Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə7/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   2   3   4   5   6   7   8   9   10   ...   500
müdafiə  etmək,  mənliyini  qorumaq,  yaşamaq  və  gələcəyini  yaşatmaq  üçün 
Qarabağ uğrunda mübarizə aparmağa məhkumsan. Bu mübarizə sənin yaşamaq 
haqqın, həyat seçimindir! 
Qan  yaddaşını  oyat!  Tarixdən  ibrət  dərsi  götürməyənləri  tarix  özü 
cəzalandırır! 
 
 



 
JĠZOĠT QADIN VƏ YA DAġNAK MANQURTLARI 
 
1983-cü  ilin  ilıq  nəfəsli  qızılı  payız  günlərindən  biri  idi.  Sovet  məkanında 
hər il olduğu kimi bu il də Azərbaycanın kənd rayonlarında bəhsəbəhslə keçirilən 
«Məhsul  bayramları»  elatımızda,  obalarımızda  vur-çatlasınla  qeyd  olunur, 
qələbəliklər  günbəgün  artır,  toy-büsatlar  aĢıb-daĢırdı.  Hər  yanda,  hər  yerdə  çal-
çağır  bir-birindən  öz  coĢqunluğuyla,  al-əlvanlığı  ilə  seçilirdi.  Kolxoz  və 
sovxozların  mərkəzi  malikanələrindən  revanĢ  götürən  bayram  tədbirləri,  Ģənliklər 
sonucda  rayon  mərkəzlərində  öz  kulminasiya  nöqtəsinə  çatırdı.  Ġllik  zəhmətlərinə 
yekun  vuran,  əkib-becərmələrin  barını-bəhrəsini  dərən  kənd  əməkçilərinin  bu 
günlərdə  sevinclərinin  həddi-hüdudu  olmazdı.  «Durğunluq»  dövrünün  bu  qaynar 
çağlarında  adət  Ģəklini  almıĢ  bayram  tədbirləri,  Ģənlik  mərasimləri,  ziyafət 
məclisləri  özgür  bərəkəti,  təam  bolluğu  ilə  seçilirdi.  Bayram  dekorasiyaları, 
maskaratları  göz  oxĢayır,  ürəkləri  riqqətə  gətirirdi.  Rayon  rəhbərləri  bəhsəbəhsə 
girirdilər.  Hər  bir  rayon  rəhbəri  çalıĢırdı,  çox  istəyirdi  ki,  onun  rəhbərliyi  və 
təĢkilatçılığı  altında  keçirilən  bu  bayram  tədbirləri  qonĢu  rayonlarda  həyata 
keçirilən tədbirlərdən seçilsin, daha əzəmətli, öz dəbdəbəsilə üstün olsun, bəzəkli-
düzəkli  keçsin.  Təmtəraqlı,  əyləncələri  dillə  deyilən  olsun.  Bu  gün  isə  belə  bir 
bayram  tədbiri  Qubadlı  rayonunda  keçirilirdi.  Həmin  gün  qonĢu,  həmsərhəd 
rayonların  birindən  -  Cəbrayıldan  bu  bayram  tədbirinə  dəvət  olunanlar  sırasında 
mən də vardım. Daha doğrusu, Rayon Xalq Nəzarəti  Komitəsinin sədri  kimi  mən 
və  Rayon  Partiya  Komitəsinin  katibi  Heyran  xanım  Kəlbalıyeva  Cəbrayıl 
rayonunun nümayəndə heyətinin üzvləri olaraq həmin tədbirə qatılmıĢdıq. 
Əlbəttə,  fikir  və  məqsədim  burada  o  dövrlərdə  Qubadlıda  quruculuq 
iĢlərinin vüsət aldığı yüksəliĢ illərindən, Rayon Partiya Komitəsinin birinci  katibi 
iĢləyən,  yaxın  dostluq  ünsiyyətində  olduğum  Zöhrab  Məmmədovun  ondan  əvvəl 
küçələri  bərbad,  Ģəhər  tipli  qəsəbə  adlansa  da  kənddən  seçilməyən,  çal-çəpəriylə, 
hisli-pasaxlı  bir  kəndi  andıran  Qubadlını  bir  neçə  il  ərzində  sözün  əsl  mənasında 
bir  Ģəhər  halına  gətirməyindən,  gördüyü  tikinti  abadlıq  iĢlərindən,  habelə  kənd 
təsərrüfatı  məhsullarının  istehsalı  və  tədarükü  sahəsində  rayonun  son  illərdə  əldə 
etdiyi  böyük  uğurlardan,  qazandığı  nailiyyətlərdən  bəhs  etmək  deyil,  öz  maraq 
dairəmə  dəxli  olan  bir  sıra  mətləblərə  toxunmaqdan,  söz  açmaqdan  ibarətdir. 
Mənim  də  öz  xobbim  vardı.  Mən  hara  getsəm,  harda  olsam,  istər  sanatoriyalara 
müalicəyə,  istirahət  evlərinə  dincəlməyə  gedim,  istərsə  də  ezamiyyətə  güzarım 
düĢən  yerdə  həmpeĢə  sahiblərimi,  həmkarlarımı  arayıb  axtarardım.  Onlarla 
həmsöhbət  olardım.  ĠĢ  yerlərinə  dəyərdim.  Ġmkan  daxilində  təcrübə  mübadiləsi 
aparardım.  YaxĢı  nə  isə  bir  Ģey  öyrənməyə,  rastıma  çıxan  yeniliyi  götürməyə 
çalıĢardım.  Qubadlıda  da  bu  istəyim,  adətkarlığım  məni  çəkirdi.  Qonaqların 
əksəriyyəti Bakıdan dəvət olunanlardı. Bayram Ģənliyinə həmsərhəd rayonlardan - 
Zəngilan  və  Laçından  ancaq  rayon  Partiya  Komitələrinin  birinci  katibləri 
gəlmiĢdilər. Qafan rayonundan hələ ki, gələn yox idi. Gəlməyəcəkləri də sonradan 



 
məlum oldu. Gorus rayonundan isə  mərasimdə birinci  katiblə  rayon Xalq Nəzarət 
Komitəsinin  sədri  ArteĢeĢ  iĢtirak  edirdi.  Mən  ona  sadəcə  ArtuĢ  deyə  müraciət 
etdim  və  biz  tanıĢ  olduq.  Bundan  sonra  gün  ərzində,  daha  doğrusu,  səhərdən 
axĢama  kimi  davam  edən  tədbir  boyu  ArtuĢla  bir  gəzib  dolanırıq.  Qabaqcıl 
təsərrüfatlardan birində - Telman adına kolxozda oluruq. Tədbirin rəsmi hissəsində 
iĢtirak  edirik.  Sonda  rayonun  əmək  qabaqcılları  mavi  iĢığa  dəvət  olunurlar. 
Qonaqlar  üçün  isə  ziyafət  məclisinin  Çayzəmidə  təĢkil  edildiyini  Zöhrab 
Məmmədov bəyan edir. Biz Qubadlının Qafanla həmsərhəd ərazisinə yollanırıq. 
Çayzəmi  çəmənzarlığı  Qafan  rayonu  ilə  Qubadlı  rayonunun  sərhədində, 
Kəpəz  dağının  gündoğan  ətəyində,  QızıldaĢ  istiqamətində,  Qafan-Gorus 
avtomagistralının  altında  yerləĢirdi.  Dörd  tərəfi  meĢələrlə  əhatə  olunmuĢ,  alp 
çəmənliyi olan geniĢ bir düzənlikdir. 1969-cu ilədək yaydan-yaya Qubadlı camaatı 
burada  çadırlar,  comalaqlar  qurar,  yayı  burada  sərinləyər,  təbiətin  bu  füsunkar, 
cənnət, 
dilbər 
guĢəsində  keçirərdilər.  Lakin  1969-cu  ildə  ermənilər 
mərdimazarcasına Çayzəmiyə olan iddialarını Kreml səviyyəsində ortaya atdılar. O 
ildən  camaatın  bu  yerlərə  gəl-gedini  də  səngitdilər,  seyrəltdilər.  XoĢ  təblərini 
küsdürdülər.  Çayzəmi  seyrəngahı  Qafan-Qubadlı  arasında  mübahisə  doğuran 
neytral  zonaya,  sanki  iki  düĢmən  dövlət  arasında  peyda  olan  qan  qoxuyan 
mübahisəli torpağa çevrildi. Lakin Zöhrab Məmmədovun 80-ci illərin əvvəllərində 
Qubadlı  rayon  Partiya  Komitəsinin  birinci  katibi  vəzifəsinə  seçilməsiylə  yenidən 
Çayzəmidə  bir  canlanma  baĢladı.  Z.Məmmədovun  qətiyyəti,  ərdəmliliyi  burada 
özünü  göstərirdi.  Çayzəmiyə  get-gəllər  çoxaldı.  Bu  gün  isə  burada  könülaçan 
tikinti  obyektlərinin  açılıĢı  keçirilirdi.  Z.Məmmədovun  təĢəbbüsü  ilə  burada  iki 
obyekt  tikilib  istifadəyə  verilirdi.  Yolun  üstə  ermənilərin  «Vaqo»  bulağı 
adlandırdıqları  «DaĢ  bulağın»  buz  sulu  çeĢməsi  ilə  üzbəüzdə  iaĢə  xidməti 
göstərəcək  birtipli layihə  üzrə  gözəl bir pavilyon  tikilib quraĢdırılmıĢdı.  Adını da 
qoymuĢdular  «Azərbaycan»  pavilyonu.  Belə  bir  pavilyonun  Qubadlı-Gorus 
sərhədində  -  Yazı  düzündə  keçən  il  tikilib  istifadəyə  verilməsindən  də  xəbərdar 
idim.  Özü  də  simvolik  ad  seçilmiĢdi  «Həcər»  pavilyonu.  Çəmənliyin  elə  bu 
baĢındaca - Ģimal ucqarında çox gözəl zövqlə, milli memarlıq üslubu olan kürsülü 
qonaq  otağı  inĢa  edilmiĢdi.  Bu  gün  hər  iki  obyektin  açılıĢ  lentini  kəsirdik. 
Gələcəkdə  Z.Məmmədov  burada  respublika  səviyyəli,  yüksək  tələblərə  cavab 
verən  istirahət  pansionatları  tikdirmək  fikrindəydi.  Əfsuslar  olsun  ki,  Ermənistan 
SSR-lə həmsərhəd rayonlarımızda Z.Məmmədov kimi ötkəm katiblərin təyinatı və 
ya seçilməsi bəlkə də 70 ildə yeganə hallardan biriydi. Ermənilərin torpaq qoparma 
iddialarına qarĢı əməli iĢləriylə cavab verən ikinci bir vəzifə səlahiyyətlisinin adını 
çəkməkdə  bu  gün  də  çətinlik  çəkirəm.  Sanki  belə  bir  fikirdə  olan  vəzifə  sahibi, 
kadr  ehtiyatı  olmayan  bir  respublika  kimi  tərpənilibdi.  HəmiĢə  respublika 
rəhbərləri  ermənilərin  quĢ  götürənlərini  sərhəd  rayonlarımıza  birinci  katib 
vəzifəsinə göndəriblər. HəmiĢə də torpaq mübahisələrində udan ermənilər, uduzan 
biz olmuĢuq. 



 
Qonaq otağının banket zalında süfrəyə son təamlar düzülməkdədir. Biz isə 
bu  cənnətməkandakı  ilahi  gözəllikdən,  təbiətin  əsrarəngizliyindən  doymaq 
bilmirik. Saf dağ  havasından  udduqca uduruq. DaĢ bulağın daĢdan süzülüb  gələn 
gur, göz yaĢı kimi dupduru, buz kimi soyuq, Ģirin qar suyundan içdikcə içirik. Hər 
kəs  öz  curuyla  ağız-ağıza  verib  yarıgerçəyindən,  yarızarafatından  qalmır,  olub-
keçəndən  doğrayıb  tökür,  müsahibini  hay-gopuyla  özünə  cəlb  edirdi.  Görünür, 
mənim  ArtuĢla  Ģirin  söhbət  etməyimdən,  yarızarafat  gen-bol  danıĢmağımızdan, 
yaxınlığımızdan  nəzər-diqqəti  göz  və  söz  çəkən  Bakı  qonağı,  akademiyanın 
əməkdaĢı,  toponimĢünas-alim  Səyyaf  Kərimov  girəvə  gözləyirmiĢ  kimi  bizə 
yaxınlaĢaraq  ürək  sözünü  mənə  açır  (Səyyaf  Kərimov  Cəbrayılın  Əmirvarlı 
kəndindən,  mənə  yaxın  ailələrdən  birinin  qızıyla  ailə  həyatı  qurmuĢdu.  Özü  isə 
əslən  Qubadlı  rayonunun  Mollu  kəndindən  idi.  Xeyli  müddət  idi  bir-birimizi 
tanıyırdıq.  Əfsuslar  olsun  ki,  gənc  yaĢlarında  həyatdan  tez  getdi):  «Əlisahib 
müəllim,  necə  bilirsən,  istəyirəm  mən  də  bu  beynəlmiləl  məclisdə  söz  alam, 
erməni-azərbaycanlı  dostluğundan  danıĢam.  Bir  tapıntım  barədə  də  məclis 
iĢtirakçılarına  açıqlama  verəm».  Tapıntısının  nə  olduğunu  soruram.  Rəhmətlik 
deyir  ki,  bəs  yayda  Qafan  rayonunun  Zeyvə  kəndində  tədqiqatla  məĢğul  olanda, 
yüz  yaĢlı  bir  erməni  kiĢisi  mənə  dedi  ki,  Qaçaq  Nəbiyə  Boz  atı  filan  erməni 
bağıĢlayıbdı.  Həmən  andaca  alınıram:  «Səyyaf  müəllim,  deyəsən,  sənin  baĢına  at 
təpib. Ağlını baĢına yığ. Mollu hara, Zeyvə hara. Aralarında 40 50 km məsafə var. 
Zeyvə  martısı  yalan  danıĢıb.  Cəfəng  söhbət  danıĢma.  Bizim  kənd  Qarabağda 
erməni  kəndinə  qonĢudur.  Hələ  indiyədək  eĢitməmiĢəm  ki,  kimsə  ermənidən  at 
alıb. Erməni heç vaxt minik atı saxlamayıb ki, satsın da. Satdığını da eĢitməmiĢəm. 
Olsa-olsa ermənilər yük atından istifadə edən olublar. Ermənidən inək, eĢĢək, qatır 
alan  kimsənin  adını  eĢitmiĢəm,  amma  at  alanın  üzünü  belə  görməmiĢəm.  Bir  də 
sənli-mənli  marağı  olan  çoxsaylı  azərbaycanlı  kiĢilərinin,  cavanlarının  erməni 
axçiləri ilə evləndiyinin Ģahidiyik. At alma söhbəti əsla olmayıb. Cəfəng söhbətdi. 
Nəbi  Boz  atını  kəndinizdə  bir  kimsədən  əldə  etməyibsə,  eĢit,  onu  ya 
tərəkəmələrdən  almıĢ  olar,  ya  da  Əliyanlı  elatından.  Axı,  seçmə  atı  tərəkəmə 
minər. Əliyanlılar da  ki, dədə-babadan at  minən, at sərrafı, at azarkeĢi, at tanıyan 
olublar»  -  deyirəm.  Deyəsən,  söhbətimizi  həmyerlim,  respublika  DTK-sının  Ģöbə 
müdiri, Bakıdan qonaq sifətiylə Qubadlıya dəvət alan Yasif müəllimin qulağı çalır. 
O,  bizə  yanaĢır.  Söhbətin  nədən  getdiyindən  hali  olunca  Səyyaf  müəllimə  elə  bir 
qulaqburması  verir,  təpinir  ki,  rəhmətlik  açdığı  söhbətin  peĢmançılığını  çəkir.  Bir 
daha bu barədə söz belə açmır. Mövzu qapanır. 
Ermənilərlə  bağlı  ikinci  söhbət  də  məni  çəkir.  Bu  çəkhaçək  Qafana  yaxın 
bir ərazidə Qafan rayonundan nümayəndələrin bugünkü tədbirdə iĢtirak etməmələri 
ilə bağlı idi. Gorus rayon Partiya Komitəsinin birinci katibi Qafandan kimsənin bu 
tədbirə  qatılmaması,  Qubadlıya  gəlməməsi  ilə  bağlı  dəqiqəbaĢı  azaylanırdı.  Öz 
narahatçılığını  gizlədə  bilmir,  nigaran  qalmağını  tez-tez  büruzə  verdirirdi.  Onun 
hər  sorğusuna  Zöhrab  müəllim  ağız  boza  verən  cavablarını  təkrarlayırdı. 



 
«Dəvətnamə  göndərmiĢik,  yəqin  indilərdə  gələrlər»  deyirdi.  Sondan-sona  isə 
«görünür,  nəsə  bir  əngəl  olub.  Daha  vacib  bir  iĢ  ortaya  çıxıb.  Gəlmək  imkanları 
olmayıb»  cavabını  bildirməsindən  Qafandan  daha  heç  bir  nümayəndənin 
gəlməyəcəyinə  əmin  bir  adam  kimi  danıĢması  diqqətimi  çəkirdi.  Ətraf  rayon 
rəhbərlərinin  hörmətlə  yanaĢdığı  Zöhrab  Məmmədovun  Qafan  rayon  Partiya 
Komitəsinin  birinci  katibi  iĢləyən  Mkrtıçyanın  eĢitməməsinə  ciddi  bir  səbəb 
olduğunu  anlayıram  və  bunun  səbəbini  öyrənmək  məqsədi  ilə  Zöhrab  müəllimə 
yanaĢıram.  Sual  edirəm.  Aldığım  cavab  qənaətimlə  üst-üstə  düĢür.  O,  mənə  - 
«Çayzəmiyə  asfalt  yol çəkdirməyim, burada  tikinti iĢləri aparmağım Mkrtıçyanın 
xətrinə dəyib. Bərk qəzəblənibdir. Mənim barəmdə Kremlə, Azərbaycan KP MK-
ya  Ģikayətlər  edib.  Guya  təbiəti  korlayıram.  Qafan  rayonunun  torpağına  təcavüz 
edirəm.  Respublika  rəhbərləri  dönə-dönə  ehtiyatlı  olmağımı,  pansionat 
tikdirməkdən  vaz  keçməyimi  tövsiyə  edirlər.  Bilirsən,  Mkrtıçyan  kommunist 
cildinə girmiĢ daĢnakdır. Ancaq etika xatirinə dəvətnamə də göndərmiĢəm. Erməni 
bicənnəsidir.  Onu  da  bir  söz  qayırmasın.  Onsuz  da  gəlməyəcəyini  əvvəlcədən 
bilirdim.  «Ġt  hürər,  karvan  keçər»  deyib  atalarımız.  Mənim  üçün  əziz  olan  qonaq 
elə  sizlərsiniz»  -  deyir.  Mən  bu  zaman  Heyran  xanımla  söhbətə    giriĢən  Zəngilan 
rayon  Partiya  Komitəsinin  birinci  katibi  rəhmətlik  Muradxan  Cabbarova  yan 
alıram. Zöhrab müəllimin sözləri dilimin ucunda ona üz tutub gülümsəyirəm. O da 
mənə  «nolub,  yenə  də  nə  ara  qarıĢdırırsan?»  sorur.  Mənsə  «Heç,  elə  belə,  daĢnak 
dostumuz  Mkrtıçyanı  xatırlayıram»  cavabını  verirəm.  BaĢını  bulaya-bulaya  o  da 
gülümsəyir. Mən isə  elə  həmin ilin qıĢında, birinci və  sonuncu dəfə  görüĢdüyüm 
daĢnak mordalı Mkrtıçyanla rastlaĢdığımız o günü xatırlayıram. 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin