XOCALININ SON GÜNÜ
Fevralın 25-i hamı Xocalını bir nəfər kimi tərk etməmişdi. Belə atışmalarda camaat zirzəmilərə
dolduğundan ermənilərin kəndə doluşmasından bəzilərinin xəbəri olmamışdı.
Sara Səyavuş qızı Səlimovanın dediklərindən:—Anam, mən, bacım və qardaşım Xəzər evdə idik. O
biri qardaşım Xaqani milis şöbəsində növbətçi idi. O, bizə demişdi ki, bir hadisə olsa, heç hara getməyin, məni
gözləyin.
Haşiyə: Xaqani Səlimov qorxmaz bir döyüşçü kimi Xocalıda ad qazanmışdı. O, dəfələrlə ermənilərlə
[42-43]
atışmada olmuş və xeyli erməni qulduru gəbərtmişdi. Elə həmin gecə ailələrini xilas etmək üçün
gələnda beş erməni məhv etmişdi. Əfsus ki, evə gələndə ailələrini tapmamışdı. Xaqani indi də döyüşür.
Ermənilər bizi tutub Noraguğ kəndinə apardılar. Məni maşına qoyub Xocalıya gətirdilər ki, adlarını
çəkdikləri adamların evlərini göstərəm. Milli Ordu əsgərləri yaşayan mədəniyyət evini tanıya bilmədim. Tamam
yandırılmışdı. Əliş müəllimin darvazasının ağzında iki uşaq, bir qadın öldürülmüşdü. Bu qadın Məhbubə
Abışova idi. On iki yaşlı qızı Çinarə böyründə, dörd yaşlı oğlu Çingiz kürəyində qətlə yetirilmişdi. Məni
məktəbin yanına gətirdilər. Məktəb də tamam yandırılmışdı. Ordan da çörək zavoduna gətirdilər. Məhəmməd
kişinin evinin qabağında bir qadın meyidi vardı. Umudvar kişinin darvazasının ağzında da bir qadın və bir kişi
meyidi var idi.
Sonra bizim hamımızı Stepanakertə gətirdilər. Qardaşım Xaqaninin tapançası Xəzərdə idi. Məni, bacımı
və anam Tamiləni buraxıb, Xəzəri saxladılar. Anam Xəzərin boynuna sarmaşıb qopmadı. Bizi—iki bacını
buraxdılar. Anamla Xəzərdən hələ də bir səs-soraq yoxdur.
Dostları ilə paylaş: |