136
aşkarlayıb təhlil edən məqalə müəllifinin gəldiyi nəticələr, irəli sürdüyü fikirlər
böyük əhəmiyyət daşıyır.
Akademik İsa Həbibbəylinin “Bahar yağışının aydınlığı”
məqaləsi isə xalq
yazıçısı Hüseyn İbrahimovun səksən illiyi ilə əlaqədar qələmə alınmışdır [89].
Məqalədə hər şeydən öncə, H.İbrahimovun mənsub olduğu ədəbi nəslin
ədəbiyyatımızdakı yeri və missiyası barədə deyilənlər maraq doğurur. İ.Həbibbəyli
haqlı olaraq yazırdı ki, ədəbiyyatda ciddi addımlarını
ikinci dünya müharibəsindən
sonra atan İmran Qasımov, Hüseyn Abbaszadə, Süleyman Vəliyev, Əzizə Cəfərzadə,
Salam Qədirzadə və digərləri ilə bir sırada Hüseyn İbrahimov da “bədii yaradıcılığın
ictimai mövzuların, ideoloji tələblərin məngənəsindən xilas olub, insan həyatı və
mənəviyyatına, milli taleyimizdəki ağrı və qayğılara söykənməsi, yaxınlaşması, yön
alması” üçün layiqli ədəbi xidmət göstərmişdir. Bu baxımdan akademikin aşağıdakı
qənaəti də diqqətəlayiqdir: H.İbrahimovun mənsub
olduğu ədəbi nəsil özündən
əvvəlki yazıçılarla (Süleyman Rəhimov, Əli Vəliyev və s.) Azərbaycan ədəbiyyatında
xüsusi bir mərhələ təşkil edən altmışıncı illər ədəbi nəsli “arasında etibarlı mənəvi
körpüdür. Bütövlükdə altmışıncı illər nəsli bu körpüdən keçərək ədəbiyyata
gəlmişdir”.
Məqalədə xalq yazıçısı Hüseyn İbrahimovun hekayə, povest və romanları
barədəki ümumiləşdirmələr bütövlükdə müasir
nəsr tənqidini zənginləşdirən,
dolğunlaşdıran qənaətlərdir. Yazıçının “Şirin xatirə”, “Kənd həsrəti”, “Təmiz adam”,
“Qumralın məktubları” kimi hekayələrini “Azərbaycan ədəbiyyatının hekayələrdən
düzəldilmiş nəhəng boyunbağısına məhz onun bəxş etdiyi mirvarilər” kimi
dəyərləndirən tənqidçinin aşağıdakı fikirləri də ədəbi mətnlərin mahiyyətinə istinadən
ortaya çıxmışdır:
“Göyərçinin məhəbbəti”, “Səhv edəndə”, “Qu quşları öləndə
oxuyurlar” və s. povestlərdə az qala ədəbi ənənənin əksinə olaraq, həyatı bütün
təbiiliyi ilə yaşayan, düşünən, səhv edən, büdrəyən, aldanan, lakin çətin məqamda
ayağa qalxmağı bacaran sıravi adamların həyatı, zəngin mənəviyyatı öz əksini
tapmışdır. Bütün bunlar müəllifin hətta zor dönəmlərdə də ideoloji sxem və
tələblərdən uzaqda dayanmasına, uzun ömürlü əsərlər yazmasına şərait
137
yaratmışdır”.
“Sabahın sorağında” ilə Mirzə İbrahimovun “Böyük dayaq” romanı
arasında paralellər aparılması da maraq doğurur.
“Günəş doğan yerdə” romanının mürəkkəb dövrün hadisələrindən daha çox
bənzərsiz insan taleləri ilə yadda qaldığını, “Bahar yağışı”nda əqidələrin,
mənəviyyatların çarpışmasının
məharətlə təsvirini, “Əsrin onda biri” romanında
sənətkar taleyi, zaman və şəxsiyyət probleminin bacarıqla həllini, “Böhtan”
romanının isə repressiya törədənlərə ittiham, repressiya qurbanı olmuş Hüseyn
Cavidin sənət və şəxsiyyətinə ədəbi ehtiram kimi təqdirəlayiq olduğunu yazan İsa
Həbibbəylinin digər elmi müddəaları da dəqiq və inandırıcıdır.
Müasir Naxçıvan ədəbi mühitinə münasibət baxımından İsa Həbibbəylinin
“Yaradıcılq işinə sədaqət” məqaləsi də diqqəti çəkir. Naxçıvanda yaşayan istedadlı
şair,
əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli Elman Həbibin “Hərənin öz işi”
kitabına (1999) ön söz kimi qələmə alınmış bu məqalədə [221, s.13-16] şairin əsas
yaradıcılıq istiqamətləri müfəssəl şəkildə dəyərləndirilmiş, son dövr lirikasında vətən
və xalq taleyi üçün aktual mövzulara müraciətin genişlənməsi vurğulanmışdır:
Dostları ilə paylaş: