V. QƏRARI NECƏ QƏBUL ETMƏLİ
1. Nə səbəbə görə tədqiqatçıya yeni üsulla işləmək faydalıdır
Hər bir tədqiqatçı az qüvvə və vəsait sərf edərək qarşısına qoyduğu
məsələni həll etməyə cəhd edir. Artıq xeyli vaxtdır ki, təcrübələrin
planlaşdırılmasında, aparılmasında və onların nəticələrinin təhlilində
elmi üsullardan istifadə olunmağa başlanmışdır.
Çoxları məhsuldar işləmək istəyirlər, ancaq bilmirlər ki, onların
əməyi daha da məhsuldar ola bilər. Bir çox hallarda tədqiqatçılar
vaxt və vəsaitdən səmərəsiz istifadə edərək optimal həll tapmaq
üçün öz işlərini düzgün təşkil edə bilmirlər. Bunun əsas səbəbi
tədqiqatçıların təcrübələrinin müasir planlaşdırma üsulları ilə
tanış olmaması və eyni zamanda bu məsələyə aid ədəbiyyat
materiallarının azlığıdır.
Hər hansı bir obyektiv prosesi, yaxud hadisəni öyrənərkən
müxtəlif təhlil üsullarının tətbiqindən asılı olaraq bir-birindən
fərqli mülahizələr yürütmək olar.
Buna əyani misal olaraq Aksfın belə maraqlı sözlərini xatırlamaq
yersiz olmazdı. Elektrik qızdırıcı və su kəməri, sistemləri olan evə
memar böyük bir sistem kimi baxdığı halda, istilik mühəndisi
qızdırıcıya tamamlanmış sistem, evə isə ətraf mühit kimi baxır.
Sosial-psixoloq evə ailəni əhatə edən mühit, ailəyə isə tədqiqat
apardığı sistem kimi baxır. Onun üçün elektrik və qızdırıcı
sistemlər arasındakı qarşılıqlı əlaqənin əhəmiyyəti olmadığı halda,
memar üçün bunun əhəmiyyəti çoxdur. Ümumiyyətlə, demək olar
ki, tədqiq olunan sistemlərin və onların əhatə olunduqları mühitlə
əlaqəsinin müəyyənləşdirilməsində çox diqqətli olmaq lazımdır.
Həyat
tərzi
problemlərinin
tədqiqində
sistemliliyin
öyrənilməsinin əhəmiyyəti böyükdür.
Hər gününü o birindən fərqləndirən adam rəngarəng həyat
təcrübəsinə malikdir. Bu heç də o demək deyildir ki, o istədiyi
vaxt hər bir problemi tez həll edə bilər. Elmi məsələlərin həllində
rəngarənglik (müxtəliflilik) kifayət şərt deyil (lakin zəruri şərtdir).
Əlavə olaraq müəyyən bilik səviyyəsi, dərin və qüvvəli zəka
lazımdır. Bunlarsız müxtəliflik heç bir bəhrə verə bilməz, o ancaq
yeni fikirlər yaradar.
Ümumsistemli fikirləşmə, müxtəlifliklə dərin zəka birliyinin
səmərəli bəhrə verəcəyini əvvəlcədən xəbər verə bilir. Heç də əbəs
deyil ki, çox zaman məlumatı «yeknəsəkliyin pozulması» kimi
38
V. Qərarı necə qəbul etməli
təyin edirlər.
Elmi tədqiqat işlərinin gedişində adətən, belə üsullar mey-
dana çıxır: qərarı nə vaxt və necə qəbul etməli, məsələnin düzgün
qoyulması, səhv nəticələrdən necə yaxa qurtarmalı, özgələrin
fikirlərini necə nəzərə almalı, məsələnin sadələşdirilməsi, öyrənilən
obyektin modeli və s.
Bəzi mürəkkəb üsullar istisna edilməklə bütün qalan üsullar,
ümumi mühəndis təhsili olan hər kəs tərəfindən sərbəst tətbiq ol-
una bilər. Yeni üsulların mənimsənilməsində onu da nəzərdə tut-
maq lazımdır ki, təcrübə nəticələri səhv olduqda heç bir üsul ümu-
mi nəticəni yaxşılaşdıra bilməz.
Burada təcrübələrdən çox danışılması heç də təəccüblü dey-
ildir. Məlumdur ki, bir çox mürəkkəb hadisələr, xüsusən çoxlu
amillərdən asılı olan proseslər adi, yaxud nəzəri yolla həll olu-
na bilmir. Məhz buna görə də optimal şəraitdə aparılan təcrübə
nəticələrinə ehtiyac böyükdür. Düzgün nəticələr əldə etmək
işində müasir planlaşdırma və təcrübələrin analiz üsulları bizim
köməyimizə gəlir.
Ənənəvi üsullar prosesə təsir edən amilləri növbə ilə, digər
amilləri sabit saxlamaq şərtilə dəyişdirmə prinsipinə əsaslanır.
Tam düzgün təsəvvür yaratmaq üçün bütün mümkün kombinasi-
yalar nəzərdən keçirilməlidir ki, bu da çoxlu təcrübə aparılması
ilə əlaqədardır. Hər bir təcrübi asılılıq əyrisini qurmaq üçün azı
5 təcrübi nöqtənin olması labüddür. Məsələn, y=f(x
1
,x
2
) fuksiyası
üçün təcrübələrin tələb olunan minimal sayı 5
2
=25 olmalıdır.
Amillərin sayı 5 olduqda isə tələb olunan təcrübələrin sayı 5
5
=3125
olur. Çox zaman işi asanlaşdırmaq məqsədilə tədqiqatçılar süni
olaraq təcrübə, yaxud minimal nöqtələr sayını azaldırlar ki, bu da
xətaya, bəzən isə düzgün olmayan nəticəyə gətirib çıxarır.
Xətalar təcrübə sayını ixtisar etmədikdə belə, ənənəvi təhlil
üsullarından istifadə etdikdə də baş verə bilir. Tədqiqatçı istifadə
olunan xam materialın keyfiyyət dəyişkənliyini, təcrübədə işlədilən
qurğu və cihazların texniki parametrlərini və s. nəzərdə tuta bilmir.
Adi usulların nöqsanlarına aid aşağıdakıları göstərmək olar:
bütün amillərin nəzərdə tutula bilməməsi, alınan nəticələrin təhlili
və ümumiləşdirilməsi, çoxlu cədvəl və qrafiklər, mürəkkəb riyazi
düsturlar və s.
Təcrübənin riyazi üsulla planlaşdırılması və təhlili yuxarıda
göstərilən çətinliklərin əksəriyyətindən yaxa qurtarmağa imkan
verir. Bu zaman təcrübələrin sayı on dəfə, bəzən daha çox azalır.
Məsələn, əvvəldə qeyd etdiyimiz beş amili asılılıqda 3125 təcrübə
əvəzinə 32 təcrübə kifayətdir və eyni zamanda alınan nəticələrin
etibarlılığı daha yüksəkdir.
Əgər ənənəvi köhnə tədqiqat üsullarında əsas məsələ
qanunauyğunluğu qurmaqdırsa, ola bilsin ki, biliyin indiki
səviyyəsində belə qanunauyğunluq yoxdur, yaxud heç də düzgün
39
V. Qərarı necə qəbul etməli
deyildir. Beləliklə, tədqiqat edilən obyektin dəqiq, riyazi izahı çox
çətin tapılır. Ancaq yeni üsulla işlədikdə bir neçə ardıcıl mərhələdə
tədqiqat aparılır. Onlardan ən başlıcası obyektin riyazi modelinin
qurulması və ondan istifadə edərək tədqiqata başlanmasıdır.
Dostları ilə paylaş: |