MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 25 ____________________________
informasiya sistemləri birləşdirir. Məsələn, şirkətin mərkəzi
ofisində işləyən
SAP R/3 bölmələrdə işləyən 1C sistemindən
mühasibat verilənlərini, tabe müəssisələrdə işləyən “Парус”
sistemindən digər verilənləri qəbul etməklə birləşdirici rol
oynaya bilir.
Burada inteqrasiya edilmiş informasiya sistemləri ilə
inteqrasiya edilmiş idarəetmə sistemləri arasında mövcud olan
fərqə diqqət yetirmək lazım gəlir. Belə ki, inteqrasiya edilmiş
idarəetmə sistemləri fərqli biznes-modellərdən və verilənlərin
idarə edilməsi üzrə fərqli texnologiyalardan istifadə edən
müxtəlif platformalara əsaslanan proqram əlavələrinin
ERP
əsasında birgə istismarını təmin edir. İnteqrasiya edilmiş
informasiya sistemləri isə şirkətdə mövcud olan və özünün
funksional altsistem modulları olmayan proqram əlavələrinə
yalnız qoşula bilən
EAI (Enterprise Application Integration)
proqram paketləri əsasında inteqrasiya həyata keçirir.
Adətən inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər:
1).İnformasiya
texnologiyaları
-
birgəlik
(
IT-
compatability);
2).Funksional altsistemlərin və proqram əlavələrinin bir-
birinə qoşula bilənliyi;
3).Biznesin idarə edilməsinin inteqrasiyası (biznesin
inteqrasiyası).
Bu anlayışları izah etmək üçün çox sadə bir misala
baxaq.
Ailədə ata, ana, oğul və qız: hərə öz maliyyə işini
informasiya sistemlərinin köməyi ilə: ata - işçi stansiyada, ana
- fərdi kompüterdə, oğul - noutbukda, qız isə - adi dəftərdə
aparır. Ata ailənin maliyyə işində qayda yaratmaq və onu
idarə etmək qərarına gəlir. Bunun üçün ata öz işçi
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 26 ____________________________
stansiyasında bir-neçə funksional altsistemdən ibarət olan “AB
(ailə büdcəsi)” paketi yaradır.
Bu altsistemlərdən ikisi üzərində ətraflı dayanaq:
1).“Balans” altsistemi. Ailə üzvlərinin gəlirləri və xərcləri,
həmçinin ailənin verəcəkləri (kreditlər) və alacaqları (debetlər)
bu altsistemdə əks etdirilir. Bu altsistemin vəzifəsi həm
daxilolmalar və ödəmələr üzrə hesab əməllərini icra
etməkdən, həm də alacaqların və verəcəklərin çatan
müddətləri barədə xəbər verməkdən ibarətdir. Bundan əlavə,
bu altsistem istifadəçilərin sifarişi üzrə balansın vəziyyəti
barədə verilmiş formada hesabat da təqdim edir.
2).“Bank” altsistemi. Bu altsistem ailə üzvlərinə imkan
verir ki, müxtəlif banklarda yerləşdirdikləri özlərinin bank
hesablarındakı məbləğləri müvafiq bankların informasiya
sistemlərinə qoşulmaq yolu ilə idarə edə bilsinlər. Bu
altsistemdə avtomatlaşdırılan proseslərdən ən vacibi
“
kommunal xərclərin ödənilməsi” prosesidir ki, bunun
nəticəsində qaz, su, elektrik enerjisi, telefon, zibil daşımaları,
mənzil haqları üzrə ödəmələr ailənin bir və ya bir-neçə bank
hesabından həyata keçirilir.
Aydındır ki, təqdim edilən funksional altsistemlər vahid
informasiya sistemlərinin tərkib hissələri olaraq inteqrasiyanın
bütün tələblərinə cavab verirlər. Bu AB sisteminə ailənin
bütün üzvlərindən verilənlər daxil olmalıdır və burada
cürbəcür variantlar ola bilər.
Birinci inteqrasiya səviyyəsi – İnformasiya
texnologiyaları-birgəlik (
IT-compatability). Bu, ilk növbədə,
əməliyyat sistemlərinin və verilənlərin birgəliyini nəzərdə
tutur. Əgər hamı eyni sistemdə, məsələn,
Windows 2000 MS
Office-də işləyirsə, onda verilənlərin mübadiləsi və mətnlərlə
əlaqədar hər şey qaydasındadır. Əgər ailə üzvləri, bizim
|