3.1.2. İçərişəhərin turizm baxımından çeşidliliyi
Bilindiyi kimi turizm bir sıra sahədən qidalanan və bir sıra sahəyə mənbə yaradan
və birgə ticarət yaradan sektordur. İçərişəhər öz növbəsində bir çox turizm tiplərinin
inkişaf etdirilməsi üçün zəngin potansiala malikdir [7].
Orta əsrlərdə Azərbaycan Şərq, Qərbin müxtəlif ölkələri ilə ticarət işləri aparırdı.
Neft, duz, ipək, yun, misdən hazırlanmış qablar və xalçalar Şirvandan fərqli ölkələrə
ixrac olunurdu. Quru, dəniz yollarının qovuşduğu əlverişli yerlərdə yerləşən, zəngin
təbii sərvətləri olan Bakı şəhəri orta əsrlərdə Qərb və Şərq arasında tranzit ticarət
mərkəzi rolunu oynayırdı. Şəhərin əsas gəlir mənbəyi ticarət idi. Buna görə də ticarətin
sürətlənməsinə Şirvanşahlar, şəhər hakimləri və tacirləri özləri nəzarət edirdilər.
Şəhərə gəlmiş tacirlərin qalmaları, mallarını saxlamalarına görə hər cür şərait
yaradılırdı. Ticarətlə məşğul olan insanlar xüsusi tikililərdə karvansaralarda
yaşayırdılar. Burada onların və mallarının təhlükəsizliyi ilə təmin olunurdu. İki tip
karvansaralar var olmuşdur: yolüstü və şəhər karvansaraları. Karvansara tikilisi bir növ
qalanı xatırladırdılar. Onların qapalı həyəti hündür, dinməz divarla əhatə olunmuşdu
və gecələr kilidlənən bir qapısı var idi. Bakı karvansaraları ticarət üçün də
uyğunlaşdırılmışdılar. Çox vaxt karvansaralar eyni ölkələrdən gələn tacirlərə xidmət
56
edir, hətta məhz onlar üçün inşa edilirdi. Karvansaraların yanında bu tacirlərin dini
etiqadınlarına uyğun məbədlər tikilirdi. Bakıda Buxara, Pakistan, Hindistan tacirləri
üçün tikilmiş karvansaralar qalmışdı. Məsələn, Buxara və Multanı karvansaralarını
göstərmək olar. Ona görə də İçərişəhər qədimdə bir çox yerlərə ev sahibliyi edərək
xalqların tarixi və mədəniyyətlərini miras olaraq əldə etmişdir [1,səh 25].
İşərişəhər təkcə mədəni – tarixi turizmi deyil həmçinin, üç din üçün mühüm
mərkəzlərdən biridir. Hansıki, islam dininin varlığını, önəmliliyini göstərən bir sıra
dini mərkəzlər, obyektlər mövcuddur. İçərişəhərin ən qədim islam dövrü abidəsi olan
həmçinin, UNESCO irsinə daxil edilmiş Məhəmməd məscidini misal göstərmək olar.
Bundan başqa Cümə məscidi, Aşur məscidi və Bəylər məscidi və digər came və
mədrəsələri nümunə olaraq göstərmək olar. Xristian dininin nümunəsi oan müqəddəs
Varfolomey kilsəsi. Varfolomey İsa Peyğəmbərin 12 apostolundan biri olmuşdur. O,
Suriya, Kiçik Asiya, Hindistanda xristianlığı müvəffəqiyyətlə yaydıqdan sonra
Qafqaza gəlmişdi.Onun təbliğatları Ordubad və başqa şəhərlərdə uğurla
nəticələnmişdir. Lakin, dərindən kök salmış atəşpərəstlik ənənələri mövcud olan
Bakıda onu düşməncəsinə qarşılamışlar. 71-ci ildə apostol Varfolomey Qız Qalasının
qarşısında İsa Peyğəmbər kimi edam edirlər - onu çarmıxa çəkilir, dərisini soyur və
boynunu vururlar. Sonralar onun edam və dəfn edildiyi yerdə alban kilsəsi tikilir. 508-
ci ildə onun müqəddəs sümükləri Mesopotamiyaya aparılır və sonralar X əsrdə
Romaya gedib çıxır. Xristian kilsəsi apostol Varfolomeyi müqəddəslər siyahısına daxil
edib. Hər il 24 iyun Müqəddəs Varfolomey günü kimi qeyd olunur. 1892-ci ildə Qız
Qalası yanındakı qədim məbədin yerində müqəddəs Varfolomey kilsəsi tikilir. Lakin,
Sovet dövründə bu kilsə bir çox başqa kilsələr kimi dağıdılmışdır.Hal - hazırda onun
yalnız qalıqları qalıb. Bildirildiyi kimi islam, xristian dinlərindən öncə ölkəmizdə
atəşpərəstlik mövcud olmuşdur. Qız qalası özü vaxtilə mühüm atəşpərəstlik
məbədlərindən biri olmuşdur [1, səh 26].
|