www.vivo-book.com
20
– İndi məsələ bunda deyil. Qulaq asın və yadda
saxlayın: bu yeddi yüz florini
15
götürün və oyuna girin,
mənə ruletkada nə qədər bacarırsınız çox pul udun, pul nə
olur olsun, indi lazımdı mənə.
O, bunları deyib Nadenkanı səslədi və vağzala tərəf
getdi, orda da bizim dəstəmizə qoşuldu. Mənsə götür-qoy
eləyərək, təəccüblənə-təəccüblənə ilk rastıma çıxan cığırla
sola döndüm. Ruletkaya getmək əmrindən sonra elə bil qan
beynimə vurmuşdu. Qəribə işdi: götür-qoy eləməli işim
varıydı,
bununla
belə,
tamamən
Polinaya
olan
münasibətimdən duyduğum hisslərin saf-çürük olunmasına
qapıldım. Düzü, burda olmadığım iki həftə ərzində özümü
qayıtdığım gündəkindən rahat sayırdım, baxmayaraq ki,
yolda həm dəli kimi darıxırdım, hövlnak vurnuxurdum, həm
də hətta yuxuda belə onu hər dəqiqəbaşı qarşımda
görürdüm. Bir dəfə (bu İsveçrədə baş verdi) vaqonda
yuxuya gedib, deyəsən, Polinayla ucadan danışırdım,
bununla da yanımda oturan yol yoldaşlarımın hamısını
15
qədim italyan qızıl pulu
www.vivo-book.com
21
güdürdüm. İndi yenə də özümə sual verdim: onu sevirəmmi?
Yenə də, o suala cavab verə bilmədim, daha doğrusu,
düzünü desəm, mən yenə, yüzüncü dəfə özümə cavab
verdim ki, ona nifrət eləyirəm. Bəli, onu görməyə gözüm
yoxuydu! Elə dəqiqələr olurdu (özü də məhz söhbətlərimizin
axırında), onu boğmaq üçün həyatımın yarısını verərdim.
And içirəm, əgər onun sinəsinə yavaş-yavaş isti bıçaq
soxmaq mümkün olsaydı, əlimə ləzzətlə bıçaq götürərdim.
Bununla belə, bütün müqəddəslərə and olsun ki, əgər
Şlangenberqdə dəbdə olduğu kimi ayaqlarının ucuna qalxıb
doğrudan da mənə desəydi, “aşağı atılın”, elə o saat
atılardım, hətta bundan ləzzət də alardım. Bunu bilirdim.
İstər belə olsun, istər olmasın, amma bu məsələ
çözülməliydi. Bütün bunları o, çox gözəl başa düşür, onun
məndən ötrü bütün əlçatmazlığını tamamilə düzgün və aydın
dərk elədiyi, mənim fantaziyalarımın həyata keçməsinin
bütün mümkünsüzlüyü haqqında fikri – bu fikir əminəm ki,
ona fövqəladə ləzzət verir; yoxsa o, ağıllı və ehtiyatlı ola
bilərdimi? Mənə bu cür yaxınlıq, məhrəmlik göstərərdimi?
Deyəsən, o, hələ də mənə insan yerinə qoymadığı köləsinin
|