oldular: usta Ramazan Tahirə yaxın gəlib onun qabağını kəsdi. Tahir əlini irəli uzadıb, usta ilə görüşmək istərkən, qoca sevincini gizlədə bilməyərək, əli ilə onun böyrünə vurdu: - Allah sənin bəlanı versin! - dedi, - istəyirdin mənim briqadam belə oxuyanını itirsin. Sen demə qoca qapının dalında ayaq üstündə durub Tahirin qoş masını dinləyir və onun eşiyə çıxmasını səbirsizliklə gözləyirmiş... Tahir qızları görmürdü. Kim bilir, bəlkə də görür, amma özünü gör m əm əzliyə vururdu? Lətifə gülümsəyirdi, Tahirin, usta ilə görüşündən 242 < 2 v '
sonra mütləq həriyə tərəf baxacağını və onu görəndə salam verəcəyi ni düşünürdü. Amma usta Ramazan şagirdilə bərabər çıxıb yola düzəl di. Tahir gözünün ucu ilə də olsa Lətifəyə baxmadı. “Demək, bundan sonra qaçmayacaq”, Birdən Zivər onu özünə tərəf çəkdi. Qızlar qaranlıqda gözdən itdilər. Cəmil isə qızların bir hərəkətini belə gözdən qoymurdu. Konsert salonunu tərk etdikləri dəqiqədən başlayaraq, onları addım-addım iz ləyirdi. Əlbəttə, onu maraqlandıran yalnız Lətifə idi. Özünü qızlara göstərmədən, səssizcə addımlarla yeriyir, Zivərin Lətifədən ayrılma ğım gözləyirdi. Bu dəfə o nə üçünsə Zivərin Lətifəgilə getm əyəcəyi nə tamamilə əmin idi. Qızlar qol-qola tutuşub, asfaltın dÜ 2
ortasilə yeriyirdilər. Amma nə Lətifə dinib-danışır, nə də Zivər ondan bir söz xəbər alırdı. Onlar nəhayət daş pilləkənə çatanda Cəmil, yolu İşıqlandıran bö yük fənərin altında özünü gösterməmək üçün kənar yol tutdu və qa ranlıq yerlə, uzaqdan-uzağa onlara baxa-baxa yerim əyə başladı. Qızlar daş pillələri dırmandılar, sona çatanda ayaq saxladılar. Bu zaman Bayıl üzərini çuğlamış ağ buludlar arasından siyrilib çıxan ay,