3
3
85
84
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar
Hollandiya və İngiltərənin iri sənaye şəhərləri yaxınlığındakı sahil sularında
midiya və stridiya molyusklarının ovu dayandırıldı. Buna səbəb insanlar tərə-
findən qida kimi istifadə olunan bu ikitaylı molyuskların ətinin zəhərli olması
idi.
36.
Molyuskların həyat fəaliyyəti
· Molyuskların ətinin zəhərli olmasının səbəbi nədir?
Bunun necə baş verməsini izah edin.
Molyuskları xarici
quruluşundan asılı
olaraq qruplaşdırın.
Fäaliyyät
Fäaliyyät
· Sizcə, quruluş xüsusiy-
yətləri onların hərəkət və
qidalanma prosesləri kimi
həyat fəaliyyəti proseslərinə
necə təsir edir?
Molyuskların həyat fəaliyyəti
Hərəkəti. Molyuskların əksəriyyəti zəif hərəkətlidir. Lakin bəziləri, məsələn,
Uzaq Şərq kalmarının bədəni sürətli hərəkətə uyğunlaşmışdır. Onun manti
boşluğuna dolan suyun xaricə püskürdülməsi nəticəsində yaranan itələmə
qüvvəsi kalmarın irəliləməsinə – reaktiv hərəkətə səbəb olur.
Həzm sistemi və qidalanması. Göl ilbizi
ağzında
xitin dişcikli əzələli dilin köməyi ilə qaşovlayır. İkitaylı molyuskun manti bü-
küşlərində, qəlsəmələrindəki kirpiklərin fasiləsiz hərəkəti sayəsində bədənə
qida – infuzorlar, qamçılılar, kiçik xərçəngkimilər daxil olur.
Kalmar qidasını uzun qolcuqların və sormacların köməyi ilə tutur. Ağzında
şikarı gəmirməyə xidmət edən buynuz çənələr olur. Molyusklarda həzmdə qara-
ciyər də iştirak edir. Həzm olunmayan qalıqlar bağırsağa keçir və anal dəliklə
xaric olur.
Tənəffüs sistemi. İkitaylılarda və başayaqlılarda tənəffüs qəlsəmələrlə, qarın-
ayaqlılarda isə qəlsəmə və ya ağciyərlərlə olur.
Qan dövranı. Ürəkyanı kisədə yerləşən ürək mədəcik, 1 (göl ilbizində) və ya 2
ədəd (anadonta və kalmarda) qulaqcıqdan ibarətdir. Mədəciyin vurduğu oksi-
genlə zəngin olan qan damarlarla bədənə aparılır və burada bədən boşluğuna
tökülür (başayaqlı molyusklardan başqa). Özünə karbon qazını birləşdirən qan
yenidən damarlar vasitəsilə əvvəl tənəffüs orqanlarına gətirilir. Burada oksi-
genlə zənginləşərək qulaqcığa qayıdır. Bu,
açıq qan-damar sistemi adlanır.
İfrazat sistemi. İfrazat sistemi 1, yaxud 2 böyrəkdən ibarətdir. Böyrəyin qıf-
şəkilli hissəsi ürəkyanı kisəyə, digər ucu isə manti boşluğuna açılır.
Sinir sistemi. Qarınayaqlı və ikitaylılarda sinir sistemi bir neçə cüt sinir düyü-
nü və onlardan çıxan sinirlərdən təşkil olunur. Kalmarın sinir sistemi udlağın
bitkilərin yumşaq hissələrini
üst tərəfində sinir düyünlərinin
birləşməsindən əmələ gələn “be-
yin”dən və ondan çıxan sinirlər-
dən ibarətdir.
Hiss orqanları. Göl ilbizində his-
siyyatda iştirak edən lamisə çıxın-
tıları və gözlər var. İkitaylılarda
başın itməsi ilə əlaqədar olaraq
xüsusi hiss orqanı olmur. Kalmar-
da yaxşı inkişaf etmiş hiss or-
qanları – mürəkkəb quruluşlu göz-
lər və müvazinət orqanı olur.
Dostları ilə paylaş: