59
3.3. Tədqiqat metodu
Tədqiqat kəşf xarakteri daşıdığından burada heç bir hipotez, modelden istifadə
edilməmişdir. Dissertasiya işində əsasən anket, müqayisəli təhlil, müşahidə,
proqnozlaşdırma, ümumiləşdirmə, sistemli yanaşma, qruplaşdırma metodlarından və
korrelyasiya analizindən istifadə edilmişdir [14].
Tədqiqat zamanı əksəriyyəti xarici turistlər olmaqla İçərişəhər haqqında fikir
mübadiləsi üçün lazımi verilənlər bazasını tımin etmək üçün anket üsulundan istifadə
edilmişdir. Anket doldurulan zaman həm online sorğu üsulundan, həm də üzbəüz sorğu
üsulundan istifadə edilmişdir. Anket cavablandırılan zaman lazımi görüldüyü təqdirdə
sual və ifadələr haqqında açıqlamalar verilmiş və verilən cavablara əsasən suallarda
düzəlişlər edilmişdir.
Dostları ilə paylaş: