www.vivo-book.com
22
yanında soyunan o qədim imperatriça kimi baxırdı. Bəli, o,
dəfələrlə məni adam saymamışdı…
Amma onun mənə tapşırığı vardı – nə olur olsun,
ruletkada udmalıydım. Fikirləşməyə vaxtım yox idi: təcili
nəyə görə və necə udmaq lazımlıydı, elə hey haqq-hesab
eləyən bu başda hansı yeni mülahizələr doğulmuşdu?
Üstəlik, bu iki həftə ərzində, görünür, saysız-hesabsız yeni
faktlar artmışdı, bu faktlardan hələ xəbər tutmamışdım.
Bütün bunları tapmaq, hər şeyin canına varmaq lazımlıydı,
həm də mümkün qədər tez. Amma indi hələlik vaxt yox idi:
ruletkaya getmək lazımıydı.
II FƏSİL
Boynuma alıram, bu xoşuma gəlmirdi; baxmayaraq,
qərara gəlmişdim ki, oynayacağam, amma heç də başqaları
üçün oynamağa başlamaq niyyətində deyildim. Bu hətta
məni bir qədər çaşdırmışdı, oyun zallarına da çox dilxor
www.vivo-book.com
23
ovqatla girdim. Mənə orda ilk baxışdan heç nə xoş gəlmədi.
Bütün dünyanın və daha çox bizim rus qəzetlərinin
felyetonlarındakı bu yaltaqlığa dözə bilmirəm; o qəzetlərdə
demək olar, hər yaz felyetonçular iki şey barədə söhbət
açırlar: birincisi, Reyn üzərindəki şəhərlərin oyun
zallarındakı dəbdəbə bolluğundan, ikincisi, guya masaların
üstündə yığılan qızıl tığlarından. Axı buna görə onlara pul
vermirlər ki; elə-belə, sadəcə, təmənnasız yarınmaq
ucbatından söhbət açırlar. Bu uçuq-sökük zallarda heç bir
cah-calal yoxdu, qızılsa, nəinki masaların üstündə tığ
vurmur, əksinə nadir hallarda gözə dəyir. Əlbəttə, nə vaxtsa,
mövsüm davam eləyəndə, qəfildən qəribə bir adam, ya
ingilis, ya da bu yay olduğu kimi, asiyalı, türk peyda olur və
birdən-birə uduzur, yaxud çoxlu pul udur; qalanlarsa elə hey
xırda quldenlərlə oynayırlar, orta hesabla masanın üstündə
həmişə çox az pul olur. Oyun zalında indicə (ömrümdə ilk
dəfə), hələ bir müddət oynamamağı qət eləmişdim. Üstəlik
də kütlə məni sıxırdı. Bununla belə əgər tək olsaydım, onda
elə
fikirləşirəm,
tezliklə
çıxıb
gedərdim,
oyuna
başlamazdım. Boynuma alıram, ürəyim çırpınırdı və
|