MÜBAHISƏLI NÖQTƏLƏRIN SAYININ
VƏ TƏHLÜKƏLILIK DƏRƏÇƏSININ AZALDILMASI
Yol ayrıcları və nəqliyyat meydanları küçə-yol şəbəkəsinin elementləridir.
Magistral şəbəkəsinin ən təhlükəli məntəqələri nəqliyyat düyünləridir. YNH
«ocaq» ları, əsasən, bu düyünlərdə olur. Ən sadə düyün iki küçənin düz bucaq al-
tında kəsişməsindən alınan yol ayrıcıdır. Ikidən çox küçələrin kəsişməsindən alınan
yol ayrıclarında nəqliyyat və piyadaların hərəkətinin təşkili, svetoforların tətbiqi çə-
tinləşir, ləngimələr və təhlükəlilik səviyyəsi artır. Bəzi hallarda belə düyünlərdə, bir
sıra çatışmazlıqların olmasına və çox sahə tələb etməsinə baxmayaraq, öz-özünə
nizamlanan dairəvi düyünlər tətbiq edirlər.
Nəqliyyat-planlaşdırma xarakteristikalarından asılı olaraq belə düyünlərin
aşağıdakı növlərini ayırırlar:
- nizamlanmayan düyünlər;
- məcburi nizamlanan düyünlər;
- öz-özünə nizamlanan düyünlər;
- müxtəlif səviyyələrdə nəqliyyat açılmaları.
Bir sıra hallarda qarışıq nəqliyyat düyünlərinə də rast gəlmək olar. Məsələn,
svetoforla nizamlanan dairəvi kəsişmələr və ya müxtəlif səviyyələrdə dairəvi
kəsişmələr
a)
b)
Yol ayrıclarında mübahisəli nöqtələrin sayını azaltmaq üçün aşağıdakı
tədbirlər nəzərdə tutulur:
- yol kəsişmələrinin sayını azaltmaq;
- bir sıra manevrləri qadağan etmək;
- hərəkəti kanallaşdırmaq;
- dairəvi hərəkətin tətbiqi;
- məcburi nizamlamanın tətbiqi;
- müxtəlif səviyyələrdə kəsişmələrin tətbiqi.
Mübahisəli nöqtələrdən danışdıqda nəqliyyat vasitələri və piyadalar arasında
yaranan mübahisəli nöqtələri də nəzərə almaq lazımdır. Ona görə də piyada
hərəkətinin rasional təşkili və nəqliyyat vasitələri ilə piyadaların etibarlı surətdə bir-
birindən təcrid olunması da belə tədbirlərdən sayıla bilər.
Sürücüləri müəyyən manevrlər etməyə məcbur edən müxtəlif maneələr də
mübahisəli vəziyyətlər yaradan mənbələr hesab oluna bilər. Belə maneələrə
aşağıdakıları aid etmək olar:
- örtüklərin dağıldığı yerlər;
- örtük səviyyəsindən yuxarıda və aşağıda yerləşən lyuklar;
- hərəkət hissəsinə çox yaxın olan qurğular, əşyalar və s.
Müvəqqəti maneələrə misal olaraq hərəkət hissəsinin kənarında dayanmış
nəqliyyat vasitəsini göstərmək olar. Belə maneələri aşağıdakı tədbirlər vasitəsilə
aradan qaldırmaq olar:
- müvəqqəti avtomobil dayanacaqlarının təşkili;
- sərnişin nəqliyyatı dayanacaqlarının düzgün yerləşdirilməsi və avadan-
lıqlaşdırılması;
- dayanacaqlarda “ciblərin” tikilməsi və s.
Məsafələr, marşrutların istiqamətləri və yolda olan xidmət məntəqələrinin
yerləşməsi haqqında sürücülərə dəqiq və qabaqcadan məlumat verməklə də yolda
Müxtəlif səviyyələrdə dairəvi kəsişmələr.
a) tunel-dairəvi; b) estakada-dairəvi kəsişmələr.
baş verən müxtəlif dayanmaların və beləliklə də hərəkətə maneçiliklərin sayını
azaltmaq olar. Mübahisəli nöqtələrin sayını azaltmağın bir üsulu da yolun müəyyən
təhlükəli sahələrində ötmələrin qadağan olunmasıdır. Bunun nəticəsində qonşu
zolağa çıxmaqla qarşıdan gələn nəqliyyat vasitəsilə toqquşmanı aradan qaldırmaq
olur. Yolda müxtəlif səbəblər üzündən baş verən məcburi dayanmalar da
mübahisəli vəziyyətlər yaradır.
Yol ayrıclarında mübahisəli nöqtələrin sayını azaltmaq üçün müxtəlif dön-
mələr ləğv edilməli və ya onlar yol ayrıcından kənara çıxarılmalıdır.Belə manevri
yerinə yetirmək üçün kəsişən küçələrdən heç olmasa birinin eni ən azı 25
m
ol-
malıdır. Əgər sola dönmə dar küçədən geniş küçəyə yerinə yetirilərsə, sürücü əv-
vəlcə avtomobili sağa döndərir, sonra tədricən sol zolağa çıxarır, geriyə dönür və
nəhayət, istədiyi istiqamətdə hərəkətini davam etdirir.
Əgər dönmə geniş küçədən dar küçəyə yerinə yetirilərsə, sürücü yol ayrıcına
girişdə sol kənar zolağı tutur, sonra isə yol ayrıcında geriyə dönmə yerinə qədər
düzünə hərəkət edərək, tədricən sağ kənar zolağa çıxır və nəhayət sağa dönərək
istədiyi istiqamətdə hərəkətini davam etdirir.
Geriyə dönmə yerinə qədər
olan məsafə
а
л
iki şəraitdə təyin
edilir:
1.Geriyə dönməyə qədər
ilk sahənin qət edilməsi;
2.Geriyə dönmədən sonra
son sahənin qət edilməsi.
Bu iki qiymətdən böyüyü
hesabat üçün qəbul edilir:
(
)
2
л
1
н
2
Б
л
з
/
к
+
−
+
=
;
2
Б
м
л
р
л
к
//
к
+
+
−
=
;
burada
Б
-kəsilən küçənin eni,
н
-bir istiqamətdə hərəkət zolaqlarının sayı;
з
л
-bir zolaqdan digər zolağa keçmə yolunun uzunluğu
з
л =1,2
m
qəbul edilir);
к
л
-
svetofor qarşısında ləngidilən avtomobil növbəsinin uzunluğu;
р
-dönmə radiusu,
m
;
м
-“stop” xəttindən səkiyə qədər olan məsafədir,
m
.
Kənara çəkilmiş sola dönmə
l
k
m
r
l
z
B
l
g
|