratorlar havada zəhərli qarışıqlar yüksək qatılıqda (BDH 0,05 mq/m
3
və çox)
olduqda effektiv mühafizə vasitəsidir. BDH 30 dəfədən çox olduqda da effektivdir. Radioaktiv və toksiki tozlardan,
bakteriyalardan və viruslardan mühafizə edir. Zərərli qarışıqların 99 %-ini tutur. Bunlara ZM 9322, SPIROTEK VS
2300 V, Stark, «Alina» 310, «Yuliya» 319 modelləri aiddirlər. Aerozol əleyhinə 9322
modeli elektret filtrlə və
parabolik nəfəsvermə klapanı ilə təchiz edilib. Daxili yumşaq qat qıcıqlanmanın qarşısını alır.
Bakteriyaların və virusların ölçülərinin kiçik olması (500 nanometrdən az) səbəbindən bütün respiratorlar
onları tutmağa qabil deyillər.
Koronovirusun (COVİD-19) ölçüsünün 400-500 nanometr, yəni 0,4-0,5 mkm olduğunu nəzərə alaraq bəzi
Üzün hündürlüyü, mm
109
110-119
120
R-2 respiratorunun ölçüsü
1
2
3
40
respiratorların qoruyucu xassəsinə nəzər salaq:
FFP1 – ölçüləri 2 mkm-dən kiçik olan hissəciklər 80 %-ini tutur.
FFP2 – ölçüləri 0,5 mkm-dən kiçik olan hissəciklər 94 %-ini tutur.
FFP3 – ölçüləri 0,5 mkm-dən kiçik olan hissəciklər 99,95 %-ini tutur.
Birinci sinfə aid olan respiratorlar tozdan qoruyurlar, infeksiyadan qorunmaq üçün onlar yararlı deyillər. İkinci
və üçüncü sinif pespiratorlardan infeksiyalardan qorunmaq üçün istifadə etmək olar.
Respiratorların bir çoxunda onun təkrar istifadəsi barədə markirovka (nişan) olur: R – respiratorun lazımi
resursa
malik olduğunu göstərir, yəni təkrar istifadəsi mümkündür. NR – respirator təkrar istifadə oluna bilməz.
Markirovka NR ingiliscə Non Reusable (təkrar istifadə olunmur) deməkdir.
Respiratorlarda D markirovkası onların 8 saat ərzində dolomit tozu vasitəsilə süzmə testindən keçdiklərini
göstərir.
RPQ-67, RPQ-01 respiratorları zərərli qazlardan və buxarlardan qorunmaq üçündür.
RU-60M və RPA-QP respiratorları zərərli qazlardan, buxarlardan və havada qatılığı 200 mq/m
3
-dən çox
olmayan
toz, tüstü və duman şəklində olan aerozollardan mühafizə üçündür.
Bu respiratorlar radioaktiv yodun üzvi və qeyri-üzvi birləşmələrindən, zərərli qazlardan və buxarlardan havada
oksigenin miqdarı 17 %-dən az olmadıqda qoruyur.
Respiratorlar xidmət müddətinə görə
birdəfəlik və çoxdəfəlik olurlar.
Birdəfəlik respiratorlar aerozol hissəciklərdən mühafizə edir.
Maksimum 2 saat (yaxud tərləyənə qədər) istifadə oluna bilər, istifadədən sonra məhv edilir.
Bioloji zəhərlənmədə çoxdəfəlik respiratorlardan təkrar istifadədən sonra onlar dezinfeksiya (kimyəvi
zəhərlənmədə – deqazasiya, radioaktiv zəhərlənmədə – dezaktivasiya) olunmalıdır.
Respiratorlar
klapanlı (nəfəsvermə klapanı) və klapansız olurlar.
Klapansız respiratorlar 2 saata, klapanlı rspiratorlar isə 8 saata qədər müddətdə effektiv hesab olunurlar.
Nəfəsvermə klapanları olan respiratorlardan bir-neçə dəfə istifadə etmək olar, bu zaman hər istifadədən sonra onlar
dezinfeksiya məhlulunda isladılmaqla dezinfeksiya edilməlidirlər.
Respiratorlar
filtrləri dəyişdirilə bilən və dəyişdirilə bilməyənlər respiratorlara da bölünürlər. Filtrləri
dəyişdirilməyən respiratorlar birdəfəlik (və ya məhdudiyyətli), filtrləri dəyişdirilən respiratorlar
isə çoxdəfəlik
olurlar (çirklənmiş filtrlər dəyişdirilir).
Mühafizə üsuluna görə respiratorlar
süzücü və təcridedici növlü olurlar. Süzücü respiratorlarda hava filtrdən
keçməklə təmizlənir, təcridedici respiratorlarda isə tənəffüs üzvləri ətraf mühitdən təcrid olunur.
Təcridedici respiratorlar avtonom və şlanqlı respiratorlara bölünürlər. Avtonom təcridedici respiratorlarda
hava balonlardan və ya regenerativ patronlardan vurulur, şlanqlı respiratorlarda isə hava şlanq vasitəsilə kənardan
vurulur. Təcridedici respiratorlar əsasən, sənayedə və xilasetmə işlərində istifadə olunur.
Dostları ilə paylaş: